H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə32/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   28   29   30   31   32   33   34   35   ...   66

94 
 
ilə alınmış yağlardan lak, boya (yağlı təsvirlərdə) əlif və sabun alın-
ma
sında  istifadə  olunur.  Yağlı  lalə  toxumları  qənnadı  və  çörək-
bişirmə sənayesində istifadə olunur. 
Lalə yığımında 32 %-ə qədər zülal vardır ki, bu da heyvandar-
lıqda  qiymətli  konsentrasiyalı  yemlərin  hazırlanmasında  istifadə 
edilir.  Lakin  bu  yemlərlə  heyvanlar  kiçik  dozalarda  yemləndiril-
məlidir.  Əks  halda  heyvanların  yuxlamasına  səbəb  olur.  Bir  neçə 
sortunun qozaları tibbidə istifadə edilən alkaloidlərin alınmasında 
istifadə edilir.      
Tarixi,  yayılması  və  məhsuldarlığı. Mədəni  lalə  yabanı  halda 
rast gəlinmir. Ona görə də onun mənşəyi haqqında qəti fikir söylə-
mək çətinlik törədir. 
N.  İ.  Vavilov  və  N.  A.  Bazilevski  yağlı  lalənin  vətəninin  Orta 
Asiyanın dağlıq rayonları (Qırğızıstan) və Qazaxıstan olduğunu, ora-
dan da Çinə yayıldığı fikrindədirlər. Yağlı lalənin ikinci mənşə mər-
kəzinin isə Aralıq dənizi mərkəzinin olduğu göstərilir ki, buraya da 
onun  lap  qədimdən  Orta  Asiya  və  Çindən  gətirildiyi  güman  edilir. 
Laləni yağlı bitki kimi XV əsrdən becərməyə başlamışlar. 
Yağlı lalənin əkin sahələri əsasən cənubi-qərbi Ukraynada, Ta-
tarıstanda,  Başqırdıstanda,  Rusiyanın  mərkəzi  qaratorpaq  zonasında 
Orta Volqaboyunda,  Qırğızıstanda və Sibirdədir. Orta toxum məh-
sul
darlığı 0,8-1,0 ton/ha, bəzi sahələrdə isə 2 ton/ha yaxındır. 
Botaniki təsviri və bioloji xüsusiyyətləri. Yağlı lalə (Papaver 
somniferum L.) 
Laləkimilər (Papaveraceae) fəsiləsinin Avrasiya ya-
rımnövünə (subsp. eurasiaticum) daxildir. Torpağın 0,5-1 m dərinli-
yinə işləyən güclü kök sisteminə malikdir. Gövdəsi dikduran, dairəvi, 
zəif mum örtüklü olmaqla 0,7-1,5 m hündürlükdə olur. Gövdəsində 
süd şirəsi olmur və ya az miqdarda olur. Aşağı yarpaqları saplaqlı, iri 
lansetşəkilli,  yuxarı  yarpaqları  oturaq  gövdəyə  sarınmış,  uzunsov-
lansetşəkilli,  parlaq  yaşıl  rənglidir.  Çiçəkləri  iridir,  tək-tək  yerləşir. 
Bir  bitkidə  5-10 (20-yə  qədər)  çiçək  olur.  Çiçəyi  4  ədəd,  çəhrayı, 
bənövşəyi, açıq zanbaq  rəngində qara  gözcüklüdür.  İki kasa  yapağı 
vardır bir neçə erkəkciyi və bir dişiciyi olur. Çarpaz tozlanır (həşə-
ratlar vasitəsilə). Meyvəsi  konusvari oval formalı qutucuqlardır, içə-
ri
sində  dairəvi və ya yastı formada yuvacıqları vardır. Üzəri qabarıq-


95 
 
lıdır, yetişdikdə çatlamır. Toxumları çox xırda, tumurcuq formalıdır. 
Üzəri iri dəlik - deşik formalı, boz, ağ və ya qəhvəyi rənglidir. 1000 
toxumun k
ütləsi 0,3 - 0,5 qr.-dır 
(r
əngli şəkil 22-23).
 
Lalənin vegetasiya müddəti 85-135 gündür. Uzun gün bitkisidir. 
Səpildikdən 12-15 gün sonra cücərti verir.  Çiçəklənməsi isə 50-65 
gün
dən sonra başlanır. Meyvə əmələgəlməsindən qutucuqlarının ye-
tişməsinə qədər 30-45 gün keçir. 
Yağlı  lalə  soyuğa  davamlı  bitkidir.  Toxumları 2-3 
0
C tempera-
tur
da  cücərməyə  başlayır.  Cücərtiləri  -3-4 
0
C  şaxtaya  dözə  bilir. 
Vege
tativ  kütləsinin  böyüməsi  üçün  ən  yaxşı  temperatur  15 
0
C, 
çiçəkləmə yetişmə dövründə 20-25 
0
C hesab 
edilir. Vegetasiya ərzin-
də orta sutkalıq temperaturun cəmi 1700-2100 
0
C olmalıdır. 
Lalə nəmliyə yüksək tələbat göstərir. Toxumların şişməsi və cü-
cərməsi  üçün  öz  kütləsinin  90%-i  qədər  su  sərf  edir.  Suya  ən  çox 
tələbatı çiçəkləmə dövründə göstərir. Çiçəkləmədən sonra məhsulun 
formalaşması  üçün  isti  və  quraq  havanın  olmasına  tələbat  göstərir. 
Bu  dövrə  nəmliyin  çox  olmasından  əziyyət  çəkir  və  məhsuldarlıq 
aşağı düşür. 
Lalə  torpağa  tələbkardır.  Onun  üçün  ən  yaxşı  torpaqlar  yüngül 
qumlucalı, gillicəli şabalıdı və qara torpaqlar  hesab edilir. Duzlu və 
toz şəkillinə düşmüş, qrunt suları üzdə olan  torpaqlar lalə üçün əlve-
rişsiz  hesab edilir. 
Sortları. Ən geniş yayılmış sortlarına misal olaraq Çişminskiy-
171, Novinka -  178, Qoluboy yubleyniy, Start, Mayak, Prjevalskiy 
(B-772), Lubenskiy- 6, Lubensiy-
7 və s. göstərmək olar.  
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yağlı lalə pa-
yızlıq  taxıl  bitkilərindən  cərgə  araları  becərilən  bitkilərdən  sonra 
yerləşdirilir.  Gübrələrə  tələbkardır.  Hektara  20-30 ton  peyin  və  ya 
P
60
K
40
 
normasında  mineral  gübrələr  verilir.  Üzvi  mineral  gübrələr-
dən P
20-30 
kq səpinlə birlikdə verilir. Fosfor çatışmadıqda qönçələnmə 
dövründə  superfosfatla  (hektara  20-30 kq P
2
O
5
)  yemləmə  aparılır, 
gübrə 8-10 sm dərinliyə basdırılır. 
Torp
ağın əsas becərilməsi kövşənliyin 6-8 sm dərinlikdə üzlən-
məsindən 1-2 dəfə kultivasiya və 22 sm dərinlikdə dondurma şumu-
nun ( alaqlarla zibilli sahədə 25-30 sm) aparılmasından ibarətdir.  


96 
 
Yazda  dondurma  şumu  malalanır,  4-5  sm  dərinlikdə  mala  ilə  
birgə kultivasiya, hamarlama və vərdənələmə aparılaraq torpaq dəqiq 
hamarlandırılmalıdır. 
Laləni erkən yazlıq bitkilərin səpildiyi vaxt səpirlər. Səpin gen-
cərgəlidir  (cərgə  araları  45-60  sm)  Toxumun  səpin  norması  3-4 
kq/ha,  
səpin dərinliyi 1,5 -2,0 sm-dir. 
Cücərtilər alınana qədər kök qalıqlarına qarşı rotasiya toxası tət-
biq edilir. Alaqlarla mübarizə üçün səpinə yüngül dişli mala çəkilir. 
Sıx alınan səpinlər mala ilə kəsilir və ya buketləmə aparılır. Buket-
ləmə  iki  cüt  həqiqi  yarpaq  fazasında  həyata  keçirilir.  Hər  bir  metr 
sahədə 10-a qədər bitki saxlanılır. 
Vegetasiya  ərzində  2-4  dəfə  kultivasiya  (5-6  və  6-8  sm  dərin-
likdə)  aparılır.  Kultivasiya  zamanı  cücərtilərin  torpaqla  və  kəsilmiş 
alaq otları ilə basdırılmasının qarşısını almaq üçün kultivatora xüsusi 
qurğular  quraşdırılır. 
Lalə kombaynlara xüsusi qurğular quraşdırmaqla yığılır. Yığma 
qutucuqlar qonurlaşan vaxt  başlayırlar. Toxumlar yetişən vaxt bitki-
lər silkələndikdə  qutucuqlar xüsusi səslər çıxarır (xışıldayır) ki, bu 
da toxumun yetişdiyini göstərir.  
 
1. 17. TUNQ   
 
Əhəmiyyəti.  Tunq  (Aleurites)  toxumlarının  tərkibində  48,0-
57,5% yaxşı keyfiyyətli tez quruyan texniki yağ vardır. Tunq yağının 
tərkibində  80%-ə  qədər  eleostearin  turşusu  vardır  ki,  bu  da  yağa 
xüsusi keyfiyyət polimerləşmə və tez quruma xüsusiyyəti verir. Üzə-
rinə tunq  yağı çəkilməsi metalları korroziyadan  (çürümədən), ağac-
ları isə rütubətdən xarab olmadan və göbələk çürüməsindən qoruyur. 
Tunq yağının texniki əhəmiyyəti böyükdür. O tibbi aparatların istis-
marı zamanı çürümə əleyhinə örtük kimi qiymətlidir. Ondan həmçi-
nin lakların, mina və boyaların alınmasında da istifadə edilir. Təyya-
rələr,  sərnişin  qatarları,  hərbi,  sərnişin  və  ticarət  gəmilərinin  sualtı 
hissələri tunq boyaları (lakları) ilə örtülür. 
Tunqdan hazırlanmış xüsusi izolə edici qatlar yüksək gərginlikli 
transfor
matorlara və kabellərə çəkilir.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə