H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə18/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   14   15   16   17   18   19   20   21   ...   66

52 
 
Azərbaycan  da  kətanın  qədim  vətənlərindən  biri  sayılır.  Lakin 
impe
riyanın  əsarəti  altına  düşdükdən  sonra  Azərbaycanda  bir  çox 
sahələr kimi, kətançılıq da unudulmuşdur. İndi Azərbaycan yenidən 
öz dövlət müstəqilliyini bərpa etmişdir. Ona görə yaxın vaxtlarda sap 
istehsalını  artırmaq  və  respublikanın  tələbatını  ödəmək  üçün  Azər-
baycanda kətançılığın inkişafı haqqında düşünmək lazım gələcəkdir. 
Botaniki təsviri. Kətan bitkisi bitkilər aləminin, çiçəkli bitkilər  
şöbəsinin, ikiləpəlilər sinfinin, malpigiçiçəklilər  sırasının kətankimi-
lər (Linaceae) fəsiləsinin, kətan  (Linium L.) cinsinə daxil olan biril-
lik və çoxillik ot tipli bitkidir. Müxtəlif mənbələrə əsasən demək olar 
ki,  kətan  cinsinin  dünyada  100-dən  200-ə  qədər  növü  məlumdur. 
Hazırda bunlardan lifinin uzunluğuna, keyfiyyətinə, davamlılığına və 
toxumlarının  yağvermə  qabiliyyətinə  görə  daha  məhsuldar  olan  bir 
növü  elmi  əsaslarla  müəyyən  edib,  mədəni  hala  keçirmişlər.  Bu 
uzun
lifli kətan – L. usitalissimum adlandırılmışdır və əksər ölkələrdə 
g
eniş surətdə əkilib becərilir. Hazırda onun beşə qədər növmüxtəlifli-
yi əldə edilmişdir. Bunlardan uzunlifli və yaxud iplik  L. elongata; 
lül – 
maşın ipliyi və yaxud aralıq təşkil edən L. intermediaqıvrım və 
y
a yağtəbiətli (yağlı) L. brevimulicaulina,  iritoxumlu L. macrosper-
mum  
və əyilən yarım qışlayan L. prostratanı göstərə bilərik. 
Kətançılıq təsərrüfatı lif və yağ almaq məqsədilə inkişaf etdirilir. 
Liflik məqsədilə uzunlifli kətandan, yağ məqsədləri üçün isə qıvrım 
və yaxud yağlı kətandan (Linum  usitatissimum  ssp.  humile  (Mill.) 
Czernom.) isti
fadə edilir (
r
əngli şəkil 8).
 
Mədəni kətan, əkilən və yaxud adi kətan (L. usitatissimum L.) 
hündürlüyü 30-150 sm olub, öz-
özünə tozlanan birillik ot tipli bitki-
dir. İsti ölkələrdə məs: Hindistanda daha ucaboylu olur. Yalnız yuxa-
rı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl 
rəngdədir,  bir  neçə  iri  yan  budaqlar  (köklər)  əmələ  gətirir.  Ancaq 
çoxlu sayda xırda kök telləri olur.  
Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkil-
li, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli 
zəif  mum  təbəqəsi  ilə  örtülüdür.  Gövdəsi  tüksüz  və  demək  olar  ki, 
tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbə-
tən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3-


53 
 
4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri 
lansetvari, nəhayəti sivri (iti)  oturaq, yüngül göyümtül rəngli, nisbə-
tən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yar-
paq
ları tükcüklərlə örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçək-
ləri gövdənin nəhayətində  yalançı çətir (dixazi) şəklində toplanmış-
dır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaqla çiçəkaltlığı lan-
set
varidir.  Çiçəkləri  nisbətən  az  üzvlü,  çox  hissəsi  orta  irilikdə  və 
yaxud  xırda  1,5-2,4  sm  diametrində,  kifayət  qədər  uzun  saplaqlı, 
yuxarı hissələrdə yaxınlaşmışdır. Kasa yarpaqları 5-6 mm uzunluqda 
ot  tipli,  yumurtavari  və  ya  yumurtavari-lansetavri, uzunsov yumur-
tavari,  yuxarı  hissələrdə  sivri  və  ya  qısa  sivri,  2-5  əksər  hallarda  3 
damarlı, daxildə  nisbətən geniş, ağ örtüklə haşiyələnmiş, yuxarı his-
sədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm uzun-
luqda  pazşəkilli, tərs  yumurtavari,  yuxarı hissələrdə bir neçəsi çəp 
dairəvi və  ya kütləşmiş, tam kənarlı, hamar və ya  yüngül büzmələ-
nən, mavi  və ya göy rəngli, nisbətən tünd damarlı, bəzən isə ağ, çəh-
rayı və ya qırmızı-bənövşəyi, aşağıya doğru qurumuş ağ rəngli, əsa-
sında  sarı damarı olan və tez tökülən olur. Erkəkcikləri xətvari, ağ 
rəngli,  yuxarı  hissəsi  tikanlı  göy  saplıdır  (damarlıdır).  Erkəkcik 
borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən 
isə sarı və ya çəhrayı rəngli olur. 
 
Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurta-
lığı  (toxumluğu)  yumurta  şəkilli,  yaşıl  rəngli,  sütuncuğu  pazşəkilli-
xətvari,  ağızcığı  tünd  göydən  bənövşəyi  rəngə  qədər  dəyişilir.  İyun 
və iyul aylarında çiçəkləyir. 
Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günorta-
dan sonra yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə 
çiçək açmır. Mayalanması ancaq həşəratlar vasitəsilə - çarpaz üsulla 
gedir. Meyvəsi 6-8 mm uzunluğunda, 5,7-6,8 mm diametrdə,  yastı-
laşmış şarşəkilli və ya şarşəkilli - yumurtavarı olmaqla beş yuvalı qu-
tu
cuqdur. Üzərində kasacığın izi qalmışdır. Yuxarı hissəsi azacıq siv-
ri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş, bəzən ye-
tişmədən  əvvəl  zəif  rəngli,  çatlamayan,  yalançı  arakəsməli,  tüksüz 
(hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir 


54 
 
Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxum-
ları  3,3-5,0  mm  uzunluqda,  yumurtavarı  və  ya  uzunsov  ellipsvarı,  
yan
ları  qeyri-bərabər,  güclü  yastılaşmış,  əsasında  dairəvi,  yuxarısı 
sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə qədər dəyişən, az hallarda 
yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.  
Toxumun qabığı suya dəydikdə  yumşalır, selikli maddəyə çev-
rilir. U
zunlifli kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13 
qr.) gəldiyi halda, yağlıq sortlarınkı  8-15 qram olur. 
 
Qıvrım  (alçaqboylu,  yağlı)  kətan  (L.  usitatissimum   ssp.   hu-
mile  (Mill.) Czernom.)  
əsas etibarı ilə toxum almaq üçün əkilib-be-
cərilir.  Bu  bitkinin  gövdələrindən  alınan  lifin  keyfiyyəti  çox  aşağı 
olur. 
Qıvrım  kətan  alçaq  boylu  və  yaxşı  budaqlanandır.  Gövdəsinin 
hündürlüyü 30-
50 sm olub, çox budaqlanandır. Yarpaqları müalicəvi 
xüsusiyyətlərə malik olmaqla növbəli bəzən isə qarşı-qarşıya düzül-
müşdür. Çiçəkləri beş üzvlüdür. Beş ədəd inkişaf etmiş erkəkcikdən 
başqa ləçəklərin qarşısında beş  ədəd tam inkişaf etməmiş dişcik və 
sapları vardır. Yumurtalığı tamdır. 
Gövdəsinin qurtaracağında 30-50-ə qədər içəriləri toxumla dolu 
olan beş yuvalı qutucuqlar - meyvələr yerləşir. Hər yuva 2 yarım yu-
va
ya bölünməklə hər birində 1 ədəd toxum olur.  
 
Bunun toxumları uzunlifli kətanınkına nisbətən iri və yağlı olur. 
Qıvrım kətana yağ verən kətan da deyilir. Bunu Hindistan, Argentina 
və bir çox cənub ölkələrində əkib becərirlər. Dünya əkinçiliyində yağ 
verən kətan uzunlifli kətana nisbətən daha çox əkilib-becərilir.  
Bioloji  xüsusiyyətləri.  Uzun  lifli  kətan  üçün  yazın  və  yayın 
mülayim tempe
raturu, növbə ilə yağan yağışları və açıq havası əlve-
rişlidir.  Kətanın  toxumu  3-5 
0
C  temperaturda  cücərməyə  başlayır. 
Onun cücərtiləri mənfi 4 
0
C-
yə qədər  şaxtalara dözürlər. Toxumun 
fəal  cücərməsi  və  çıxışların  alınması,  torpaqda  toxumun  basdırılma 
dərinliyində 7-9 
0
C temperatur olduqda qeydə alınır. Uzun lifli kətan 
üçün faydalı temperatur cəmi səpin-cücərti dövründə 60 
0
C, cücərti-
çiçəkləmənin başlanğıcı 418-440 
0
C, çiçəkləmədən qutucuqların qo-
nur
laşmasına qədər 410 
0
C-
dir. Bitkinin inkişafı  üçün optimal tem-
peratur 15-18 
0
C-
dir.  İsti  havalar  gövdənin  hündürlüyünü  ləngidir. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə