H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə20/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   16   17   18   19   20   21   22   23   ...   66

58 
 
Əgər hektardan 30-40 sentner quru ot məhsulu əldə edilmiş üç-
yarpaqdan sonra kətan yerləşdirilərsə, kətan altına 15 kq azot veril-
məsi tövsiyə olunur, lakin məhsul 45-50 sentner olduqda kətan əkin-
lərinə azot gübrəsinin verilməsi məsləhət görülmür. 
Kətan  hektardan  25  sentner  dən  məhsulu  götürülmüş  yazlıq 
taxıllardan sonra yerləşdirilərsə 30 kq azot, yaxud hektara 1 sentner 
ammonium şorası; məhsuldarlıq hektardan 25-35 sentner olduqda 20-
25 kq azot, yaxud 0,6-
0,7  sentner  ammonium  şorası;  hektardan  35 
sentnerdən çox dən məhsulu götürüldükdə isə 15-17 kq azot, yaxud 
hektara 0,5 sentner ammonium şorası verilməsi tövsiyə olunur. 
Kətan altına tam mineral gübrə N : P : K, azotla zəif təmin olun-
muş torpaqlarda 1:2:3 nisbətində, azotla yüksək dərəcədə təmin olun-
muş torpaqlarda isə 1:3:4 nisbətdə verilir. 
Azot  gübrəsi  kətan  altına  yazda,  fosfor  və  kalium  isə  payızda 
şum altına yaxud şumdan dərhal sonra verilir. Mütəhərrik fosfor və 
kaliumla az təmin olunmuş torpaqlarda, eləcə də ağır rabitəli torpaq-
larda fosfor və kalium gübrələrini yaxşı olar ki, iki müddətdə: 50%-
ni payızda şum qabağı, 50%-ni isə erkən yazda, torpağın səpinqabağı 
becərilməsindən əvvəl verilməsi daha yaxşıdır. 
Mikroelementlərdən kətan xüsusən bor elementinə ehtiyac gös-
tərir. Bor tərkibli gübrələrin yazda kultivasiya qabağı hektara 0,2-0,3 
sentner verilməsi tövsiyə olunur. 
Kətan altına mineral gübrələrdən əlavə hər 100 kq lif hesabı ilə 
hektara 100 kq odun külü verilməsi tövsiyə olunur. 
Əkinlərin alaqlanması, alabəzəkliyin olmaması və bitkilərin yat-
ma
sının qarşısını almaq üçün kətan altına bilavasitə peyin verilmir. 
Torpağın  becərilməsi.  Kök sisteminin  zəif  inkişaf  etməsi  və 
səpin  dərinliyinin  cüzi  olması  ilə  əlaqədar  olaraq  kətan  torpağın 
becərilməsinə tələbkardır. Çox hallarda torpağın becərilməsi sələflər-
dən asılıdır. 
Kətan çoxillik alaqlardan sonra yerləşdirilərsə torpağın BDN-3, 
BDN-
10 markalı ağır diskli malalarla iki istiqamətdə becərilməsinə 
başlanılır. Diskləmə payız şumunun qaldırılmasından 2-3 həftə əvvəl 
aparılır. Payız şumu 22-25 sm dərinliyində ön kotancıqlı kotanla apa-
rılır. 


59 
 
Kətan əkinləri üçün dənli taxıl bitkilərinin məhsulu yığıldıqdan 
sonra  onun    ardınca  torpağın  üzlənməsi  5-6  sm  dərinliyində  LDQ-
5A, LDQ-10A, LDQ-
15A markalı diskli aqreqatlarla, yaxud PPL-5-
25, PPL-10-
25  markalı  gavahınlı  aqreqatlarla  aparılır.  Əgər  torpaq 
sürünən ayrıqla zibillənibsə üzləmənin dərinliyi 10-12 sm-dən az ol-
ma
malıdır. Sürünən ayrığın toxumları və onun kökümsov gövdəsinin 
buğumaraları tez cücərir və növbəti şumlamada  torpağın alt qatına 
düşərək məhv olurlar. 
Kətan  kartofdan  sonra  yerləşdirildikdə,  yığımdan  dərhal  sonra 
şum aparılıbsa, adətən əlavə şumun aparılmasına ehtiyac tələb olun-
mur.  
Gillicəli və gilli torpaqlarda erkən yazda torpağın becərilməsi 5-
6 sm dərinliyində pəncəli kultivatorla, eyni zamanda orta yaxud ağır 
dişli malalarla birlikdə malalamanın aparılması məsləhət görülür. Bu 
torpaql
ara kultivatorla mineral gübrə verən zaman gübrənin basdırıl-
ma dərinliyi 10-12 sm-dən az olmamalıdır. 
Erkən yaz becərmələrindən bir həftə sonra səpinqabağı becərmə-
də  kultivasiya  ilə  malalamanın  eyni  vaxtda  aparılmasıdır.  Bu  halda 
alaqlar daha tam cücərtilər verir və kətanın səpinindən əvvəl torpaq 
becərən alətlərlə məhv edilir. 
Torpağın səpinqabağı becərilməsində kətan əkinləri üçün kombi-
nə edilmiş yumşaldıcı-hamarlayıcı aqreqatlardan istifadə geniş tətbiq 
edilir. Səpinə  yaxşı hazırlanmış torpaqlarda kətanın tarla  cücərməsi 
70-
80% təşkil edir. 
Toxumun səpinə hazırlanması və səpin. Səpin üçün hazırlan-
mış  kətan  toxumlarının  təmizliyi  97%-dən  və  cücərmə  qabiliyyəti 
85%-
dən  aşağı  olmamalıdır.  Kətan  toxumlarında  alaq  toxumlarının 
qarışığı 1 kq-da 180 ədəddən artıq olmamalıdır. 
Fuzarioz, antraknoz, pas və digər xəstəliklərlə mübarizə məqsədi 
ilə kətan toxumları kimyəvi preparatlarla səpinqabağı yaxud qabaq-
cadan (5 ay əvvəl)  yarımquru üsulla (100 kq toxuma 1 litr su) dər-
man
lanır. Bununla toxumun nəmliyi  0,5% artır. Toxumların rütubət-
ləndirilərək  dərmanlanması  üçün  fenturam,  fenturam-molibdenatın 
nəmləndirici tozundan müxtəlif yapışqanlı əlavələrlə 100 kq toxuma 
300 qram istifadə olunur. 


60 
 
Kətan toxumlarını dərmanlamamışdan öncə 4-5 gün ərzində isti 
havada 
beton meydançada qızdırmaq səmərəlidir. 5-6 sm qalınlığın-
da sərilmiş toxum gündə bir neçə dəfə qarışdırılır. 
Kətanın  səpininə  torpaq  yetişdikdə  və  10  sm-lik qatda tempe-
ratur 7-8 
0
C olduqda erkən və qısa müddətdə  (4-5 günə) başlanılır. 
Erkən səpinlərdə məhsuldarlıq artır və lifin keyfiyyəti yaxşılaşır, eyni 
zamanda kətan bitkisinin göbələk xəstəlikləri və zərərvericilərlə zə-
dələnməsi aşağı düşür.  
Səpinlərin bir həftə  gecikdirilməsi lif və toxum məhsulunu 10-
20% aşağı sala bilər. 
Aşağı temperaturda cücərmiş kətan yaz şaxtalarına yaxşı dözür. 
Lakin  yaxşı  hazırlanmamış,  nəmli  və  soyuq  torpaqlarda  səpinlərin 
hədsiz erkən aparılması  kətanın məhsulunu gecikmiş əkinlərdə oldu-
ğu qədər aşağı salır.  
Səpin üsulu və norması. Kətan üçün ən yaxşı səpin cərgəarası 
7,5 sm olan darcərgəli üsuldur. 
Hektara  optimal  səpin  norması  25-30  mln.  ədəd  cücərmə 
qabiliyyətli toxum hesab olunur. Səpin norması bölgədən, sortdan və 
səpinin təyinatından asılı olaraq müəyyən  edilir.  
Nəmişlik  çox  düşən  illərdə  yüksək  səpin  normasında  bitkilər 
yata bilər, bu da ki, ilkin becərməni və məhsul yığımını çətinləşdirir. 
Eləcə  də  kasıb  torpaqlarda  sıx  əkinlər  təhlükəlidir,  burada  kətan 
alçaqboylu  olur.  Lakin  güclü  alaqlanmış,  eləcə  də  ağır  torpaqlarda, 
məhsul  yığımı  dövrünə  az  miqdarda  bitki  qaldığından,  toxumun 
səpin normasını 10-15% artırmaq lazımdır. 
Toxumun  ən  yaxşı  basdırılma  dərinliyi  ağır  torpaqlarda  1,5-2 
sm,  yüngül  torpaqlarda  isə  2-2,5 sm-dir.  Nisbətən  toxumun  dərin 
səpilməsi  cücərtilərin  sıxlığını  nəzərə  çarpacaq  dərəcədə  aşağı  salır 
və kətanın məhsulunu azaldır. 
Qulluq işləri. Kətanın əmtəəlik səpinləri üçün bir sıra aqrotex-
niki  tədbirlər  nəzərdə  tutulur:  vərdənələmə,  malalama,  alaqlar  və 
zərərvericilərlə  mübarizə,  bütün  bunlar  konkret  şərait  nəzərə  alın-
maq
la həyata keçirilir. 
Aqrotexniki tədbirlərlə yanaşı əkinlərə qulluq işlərindən mühüm-
ləri alaq otlarına, kətanın xəstəlik və zərərvericilərinə qarşı kimyəvi 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə