H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə24/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   20   21   22   23   24   25   26   27   ...   66

70 
 
Botaniki t
əsviri və bioloji xüsusiyyətləri.  Ağ xardal (Brassica 
alba Robunhorst.  (Sinapis alba L.)  K
ələmkimilər (Brassicaceae
f
əsiləsinə  daxil  olan  birillik  yazlıq  bitkidir.  25-80 sm hündürlükdə 
dikduran, güclü budaqlanan, üz
əri sərt tükcüklərlə örtülü gövdəsi və 
yarpaqları vardır. Aşağı yarpaqları lirəşəkilli yarılmış, saplaqlı, yuxa-
rı yarpaqları qısa saplaqlı uzunsov-xətvari, sərt tükcüklərlə örtülüdür. 
Sarı rəngli çiçəkləri  çoxçiçəkli salxım çiçək qrupunda toplanmışdır. 
Salxımında 25-100 ədəd kəskin bal iyi verən çiçək olur. Çarpaz toz-
la
nır,  öz-özünə  tozlanma da mümkündür. Meyvəsi 2-4 sm uzunlu-
ğunda, çox toxumlu (4-6 ədəd) qındır. Meyvənin nəhayəti (ucu) qı-
lınc şəkilli geniş buruncuqla qurtarır. Üzəri qabarıqlıdır, sərt tükcük-
lü, çiç
ək oxuna düz, bəzi hallarda iti və  kor  bucaq  altında  birləşir. 
Yetişdikdə  açılıb  tökülmür. Hər  qınında  4-7  ədəd  şar  şəkilli toxum 
olur. Toxumu göy xardala nisb
ətən bir qədər iri, diametri 1,5-2,0 
mm, dair
əvi, hamar açıq sarı (krem rəngli) rənglidir. 1000 toxumu-
nun kütl
əsi 4-8 qr.- dır 
(r
əngli şəkil 11).
  T
oxumları səpildikdən 6-7 
gün sonra cüc
ərti verir. Cücərtiləri alındıqdan 30-40 gün sonra çiçək-
l
əyir.  Ağ  xardal  nəmlik sevən,  soyuğadavamlı  uzun  gün  bitkisidir. 
Ağ xardal göy xardala nisbətən soyuğa çox, quraqlığa az davamlıdır. 
Onun toxumları 1-2 
0
C - d
ə cücərə bilir. Cücərtiləri isə - 6 
0
C-y
ə dö-
zürl
ər. Göy xardala nisbətən  torpağa  az  tələbkardır.  Kökləri  yaxşı 
m
ənimsəmə qabiliyyətinə malikdir. Ona görə də podzol torpaqlarda 
da bec
ərmək olar. Torpağın duzluluğuna pis reaksiya verir. Gillicəli 
v
ə qumsal qara torpaqlarda   yaxşı inkişaf edir. Ağ xardalın vegeta-
siya müdd
əti 65-90 gündür. 
S
ortları. Ağ xardalın Elmi Tədqiqat Yağlı Bitkilər İnstitutunda 
yaradılmış ВНИИМК- 162 sortu rayonlaşdırılmışdır. 
Bec
ərilmə  texnologiyası  və  yığımı.  Növbəli  əkinə, sələf bitki-
l
ərinə münasibəti göy xardal kimidir. O gübrələnmiş heriyə səpilmiş 
çovdar v
ə buğdanın sonra, həmçinin alaqlardan təmiz olan cərgəarası 
bec
ərilən bitkilərdən sonra yaxşı inkişaf edir. 
Ağ  xardal  azotlu  fosforlu  (N
20
P
30
  v
ə  yaxud N
40
P
40
) gübr
ələrə 
yaxşı  münasibət göstərir. Kalium çatışmayan  torpaqlarda  isə  tam 
mineral gübr
ə verilməlidir. Turş çimli-podzollu torpaqlarda mineral 
gübr
ələrlə yanaşı əhəng verilməsi də yaxşı nəticə verir. 


71 
 
Torpağın əsas və səpinqabağı becərilməsi işləri becərilmə ra-
yonu v
ə yerli torpaq-iqlim şəraiti nəzərə alınmaqla göy xardalda ol-
du
ğu kimidir. 
Ağ xardal göy xardaldan fərqli olaraq daha çox  soyuğadavamlı 
v
ə nəmlik sevən olduğuna görə onu erkən yazlıq taxıllarla bir vaxtda 
s
əpirlər. Səpin başdan-başa cərgəvi üsulla aparılır. Hektara səpin nor-
ması 12-15 kq-dır. Toxumlar 4-5 sm dərinliyə səpilir. 
Ağ xardal əkinlərinə qulluq işləri göy xardalda olduğu kimidir. 
V
ərdənələmə, malalama və  zərərvericilərlə  mübarizə  aparılır.  Ağ 
xardal iki d
əfəyə  hissə-hissə  və  ya  bir  başa  kombaynla  yığılır.  Bir 
başa yığım qınlar yetişdikdə və zəif  çatladıqda  aparılır. Tam yetiş-
m
ə fazasında ağ xardalı SK-5 “Niva”  markalı kombayna  PR-5 qur-
ğusu əlavə edilməklə yığırlar. 
 
1. 8. 2. Göy xardal (Sarept v
ə ya Hindistan xardalı) 
 
Əhəmiyyəti.  Becərilən  göy  xardal  formalarının  toxumlarında 
30-
47% yarımquruyan yağ (yod ədədi 92-119), 25%- ə qədər zülal, 
1,7%-
ə qədər efir yağı vardır. Soyuq üsulla sıxılmış xardal yağı yaxşı 
dada malikdir v
ə qida kimi istifadə olunur. Ondan  çörək, peçenye, 
q
ənnadı,  konserv  və  marqarin  yağları  sənayesində  istifadə  olunur. 
İsti üsulla sıxılmış xardal yığında siniqrin (efir yağı)  qlükozidi olur 
ki, bu da ona k
əskin iy və  xoşagəlməyən dad verir. Belə  yağlar 
texniki m
əqsədlər üçün istifadə olunur.  
Xardal  toxumlarının  kəskin  yandırıcı  dada  və  ətirli iyə  malik 
olması onların tərkibində olan siniqrin qlikozidindən asılıdır. Siniqrin 
qlikozidi xardal toxum
larının  əsas təsiredici maddəsi hesab olunur. 
Bu qlikozid toxumlarda olan mirozin fermentinin t
əsirindən parça-
landıqda efirli xardal yağına, kalium-hidrosulfata və qlükozaya ayrı-
lır. Efirli xardal yağı açıq- sarı rəngli mayedir, çox kəskin yandırıcı 
dada v
ə iyə malikdir. Xardal toxumlarında 25-47%-ə qədər piyli yağ 
da vardır. Bu yağdan ancaq yeyinti sənayesində istifadə olunur. Xar-
dal toxumlarından elmi təbabətdə xardal yaxması (Charta sınapina) 
v
ə  xardal spirti (Spiritus sinapis)  şəklində  revmatizmdə  və  soyuq-


72 
 
d
əymədə xaricə sürtmə dərmanı kimi istifadə edilir. Xardal yaxması 
piyli yağdan azad edilmiş xardal toxumu tozundan hazırlanır. 
Ondan sabun bişirmədə, toxuculuqda və digər sənaye sahələrin-
d
ə istifadə edilir. Xardaldan alınan efir yağları ətriyyat  sənayesində 
istifad
ə  edilir.  Xardal  jmıxı  sürfə  xardalı  hazırlanmasında  və  tibdə 
işlədilir. Onun tərkibində zərərli maddə olan siniqrin və sanalbin  ol-
du
ğundan heyvanlara xüsusi işlənmədən sonra verilə bilər. 
Göy  xardal  yaxşı  bal  verən  bitkidir.  Rusiyanın  Şimal-Qərb ra-
yon
larında ondan yaşıl gübrə kimi də istifadə edilir.  
Xardal toxumlarının işlənməsindən  sonra əldə olunan məhsulun 
90%-
i xeyirli hesab olunur. 100 kq orta kondisiyalı xardal toxumun-
dan 23-24 kq yem
əli xardal yağı, xardal efiri almaq üçün 5 kq yağ, 
50  kq  xardal  ovuntusu  (poroşoku)  almaq  üçün  jmıx,  15  kq  heyvan 
yemi  üçün  jmıx,  7,5  kq  yanacaq  üçün  qabıq  (şeluxa)  əldə  olunur. 
Xar
dal  yağı  presləmə  (sıxma)  və  ya  ayırma  (ekstrasiya)  yolu ilə 
alınır. 
Soyuq sıxma üsulu ilə alınan xardal yağı daha keyfiyyətli hesab 
edilir.  İsti  sıxma  üsulunda  yağın  tərkibinə  0,1-1,7%-ə  qədər xardal 
efiri yağı və siniqrin qlükozidi qarışır ki, bu da kəskin iyli və xoşa-
g
əlməyən dada malikdir. Mütəxəssislərin fikrinə görə ərzaqlıq xardal 
yağının tərkibində olein və linol turşuları 80%-dən aşağı, linolen 4%-
d
ən, palmitin və stearin turşuları 5-15%-dən artıq olmamalı, eruk və 
eykozen turşuları isə olmamalıdır. 
Tarixi, yayılması və  məhsuldarlığı. Göy xardalın vətəni şərqi 
Çin hesab edilir. Bu bitki m
əhz  burada  yabanı  formalardan  seçil-
m
əklə mədəni hala salınmışdır. Göy xardal Çindən Hindistana keç-
miş və Hindistan göy xardal becərən ilkin mərkəzlərdən birinə çevril-
mişdir. Ona görə də bəzi müəlliflər göy xardalın vətəninin Hindistan 
olduğunu güman edirlər. Burada ona alaq bitkisi kimi də rast gəlinir. 
B
əziləri isə onun vətəninin orta Asiya olduğunu qeyd edirlər. Xardal 
Çind
ə, Hindistanda, Misirdə və ön Asiya ölkələrində qədimdən becə-
rilir.  
Hindistanda göy xardal v
ə ya Sarept xardalı “cənnət xardalı” adı 
il
ə  məşhurdur. Xardal və  turpəng (Sarzon) bizim eradan əvvəl 3-2 
minillikl
ərdən becərilir. Bu növlərin  toxumları  tibdə  və  dini məra-


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə