Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə56/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   52   53   54   55   56   57   58   59   ...   83

172                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Mü səlmanları  İdarəsinin  sədri  insanın  əsas  mahiyyətini  təhrif 
edənlərə layiqli cavab verilməsinin zəruriliyini önə çəkib, çün-
ki insan zorakılığı, terroru və ekstremizmi bütün formalarında 
rədd edir, yalnız sülhə və əməkdaşlığa çağırır.
Azərbaycanın  bu  gün  bütün  dünya  üçün  uğurlu  tolerantlıq 
nümunəsi olduğunu dilə gətirən Şeyxülislam həzrətləri öl kəmizdə 
olan dini qurumlar arasında səmimi əməkdaşlıq əla qə lərinin möv-
cudluğunu, dövlət-din münasibətlərinin yüksək sə viyyədə inkişaf 
etdiyini, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu 
ənənənin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdiril-
diyini diqqətə çatdırıb. O, Azərbaycanın bu gün də müxtəlif sivi-
lizasiyalar arasında körpü rolunu oynadığını vurğulayıb.
Dağlıq  Qarabağ  münaqişəsindən  danışan  Şeyxülislam Al-
lahşükür Paşazadə bu problemin beynəlxalq hüquq normaları və 
ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bütün 
səyləri bir din xadimi kimi dəstəklədiyini söyləyib.
Növbəti  gün  Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  Krans 
Montana  Forumunun  qızıl  medalının  təqdimat  mərasimində 
olub. Medalı təqdim edən şahzadə Jan de Lüksemburq Şeyxül-
islam həzrətlərinin sülhyaratma sahəsindəki xidmətlərini xüsusi 
qeyd edib.
Qeyd edək ki, Krans Montana Forumunun qızıl medalı ilə 
fəa liyyətləri sayəsində dünyada böyük nüfuz qazanmış və xüsu-
si xidmətlərə malik şəxslər təltif olunurlar.
Medala görə təşəkkürünü ifadə edən Şeyxülislam Allahşü-
kür Paşazadə bunu bütün Qafqazın möminlərinin xidmətlərinə 
ve rilən qiymət kimi dəyərləndirib.
Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron ilə 
təkbətək görüşdə Şeyxülislam həzrətləri forum ilə mə də niy yət-
lərarası və dinlərarası dialoq sahəsində əməkdaşlığın pers pek-
tivlərini müzakirə edib.
Şeyxülislam Allahşükür Paşazadə Forumun XV Sessiyasın-
da xüsusi qonaq qismində iştirak edən yeganə dini lider idi.
104
104 
“Cəmiyyət və din” qəzeti, № 39 (225).


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              173
2014-cü il 13-15 yanvar 
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşü-
kür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti Türkmənistan 
dövlətinin dəvəti ilə yanvarın 13-də qonşu ölkəyə səfər etmişdir. 
Səfərin məqsədi Azərbaycan və Türkmənistan xalqları arasın-
da mövcud tarixi-mənəvi əlaqələrin, qardaşlıq münasibətlərinin 
daha da inkişaf etdirilməsi idi.
Qafqaz  Müsəlmanları  İdarəsi  sədrinin  rəhbərlik  etdiyi 
nümayəndə  heyətinə  Milli  Məclisin  deputatları  – Azərbaycan 
Ağ saqqallar  Şurasının  sədri,  Türkdilli  Dövlətlərin  Ağsaqqal-
lar Şurası Rəyasət Heyətinin üzvü Fəttah Heydərov, Cavanşir 
Paşazadə, Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi səd-
ri nin  birinci  müavini,  Müfti  Hacı  Salman  Musayev,  idarənin 
Xa rici  əlaqələr  şöbəsinin  müdiri  Müqəddəs  Payızov  və ANS 
Şir kətlər Qrupunun prezidenti Vahid Mustafayev daxil idi.
Yanvarın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şey-
xülislam Allahşükür  Paşazadə  və  onu  müşayiət  edən  şəxsləri 
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qə bul 
edib. Səmimi keçən görüş zamanı iki qonşu ölkə arasında kı ənə-
n əvi qardaşlıq münasibətləri, onların daha da inkişafı, mə nəvi 
əlaqələrin möhkəmləndirilməsi məsələləri müzakirə olunub.
Şeyxülislam  həzrətləri Azərbaycan  Respublikasının  Prezi -
denti İlham Əliyevin səmimi salamlarını Türkmənistan dövlə ti-
nin Prezidenti Qurbanqulu Berdiməhəmmədova çatdırıb.
Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri  bildirib  ki,  dost  və 
qon şu ölkə olan Türkmənistanda olmaqdan və milli liderinin rəh-
bərliyi altında inkişaf və tərəqqi yolu ilə gedən türkmən xalqının 
əldə etdiyi nailiyyətləri öz gözləri ilə görməkdən məmnunluq 
duyur. Şeyxülislam həzrətləri qeyd edib ki, Azərbaycanda Türk-
mənistan liderinin ümumbəşəri sülhə və təhlükəsizliyə yönəlmiş 
siyasətini bütünlüklə dəstəkləyirlər. Türkmənistan müstəqil və 
neytral  dövlət  kimi  ümumi  maraqlarda  əməkdaşlıq  kursunu 
seçərək  “açıq  qapı”  siyasətini  uğurla  həyata  keçirir,  ildən  ilə 
dün ya  ölkələri,  eləcə  də  Qafqaz  respublikaları  ilə  iqtisadi  və 
mədəni-humanitar əlaqələrini möhkəmləndirir.


174                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Qonaqları səmimi salamlayan Türkmənistan Prezidenti Qur-
banqulu  Berdiməhəmmədov  ən  xoş  arzularını Azərbaycan  xal-
qına və onun rəhbərinə çatdırmağı xahiş edib. Türkmənistan döv-
lətinin başçısı vurğulayıb ki, xalqlarımızı ümumi tarixi, mə dəni və 
dini-mənəvi dəyərlər dərin köklərlə bir-birinə bağla yır. Prezident 
əmin edib ki, Türkmənistan bundan sonra da qardaş türkmən və 
Azərbaycan xalqlarını daha da yaxınlaşdıran meh riban qonşulu-
ğun, mədəni-humanitar sahədə konstruktiv əmək daşlığın inkişa-
fına, zəngin milli irsimizin öyrənilməsinə və təb li ğinə, həmçinin 
müxtəlif sahələrdə sıx əlaqələrin yaradılmasına səy göstərəcək.
Qurbanqulu  Berdiməhəmmədov  nüfuzlu  din  xadimi  kimi 
tək cə Qafqazda deyil, dünyada tanınan Şeyxülislam Allahşükür 
Pa şazadəni  ölkəsində  görməkdən  məmnunluğunu  ifadə  edib, 
Şey xülislam həzrətlərinin dünyada sabitliyin və sülhün bərqərar 
olması üçün göstərdiyi səyləri yüksək qiymətləndirib.
Səmimi şəraitdə keçən görüş zamanı Türkmənistan prezi-
denti və Qafqaz Müsəlmanları İdarəsinin sədri bu səfərin qarşı-
lıqlı marağın uzun müddətli və hər iki tərəfə fayda verən tə məl-
lərə əsaslanaraq səmərəli əməkdaşlığa etibarlı zəmin olacağına 
əminliklərini ifadə ediblər.
Görüş zamanı Şeyxülislam həzrətləri iki ölkə xalqları arasın-
da dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində xid-
mətlərinə görə Türkmənistan dövlətinin Başçısı Qurbanqulu Ber-
diməhəmmədovu “Şeyxülislam” ordeni ilə təltif etdiyini bildirib.
Bununla bağlı təltifnamədə bu sözlər yazılıb: “Bismillahir-
rəhmanir-rəhim! Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şura-
sı və Elmi Dini Şurası qərara alır: Qurbanqulu Məlikquluyeviç 
Berdiməhəmmədov tarixi milli-mədəni ənənələrin, dini-mənəvi 
dəyərlərin  qorunması  işinə  ali  diqqət  və  qayğısına,  Türk mə-
nistan və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əla-
qələrinin möhkəmləndirilməsində xidmətlərinə görə, “Şeyxülis-
lam” ordeni ilə təltif olunur.
Qafqaz  Müsəlmanları  İdarəsinin  sədri,  MDB  Dinlərarası 
Şuranın həmsədri Şeyxülislam Allahşükür Paşazadə.
Bakı, 10 yanvar 2014-cü il”.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə