H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə38/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   34   35   36   37   38   39   40   41   ...   66

133 
 
Cədvəl  4 
Keşniş meyvəsinin kimyəvi tərkibi (quru maddə %-lə) 
 
Komponentlər 
Miqdarı %-lə 
Efir yağı 
0,7-1,2 
Piyli yağ 
18,0-28,0 
Zülali maddələr 
16,0 
Nişasta 
9,0 
Pentozanlar 
12,0 
Sellüloza 
32,0 
Saxaroza 
2,0 
Kül elementləri 
6,0 
Keşnişin  toxumları  özünə  məxsus kəskin iyə  malik olub limon 
ətrini xatırladır, Bu cəhətdən keşniş toxumlarından çörək-bulka, qən-
nadı  məmulatları,  marinadlar,  pendir,  kolbasa  məmulatları,  likör  və 
piv
ə istehsalında aromat vermək üçün geniş istifadə edilir. Keşnişin 
toxumlarından alınmış efir yağını ətriyyat sənayesində istifadə edir-
l
ər.  
Keşniş bitkisinin yarpaqları, zərif zoğu və toxumları insanlar tə-
r
əfindən nəinki ərzaq, dad və ətirverici kimi, eyni zamanda bəzi xəs-
t
əliklərin müalicəsində  geniş  istifadə  edilir.  Keşnişin  şirəsi ilə  ürək 
ağrıları və ürək sancmalarını müalicə edirlər.  
Keşniş yağı və meyvəsi iştaha artırıcı dərman kimi keçmiş Sovet 
Dövlət Farmakopeyasının  X nəşrinə daxil edilmişdir. Yağından bir 
sıra  Qalen  preparatlarının  (Klavdi Galen Qədim  Roma əsilli həkim, 
cərrah  və  filosof,  təqribən  130-200-cü illər )  tərkibində  (bitkilərdən 
hazırlanmış preparatların), meyvələrindən isə müxtəlif yeyinti məh-
sullarına  xoş  iy  verən  maddə  kimi  geniş  istifadə  edilir.  Keşnişdən 
alınan şrot (cecə) heyvandarlıqda yaxşı yem kimi istifadə olunur.
  
Tarixi yayılması və məhsuldarlığı.  Keşniş Aralıq dənizi mən-
şəli qədim bitki hesab olunur. Rusiyaya XIX əsrin əvvəllərində gəti-
ril
miş və mərkəzi quberniyalarda becərilməyə başlanmışdır. Hazırda 
keşniş  əkinləri  daha  çox  Rusiyanın  mərkəzi  qaratorpaq    zonasında, 


134 
 
Şimali  Qafqazda,  orta  Volqa  boyunda  və  Ukraynada  yayılmışdır. 
Toxum  m
əhsuldarlığı 0,6-1,0 ton/ha  təşkil edir.
  
Botaniki 
təsviri və bioloji xüsusiyyətləri. Keşniş kərəviz (çətir-
çiç
əklilər) (Apiaceae) fəsiləsinə  mənsub  olub,  onun  botaniki  adı 
Coriandrum sativum-dur. Birillik ot tipli 
bitki olub, sıra ilə düzülmüş 
uzun saplaqlı və yumurtaşəkilli yarpaqları vardır. Keşniş bitkisi kök 
boğazı ətrafında bir-birinə yaxın sıx, lakin növbə ilə düzülmüş yar-
paq qrupları əmələ gətirir. Tez yetişən sortları zəif, gec yetişənləri isə 
qüvv
əli yarpaqlar əmələ gətirir. Bitkisi silindrik, üzəri qabırğalı, tor-
paq s
əthində düz duran, yaxud dirsəkvarı buğumlu, əyilmiş gövdəli 
o
lur.  Hündürlüyü  şəraitdən  asılı  olaraq  130  sm  və  daha  artıq  olur. 
Xırda, bir evli, ikicinsli çiçəkləri mürəkkəb çətir şəklində gövdəsinin 
başında  yerləşir.  Keşnişin  çiçək  qrupu  mürəkkəb  çətirdir.  Bir  neçə 
sadə çətir birləşib mürəkkəb çətir əmələ gətirir.
 
Çiç
əkləri ilk önсə sa-
d
ə çətirli, sonra isə 3-5-ci sıralarında baş gövdə və budaqların ucla-
rında yerləşən mürəkkəb çətir əmələ gətirir. Çiçək tacı çəhrayı rəng-
dədir. Ləçək yarpaqları 5 ədəd, bir-birindən aralı olur. Ləçəkləri açıq-
ç
əhrayı rəngli olanlar geniş yayılmışdır 
(r
əngli şəkil 25).
 
 
Dişiciyi iki yuvalı, aşağı yumurtalıqlıdır və hər yuvasında bir yu-
mur
tacığı olur. Toxumları kürəvi uzunsov-yumru formalı olub iki to-
xumcuqdan ibar
ətdir. Toxumlarının diametri 2-7 mm arasında dəyişir 
v
ə onların 1000 ədədi 4,5-7,0 qr. olur. 
Çarpaz tozlanır. İkipaylı toxumdan ibarət meyvələri avqust-sent-
yabr aylarında yetişir. Meyvəsinin uzunluğu 2,3-4,1 mm arasında də-
yi
şilir. Meyvənin ümumi kütləsinin 34-40%-ni qabıq, 60-66%-ni isə 
nüvə təşkil edir. Meyvənin hər iki yarısının içəri tərəfində 2 efir yağı 
vəzisi yerləşir. Meyvə bölündükdə və ya qabığı zədələndikdə efir ya-
ğı asanlıqla buxarlanır. Ona görə də yığım vaxtı meyvənin zədələn-
məsinə, xırdalanmasına yol vermək olmaz. Meyvənin əmələ gəldiyi 
il
kin dövrlərdə efir yağı xarici yerliklərdə yəni meyvə qabığının üst 
qatında  toplanır.  Yetişdikdə  meyvələr  sıxılır  və  xarici  yerliklərdəki 
efir  yağları  tamamilə  buxarlanır.  Meyvələri  yetişdikdə  xoş  ətirli  iy 
verir.  
Keşniş soyuğa davamlı kahı, ispanaq və acıtərəyə nisbətən istili-
y
ə asan dözən, uzun gün bitkisidir. Günün uzunluğuna və istiyə tə-


135 
 
ləbkardır,  lakin  rozet  yarpaqları  soyuğa  davamlıdır.  Qısa  və  sərin 
gün
lərdə  rozet  yarpaqları  yaxşı  böyuyür,  yüksək  məhsul  verir.  Тo-
xum zoğu əmələ gətirmir və toxum vermir, ona görə də istifadə müd-
dəti uzanır. Rozet yarpaqları 3-5 irikəsimli yarpaqdan ibarətdir. Göv-
də yarpaqları çoxkəsimli, nazik, uzunsovdur. Səbzə kimi əsasən rozet 
yarpaqlarından istifadə olunur. 
Vegetasiya  müddəti  (kütləvi  cücərmədən  texniki  yetişməyə  qə-
dər olan dövr) səpin vaxtından asılı olaraq dəyişir və 35-40 gündən 
başlamış 50-60 günə qədər və daha çox uzana bilir. Bu müddət həm 
də sortun xüsusiyyətindən asılıdır. Bitkilərin normal böyüməsi üçün 
17-25 
0
С temperatur tələb edir, Uzun müddət -2 
0
C v
ə qısa müddətdə 
-7 
0
C temperatura dözür. Soyuğa davamlı olmasına baxmayaraq isti-
likd
ə özlərini qismən asan nizamlaya bilir. Lakin məhsuldarlıq aşağı 

şür. Bəzi bitkilərə nisbətən rütubətə xeyli tələbkardır. Onun trans-
pirasiya 
əmsalı torpaq tipindən asılı olaraq 500-700 arasında dəyişir, 
Torpaq v
ə havanın nisbi rütubətliyi 75- 80%-dən az olmalıdır. Qida 
madd
ələrinə olduqca tələbkardır. Keşniş üçün suyu özündən asan sız-
dıran torpaqlar daha əlverişlidir. Torpaq reaksiyası (pH) neytrala ya-
xın olmalıdır.  
Sor
tları: Pervomayski. Bu sortun kolunun hündürlüyü orta he-
sabla 50 sm-
ə kimidir, Gövdəsi düzdurandır. Çox budaqlanan və orta 
d
ərəcədə yarpaqlayandır. Gövdə və yarpaqları yaşıl rənglidir. Çiçək-
l
əri  açıq  çəhrayı  və  çətiri  sıxdır.  Mərkəzi çətirində  orta hesabla to-
xum
ların  sayı  30-a qədərdir,  Toxumları  olduqca  iri,  yumru-kürəvi 
formalı və tutqun boz rənglidir. 1000 ədəd toxumun çəkisi 5-7 qram-
dır. Tez yetişən sort olub, ərzaqlıq yetişkənliyinə kimi 40-50 gün, to-
xum
ların yetişməsinə 80 -100 gün vaxt tələb edir. 
26 - B. Bu sortun kolunun hündürlüyü 60 sm-d
ək olub, gövdəsi 
düzduran v
ə  zəif  budaqlanandır.  Gövdə  və  yarpaqları  açıq  yaşıl, 
çiç
əkləri  açıq  çəhrayı  rənglidir. Çətiri  olduqca  sıx  və  mərkəzi çəti-
rind
ə 50 ədədə qədər toxum əmələ gətirir. Toxumları xırda, yumru, 
kür
əvi formalı, üzəri zəif qabırğalı, rəngi isə sarı-bozumtuldur. 1000 
ədəd toxumunun kütləsi 4,76-6,96 qram arasında dəyişilir. Orta  ye-
tişən sort olub ərzaqlıq yetişkənliyinə kimi 45-55, fizioloji yetişkən-
liyin
ə kimi 82-102 günədək vaxt tələb edir. 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə