H. S. HÜMBƏtov, V. V. BƏŞİrov, V. R. Mohumayev yağli və efir yağLI


Becərilmə  texnologiyası  və  yığım



Yüklə 373,69 Kb.
Pdf görüntüsü
səhifə31/66
tarix08.04.2018
ölçüsü373,69 Kb.
#36509
1   ...   27   28   29   30   31   32   33   34   ...   66

91 
 
Becərilmə  texnologiyası  və  yığım.  Perilla  üçün  yaxşı  sələflər 
payızlıq buğda, çoxillik otlar, dənli-paxlalı və cərgə araları becərilən 
bitkilər hesab olunur. Perilla üzvi gübrələrə  tələbkardır. Hektara 30 
ton peyin və mineral gübrələr verilir. Peyin və ya tam mineral gübrə 
(N
45
P
60
K
45
)  dondurma  şumu  altına  verilir.  Azot  gübrəsini yazda 
yemləmə kimi də vermək olar. 
Torpağın əsas becərilməsi başqa yazlıq cərgəarası becərilən bit-
ki
lərdə  olduğu  kimi  aparılır.  Yazda  səpinə  qədər  dondurma  şumu 
mala
lanır, iki dəfə mala ilə birlikdə kultivasiya aparılır (8-20 və 5-6 
sm dərinlikdə) və səpinə qədər dişli vərdənə ilə vərdənələmə aparılır. 
Səpin üçün cücərmə qabiliyyəti 75 %-dən aşağı olmayan, səpin-
qabağı TMTD və ya fentiuramla (3 kq/ton) dərmanlanmış toxumlar 
isti
fadə  edilir. Toxumları torpağın 5 sm-lik qatında 10-12 
0
C istilik 
olduqda 2-
3 sm dərinliyə basdırırlar. Perilla toxumları gencərgəli (45 
və ya 60 sm cərgəarası olmaqla) üsulla, hektara 5-8 kq normasında 
səpilir. 
Cücərtilər əmələ gələnə qədər kök qalıqlarına qarşı rotasiya to-
xası və ya yüngül dişli mala  ilə mala  çəkilir. 2-3 cüt həqiqi yarpaq 
faza
sında  alaq  cücərtilərini  məhv  etmək  məqsədi  ilə  səpinə  yüngül 
ma
la çəkilir. Cərgə araları 3-4 dəfə 4-5 və 6-8 sm dərinlikdə kultiva-
siya edilir.
Birinci becərmə zamanı perilla cücərtilərini qorumaq üçün 
qoruyucu vasitələr tətbiq olunur. 
Perilla eyni vaxtda yetişmir. Toxumu asanlıqla tökülür. Ona görə 
də onu iki fazalı üsulla yığırlar. Yığıma toxumların 20 %-i yetişəndə 
(normal rəng alanda) başlayırlar. Xırdalanma (döyülmə ) kombayna 
xırda toxumlu bitkilərin (xardal, raps və s.) yığılması zamanı quraşdı-
rılan qurğular quraşdırılmaqla aparılır. 
 
  1. 15. 
LALLEMANTİYA 
 
Xalq  təsərrüfatı  əhəmiyyəti.  Lallemantiya  toxumlarının 
tərkibində  23  %-  dən  38  %-  ə  qədər  tez  quruyan  yağ,  (  yod  ədədi 
163-203) 24 %-
ə  qədər  zülal  vardır.  Lallemantiya  yağı  perilla  yağı 
ki
mi lak boya sənayesində və başqa sahələrdə tətbiq olunur. Jmıxının 


92 
 
tərkibində 31-33 % zülal vardır ki, bu da heyvanların yemləndirilmə-
sində istifadə edilir. 
Tarixi,  yayılması,  məhsuldarlığı.  Lallemantiya alaq bitkisi 
kimi kiçik Asy
a  ölkələrində,  Zaqafqaziyada  və  cənubi  Ukraynada 
yayılmışdır. Onu Avropada ilk dəfə XIX əsrdə, Rusiyada isə 1930-cu 
ildən becərməyə başlamışlar.  Birinci dəfə Rusiyanın Şimali Qafqaz 
və cənubi Ukrayna ərazisində sınaqdan keçirilmişdir. Hazırda məh-
dud sah
ələrdə becərilir. 
 
Botaniki  təsviri  və  bioloji  xüsusiyyətləri.  İberiya  lallemanti-
yasi  (Lallemantia iberica T. et. M. )  dalamaz
kimilər  (Lamiaceae) 
fəsiləsinə daxil olan birillik ot bitkisidir. Yaxşı inkişaf etmiş mil kök 
sisteminə  malikdir.  Gövdəsi  dikduran,  tüklü,  70  sm  hündürlükdə 
budaqlanandır. Yan budaqları qarşı-qarşıyadır, budaqlanma gövdənin 
əsasından başlayır. Yarpaqları uzunsov - lansetşəkilli, zəif tüklü, qar-
şı-qarşıya düzülmüş, gövdənin əsasında saplaqlı, yuxarıda isə demək 
olar ki, oturaqdır. Çiçəkləri ağ və ya çəhrayı rəngli, 5- 9 ədəd olmaq-
la yalançı  köbə şəklində toplanırlar və yarpaq qoltuğunda yerləşirlər. 
Kasacığı boru şəkilli beş dişlidir 
(r
əngli şəkil 21).
 
Lallemantiya  əsasən  öz-özünü  tozlayandır.  Meyvəsi  kasacıqda 
yerləşmiş 4 kiçik qozcuqdan (toxumdan) ibarətdir. Toxumu qəhvəyi 
və  ya  tünd  bənövşəyi  rəngli,  uzunsov  əsasında  iki  parlaq  qabarıq 
zolağı  vardır.  1000  toxumun  kütləsi  4-5  qramdır.  Quru  havada  to-
xum
lar kasacıqda nisbətən yaxşı qalıqlar, nəmli havada isə asanlıqla 
tökülürlər. 
Lallemantiyanın vegetasiya müddəti 65 - 90 gündür. Cücərtiləri 
səpildikdən 7-8 sonra əmələ gəlir. Çiçəkləməsi isə toxum səpildikdən 
30-
35 gün sonra baş verir. 
Lallemantiya 
soyuğadavamlı  bitkidir.  Toxumları  3-5 
0
C  - 
də 
cücərməyə başlayır, - 6 
0
C şaxtaya dözürlər. Vegetasiya müddətində 
orta 
sutkalıq  temperaturun cəmi 1700 
0
C- 
yə çatır.  
Lallemantiya 
quraqlığa  davamlı  bitkidir.  Lakin  toxumların  cü-
cərməsi zamanı quraqlığı sevmir. Torpağa xüsusi tələbat göstərmir. 
Onu bir çox torpaq tiplərində becərmək olar, lakin qara torpaqlarda 
daha yüksək məhsul verir. 


93 
 
Sortları.  Elmi  -  Tədqiqat  Yağlı  Bitkilər  İnstitutunda  seleksiya 
yolu ilə Donskaya L 152, Hündürboylu - 26, DDS - 2, DDS-24 və 
başqa sortları yaradılmışdır. 
Becərilmə texnologiyası və yığımı.  Lallemantiya  bitkisi üçün 
ən yaxşı sələf payızlıq buğda hesab edilir. Qısa vegetasiya müddətli 
olduğu  üçün  lallemantiya  özü    payızlıq  və  kövşənlik  bitkiləri  üçün 
yaxşı sələf hesab edilir. 
Lallemantiya gübrələrə tələb vardır. Dondurma şumu altına 20-
30 ton peyin N
45
 P
45
K
45
 
normasında mineral gübrələr verilir. 
Torpağın  əsas  becərilməsi  erkən  yazlıq  bitkilərdə  olduğu  kimi-
dir. Yazda dondurma şumu malalanır, səpinqabağı 4-6 sm dərinlikdə 
mala ilə birlikdə kultivasiya, hamarlama və vərdənələnmə aparılır. 
Lallemantiya toxu
mlarını erkən müddətdə - torpağın 5 sm dərin-
li
yində 4-5 
0
C - 
yə qədər istilik olduqda səpilir. Toxumların basdırıl-
ma  dərinliyi  2-3 sm-dir.  Quraqlıq  illərdə  yüngül  torpaqlarda  4  sm 
dərinlikdə basdırılır. Lallemantiya toxumları başdan-başa, cərgəvi  və 
ya
xud gencərgəli (cərgəarası 45 sm olmaqla) üsulla əkilir. Toxumun 
səpin norması 18-20 kq/ha, gencərgəli  üsulda isə 8-10 kq/ha götürü-
lür. 
Toxumlar səpinqabağı TMTD və ya fentiuramla (3 kq/ton) dər-
man
lanır. 
Qulluq işləri cücərtilərə 2 -3 dəfə yüngül  dişli mala çəkilməsi, 
gencərgəli  səpinlərdə 2-3 dəfə 5-6 və 6-8 sm dərinlikdə kultivasiya-
nın  aparılmasından  ibarətdir.  Kultivasiya  zamanı  kultivatora  xüsusi 
qurğular quraşdırılır ki, cücərtilərin üzərinə torpaq tökülməsin. 
Toxumları yetişdikdə asanlıqla tökülür. Bu hal yağmurlu hallar-
da daha çox müşahidə olunur. Lallemantiya toxumları aşağıdakı kö-
bələrdəki toxumlar yetişdiyi vaxt (tutqun rəng aldıqda) yığılır. Lalle-
mantiya birbaşa kombayınla aşağı hissədən biçilib götürülür. 
 
  1. 16. 
YAĞLI   LALƏ 
 
Xalq t
əsərrüfatı əhəmiyyəti. Yağlı lalə toxumlarında 46-56 % 
yarımquruyan yağ (yod ədədi 131-143), və 18-20 % zülal vardır. Bu 
yağ qida, qənnadı və konserv  sənayesində işlədilir. İsti sıxma üsulu 


Yüklə 373,69 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə