H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

49 
 
Əkinə  qulluq.  Arat olunmayan yerlərdə  səpindən sonra dərhal 
suvarma  aparılmalıdır.  Torpağın  su-hava xassələrini  yaxşılaşdırmaq 
üçün çıxış alınanadək bir iz və çıxış vaxtı 1-2 iz KRN-38 yaxud torlu 
mala il
ə malalayırlar. Vegetasiya dövründə cargəaraları 2 dəfə KRN-
4,2 markalı kultivatorla yumşaldılmalıdır.  
Tor g
ənəciyinə  və  yarpaqyeyən həşəratlara  qarşı  vegetasiya 
müdd
ətində karbofosun 30%-li emulsiyası ilə hektara 1,0-1,5 kq, fos-
famidl
ə  (Bİ-58) 1 kq normada çiləmə  aparılır.  Çiçəkləmədən sonra 
çil
əmə kükürd tozu ilə əvəz edilir. 
Bitkinin normal inkişafı üçün vegetasiya müddətində soya ən azı 
4 d
əfə  suvarılmalıdır.  Birinci  suvarma  budaqlanma,  2-ci suvarma 
çiç
əklənmənin başlanğıcında, 3-cü suvarma paxlalar əmələ gəldikdə 
v
ə  4-cü suvarma dən  dolmağa  başladıqda  keçirilməlidir. Suvarma 
yağış  yağdırma üsulu ilə hektara 500-600 m
3
, şırımlarla infiltrasiya 
yolu il
ə 700-800 m
3
 
su normasında keçirilir.  
M
əhsulun yığılması. Yetişərkən soya paxlası açılmır ona  görə 
d
ə  dən itkisi az olur. Dən məqsədi ilə  əkdikdə  soya  tam  yetişmə 
fazasında, yarpaqların töküldüyü, gövdələrin quruduğu və paxlaların 
saralmağa  başladığı  dövrdə  dəndə  14-16% nəmlik olduqda SK-5 
Niva, SK-4A, SKD-5P, SKD-
5M, “Sibiryak” kombaynları ilə yığıl-
malıdır. Kombaynın kəsici aparatı ən aşağıdan biçmək üçün nizam-
lan
malıdır. Dənin qırılmasının qarşısını almaq üçün barabanla – deka 
arasında  məsafə  CK-  4A, CK-5 kombaynlarda girəcəkdə  40 mm, 
çıxacaqda 28 mm-dən  az  olmamalıdır.  Barabanın  dövrlər  sayı  də-
qiq
ədə 400-500 -ə endirilməlidir. 
Yetişməni sürətləndirmək məqsədilə  gecyetişən sortlar əkilən 
sah
ələrdə  desikasiya  aparılır.  Bu  məqsədlə  dəndə  nəmlik 40-45% 
olduqda maqnezium - 
xlorat preparatının 20 kq-ı suya qarışdırılaraq 
sah
əyə çilənir. Soya samanı yem üçün istifadə ediləcəksə desikasiya 
aparılmır.  
Yığılmış toxumda nəmlik 14% -dən çox olarsa asfalt meydança-
da gün
əş altında qurudulmalı və digər qatışıqlardan təmizlənməlidir.  
 
 
 


50 
 
1. 6. 
YAĞLI  KƏTAN 
 
Xalq təsərrüfatı əhəmiyyəti.  Yağlı kətanın toxumlarında 38-45 
%  yarımquruyan yağ ( yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq 
sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, 
kağız,  ətriyyat,  rezin,  elektrotexnika  sənayesində  və  başqa  sənaye 
sahələrində  o,  cümlədən  tibdə  də  işlədilir.  Kətan  yağı  həm  də  qida 
kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı 
yemdir. 
Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan 
protein  vardır.  Cecəsinin  100  kq-da  isə  103  yem  vahidi,  28,9  kq 
həzm olunan protein  vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı 
yem
ləmədən  qabaq  buxara  verilir  ki,  heyvanlarda  zəhərləmə  əmələ 
g
ətirməsin.  Yem  kimi  istifadə  olunan  püfəsinin  (saman)  hər  kiloq-
ramında 0,27 yem vahidi, 20 qr. həzm olunan protein vardır. 
İplik kətanın gövdəsində 12-17 % lif vardır. Bu lif keyfiyyətinə 

rə uzunlifli kətanın lifindən geri qalır. Ondan kobud (qaba) parça-
ların və yüksək kağız sortlarının alınmasında istifadə edilir.  
Tarixi, mənşəyi və yayılması. Kətan bitkisi çox qədim zaman-
lardan becərilir. Onun vətəni haqqında dəqiq fikir söyləmək çətindir. 
Kətan bizim eradan 4-5 min il əvvəl  Hindistan, Çin, Misir və Zaqaf-
qaziyada məlum olub.  
Təxminən kətanın vətəninin Hindistanın dağlıq rayonları, Çin və 
Aralıq  dənizi  ölkələri  (Zaqafqaziya,  Anatoliya,  Qərbi  İran)  olduğu 
güman edilir. Kətan bitkisi asanlıqla  yabanı formaya keçir. Bir çox 
ölkələrdə  o  cümlədən  də  cənubi  Rusiyada  özünü  yabanı  bitki  kimi 
gös
tərir. Rusiya ərazisinə Asiyadan keçmişdir. Hazırda kətanı Avro-
panın, Asiyanın və şimali Amerikanın isti yerlərində və Şimali Afri-
kada  becərilir.   
Bu  günə  kimi  kətanın  mənşəyi  haqqında  heç  bir  düzgün  fikir 
söy
lənməyib. Ancaq bir neçə hipotez irəli sürülmüşdür. Bu hipotez-
lərin bəzilərində daryarpaq kətanın yabanı halda İran körfəzi dövlət-
ləri  ərazilərindən  başlayaraq  Xəzər  və  Qara  dəniz  sahillərinə  qədər 
gəlib çıxdığı göstərilir. Başqaları isə göstərirlər ki, mədəni kətan ilk 
dəfə  öz  başlanğıcını  Hindistanın  dağlıq  ərazisindən  götürmüşdür. 
Burada bizim eradan 9 min il qabaq kətan bitkisinin becərilməsi haq-


51 
 
qında arxeoloji qazıntılar məlumat verir. Bəziləri isə kətanın ilk əkin 
sahələrinin Yaxın şərq, Qafqaz (Azərbaycan), Avropa və Asiya ölkə-
ləri olduğunu qeyd edirlər. Bu  yerlərdə aparılan arxeoloji qazıntılar 
nəticəsində  əldə  edilən  kətan  qalıqlarına  əsaslanaraq  alimlər  onun 
Daş dövründə əkildiyini söyləyirlər. 
Kətanın becərilməsinə Rusiya ərazisində qədim dövrlərdən baş-
lanılıb. III-V əsrlərdə kətan Rusiyanın Yaroslavl və Kostroma vilayə-
tində becərilib. Artıq X əsrdə Rusiyada kətandan istehsal olunan par-
ça, iplik, lif və yağ yalnız ölkənin öz ehtiyaclarını ödəmək üçün de-
yil, hətta xarici ölkələrə də satılırdı.  
Kətanın yer kürəsində əkin sahəsinin 60%-dən çoxu MDB ölkə-
lərində cəmləşmişdir. Rusiya, Ukrayna və Belarus dövlətlərində əkin 
sahəsi daha çoxdur. Polşa, Rumıniya, Fransa, Çexiya, Hollandiya və 
s. ölkələrdə də əkin sahəsi əhəmiyyətli dərəcədədir. 
Yer 
kürəsində əsas liflik kətanın əkin sahəsi 1,5 mln. hektardan 
çox, yağlıq kətanınkı isə təxminən 1 mln. hektardır. Yağlıq kətanın 
əkinləri Argentina, ABŞ, Kanada və Hindistanda  daha çoxdur. Rusi-
ya ərazisində əkin sahəsi 200 min hektardır. 
Kətanın  lif  məhsuldarlığı  orta  hesabla  hektardan  0,4  tondur, 
lakin potensial imkanı 1,6 və daha çoxdur. 
 
“Tarixin atası” hesab edilən Herodot göstərir ki, Kolxididə kə-
tan
dan  hazırlanan  parça  məmulatları  ilə  təkcə  daxili  tələbi  ödəmir, 
on
ları bir çox Şərq və Qərb dövlətlərinə də ixrac edirdilər. 
Herodot qeyd edir ki, Dnepr və Dnestr çayları ətrafında yaşamış 
qədim  skiflər  buğda,  mərcimək,  soğan,  sarımsaqla  yanaşı,  kətan  və 
çətənə də əkərək onlardan əla keyfiyyətli parçalar toxuyarlarmış. He-
ro
dotun  bu  fikirlərini  Dnepr  çayı  sahillərində  arxeoloji  qazıntılar 
nəticəsində əldə edilmiş materiallar da təsdiq edir. Müəyyən etmişlər 
ki,  o  dövrlərdə  indiki  Litva  xalqları  da  kətançılıqla  geniş  surətdə 
məşğul olmuşlar. Ərəb səyyahı İbn-Faldan 901-ci ildə Volqa və Ural 
ətrafı ərazilərdə olan zaman kətandan hazırlanmış parçadan tikilmiş 
paltarda gəzənlərə rast gəlmişdir. 
Xalq arasında kətanla bağlı bir çox əfsanələr, nağıllar uydurul-
muş, xüsusi təntənəli bayram günləri qeyd edilmişdir. Məhsulu topla-
dıqdan sonra hər il 3 İyunda təntənəli bayram keçirirlərmiş. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə