H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

76 
 
Göy xardal başdan-başa cərgəvi üsulla sərilir. Hektara səpin nor-
ması 10-12 kq-dır. Səpin dərinliyi 4-5 sm, yaz quraq olan vaxt və bir 
q
ədər gecikmiş səpində isə səpin dərinliyi 6-7 sm götürülür.  
Əkinlərə  qulluq.  Nəmliyi az olan torpaqlarda sahə  halqavari 
v
ərdənə ilə vərdənələnir. 
Alaqlı sahələrdə rozet yarpaq fazasında orta dişli mala ilə cərgə-
l
ərin eninə və ya diaqonal istiqamətdə malalanma aparılır. Aparılan 
t
əcrübələr göstərir ki, bu malalama  məhsuldarlığı  1,2-  1,29 ton/ha 
artırır.  Əkinə  qulluq  işlərində  əsas  fikir  xardalın  çox  saylı  zərər-
vericil
əri ilə mübarizə aparılmasına verilir. Tam cücərtilərin alındığı 
dövrd
ə kələmçiçəklilərin birəsinə qarşı təyyarə ilə dərmanlama apa-
rılır. Lazım gəldikdə dərmanlama  təkrarlanır. Qönçələmə fazasında 
v
ə çiçəkləmənin əvvəlində müxtəlif növ zərərvericilərə  qarşı təyyarə 
il
ə 30 %- li vofatoks (1 kq/ha) çilənir.  
M
əhsul  yığımı.  Dərman məqsədilə  xardalın  meyvələrini yeti-
şənə az qalan vaxt bitkinin yerüstü hissəsini biçmək yolu ilə toplayır 
v
ə dərz-dərz bağlayaraq bir müddət açıq havada qurudurlar, sonra isə 
qurudulmuş  xammaldan  toxumları  xüsusi  maşınla  ayırırlar.  Göy 
xardalı  əksərən iki dəfəyə  yığırlar.  Bitkilər  sarı  rəngə  çevriləndə, 
aşağı yarpaqlar töküləndə,  mərkəzi budaqların yuxarı hissəsində qın-
ların  20-25%-i,  aşağı  hissəsində  55-60%-i  yetişəndə, toxumların 
n
əmliyi 35-40% olduqda - yəni mum yetişmə fazasında biçilib yerə 
tökülür. Bu m
əqsədlə  JVN-6 markalı maşınlar istifadə olunur. Bitki-
l
ər 15-20 sm hündürlükdən biçilir. Sonra isə SK-5 “Niva” kombaynı 
il
ə (PR-5 qurğusu əlavə edilməklə) yığılıb döyülür. 
Bir  başa  kombaynla  yığım  üsulunda  isə  yığıma  toxumlar  tam 
yetişən dövrdə başlanır. Bu vaxt toxumlar sorta xas olan rəng alır və 
n
əmliyi 12% olur.  Yığım  3-4 günə  qurtarmalıdır  ki,  toxumların  tö-
külm
əsinə yol verilməsin. 
 D
əndöymənin ardınca bunkerdən tökülmüş  məhsul təmizlənir. 
Bu m
əqsədilə ZAV- 20 tipli maşınlardan istifadə olunur. 
Saxlanmaya  qoyulan  toxumların  nəmliyi 10% -  dən  artıq 
olmamalıdır. 
 
 


77 
 
1. 8. 3. Qara xardal  
 
Əhəmiyyəti. Qara xardalın  (Brassica nigra (L.) Koch.) toxum-
ları  müxtəlif  xuruşların  (ədviyyatların)  hazırlanmasında  istifadə 
edilir. Xardal tozu (paraşoku) hazırlanmasında daha yaxşı hesab olu-
nur. Toxumlarından yalnız yemək (ərzaq) xardalı hazırlanmır. Ondan 
h
əm də  tibdə  işlənən  yağ  əldə  edilir.  Yağı  qəhvəyi-sarı  rəngli ol-
maqla raps yağı iyi verir. Qara xardal dərman bitkisi kimi Ukrayna  
ərazisində becərilir.  
M
ənşəyi.  Qara  xardal  Avropanın  qədimi bitkiləri qrupuna aid 
edili
r.  Hazırda  o  Avropa,  Asiya,  Afrika,  Amerika  və  Avstraliyanın 
bir çox yerl
ərində məlumdur. Yaxın vaxtlarda mədəni hala salınmış, 
soyuğadavamlı  bitki  kimi  məhdud sahələrdə  becərilir. Qara xardal  
Brassica nigra (L.) Koch. Hindistanda “Benar c
ənnəti” adi ilə məhur 
olub Utar-
Pradeş, Pəncab, Tamilnad ştatlarında yayılmışdır.  
Botaniki t
əsviri.  Qara  xardalın  gövdəsi hamar və  ya  aşağı 
hiss
ədən tükcüklü, yaşıl antosian rəngli olmaqla yarpaq qoltuqların-
dan yan budaqlar  
əmələ gətirir. Meyvəsi 1-2 sm uzunluqda, 4 üzlü, 
t
əpəcikli  qın  meyvədir.  Toxumları  xırda,  qırmızı-qəhvəyi rəngli ol-
maqla t
ərkibində  31-33%  bitki  yağı,  1%  -ə  qədər    efir  yağı  vardır. 
Ye
tişdikdə qını açılır, toxumları tökülür, məhsul itkisi baş verir. 1000 
ədədinin kütləsi 1,1-2,3 qramdır 
(r
əngli şəkil 13). 
Toxum m
əhsuldar-
lığı orta hesabla 0,6-1,0 ton/ha-dır. 
 
1. 9. PAYIZLIQ  RAPS 
 
  
Xalq təsərrüfatı əhəmiyyəti. Raps bitkisi ərzaq yağı və yem 
zülalı  üçün  perspektivli  mənbədir.  Rapsın  toxumlarının  tərkibində 
orta hesabla 44% yağ vardır (payızlıq rapsda 45-50%, yazlıq rapsda 
32-
35%).  Raps  yağı  yarımquruyan  (yod  ədədi  94-117)  yağlar  qru-
puna aid olub, marqarin hazırlanmasında metallurgiyada, lak-boyaq 
sənayesində,  kimya  sənayesində  və  sənayenin  başqa  sahələrində 
istifadə edilir. Toxumun tərkibində 23 % zülal vardır. Köhnə sortla-
rın  toxumlarında  heyvan  orqanizminə  zərərli  təsir  göstərən  eruk 
turşusu  (37-50  %)  və  qlükozinolitlər  (5-7%)  olduğundan  yemə  acı 


78 
 
tam verirdi. Hal-
hazırda  əldə  edilmiş  yeni  sortların  tərkibində  eruk 
turşusu 5% və qlükozinolitlər isə 0,3- 0,6 %-dir.  
Raps  jmıxının  tərkibində  37%-ə  qədər  zülal,  10%  piy  (yağ) 
olmaqla  bir  kiloqramı  bir  yem  vahidinə  bərabərdir.  Bundan  başqa 
raps yaşıl yem və otlaq bitkisi kimi becərilmək üçün də əlverişlidir. 
Aparılan  tədqiqatlar  göstərir  ki,  şaxtasız  günlərin  sayı  105-110 
gün  olan  ərazilərdə  rapsı  yağlı  bitki  kimi  becərmək  olar.  Bu  vaxt 
yüksək zülal çıxımı əldə etmək olar ki, o da heyvandarlıq üçün əhə-
miy
yətlidir. 
Raps yağı yeyinti, sabunbişirmə, poliqrafiya və sənayenin digər 
sahələrində istifadə olunur. Raps bitkisini yaşıl kütlə, silos, senaj və 
ot unu kimi yemlər almaq üçün becərmək mümkündür. Yaşıl kütlə-
nin hər sentnerində 16 yem vahidi var. Raps yaxşı bal verən bitkidir. 
Bal arısı hər hektardan 100 kq- a qədər bal toplaya bilir.   
Mənşəyi.  Raps  bitkisi  tarla  kələmi  ilə  yarpaq  kələminin  təbii 
çarpazlaşması  nəticəsində  alınmışdır.  Amma  raps  yağlı  bitki  kimi 
çox  qədim  zamanlardan  məlum  olmasına  baxmayaraq  onu  yaxın 
vaxt
lardan  becərməyə  başlamışlar.  Hazırda  raps  dünyanın  28  ölkə-
sində əsas yağlı bitki hesab olunur və ona maraq getdikcə artır. 
Tarixi yayılması və məhsuldarlığı. Rapsın Hindistanda, Çində, 
Pakistanda, Kanadada, Çilidə, Meksikada, Polşada, Fransada, AFR-
də  İsveçdə çox da böyük olmayan  əkin sahələri vardır. Ancaq raps 
hələ  qədim  zamanlardan  Hindistanda  daha  çox  yayılıb.  Sonradan 
İngilis  və  Holland  koloniyaları  raps  toxumlarını  Avropaya  gətir-
mişlər.  
Rapsın vətəni Aralıq dənizi ölkələri olub, buradan Hindistan və 
digər Asiya dövlətlərinə yayılmışdır. Yer kürəsində rapsın əkin sahə-
si 14-
15  milyon  hektara  çatır.  Bu  bitki  ən  çox  Hindistan, Çin, 
Kanadada becərilir (3-4 mln. ha). Almaniya, Polşa, Fransa və s. ölkə-
lərdə də  əkin sahəsi əhəmiyyətli dərəcədədir. Məhsuldarlığı hektar-
dan 15 - 
20 və 25-30 sentnerə çatır. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Raps (Brassica na-
pus L. ssp. oleifera Metzg.
)  kələmkimilər  (Brassicaceae)  fəsiləsinə 
daxil
dir.  Yabanı  halda  məlum  deyildir.  Mədəni  halda  iki  forması  – 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə