Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə64/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   60   61   62   63   64   65   66   67   ...   83

202                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
etməyə məcbur etmə, insan ləyaqətini alçaldan və ya in san pər-
vərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması 
təbliğ edilməsi;
3) ictimai təhlükəsizliyin və ya ictimai qaydanın pozulması;
4) terrorçuluğa, terrorçuluğun maliyyələşdirilməsinə, təxri-
ba ta və zorakı cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi;
5) dünyəvi təhsil alınmasına mane olma;
6) dini qurumun üzvlərinin və digər şəxslərin dini qurumun 
xey  rinə öz əmlakından imtina edilməsinə təhrik və ya məcbur et mə;
7) zor tətbiq etməklə və ya digər qanunsuz əməllərlə şəxsin 
di ni qurumdan çıxmasına mane olma;
8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından 
im  tina  edilməsinə  və  digər  qanunsuz  hərəkətlərin  edilməsinə 
təh  rik etmə;
9)  dövlət  qeydiyyatına  alınması  üçün  tələb  olunan  mə lu-
matlarda və ya sənədlərdə edilmiş dəyişikliklər barədə mə lu ma-
tın müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi tə ləbinə 
təkrarən əməl olunmaması.
Dini mərkəz və idarələr dini icmalar barədə bu maddənin 
ikinci hissəsində nəzərdə tutulmuş məlumatlara malik olduqda, 
həmin dini icmaların təsisçilərinin tərkibinin dəyişdirilməsinin 
və ya icmanın ləğvinin zəruriliyi barədə müvafiq icra hakimiyyəti 
orqanının qarşısında vəsatət qaldırırlar.
Maddə 13. (Çıxarılıb)  
Maddə 14. (Çıxarılıb)  
Maddə 15. (Çıxarılıb)


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              203
III Fəsil
 
DİNİ QURUMLARIN ƏMLAK VƏZİYYƏTİ
Maddə 16. Dövlətin, ictimai təşkilatların və ya  
                      vətən daş ların mülkiyyəti olan əmlakdan istifadə
Dini qurumlar dövlətin, ictimai təşkilatların və ya vətən daş-
ların müqavilə əsasında onlara verdikləri binalardan və əm lak-
dan öz ehtiyacları üçün istifadə hüququna malikdirlər.
Dövlət  mülkiyyətində  olan  dini  təyinatlı  binalar  və  digər 
əm lak dini qurumların əvəzsiz istifadəsinə verilə bilər.
Dini qurumlar dini təyinatlı binaların yerləşdikləri ərazi ilə 
bir likdə onlara verilməsində üstünlük hüququna malikdirlər.
Dinə mənsub binaların və əmlakın dini qurumlara verilməsi 
barədə qərarlar müvafiq vəsatətin alındığı gündən etibarən ən 
geci bir ay müddətində qəbul edilir və bu barədə müraciət edənə 
ya zılı şəkildə məlumat verilir.
Dini qurumlar torpaq sahələrindən Azərbaycan Respublikası-
nın Torpaq Məcəlləsinə uyğun olaraq istifadə edirlər.
Maddə 17. Tarix və mədəniyyət abidələri olan əmlakın  
                         verilməsi və ondan istifadə 
Tarix və mədəniyyət abidələri olan tikililər və əşyalar dini 
qu  rumlara qanunvericiliyə müvafiq qaydada verilə və onlar tə-
rə findən istifadə oluna bilər.
Dövlət mülkiyyətində olan dini tarix və mədəniyyət abi də-
lə ri nin özəlləşdirilməsinə və Azərbaycan Respublikasının milli 
mə də niyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş dini tə-
yi natlı mə dəniyyət sərvətlərinin mülki dövriyyədə olmasına yol 
ve rilmir.  
Maddə 18. Dini qurumların mülkiyyəti
Binalar, dini əşyalar, istehsal, sosial və xeyriyyə təyinatlı ob-
yektlər, pul vəsaiti və dini qurumların fəaliyyətini təmin etmək 
üçün zəruri olan başqa əmlak onların mülkiyyətində ola bilər.


204                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Dini qurumlar özlərinin vəsaiti hesabına əldə etdikləri və ya 
yaratdıqları, vətəndaşlar, təşkilatlar tərəfindən ianə edilmiş və 
ya dövlət tərəfindən verilmiş, eləcə də qanunla nəzərdə tutulmuş 
başqa əsaslarla əldə edilmiş əmlak üzərində mülkiyyət hüququ-
na malikdirlər.
Xaricdə olan əmlak da dini qurumların mülkiyyətində ola 
bilər.
Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə, bu 
ianə ləri qəbul edə bilərlər.
Dini mərkəz və idarələrin maliyyə vəsaiti bu Qanunun tə ləb-
lə ri nəzərə alınmaqla əldə edilən vəsait, həmçinin fiziki və hü  qu-
qi şəxslərin, dini qurumların və ziyarətgahların könüllü ayır  ma-
la rı hesabına yaranır.
Dini qurumlara dövlət və yerli özünüidarə orqanları tərə fin-
dən maliyyə yardımı göstərilə bilər. 
Dini qurumların mülkiyyət hüququ qanunla qorunur.
Maddə 19. Dini qurumların istehsal və təsərrüfat  
                         fəaliyyəti
Dini qurumlar qanunvericiliyə və öz nizamnamələrinə mü-
vafiq surətdə hüquqi şəxs statuslu nəşriyyat, poliqrafiya, isteh-
sal, bərpa-tikinti müəssisələri, yetimxanalar, internatlar, xəs tə-
xa  nalar və sair təsis edə bilərlər.
Maddə 20. Fəaliyyətinə xitam verilmiş dini qurumların  
                          əmlakı barəsində sərəncam
Dövlətin, ictimai təşkilatların və ya ayrı-ayrı vətəndaşların di-
ni qurumların istifadəsinə verdikləri vəqf olmayan əmlak on la rın 
fəaliyyətinə xitam verildikdən sonra əvvəlki sahibinə qay tarılır.
Dini qurumun fəaliyyətinə xitam verildikdə, mülkiyyətində 
olmuş əmlak barəsində onun nizamnaməsinə və qüvvədə olan 
qanunvericiliyə müvafiq surətdə sərəncam verilir.
Dini qurumlara məxsus ayin təyinatlı əmlakdan kreditorla-
rın iddiaları üzrə haqq tutula bilməz.
Hüquqi varis olmadıqda, əmlak dövlət mülkiyyətinə keçir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              205
IV Fəsil
DİNİ ETİQAD AZADLIĞI İLƏ  
ƏLAQƏDAR VƏTƏNDAŞLARIN VƏ DİNİ  
QURUMLARIN HÜQUQLARI
Maddə 21. Dini ayinlər və mərasimlər
Dini qurumlar ibadətlər və dini yığıncaqlar üçün onlara mü-
nasib yerlərə, habelə, bu və ya digər dində müqəddəs sayılan 
zi  yarətgahlara himayədarlıq edib, onları saxlamaq və onlardan 
is  tifadə etmək hüququna malikdirlər.
Bu Qanunun 1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iba-
dət lər, dini ayinlər və mərasimlər ibadətgahlarda və onlara məx sus 
əra zidə, ziyarətgahlarda, qəbiristanlarda, dini qurumların ida    rə lə-
rin də, vətəndaşların mənzillərində və evlərində ma neə siz ke   çirilir.
İslam  dininə  aid  ayin  və  mərasimlərin  aparılması  yalnız 
Azər    baycan Respublikasında təhsil almış Azərbaycan Respubli-
ka    sının vətəndaşları tərəfindən həyata keçirilə bilər.
Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan baş-
qa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini 
ayin ləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri böl mə-
lər də  hərbi  rəhbərliyin  razılığı  ilə  ruhanilərin  fəaliyyətinə  yol 
ve   rilir.
Xəstəxanalarda, hospitallarda, qocalar və əlillər evlərində, 
ya taqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər 
ora da olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin mü di-
riy yəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, 
ayi nin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərinin 
mü əyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq iba dət-
lər, dini ayinlər və mərasimlər yığıncaq, mitinq, nümayiş və yü-
rüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olu nur.
Dini qurumlar xəstəxanalarda, hospitallarda, qocalar və əlil-
lər evlərində, yataqxanalarda, cəzaçəkmə müəssisələrində olan 
və təndaşlara  ibadətlər  keçirilməsi  üzrə  təkliflərlə  müraciət  et-
mək hüququna malikdirlər. 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə