Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə21/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   17   18   19   20   21   22   23   24   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              63
göstərməsi haqqında mətbuatda heç bir məlumata rast gəlmirik. 
Əksinə, qəzetlər sonuncunun birbaşa şeyxülislam təyin olunma-
sı xəbərini yaymışdı.
Beləliklə, ayrı-ayrı müəlliflər Axund Məhəmmədhəsən Möv-
lazadənin  qısa  müddətdən  sonra  şeyxülislamlıq  vəzifəsindən 
azad edilməsinin əsas səbəbini onun şəxsi keyfiyyətləri, milli 
tə f əkkürlü ziyalı olması ilə əlaqələndirirlər.
Lakin etiraf etmək lazımdır ki, hər şeydən öncə, xalqın zi-
yalıları kimi, çar üsul-idarəsi də şeyxülislam postunda ali təhsil 
görmüş, öz zəmanəsinə görə intellektual, ziyalı və alim şəxsin 
olmasını arzulayırdı. Bu uca ruhanilik idarəsinin tarixi göstərir 
ki, şeyxülislam mənsəbini həmişə məhz bu cür şəxsiyyətlər tut-
muş, onlardan hər biri ən əvvəl müsəlmanların mənafeyinə xid-
mət etmiş, müstəmləkəçilərlə xalq kütlələrinin arasında müm-
kün qədər asayiş yaratmağa, yeri gəldikdə çarizmin fitnə-fəsad-
la rının qarşısını almağa çalışmışdır. 
Axund  Məhəmmədhəsən  Mövlazadə  məhz  belə  şəxsiy-
yət   lərdən  idi  və  vəzifəyə  gətirilənədək  hətta  fundamental  bir 
təf   s ir  də  nəşr  etdirməyə  imkan  tapmışdı.  Onun  şəxsiyyətinin 
alim   lik  tərəfi  bəlli  olub  hər  iki  tərəfi  razı  sala  bilərdi. Ancaq 
mət   buatda axundun nə şeyxülislam təyin edilməsi, nə şeyxül is -
lamlıq fəaliyyəti, nə də vəzifədən azad edilməsi barədə heç bir 
məlumatın verilməməsi belə düşünməyə əsas verir ki, görünür, 
Axund Əbdüssəlam Axundzadə vəfat edən vaxtdan Axund Mə-
həmmədhəsən Mövlazadə Şəkəvi bəlkə də daxili ni  zam naməyə 
uyğun  şəkildə  avtomatik  olaraq  şeyxülislamlıq  və zi fəsini  icra 
etməyə  başlamışdır.  Həmin  illərin  ictimai-si yasi  və ziy yətini, 
ziyalıların  şeyxülislamlığın  seçki  yolu  ilə  tutulması  tə ləbini 
nəzərə  alan  hakimiyyət  dairələri  isə Axund  Məhəm məd həsən 
Mövlazadənin bu vəzifəni artıq icra etməkdə olduğu ba rəsində 
ictimaiyyəti məlumatlandırmamışdır.
Nəhayət, müəllifin şəxsiyyəti ilə bağlı bir məsələni də qeyd 
etmək istərdik. Belə ki, bəzi mənbələrdə bu görkəmli şəxsiyyətin 
dini rütbələrinin natamam verilməsi diqqəti cəlb edir. Məsələn, 
millət vəkili Hacı Madər Musayev bizim günlərimizdə keçirilən 


64                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
təd birlərdən  birində  söhbətə  qoşulub  deyir:  “Bilirsiniz  ki,  Ha-
cı Allahşükür  Paşazadəyə  qədər  Qafqazın  on  bir  şeyxülislamı 
olub”. O, bütün şeyxülislamların adlarını bir-bir çəkir və Şə kə vi-
dən başqa hamısının adının əvvəlində “Axund” titulunu iş lə dir.
44
R.Hüseynli isə ХХ əsrin əvvəllərinin məşhur şəriət müəl-
lim lərinin adlarını sadalayarkən bu böyük insanın, mütəfəkkir 
və alimin adını Axund Hacı Məhəmmədhəsən Şəkuyi kimi təq-
dim edir.
45
Sovet hakimiyyəti qurulandan sonra ərəb, fars və türk dil lə-
rini, Şərq ədəbiyyatı və tarixini, İslamı dərindən bilən Şeyx Möv-
la zadə Şəkəvi tərcümələrinə görə də dini işlərdən uzaqlaşdırılır. 
Bolşevik  hökuməti  onun  zəngin  kitabxanası  və  əlyazmalarını 
yandırır, lakin əhali arasında çox güclü nüfuza malik olduğuna 
görə ona toxunmağa cürət etmir.
Alim 1932-ci ildə 79 yaşında öz əcəli ilə Tiflisdə vəfat etmiş 
və müsəlman qəbiristanlığında dəfn olunmuşdur.
46
Şeyxülislam Axund Məhəmmədhəsən Mövlazadə 
Şəkəvinin elmi yaradıcılığı
Şeyxülislam Axund Hacı Məhəmmədhəsən Mövlazadə Şə-
kə vi öz yaradıcılığı ilə Azərbaycan elmində özünəməxsus bir iz 
qoymuşdur. Mənbələrdə onun yaradıcılığı haqqında da dolaşıq 
mə sələlər özünə yer tapmaqdadır.
Müəlliflər göstərirlər ki, 1891-ci ildə Mövlazadənin fars di-
lin də tərtib etdiyi Hicri və Miladi təqvimi nəşr edilmişdir. О, 
elm və maarifin himayəçisi olmuş, bütün soydaşlarını savadlan-
mağa çağırmışdır. Onun müsəlmanların təhsil və inkişafı mə-
sə lələrindən söhbət açan “Elmin imanları”, “İndi isə diqqət və 
bacarıq” məqalələrində azadlıq və istiqlaliyyət tələbləri də incə 
ştrixlərlə ön sıraya çəkilmişdir. Məqalələr geniş əks-səda doğur-
muş, hətta fransız şərqşünası və dilçisi Lusyon Buvanın “Jurnal 
Az yatik”də bu məqalələr barədə geniş təhlili nəşr olunmuşdur. 
44 
Təlafi Əliəkbər. Quranın fəzilətləri. səh. 450.
45 
Xəlilov Aydın. Görkəmli İslam tarixçisi. “İslam dünyası” qəzeti, 185.
46 
Manaflı Həbibulla. Öyünc və güvənc qaynağı. səh. 217.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              65
Şeyxin Azərbaycan dilində yazılmış dördcildlik “Zubdətut-
təvarix” əsərində ən qədim dövrlərdən başlamış ХХ əsrin əv-
vəl lərinədək  İslam  ölkələrində  baş  vermiş  hadisələrdən  bəhs 
olunur.  Dördüncü  cildin  birinci  hissəsində  Əmir  Teymurun 
Azər baycana hərbi yürüşlərindən, Qaraqoyunlu, Ağqoyunlu və 
Səfəvilər dövlətlərindən, Nadir şahın fəaliyyətindən danışılmış-
dır. O, ali ruhani xadim kimi tarixi faktları şərh etmiş, Şeyx Şa-
mil hərəkatı, 1905-1911-ci illər İran inqilabı və s. haqqında ob-
yektiv məlumat vermişdir.
H.Manaflı yazır ki, Şəkəvi ictimai fikir və elm tariximizə 
Quranın dilimizə tərcüməçisi, dəyərli “Tarixi-müqəddəs ənbiya 
əhvalatı” (Tiflis, 1913) kitabının müəllifi, Əmirəl-möminin Əli-
nin (ə) Misir hakimi Malik Əştərə yazdığı əqdnamənin (Tiflis, 
1910), Nəsuh Həsənin ikicildlik “Tərcümeyi-töhfeyi-Nəsuhiyyə 
fi  əhvali-kurətil-ərziyyə  və  hiyə  coğrafiyə  ümumiyyətud-du-
vəlil-aləm” (Bakı, 1904) əsərlərinin tərcüməçisi kimi daxil ol-
muş dur.  Bu  əsərlər  o  zaman  ictimai  fikrin  inkişafına  mühüm 
tə   sir göstərmişdir. Çarizmin milli şüurun hər hansı təzahürünü 
top-tüfənglə qarşıladığı bir dövrdə belə əsərləri cəmiyyətin diq-
qət mərkəzinə çıxarmaq əsl zəka qəhrəmanlığı idi.
47
Araşdırmalar göstərmişdir ki, əslində həmin əsərlərin heç də 
hamısı Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəviyə aid 
deyildir. R. Hüseynli özünün “Azərbaycan ruhaniliyi” monoqra-
fiyasında “Zubdətud-təvarix” əsərinin Şeyxülislam Mövlazadə 
Şəkəvi tərəfindən deyil, Hacı Şeyx Həsən Mollazadə Gəncəvi 
tərəfindən yazılaraq 1905-1913-cü illərdə Tiflisdə nəşr olundu-
ğunu göstərir.
48
 Мəsələ burasındadır ki, bir sıra müəlliflər həm 
şəxsiyyətinə,  həm  ictimai  mövqeyinə,  həm  də  yaradıcılığına 
görə şeyxülislamı dövrün başqa bir alimi Hacı Şeyx Həsən Mol-
lazadə Gəncəvi ilə qarışıq salmışlar.
H.Manaflı özünün Şəki tarixinə aid monoqrafiyasında han  sı 
əsasa görə isə Hacı Şeyx Həsən Mollazadə Gəncəvini (1853-
1932) “şeyxülislam” kimi təqdim edir və yazır: “Şəkinin Gən-
47 
А. Мasse. İslam. səh. 77.
48 
Xəlilov Aydın. Görkəmli İslam tarixçisi. “İslam dünyası” qəzeti, 185.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə