88
xəstəliklərinə tutulması riski daha azdır. Ana südündə
damarın tıxanmasının qarşısını alan yağ turşuları var.
Ana südü ilə qidalanan uşaqlar daha az natrium
istehlak edir və piylənməyə məruz qalmır. Buna görə
də ana südünün ürəyin sağlamlığı baxımından müsbət
təsirə malik olduğu faktı da ortaya qoyulub.
Bunlarla yanaşı, Sinsinnati Universitetinin (ABŞ)
nəzdində olan uşaq xəstəxanasında işləyən Lisa Marti-
nin rəhbərliyi altında çalışan tədqiqatçılar ana südündə
çox miqdarda “adiponektin” adlı protein hormonu
tapdı. Belə qəbul olunur ki, qanda çox miqdarda adipo-
nektinin olması infarkt riskinin azalması ilə bağlıdır.
Köklük və infarkt keçirmək riski çox olan adamlarda
isə qandakı adiponektin miqdarı azdır. Buna görə də
ana südü ilə qidalanan uşaqların gələcəkdə kök olmaq
riskinin bu hormonla bağlı azaldığı müəyyən edilmiş-
dir. Bununla yanaşı ana südündə leptin deyilən və yağ
metabolizmasında çox vacib bir rol oynayan başqa
hormonun da olduğu müəyyən edildi. Alimlərə görə
leptin bədəndə yağ olması ilə bağlı beyinə göndərilən
siqnaldır. Dolayısı ilə Dr.Martinin sözlərinə görə,
körpə ikən ana südü ilə qəbul edilən bu hormonlar
sonrakı yaşlarda piylənmə, 2-ci növ şəkər xəstəliyi,
insulin müqaviməti və tac damar narahatlığı kimi
xəstəliklərə tutulma riskini azaldır.
“Ən təzə qida” ilə bağlı həqiqətlər
Ana südü ilə bağlı həqiqətlər bununla da məhdud-
laşmır. Ana südünün körpəyə verdiyi maddələr körpə-
nin yaş dövrü mərhələlərinə görə dəyişir və körpənin
hansı dövrdə hansı qidaya ehtiyacı varsa, südün tərkibi
də bu dövrə görə fərqli xarakter alır. İdeal temperaturu
89
ilə həmişə hazır olan ana südü tərkibindəki şəkər və
yağla beynin inkişafında da mühüm rol oynayır.
Bununla yanaşı ana südündəki kalsium kimi element
körpənin sümüyünün inkişafında önəmli rola malikdir.
Bu möcüzəvi qarışıq süd adlandırılsa da, əslində
ana südünün 90%-i sudan ibarətdir. Bu da çox vacib
bir xüsusiyyətdir. Çünki körpələrin qida ilə yanaşı ma-
ye kimi suya da ehtiyacı var. Ana südündən başqa isti-
fadə edilən suyun və başqa maddələrin istehlakı pro-
sesində gigiyena təmin edilməyə bilər. Ancaq 90%-i su
olan ana südü ilə körpənin su ehtiyacı da ən etibarlı
şəkildə, gigiyenik baxımdan qorxusuz təmin edilir.
Ana südü və zəka
Tədqiqatlar ana südü ilə qidalanan uşaqların zəka-
sının inkişafının ana südü ilə bəslənməyən körpələrə
nisbətən daha çox olduğunu göstərir. Kentukki Univer-
sitetinin (ABŞ) mütəxəssisi Ceym Andersonun ana
südü və süni qida ilə böyüyən uşaqlar arasında mü-
qayisə aparan araşdırması nəticəsində müəyyən edilib
ki, ana südü ilə qidalanan uşaqların intellekt indeksi
(IQ) süni qidalarla bəslənən uşaqlara nisbətən 5 bal
çoxdur. Bu tədqiqat nəticəsində o da müəyyənləşdirilib
ki, azı 6 ay ərzində ana südü ilə qidalanan uşaqların
zəkasının inkişafında problem olmur, 8 həftədən az ana
südü qəbul edən uşaqlarda isə ana südü zəkanın
inkişafına heç bir fayda vermir.
Ana südü xərçəngin dərmanıdırmı?
Aparılan araşdırmalar nəticəsində haqqında yüz-
lərlə məqalə dərc olunan ana südünün körpələri həm də
90
xərçəngdən qoruduğu sübut olunmuş, lakin bunun
mexanizmi hələ tamamilə aydınlaşdırıla bilməmişdir.
Tədqiqatçılar laboratoriyada yetişdirilən xərçəng hü-
ceyrələrinin ana südü tərəfindən öldürülməsini sübut
etməklə bu sahədəki tədqiqatların çox böyük potensia-
lının ortaya çıxdığını müəyyənləşdiriblər. Isveçin Lund
Universitetində həkim və immunoloq işləyən Katarina
Svanborq ana südündəki bu möcüzəvi sirləri kəşf edən
qrupun üzvlərindən biridir. Lund Universitetindəki bu
qrup adi ana südünün xərçəngin hər növü qarşısında
etibarlı bir qoruyucu olması vəzifəsini möcüzəli bir
kəşf kimi dəyərləndirib.
Əvvəlcə təzə doğulan körpələrdən aldıqları
bağırsaq-mukoza hüceyrələrini ana südü ilə işləyən
tədqiqatçılar nəticədə Pnemococcus bakteriyası tərəfin-
dən yaradılan və pneumonia (zökəm) adlandırılan
xəstəliyin inkişafının qarşısının ana südü tərəfindən
uğurla alındığını gördülər. O da bəlli oldu ki, ana südü
ilə qidalanan körpələr süni qida ilə böyüyən uşaqlara
nisbətən eşitmə çətinliyi ilə daha az üzləşir və tənəffüs
sistemi infeksiyalarına da daha az məruz qalırlar. Təd-
qiqatçılar bir-birinin ardınca davam edən çalışmalar
nəticəsində ana südünün xərçəngə qarşı da qoruyucu
xüsusiyyətinin olduğunu sübut etmişdir (Alimlər uşaq
yaşlarında müşahidə edilən limfa xərçəngi riskinin süni
qidalarla böyüyən uşaqlarda 9 dəfə çox olduğunu
göstərəndən sonra, eyni nəticələrin başqa xərçəng
növləri üçün də keçərli olduğunu fərq etdi). Əldə
edilən nəticəyə görə, ana südü xərçəng hüceyrələrinin
yerini dəqiq müəyyənləşdirir, sonra da onları öldürür.
Xərçəng hüceyrələrini müəyyənləşdirib məhv edən
element isə ana südündə bol miqdarda olan alpha-lac
91
(alphalactalbumin) adlı maddədir. Alpha-lac südün
tərkibindəki laktoz şəkərinin yaranmasına kömək edən
bir protein tərəfindən meydana gətirilir.
Bu bənzərsiz nemət Uca Allahın bir lütfüdür
Ana südü ilə bağlı başqa möcüzə isə körpənin ana
südü ilə 2 il boyunca qidalanmasının çox faydalı olması
faktıdır. Elmin yenicə kəşf etdiyi bu vacib məlumatı
Allah bizə Quranda “UĢaqlarını əmizdirməyi tamam-
latmaq istəyən analar üçün tam iki il əmizdirirlər…”
ayəsi ilə 14 əsr əvvəl bildirmişdir.
Mühafizəyə və qidalanmağa möhtac doğulan
körpə üçün ananın özü ən ideal qida olan ana südünü
bədənində yaratmağa qərar verə bilmədiyi kimi
dəyişən qida dəyərlərini də əlbəttə ki, ananın özü
müəyyənləşdirmir. Hər bir canlının ehtiyacını bilən və
onlara ruzi verən Uca Allah ana südünü ananın
bədənində körpə üçün yaradır.
Südün kimyəvi tərkibi və qidalılıq dəyəri
Südün tərkibində orqanizmin normal inkişafını
təmin edən bütün maddələr optimal nisbətdədir. Bunla-
ra su, zülallar, yağ, süd şəkəri, mineral birləşmələr,
üzvi turşular, vitaminlər, fermentlər, hormonlar, im-
mun cismləri, qazlar, piqmentlər və başqa birləşmələr
aiddir. Südün tərkibində orta hesabla 87,3% su, 3,5%
yağ, 3,4% zülal, 0,7% mineral maddə, 5,0% karbo-
hidrat vardır. Süd insan orqanizmində 96-99%
mənimsənilir. 100 qr süd 2720 kCoul enerji verir.
Süd mürəkkəb tərkibli mayedir. O, heyvanların
süd vəzilərində qandan əmələ gəlir. Südün tərkibi
heyvanın cinsindən, laktasiya dövründən, yemindən və
Dostları ilə paylaş: |