H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

142 
 
meyvələri tibbidə və qida sənayesində, heyvanların və quşların yem-
ləndirilməsi üçün jmıx alınmasında istifadə edilir.  
Dərman  məqsədilə  meyvələrindən  istifadə  olunur.  Meyvələrini 
yetişənə az qalmış toplayırlar. Cirədən təbabətdə bəlğəmgətirici, köp-
ya
tırıcı və iştaha artırıcı dərman kimi bir sıra preparatlar şəklində ge-
niş istifadə olunur. Xalq təbabətində cirə meyvəsindən çay kimi dəm-
ləyib  soyuqdəymədə  yumşaldıcı,  bəlğəmgətirici,  astmanın  qarşısını 
alan  və  eləcə  də  xroniki  mədə-bağırsaq  xəstəliyinin  müalicəsində 
fay
dalı bir dərman kimi işlədirlər.  Cirənin qurudulmuş meyvəsindən 
15-
20 q bir litr su tutan qabda çay kimi dəmləyib gündə iki dəfə, ya-
rım stəkan qəbul edirlər. 
Cirəni  razyana  meyvəsi  ilə  bərabər  hissədə  qarışdırıb  poroşok 
(toz)  halına  salandan  sonra  ondan  iki  çay  qaşığı  bir  stəkan  qaynar 
suda  dəmləyib  mədə  xəstəliyi  zamanı  köpün  qarşısını  alan  dərman 
ki
mi  işlədirlər.  Cirə  meyvəsindən  hazırlanmış  çay  uşaq  əmizdirən 
ana
ların südünü artırmağa da kömək edir. 
Abşeronun  bağlı-bağçalı  kəndlərində  qədim  vaxtlardan  bəri 
becərilən və istifadə olunan cirənin təbabət üçün çox böyük əhəmiy-
yəti vardır. 
Tarixi, yayılması və məhsuldarlığı. Cirəni 300 il bundan qabaq 
becərməyə başlamışlar. Hazırda onun əkin sahəsi 1000 hektardan ar-
tıqdır.  Cirə  Ukraynada,  Voronejdə  və  Kursk  vilayətində  becərilir. 
Azərbaycanda  isə  bu  bitki  daha  çox  Abşeronda  yetişdirilir.  Onun 
əkinləri Rusiyada  Belqorod  və ona bitişik ərazilərdə cəmlənmişdir. 
Orta toxum 
məhsuldarlığı 0,5-0,6 ton/ha -dır. 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  Adi  cirə  (xanus, 
qanuş)  (Pimpinella anisum L.) kərəvizkimilər  (Apiaceae)  fəsiləsinə 
daxil  olan  birillik  ot  bitkisidir.  Zəif  budaqlanan  mil  kök  sisteminə 
malik
dir. Gövdəsi düz, dairəvi, uzununa qırışlı qısa tükcüklü, budaq-
lanan 25-
60 sm hündürlükdədir. Aşağıdakı yarpaqları üzün saplaqlı, 
bütöv və ya bölünmüş, dairəvi  və ya tumurcuq şəkilli, kənarları dişli, 
orta yarpaqları qısa saplaqlı, üç pazşəkilli dilimli dişli, yuxarı yarpaq-
ları isə oturaq, üç və ya beş bölümlü, xətti bölünmələrə güclü ayrıl-
mışdır. Gövdəsinin zirvəsində çətir şəklində yerləşən ağ rəngli çiçək-
ləri vardır. Çiçək qrupu və çiçəyin hissələri keşniş bitkisində olduğu 


143 
 
kimidir. 
Meyvəsi qabırğalı, zəif  tükcüklü, iki toxumlu, dimdikli yu-
murta formalıdır 
(r
əngli şəkil 27).
 
Cirə ilk vaxtlar yavaş böyüyür. Vegetasiya müddəti 120-150 gün 
çəkir. Cirə toxum torpaqda 4-5 
0
C  temperatur olduqda inkişafa baş-
la
yır. Cücərtiləri -7 
0
C temperatura dözür. Toxumun cücərməsi üçün 
və  vegetasiya  ərzində    optimal  temperatur  20-25  
0
C hesab olunur. 
Cirə iyun-iyul aylarında çiçəkləyir, meyvələri avqust-sentyabr ayla-
rında yetişir.  
Ən çox suyu tərkibindəki quru maddənin əsas hissəsinin forma-
laşdığı  vaxtda  -  gövdələmədən  çiçəkləməyə  qədər  olan  müddətdə  
tələb edir. Çiçəkləmədən sonra yaxşı olar ki, hava quru və isti olsun. 
Cirə becərmək üçün yüngül və orta qranulometrik tərkibli, tərki-
bində əhəng az olan qara torpaqlar məsləhət görülür. Ağır gilli, yün-
gül qumsal torpaqlar el
əcə də qrunt suyu səthə yaxın olan torpaqlar 
cirə bitkisi üçün yararsız hesab olunur. Cirə torpaqda azot və kalium 
çatışmazlığına xüsusilə həssaslıq göstərir.  
Sortları.  Cirənin  rayonlaşmış  sortlarına    misal  olaraq  Alekse-
yevskiy -
38 və Alekseyevskiy -334 sortlarını göstərmək olar. 
Becərilmə texnologiyası və yığım. Növbəli əkində yeri, gübrə-
lənməsi,  torpağın  becərilməsi.  Cirə  altına  təmiz  tarlaların,  payızlıq 
dənlilərin, cərgə araları  becərilən bitkilərin və birillik otlar altından 
çıxmış tarlaların verilməsi məsləhətdir.  Şəkər çuğunduru yaxşı sələf 
hesab edilir. Cirə altında torpağın əsas becərilməsi 1-2 dəfə yumşalt-
madan və payızın sonunda 25-27 sm dərinlikdə şumlamadan ibarət-
dir. Əsas şum altına N
60
P
60
K
60
 
dozasında mineral gübrələr verilir. Er-
k
ən yazda dondurma şumunun malalanması (2 dəfə ) və səpin qabağı 
vərdənələmə aparılır. 
Səpin.  Cirəni  erkən  müddətdə  səpirlər.  Ən  yaxşı  səpin  üsulu 
gen
cərgəli  (cərgəarası 45 sm ) üsuldur. Təmiz tarlalarda cirə toxu-
mu
nu başdan-başa da səpmək olar. Gencərgəli səpində səpin norması 
10-
12  kq/ha,  başdan  -  başa  səpində  isə  18-22 kq/ha götürülür. To-
xumlar 2-
3 sm dərinlikdə səpilir. 
Əkinə qulluq. Cirə əkinlərinə qulluq sistemi 2-3 dəfə səpinə qə-
dər, bir dəfə səpindən sonra (iki cüt həqiqi yarpaq fazasında) mala-
lama, əl alağı, gen cərgəli səpində isə cərgə aralarının becərilməsin-


144 
 
dən ibarətdir. Alaqlarla  mübarizə məqsədi ilə 1-2 ci cüt yarpaq faza-
sında maloran (3 kq/ha ) herbisidi çilənir. 
Yığım. Cirə tək-tək üsulla və birbaşa kombaynla yığılır. Tək-tək 
yığım üsulunda bitkilər meyvələrin mum yetişmə fazasında mərkəzi 
çətirdəki  meyvələr  yaşılımtıl  -  boz  rəng  alanda  kəsilib  götürülür. 
Toxum
luq məqsədi ilə  cirə tam  yetişmə fazasının əvvəlində  yığılır. 
K
ombayn meyvələrin nəmliyi 13-15% olduqda xırdalaya bilər. Kom-
baynla birbaşa yığım adətən seyrək, alçaq boylu, yerə yatmış səpin-
lərdə  çətirdəki  meyvələrin  50-60%-i  yetişdikdə  aparılır.  Yığımdan 
dərhal sonra toxumlar təmizlənir və nəmliyi 13% və ondan aşağıya 
çatdırılır. 
  2. 4. 
Z İ R Ə 
 
Xalq  təsərrüfat  əhəmiyyəti.  Zirə  bitkisinin  toxumlarında  2,7- 
7,2
% efir yağı, 14 - 22% piy şəkilli yağ və 25%-ə qədər zülal mad-
dəsi vardır. Efir yağının tərkibinin 50-60%-ni karvon adlanan  ətirli 
maddə təşkil edir. Efir  yağı və onun komponentləri olan karvon və 
limonen qida, ətriyyat, əczaçılıq və tibb sənayesində işlədilir.  
Zirə xoşagələn ətirli iyli bitki kimi Abşeron kəndlərində çoxdan 
bəri becərilir və dərman məqsədilə istifadə olunur. Meyvələrini yeti-
şən dövrdə toplayır, quru binalarda və ya günəş altında qurudub təda-
rük 
məntəqəsinə  təhvil  verirlər.  Elmi  təbabətdə  zirə  meyvələrindən 
bir sıra mürəkkəb dərmanların tərkibində ətirli maddə kimi və eyni 
zamanda mədə-bağırsaq xəstəliklərində mədənin həzm prosesini yax-
şılaşdıran və köpmənin qarşısını alan dərman kimi geniş istifadə edir-
lər. 
Tarixi, yayılması və məhsuldarlığı. Zirənin vətəni onun yabanı 
halda yayıldığı Ön Asya və Avropa  hesab edilir. Zirə əkinləri əsasən 
Ukraynanın  qərb  rayonlarında,  Baltikyanı  ölkələrdə  və  Belorusda 
cəmlənmişdir.  Zirənin  1500  hektara  qədər  əkin  sahəsi  vardır.  Məh-
suldar
lığı 0,6 - 0,9 ton/hek-dır. Qabaqcıl fermerlər hektardan 1,5-2,0 
ton toxum alırlar. Zirə meşə zonalarında yabanı halda bitir. Azərba-
ycanın subalp çəmənlərində zirəyə daha çox təsadüf olunur. Qiymətli 
bitki olduğu üçün Ukraynada və Voronejdə geniş miqyasda becərilir.  


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə