Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə29/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   25   26   27   28   29   30   31   32   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              87
1918-ci  il  mayın  28-də  Tiflisdə  Azərbaycan  Milli  Şurası 
tərəfindən Azərbaycanın  müstəqilliyi  elan  olundu.  Fətəli  Xan 
Xoyskinin başçılığı ilə Milli hökumət təşkil edildi. Milli hö ku-
mət Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Gəncəyə kö-
çü rülməsini qərara aldı. İyunun ortalarında Təzəpir məscidinin 
axundu Ağa Əlizadə Bakı şəhərinin qazısı seçildi. Sentyabrın 
ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı 
Nuru  Paşa  Bakı  şəhərini  bolşevik  birləşmələrindən  azad  etdi. 
Cümhuriyyətin  paytaxtı  Gəncədən  Bakıya  köçürüldü.  Məhz 
bu zaman Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Bakı-
ya köçürülməsi qərara alındı. Molla Məhəmməd Pişnamazzadə 
səhhəti ilə bağlı idarənin sədri və şeyxülislam vəzifəsindən iste-
fa verdi. Azərbaycan Xalq Cümhuriyyətinin Dini Etiqad naziri 
Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də 47 yaşlı Bakı 
şə hər  qazısı  Axund  Ağa  Əlizadə  Zaqafqaziya  Müsəlmanları 
Ru hani İdarəsinin sədri və şeyxülislamı vəzifəsinə seçildi. Bu 
və zifəni əldə edən Axund Ağa Əlizadənin elmi-dini fəaliyyəti 
üçün geniş imkanlar açıldı.
Azərbaycan Xalq Cümhuriyyətinin bir illiyi, yəni 1919-cu 
il mayın 28-i milli bayram kimi qeyd olundu. Bayramda iş ti-
rak edən Şeyxülislam Axund Ağa Əlizadə xalqa bu sözləri dedi: 
“Azadlığı  yalnız  müstəqil  yaşamaq  yolu  ilə  qorumaq  və  mü-
dafiə etmək olar. Allah-Təalanın buyurduqlarını yalnız öl kə nin 
müstəqilliyi şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar. İs-
tiqlal hər bir şəxsə lazımdır”.
71
 
Bütün bu dediklərimizdən belə başa düşülür ki, Şeyxülislam 
Axund Əlizadə daim Azərbaycan xalqının həyatında baş verən 
bütün siyasi hadisələrdə öncüllərdən olmuşdur.
Şeyxülislam  Ağa  Əlizadə  1919-cu  il  sentyabrın  15-də 
Çəmbərəkənd qəbiristanlığında Bakının azadlığı uğrunda şəhid 
edilən osmanlı və azərbaycanlı əsgərlərin məzarı önündə tarixi 
bir nitq söylədi. Bu mərasimdə Azərbaycanın dövlət, hökumət 
və  parlament  nümayəndələri  iştirak  edirdi.  Şeyxülislam  Ağa 
71 
Cümhuriyyətin və sovet dövrünün Şeyxülislamı. Bakı, “Elm və təhsil”. 2011, 
səh. 27.


88                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Əlizadə Azərbaycanın istiqlalı yolunda şəhid olanlara Allahdan 
rəhmət  dilədi  və  Qarabağ  cəbhəsinə  gedən  əsgərləri  Qurani-
Kərimin altından keçirərək onlara vətəni şərəflə qorumağı dilədi. 
Milli hökumət 1919-1920-ci illərin martın 31-ni Milli Qırğın 
günü kimi qeyd etmişdir. Şeyxülislam Ağa Əlizadənin göstərişi 
ilə həmin günlərdə Azərbaycanın bütün məscidlərində şəhidlər 
üçün ehsanlar verilmişdir.
1920-ci il aprelin sonlarında XI Qızıl Ordu tərəfindən Azər-
baycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyuldu. Azər-
baycanda  İslam  dininə  düşmən  olan  bolşevik  rejimi  quruldu, 
Qafqaz Müsəlmanları İdarəsi və şeyxülislamlıq ləğv edildi. İs-
lam dininə və dindarlara qarşı yönələn qəddarlıq, məscidlərin 
bağ lanması, ibadətgahların yerlə-yeksan edilməsi bütün din xa-
dimləri kimi Axund Ağa Əlizadəni də narahat edirdi. Ruhdan 
dü şənlər, çıxış yolu görməyənlər Axund Ağa Əlizadənin yanına 
gə lərək bu səbrli insandan öz suallarına cavab istəyirdilər.
72
1921-1922-ci illərdə taxıl rayonları olan Volqaboyu, Ukray-
na, Krım və Şimali Qafqazı aclıq bürüdü. Əhaliyə yardım etmək 
məqsədi ilə 1922-ci il mayın 23-də Təzəpir məscidində Axund 
Ağa Əlizadə, eləcə də Qazı, Axund Əbdülrəhim Hacızadə İran, 
Türküstan, Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə mü-
raciət  edərək  aclıq  çəkənlərə  kömək  etməyə  çağırdı.  Həmin 
vaxt Azərbaycan partiya təşkilatına rəhbərlik edən S.M.Kirovun 
Moskvaya, şəxsən İ.Stalinə Azərbaycan dindarlarının müraciəti 
haq qında  verdiyi  xəbər  mərkəzi  dövlət  radiosu  ilə  elan  olun-
muşdur.
73
1922-ci ilin noyabrında Azərbaycan Kommunist Partiyası-
nın  Rəyasət  Heyətinə  ərizə  yazan Təzəpir  məscidinin  axundu 
Ağa Əlizadə Kərbəla ziyarətinə gedənlərə yardım göstərilməsini 
xahiş  edirdi. Axund Ağa  Əlizadənin  müraciətini  yüksək  qiy-
mət ləndirən Mərkəzi Komitənin Rəyasət Heyəti Kərbəla zi ya-
rətinə getmək istəyən zəvvarlar  üçün kömək məqsədilə üç yüz 
manatadək qızıl pul ayırdı.
72 
Həmin mənbə, səh. 28.
73 
Həmin mənbə, səh. 28-29.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              89
1941-1945-ci illərdə baş verən İkinci Dünya müharibəsinə 
digər sovet dövlətləri kimi Azərbaycan xalqı da səfərbər edildi. 
SSRİ-yə müdaxilə edən alman qoşunları Şimali Qafqazı işğal 
edərkən İslam dininə qarşı xoşməram nümayiş etdirməyə baş-
ladı. Şimali Qafqazın işğal altında olan ərazilərinə gələn bəzi 
alman  generalları  İslam  dinini  qəbul  etdiyini  bəyan  edir  və 
camaatın  gözü  qarşısında  məscidlərdə  namaz  qılırdılar.  Bunu 
görən sovet rəhbərliyi 1920-1930-cu illərdə İslam dininə qarşı 
həyata  keçirdiyi  sərt  siyasətindən  imtina  edərək  əhalini  ümu-
mi düşmənə qarşı səfərbər etmək üçün ruhanilərin köməyindən 
istifadə etməyi qərara aldı. 1944-cü il aprelin 14-də SSRİ Ali 
Soveti Rəyasət Heyəti Zaqafqaziya Müsəlmanları Ruhani İda-
rəsinin bərpa edilməsi haqqında qərar qəbul etdi. Həmin il ma-
yın 25 - 28-də keçirilən qurultayda Axund Ağa Əlizadə 24 ildən 
sonra  yenidən  Qafqaz  Müsəlmanları  Ruhani  İdarəsinin  sədri 
və şeyxülislamı seçildi. Müharibə illərində fəaliyyətini davam 
etdirən Şeyxülislam Ağa Əlizadə öz moizələrində vətəni qoru-
mağa  gedən  gənclərə  xeyir-dua  verir,  onları  Quranın  altından 
keçirir, arxa cəbhədə çalışanları Allahın adı ilə yeni qələbələrə 
ruhlandırırdı.
74
1945-ci  ildə  İrana  dəvət  edilən  Şeyxülislam Ağa  Əlizadə 
Təb riz, Tehran və İranın başqa şəhərlərində jurnalistlərlə görü-
şə rək onların çoxsaylı suallarını lazımi şəkildə cavablandırmış-
dır. Sonra Qum şəhərində olan Şeyxülislam Ağa Əlizadə İmam 
Rza nın (ə) bacısı Xanım Məsumənin (ə) qəbrini ziyarət etmiş-
dir. Şeyxülislam Ağa Əlizadənin Qumda İmamların (ə) həyatı 
ilə bağlı moizəsi dindarlar tərəfindən böyük rəğbətlə qarşılan-
mışdı.
Sülhün tərəfdarı və alovlu təbliğatçısı olan Şeyxülislam Ağa 
Əlizadə sülh tərəfdarlarının I Respublika Konfransının iştirakçı-
sı olmuş, Moskvada keçirilən sülh tərəfdarlarının III Konfran-
sında məruzə etmiş, Vyanada sülhün müdafiə Konqresində so -
vet  müsəlmanları  adından  nitq  söyləmişdir.  Şeyxülislam Vya-
nada  sülhü  qorumaq  üçün  dünya  xalqlarının  qarşısında  du ran 
74 
Həmin mənbə, səh. 29-30.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə