ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 123
ən yüksək xitabət kürsülərindən etdiyi çıxış və məruzələrində
dünya ictimaiyyətinin diqqətinə çatdırır, bölgəmizdə sülhün və
əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi
aparır.
Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün əlin-
dən gələni əsirgəməyən Şeyxülislam Allahşükür Paşazadə də-
fə lərlə ermənilərin dini liderləri ilə görüşmüş, münaqişənin di-
ni müstəviyə keçməsinə imkan verməmişdir. O, 1988-ci ildən
baş layaraq erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə
bağlı konstruktiv dialoqa dəvət etmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
həl lində və beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət
ki mi tanınmasında Şeyxülislam Allahşükür Paşazadənin rolu bö-
yükdür.
Şeyxülislam həzrətləri 1988-ci ildə I Vazgenlə ilk, 1993-cü
ildə Ümumdünya Kilsələr Şurasının xətti ilə Cenevrədəki son
görüşündə, həmçinin dünyanın mötəbər dini təşkilatlarının xətti
ilə reallaşan çoxsaylı səfərlərində həmişə sülh tərəfdarı olduğu-
nu bildirərək xatırlatmışdır: “Dini məfkurəyə xidmət edən şəxs
milli təcridə, insan qırğınına xeyir-dua verə bilməz. Öz xalqının
rifahına çalışan din xadimi başqa xalqlarla münasibətdə əda-
lətsiz mövqe tutmamalıdır. Ermənilər azərbaycanlılara mü na-
sibətdə bu vacib cəhətlərə məhəl qoymur və unudurlar ki, başqa
xalqın torpaqlarına göz dikib işğalçılıq siyasəti aparmaqla gə-
ləcək nəsillərini təhlükə altında qoyacaqlar.
Azərbaycanlılar düşməni bağışlaya bilər, lakin heç vaxt əzəli
torpaqlarını onlara verməz. Bu gün ermənilər işğal etdikləri tor-
paqları həqiqi sahiblərinə qaytarmaqla gələcək nəsillərini xilas
etmiş olarlar”.
84
Dünya miqyasında nüfuzlu təşkilatlardan biri olan İslam
Konfransı Təşkilatı (indiki İslam Əməkdaşlıq Təşkilatı) dünya
siyasətinə təsir etməklə Azərbaycanın işğal olunmuş torpaqla-
rı nın azad olunmasına kömək edə bilərdi. Məhz Şeyxülislam
hə z rətlərinin bu beynəlxalq qurum daxilində fəaliyyətləri nə-
84
Həmin mənbə, səh. 159-160.
124 ŞEYXÜLISLAMLIQ ZIRVƏSI:
ti cəsində 1992-ci ildə İstanbulda keçirilmiş növbədənkənar
və 1993-cü ildə Kəraçidə keçirilmiş növbəti konfransda İslam
Konfransı Təşkilatı Ermənistanı təcavüzkar dövlət kimi tanıdı,
er məni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılmasını
tə ləb etdi.
Konfransın qəbul etdiyi qətnamədə erməni təcavüzü pis lə-
nil məklə yanaşı, Birləşmiş Millətlər Təşkilatından (BMT) tələb
edildi ki, Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və
884 saylı qətnamələrinə əməl olunsun və onların tələbləri yerinə
yetirilsin.
BMT ilə yanaşı bəzi dövlətlərin, o cümlədən dünyanın he-
gemon dövlətlərindən olan Rusiya ilə ABŞ-ın da Ermənistanı
in diyədək təcavüzkar kimi tanımaması müqabilində İslam
Konfransı Təşkilatının aydın və qəti mövqeyi Şeyxülislam həz-
rət lərinin beynəlxalq səviyyədə Ermənistan-Azərbaycan, Dağ-
lıq Qarabağ münaqişəsinin dinc yollarla həlli sahəsində yorul-
maz fəaliyyətinin məntiqi nəticəsidir.
İslam Konfransı Təşkilatının tamhüquqlu üzvü olan Azər-
bay canı bu beynəlxalq quruma tanıdan, ölkəmizi İslam dövlətləri
ailə sinə qovuşmasında məhz Şeyxülislam Allahşükür Paşazadə
müstəsna rol oynamışdır.
Azərbaycanın uğurları naminə fəaliyyətini davam etdirən
Şey xülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1994-cü ildə
Ba kıda Ümumdünya İslam Xalq Rəhbərliyi İdarə Heyətinin növ-
bəti toplantısı keçirilir. Toplantının Bakıda təşkil olunmasından
məqsəd 35 ölkənin 60-a yaxın səlahiyyətli nümayəndəsinin Er-
mənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəti cə ləri
ilə bilavasitə münaqişə bölgəsində tanış olması idi. Həmin ilin
yayında Şeyxülislam həzrətləri əldə etdiyi uğurlara görə Azər-
baycan Respublikasının “Şöhrət” ordeni ilə təltif edilmişdir.
Şeyxülislam Allahşükür Paşazadənin səyləri sayəsində Həcc
ziyarətinə gedənlərin sayı 1989-cu ildə 3 nəfərdən 1999-cu ildə
1200 nəfərə çatdırıldı. Belə ki, Milli Məclis 1992-ci ildə “Dini
etiqad azadlığı haqqında” qəbul etdiyi qanuna Şeyxülislam
həzrətlərinin təkidi ilə 1996-cı ildə yenidən baxaraq dindarların
ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ 125
və dini idarənin fəaliyyətinin daha da genişləndirilməsi barədə
növbəti müddəalar əlavə etdi.
Məhz bu müddəalar sayəsində Şeyxülislam Allahşükür
Paşazadə öz ali məqsədlərini qadağalarsız həyata keçirmək im-
kanı qazandı. Bu gün imkan və istəyi olan hər bir Azərbaycan
vətandaşı Həcc ziyarətinə istədiyi ildə gedə bilər. Bütün bu
nailiyyətlər Şeyxülislam həzrətlərinin gərgin əməyi və fəaliyyəti
nəticəsində əldə olunmuşdur.
Şeyxülislam Hacı Allahşükür Paşazadə 20 Yanvar faciə si-
nin, Xocalı soyqırımının ildönümləri, 31 Mart soyqırımı günü
ilə bağlı mütəmadi olaraq dünya ölkələrinin dövlət başçıları,
parlamentləri və xalqlarına, həmçinin nüfuzlu beynəlxalq təş ki-
latlara müraciətlər ünvanlayır, onları Ermənistanın Azər bay ca na
qarşı haqsız təcavüz və vəhşiliklərinə prinsipial hüquqi qiy mət
verməyə, xalqımızın faciəsinə biganə qalmamağa çağırır.
1990-cı il 20 Yanvar faciəsinin canlı şahidi olan Şeyxülis-
lam Allahşükür Paşazadə o günlərdə Azərbaycan xalqından öz
köməyini əsirgəməmişdir. Məhz Şeyxülislam həzrətlərinin gös-
tər diyi qətiyyət nəticəsində keçmiş SSRİ Müdafiə naziri D.Ya-
zov öz əmrini geri götürmüş və şəhidlərin Dağüstü Parkda dəfn
edil məsinə icazə vermişdir.
Dostları ilə paylaş: |