H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə19/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   15   16   17   18   19   20   21   22   ...   66

55 
 
Bitkini xüsusən lazımi miqdarda nəmliklə təmin etmədikdə  artıq o, 
22 
0
C temperaturda boy artımına görə əziyyət çəkir. 
Uzun lifli kətan nəmliyə çox tələbkardır. Onun suya tələbatı qön-
çələmə  və  çiçəkləmə  dövründə  xüsusən  böyükdür.  Torpaq  nəmliyi 
tarla rütubət tutumunun (TRT) 70%-i həddində olduqda o daha yaxşı 
inkişaf edir. Uzun lifli kətanın nəmliyə tələbatı eyni zamanda onun 
inki
şafının müxtəlif fazalarda müxtəlifdir. Toxumun şişməsi üçün öz 
kütləsindən 100%-ə qədər artıq nəmlik tələb olunur. Optimal torpaq 
nəmliyində (10 sm qatda 10-20 mm) cücərtilər bir bərabərdə alınır, 
çiçəkləmə fazasına qədər nəmliyə tələbat artır və məhsuldar nəmlik 
ehtiyatı 0-20 sm qatda 30 mm və daha artıq olduqda böyümə normal 
gedir. Kətan bitkisi torpaqda nəmlik artıq olduqda dözmür və qrunt 
sularının səviyyəsi səthə yaxın olan ərazilərdə pis nəticələnir. Eləcə 
də yetişmə zamanı yağıntıların artıq düşməsi arzuedilməzdir, belə ki, 
onun hesa
bına bitkilərin  yatmasına və müxtəlif xəstəliklərin inkişaf 
etməsinə səbəb olur. Kətanın transpirasiya əmsalı 400-430-a bərabər-
dir.  
Uzun lifli kətan uzun gün bitkisidir. Güclü günəş işığı gövdələ-
rin şiddətli budaqlanmasına, uzun lif məhsuldarlığının aşağı düşmə-
sinə və onun keyfiyyətinin pisləşməsinə səbəb olur.   
K. A. Timiryazev qeyd etmişdir ki, münbit torpaqlarda kətan da-
ha nazik və elastiki lif məhsulu verir. Onun üçün mədəniləşdirilmiş 
gilli və gillicəli torpaqlar daha yaxşı hesab olunur. Ən əlverişli torpaq 
məhlulunun reaksiyası pH=5,0-6,5-dir.  
Uzun  lifli  kətanın  kök  kütləsinin  80%-i 0-20 sm torpaq qatda
14-18%-i 21-60 sm-lik qatda, 3-6%-
i isə 51-100 sm-lik qatda yerlə-
şir. Ona görə də məhsulun 80%-dən çoxu 0-20 sm-lik qatdakı nəmlik 
və qida maddələrinin hesabına formalaşır. Kətan üçün humusun miq-
darı  2%-dən  az  olmayan,  100  qram  torpaqda  asan  hidroliz  olunan 
azot 1
0 mq, fosfor və kalium 10-15 mq, həcmi kütləsi 1,3 q/sm
3
 olan 
torpaqlar daha əlverişlidir.  
Qumlu və qumsal torpaqlar kətan üçün az yararlıdır. Ağır gilli-
cəli və torflu turş torpaqlar da kətan üçün az yararlıdır. 
Kətanın aşağıdakı xarakterik inkişaf fazaları vardır: cücərti, kük-
nara
bənzər yarpaqlar, qönçələmə, çiçəkləmə, yetişmə. 


56 
 
Cücərmə fazasında bitki iki ləpə yarpaqları və onların arasındakı 
kiçik tumurcuqdan ibarət olur. İynəyə bənzər yarpaqlar fazada bitki-
nin hündürlüyü 10 sm-
ə çatır və 5-7 cüt həqiqi yarpaqlar əmələ gəlir. 
Bu  iki  faza  gövdənin  yavaş  boyatması  və  kök  sisteminin  sürətli 
inkişafı ilə xarakterizə olunur. Sonra kətanda sürətlə boy atma (artım 
sutkada 5-
7 sm) dövrü başlayır, qönçələmənin başlanğıcına qədər 12-
20 gün davam edir, daha sonra bitkinin boyatması (sutkada 0,5-1 sm) 
əhəmiyyətli dərəcədə zəifləyir, ancaq vegetasiyanın sonunda demək 
olar ki, dayanır. Yetişmə zamanı kətanın gövdəsinin odunlaşması və 
qutu
cuqlarda toxumların formalaşması sürətlə gedir.  
Yağlıq  kətan  uzun  lifli  kətana  nisbətən  xüsusən  yetişmə  döv-
ründə istiliyə tələbkardır. Nəmliyə çox tələbat göstərən deyil. Yağlıq 
kətan  üçün  ən  yaxşı  torpaqlar  alaq  otlarından  təmiz  qara  torpaqlar 
hesab olunur.  
Növbəli əkində yeri. Uzun lifli kətan növbəli əkinlərdə sələflərə 
və  bitkilərin  düzgün  növbələndirilməsinə  tələbat  göstərən  bitkilərə 
aiddir. Kətanın daima eyni tarlada əkilməsi yaxud tez-tez öz tarlasına 
qaytarılması, torpaqda patogenlərin - fuzarioz, antraknoz və polispo-
rio
zun  törədicilərinin  toplanması  üzündən,  məhsul  azalır  yaxud  da 
tamamilə məhv olur. 
Çoxillik  paxlalı  otları  (üçyarpaq)  uzun  lifli  kətan  üçün  daima 
daha  yaxşı  sələf  hesab  etmək  olmaz.  D.  N.  Priyanişnikov  kətanın 
məhsuldarlığına üçyarpağın müsbət təsirini qeyd etmişdir. Üçyarpaq-
dan sonra kətan becərməyə ona görə üstünlük verilərdi ki, gübrədən 
az  istifadə  olunsun.  Yüksək  münbit  torpaqlarda  çoxillik  otlar  digər 
sələflərdən bir qədər geri qalır. Ona görə də intensiv növbəli əkinlər-
də kətanı yaxşı becərilmiş torpaqlarda payızlıq çovdar, yazlıq buğda, 
kökümeyvəlilər,  kartof,  noxud  və  digər  bitkilərdən  sonra  yerləşdir-
mək daha məqsədə uyğundur. Bu sələflərdən sonra kətanın gövdəsi 
daha  hamar,  yatmaya  qarşı  davamlı,  mexaniki  yığıma  daha  yararlı 
olur.  
Lakin  kartof  altına  verilmiş  üzvi  gübrənin  yüksək  normasında 
çox vaxt azotun artıqlığı yaranır və kətan əkinlərinin yatmasına səbəb 
olur. 


57 
 
Qərbi Avropa ölkələrində (Hollandiya, Belçika və s.) çoxdan be-
cərilən  və  yaxşı  gübrələnmiş  torpaqlarda  kətanın  ən  yaxşı  sələfləri 
buğda, arpa, kartof, şəkər çuğunduru və s. bitkilər hesab olunur. 
 Üçyar
paqdan sonra becərilən kətan gec yetişir və lifin keyfiyyə-
ti nis
bətən aşağı olur. Uzun lifli kətanın məhsulu vaxtında yığılarsa 
on
dan sonra növbəli əkində yazlıq buğdanı, çuğunduru, kartofu və s. 
bitkiləri yerləşdirmək olar.  
Gübrələmə sistemi. Uzun lifli kətanın qida maddələrinə tələbatı 
kifayət qədər yüksəkdir. Bir ton lif yaratmaq üçün o torpaqdan 80 kq 
azot, 40 kq fosfor və 70 kq kalium aparır ki, bu da 1 ton xam məh-
sulu yaratmaq üçün pambıq bitkisinin apardığından 1,5 dəfə çoxdur.  
Əsas qida elementləri uzun lifli kətanın məhsuldarlığına və key-
fiy
yətinə müxtəlif dərəcədə təsir göstərir.  
Azot elementi uzun lif məhsulunun artmasına səbəb olur. Lakin 
onun çatışmaması bitkinin vegetasiya müddətini uzadır, onların yat-
ma
sına və çox hissəsinin xəstəliklərlə zədələnməsinə səbəb olur, nə-
ti
cədə  məhsuldarlıq  və  lifin  keyfiyyəti  əhəmiyyətli  dərəcədə  aşağı 

şür.  Azotun  çatışmaması  xüsusən  küknarabənzər  fazada  nəzərə 
çarpır.  
Fosfor həyatının ilk dövrlərində kətan üçün çox vacibdir. Fosfor 
qidası  kifayət  qədər  olduqda  bitkinin  yetişməsi  sürətlənir,  lif  və 
toxum məhsulu yüksəlir. 
Kalium  gövdədə  ibtidai  (başlanğıc)  liflərin  miqdarını  artırır,  lif 
çıxımı və onun keyfiyyətini yüksəldir, bitkilərin yatması qorxusunu 
aşağı salır. Kalium elementi kətanın boy atmasının birinci üç həftə-
sində və qönçələmə fazasında xüsusən zəruridir.  
Kətan mineral gübrələrdən qida elementlərini müxtəlif dərəcədə 
istifadə edir: asan hidroliz olunan azot təxminən 30-90% mənimsəni-
lir, fosfor 10-
25%, kalium isə 26-40%, torpaqdan isə müvafiq olaraq 
20-30, 6-
13 və 12-13%.  
Çoxillik  tədqiqatlarla  müəyyən  edilmişdir  ki,  daha  yüksək  və 
yaxşı  keyfiyyətli  məhsul  əldə  etmək  üçün  kətan  altına  tam  mineral 
gübrə verilməlidir. Məhsul artımı 40%, toxum məhsulu isə 30% ol-
muşdur.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə