H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə25/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   21   22   23   24   25   26   27   28   ...   66

73 
 
siml
ərdə istifadə edilirdi. Səpin üçün “cənnət xardalının” iki forması 
istifad
ə  olunur. Onlardan biri hündürboylu gecyetişən, ikincisi isə 
alçaqboylu tezyetişəndir.  
Hazırda göy xardal Hindistanla yanaşı Çində, Misirdə və başqa 
ölk
ələrdə  də  becərilir.  Göy  xardalın  mədəni hala keçirilməsi  yaxın 
vaxtlarda baş vermişdir. Rusiya ərazisinə xardal XVIII əsrin əvvəl-
l
ərində Asyadan keçmiş və onu ilk dəfə aşağı Volqaboyunda Sarept 
şəhəri  yaxınlığında  mədəni  hala  keçirmişlər.  Bu  bitki  öz  rus  adını 
(Sarept  xardalı  adını)  Volqaboyunda  becərilməyə  başladığı  Sarept 
k
əndinin  adından  götürmüşdür. Burada Rusiyada ilk dəfə  xardal 
zavodu yaradılmışdır. 1765-ci ildə Sarept şəhərə çevrilmişdir. Buraya 
II Yekaterina t
ərəfindən Almaniyadan mütəxəssislər dəvət olunub 
yerl
əşdirilmişdir.  Hazırda  Volqoqrad  vilayətinin  rayonlarından biri-
dir.  Sarept  xard
alı dünyada ən yaxşı xardal hesab edilir. 
Hazırda Rusiya ərazisində göy xardal bitkisi kələmkimilər (xaç-
çiç
əklilər) fəsiləsinə  daxil  olan  yağlı  bitki  kimi  geniş  yayılmışdır. 
Onun 
əkin sahələri, günəbaxan, soya və  yağlı  kətandan sonra 4-cü 
yeri tutur. Rusi
yada göy xardalın əkin sahəsi 270 min hektara yaxın-
dır. Onun əkinləri əsasən Volqaboyunda  Volqoqrad və Saratov vila-
y
ətlərində, kiçik sahələrdə  isə  qərbi Sibirdə,  Qazaxıstanda,  şimali 
Qafqazda, Qara d
əniz sahillərində  və  Qırğızıstanda  və  b. yerlərdə 
bec
ərilir. Hektardan orta toxum məhsuldarlığı 0,8-1,5 tondur. Yüksək 
aqrotexniki şəraitdə hektardan 1,5-2,0 ton toxum verə bilir. 
İsveçdə  süni (mutant) yolla çox qiymətli  xardal  formaları  əldə 
olun
muşdur. Hindistanın Bihar, Utar-Pradeş, qərbi Benqal ştatlarında 
v
ə bir çox başqa yerlərdə adi tarla bitkisi hesab olunur. Göy xardal 
t
əmiz halda və ya nut, noxud və arpa ilə qarışıq səpilir. Qarışıq səpin-
l
ərdə  səpin  norması  9  kq/ha  təmiz halda səpildikdə  isə  18 kq/ha- 
q
ədər götürülür.  
Botaniki t
əsviri və  bioloji xüsusiyyətləri.  Göy xardal və  ya 
Sarept xardalı Brassica juncea Czerw. Kələmkimilər (Brassicaceae
f
əsiləsinə  daxil  olan  birillik  ot  tipli  bitkidir.  Kök  sistemi  mil  şəkil-
lidir. Yaxşı inkişaf etmişdir və torpağın 2 m-ə qədər dərinliyinə işlə-
y
ə bilir. Gövdəsi 30-150 sm hündürlükdə, dikduran, budaqlanandır. 
Aşağı  yarpaqları  saplaqlı,  lirəşəkilli lələklərə  bölünmüş  yuxarı  yar-


74 
 
paq
ları uzunsov - xətşəkillidir. Gövdə və yarpaqları mum örtüyü ilə 
örtülmüşdür.  Parlaq  sarı  rəngli çiçəkləri  salxım  çiçək qrupunda 
toplanmışdır. Çiçəkləri xırdadır, sarı və dörd ölçülüdür, salxım şək-
lind
ə yerləşmişdir 
(r
əngli şəkil 12).
 
Meyv
əsi nazik, zərif, hamar, 2,5 - 5,0 sm uzunluqda qısa burun-
cuqlu, çiç
ək oxuna iti bucaq altında birləşmiş qınmeyvədir. Yetişdik-
d
ə asanlıqla çatlayır. Meyvəsinin içərisində 4-6 toxum olur. Toxum-
ları növündən asılı olaraq kürəşəkilli tutqun-qonur, və ya sarı rəngli 
üz
əri iri torşəkillidir. 1000 toxumun kütləsi 2-4 qramdır. 
Göy xardalın vegetasiya müddəti 80-115 gündür. Səpildikdən 6-
8 gün  sonra cüc
ərti verir. Cücərtilər alındıqdan 40-45 gün sonra çi-
ç
əkləməsi başlayır. Çiçəkləmə çiçək qrupunun əsasından başlayaraq 
yuxarıya doğru gedir. Çiçəkləmədən toxum yetişməsinə qədər 20-25, 
yağışlı havalarda isə 30-40 gün keçir. Göy xardal öz-özünü tozlayan 
bitkidir, ancaq çarpaz tozlanma da (çiç
əklərin 15-30%-ində) gedir. 
B
əzi müəlliflər isə qeyd edirlər ki, göy xardal isti havalarda çarpaz 
tozlanan bitkidir. Ancaq, öz-özün
ə tozlanma da geniş yayılmışdır.  
Göy xardal istiliy
ə  tələbkar deyildir. Onun  toxumları  2-3 
0

temperaturda cüc
ərə bilir. Müntəzəm çıxışlar isə 12-18 
0
C - d
ə alınır. 
Cüc
ərtilər  -  3-5 
0
C  şaxtaya dözür. Onun böyüməsi üçün əlverişli 
temperatur 18-20 
0
C hesab olunur. Çiç
əkləmə və toxumun yetişməsi 
dövründ
ə  isə  23-25 
0
C  daha ya
xşıdır.  Vegetasiya  ərzində  effektiv 
temperaturun c
əmi 1700- 1900 
0
C arasında olmalıdır. 
Göy xardal quraqlığa nisbətən davamlıdır. Suya ən çox tələbatı  
qönç
ələmə  və  çiçəkləmə  fazasında    göstərir. Uzun gün bitkisidir. 
Bitki regional ekotipl
ərə ayrılmışdır ki, bu da onun geniş coğrafiyada 
yayılması ilə izah olunur. 
Torpağa  tələbkar deyildir. Qara və  şabalıdı  torpaqlarda  yaxşı 
bitir. Ağır, sulu və bataqlıq torpaqlar, həmçinin duzlu torpaqlar göy 
xardal üçün az yararlıdır. 1 ton toxum əmələ gətirmək üçün göy xar-
dal torpaqdan 70-75 kq azot, 25-30 kq P
2
O

v
ə 50-60 kq K
2
O aparır.  
Sortları.  Rusiyada  xardalın  sort  tərkibi  genişdir.  Göy  xardal 
əkinlərinin əsas hissəsini Tezyetişən- 2, Yubileynaya, Kamişinskaya 
7,  Tezyetişən,  Sarıtoxumlu-230 və  s. sortlar tutur. Kiçik sahələrdə 


75 
 
is
ə Donskaya- 5, ÜETYBİ-11, ÜETYBİ- 405, Zarya, Tökülməyən -2 
v
ə s. sortlar əkilir.  
Bec
ərilmə  texnologiyası  və  yığım.  Növbəli  əkində  yeri.  Göy 
xardal üçün 
ən  yaxşı  sələf  payızlıq  buğda  və  cərgə  arası  becərilən 
bitkil
ərdir.  Xardalı  kələmkimilər fəsiləsinə  daxil olan bitkilərdən 
sonra 
əkmək  olmaz.  Bu  xardalın  xəstəlik və  zərərvericilərdən 
qorunması üçün bir vasitədir.  
Gübr
ələnməsi.  Göy xardal üzvi gübrənin  (  peyinin)  sonrakı 
t
əsirinə, mineral gübrələrin isə  birbaşa  təsirinə  yaxşı  həssaslıq gös-
t
ərir. Dondurma şumu altına N
35
P
45-60
 
normasında kalium çatışmayan 
torpaqlarda is
ə bu normaya 45- 60 kq kalium əlavə edilməklə gübrə 
verilir. S
əpinlə  birlikdə  15-20 kq fosfor verilməsi, toxum məhsul-
darlığını 150-200 kq /ha artırır. 
Torpağın  əsas becərilməsi.  Sələfi  taxıllar  olmuş  göy  xardal 
altında torpağın becərilməsi kövşənliyin üzlənməsindən və 20-22 sm 
d
ərinlikdə şum aparılmasından başlayır. Çoxillik alaqlarla çirklənmiş 
sah
ələrdə isə şum 30-32 sm dərinlikdə aparılır. Çoxillik alaqlara qar-
şı  2,4  D herbisidi verilməlidir.  Sibir  rayonlarında  və  Qazaxıstanda 
əgər sahədə  çoxillik alaqlar varsa dənli  taxılların  yığımından  sonra 
köv
şənliyin üzlənməsinin ardınca 20-22 sm və daha dərin (30-32 sm) 
sum aparılır. 
Torpağın  səpin  qabağı  becərilməsi.  Yazda torpaq quruduqda 
dondurma şumu orta dişli BZSS-1,0 malası ilə hamarlanır və 5-7 sm 
d
ərinlikdə mala və şleyflə  birlikdə kultivasiya aparılır. Alaqları tam 
m
əhv etmək üçün dondurma şumu yaz-tarla işləri başladıqdan 10-15 
gün sonra kultivasiya edilir. O vaxt bütün alaqlar cüc
ərmiş olur. Kul-
ti
vasiyanın  və  səpinin bir qədər  gec  aparılması  alaqlarla  sirayətlən-
m
əni  kəskin azaldır və məhsuldarlığın erkən səpinlərə nisbətən 110-
200 kq/ha artmasına səbəb olur. 
S
əpin. Səpin üçün yaxşı sort təmizliyinə malik olan 1 - ci və 2 - 
ci sinif toxumlar s
əpilir. Səpin qabağı toxumlar TMTD (3 kq/ton) və 
ya  başqa  bir  dərmanla dərmanlanır.  Alaqlarla  çirklənmiş  sahələrdə 
s
əpini yuxarıda göstərildiyi kimi bir qədər gec, yəni  yaz tarla işləri 
başlandıqdan 10-15 gün sonra aparmaq lazımdır. Təmiz tarlalarda isə 
erk
ən səpin aparmaq olar. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə