ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 113
1.5. Qafqaz Müsəlmanları İdarəsində fəaliyyət
göstərən müftilər
Müfti Tacuddin Mustafin
Qafqazın sünni İslam cərəyanına mənsub olan müsəlmanla-
rın ilk müftisini 1832-ci ildə çar generalı Roze təklif edib. Bu
şəxs hərbi hissədə yenicə kapitan rütbəsini alan Tacuddin Musta-
fin idi. O, Kazan şəhərindən Tiflisə dəvət edilmişdi.
Tacuddin Mustafin Şeyx Şamillə ümumi dil tapa bilmədiyi
üçün az vaxtda hörmətini itirir və 1840-cı ildə vəzifəsindən azad
edilir.
Müfti Osman Əfəndi Vəlizadə
Müfti Tacuddin Mustafin vəzifəsindən azad edildikdən son-
ra 1842-ci ildə general Qolovinin təklifi ilə görkəmli Azərbaycan
şairi Molla Vəli Vidadinin oğlu Osman Əfəndi Vəlizadə Qafqa-
zın (Zaqafqaziyanın) ikinci müftisi təyin edilir. O, 1847-ci ildə
vəfat edib.
Müfti Məhəmməd Əfəndi Müftizadə
Osman Əfəndi Vəlizadə vəfat etdikdən sonra onun yerinə
oğlu Məhəmməd Əfəndi Müftizadə təyin edilir. Məhəmməd
Əfəndi dövrünün ən nüfuzlu ilahiyyatçılarından biri olub. O,
1867-1868-ci illərdə Şamaxıya gedib və orada Seyyid Əzim Şir-
vani ilə görüşüb.
Məhəmməd Əfəndi Müftizadə 1847-ci ildən ömrünün axı rı-
nadək, yəni 1880-ci ilə kimi Tiflisdə yerləşən ruhani idarəsində
Qafqaz (Zaqafqaziya) sünni müsəlmanlarının müftisi vəzifəsini
icra edib.
Müfti Əbdülhəmid Əfəndizadə
Müfti Əbdülhəmid Əfəndizadə 1812-ci il aprel ayının 15-də
Şamaxıda anadan olub. 10 yaşında təhsilə başlayan Əbdülhəmid
məktəbi bitirdikdən sonra (17 yaşında) əmisi Hacı Əli Əfən di-