Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə67/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   63   64   65   66   67   68   69   70   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              213
zırlanması  üçün  bir  ali  və  orta-ixtisas  dini  təhsil  müəssisələri 
ya radır;
- dini təhsil müəssisələrinin tədris proqramlarını, dərslik lə-
rini, dərs vəsaitlərini, lazımi təlimatları hazırlayır və tələbə qə-
bu lu sayını müəyyənləşdirir;
- DQİDK-in razılığı ilə gənclərin və yaşlıların Qurani-Kə-
ri min öyrənməsi məqsədi ilə Quran kursları və qrupları yaradır 
və  müəyyən  olunmuş  formada  təlim-tərbiyə  prosesini  həyata 
ke  çirir;
- İslam dini qurumlarının təsis sənədlərinin bu Nizamnaməyə 
uyğunluğunu təmin edir və dini qurumların dövlət qeydiyyatına 
alınması üçün təqdimatlar verir;
- Vətənin müdafiəsi ilə bağlı tədbirlərdə iştirak edir və bu 
tədbirlərə mənəvi və maddi yardım göstərir;
- haqq işinin müdafiəsi üçün zəruri hallarda xaricdəki dindar-
lara, beynəlxalq İslam təşkilatlarına yardım üçün müraciət edir;
-  İslama  və  müsəlmanlara  qarşı  yönələn  təcavüzə  birbaşa 
və ya öz nümayəndəlikləri vasitəsi ilə münasibət bildirir, zəruri 
hallarda isə maddi yardım göstərmək təşəbbüsü ilə çıxış edir;
- özünün mükafatlarını təsis edir, mükafatlandırmanı həyata 
keçirir;
-  qanunla  qadağan  edilməyən  və  bu  Nizamnamədən  irəli 
gələn digər hüquqları və vəzifələri həyata keçirir.
III. QAFQAZ MÜSƏLMANLARININ QURULTAYI
3.1. İdarənin ali orqanı beş ildən bir keçirilən Qafqaz müsəl-
man larının Qurultayıdır.
3.2.  Təxirəsalınmaz  məsələlərin  həlli  üçün  idarənin  səd-
ri  öz  təşəbbüsü  və  ya  Qazılar  Şurası  üzvlərinin  azı  yarısının 
təşəbbüsü  ilə  növbədənkənar  qurultay  çağırır.  Qurultaya  nü-
ma yəndələr onun başlanması gününə azı bir ay qalmış ida rə-
nin əhatə etdiyi coğrafiyada fəaliyyət göstərən dini qurumlar 
tə  rəfindən seçilir.


214                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
3.3. Qurultaya nümayəndələrin seçilməsi qaydasını və nor-
masını qurultaya azı üç ay qalmış idarə tərəfindən yaradılan təş-
kilat komitəsi müəyyənləşdirir.
3.4. Növbədənkənar qurultayın çağırılma əsaslarının vacib-
liyi nəzərə alınmaqla nümayəndələrin seçilməsinin qısaldılmış 
müddətləri təyin olunur.
3.5. Qurultaya xaricdəki Azərbaycan diasporunun nüma yən-
dələri, xarici ölkələrin din xadimləri və başqaları dəvət oluna bilər.
3.6. Seçilmiş nümayəndələrin ən azı 2/3 hissəsi iştirak et-
dikdə qurultay səlahiyyətli sayılır. Hər nümayəndə bir səsə ma-
likdir.
3.7. Bu Nizamnamədə başqa qayda nəzərdə tutulmamışdır-
sa, qurultayın qərarları sadə səs çoxluğu ilə qəbul olunur.
3.8.  Qurultay  qəbul  etdiyi  reqlamentlərə  uyğun  keçirilir. 
Qu rultayın iclaslarının protokolu tərtib edilir. Protokol  iclasın 
səd ri və katibi tərəfindən imzalanır.
3.9. Qurultay aşağıdakı məsələlər üzrə qərarlar qəbul edir:
- idarənin orqanlarının qurultaylararası hesabatının müza ki-
rəsi və qiymətləndirilməsi;
-  idarənin  orqanlarının:  Qazılar  Şurasının,  idarə  sədri nin, 
Nəzarət-Təftiş  Komissiyasının  seçilməsi  və  onların  səla hiy-
yətlərinə  xitam  verilməsi;  sədrin  səlahiyyətlərinə  xitam  ve ril-
məsi haqqında qərar seçilmiş nümayəndələrin ən azı 2/3 hissəsi 
iştirak etdikdə seçilmiş nümayəndələrin 2/3 səs çoxluğu ilə qə-
bul olunur;
- idarənin fəaliyyətinin dayandırılması və ləğvi: qərar seçil-
miş nümayəndələrin ən azı 2/3 hissəsi iştirak etdikdə seçilmiş 
nümayəndələrin 2/3 səs çoxluğu ilə qəbul olunur;
- idarənin Nizamnaməsinin qəbul olunması və ona də yi şik-
lik lər  və  əlavələr  edilməsi:  qərar  seçilmiş  nümayəndələrin  ən 
azı 2/3 hissəsi iştirak etdikdə seçilmiş nümayəndələrin 2/3 səs 
çox luğu ilə qəbul olunur.
3.10. Qurultayın qərarlarını idarənin sədri imzalayır və dər-
hal qüvvəyə minir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              215
IV. İDARƏNİN SƏDRİ
4.1.  İdarənin  sədri,  Qafqaz  müsəlmanlarının  qurultayında 
açıq səsvermə yolu, adi səs çoxluğu ilə seçilir və ona “Şeyxülis-
lam” rütbəsi verilir.
4.2. İdarənin sədri:
- idarənin fəaliyyətinə bilavasitə rəhbərlik edir; sədr olma-
dıqda idarəyə inzibati rəhbərliyi onun tapşırığı ilə sədrin birinci 
müavini, o da olmadıqda müavinlərdən biri həyata keçirir.
- sədrin birinci müavinini və müavinlərini, idarənin işçilərini 
və ona tabe olan digər qurumların rəhbər şəxslərini vəzifəyə tə-
yin edir və vəzifədən azad edir:
- idarənin adından əmək müqavilələri və mülki-hüquqi mü-
qa vilələr bağlayır, səlahiyyətlərini həyata keçirmək məq sədilə 
qə r arlar qəbul edir, əmrlər və sərəncamlar verir;
-  idarənin  pul  vəsaitləri  və  digər  əmlakı  barədə  sərəncam 
ve rir;
- dövlət qurumları, qeyri-hökumət təşkilatları və başqa şəxs-
lər lə münasibətlərdə idarəni etibarnaməsiz təmsil edir və ya bu 
məq sədlə nümayəndələr təyin edir və etibarnamələr verir;
- idarə aparatının strukturunu, tabeliyində olan qurumlar və 
böl mələr  haqqında  nizamnamələri  (əsasnamələri),  vəzifə  tə li-
mat larını təsdiq edir;
- idarə adından mükafatlandırma haqqında qərarlar qəbul edir;
- Azərbaycan Respublikasının qanunvericiliyində və bu Ni-
zam namədə nəzərdə tutulmuş başqa səlahiyyətləri həyata keçirir;
4.3. İdarənin fəaliyyətində məzhəb ayrı-seçkiliyinə yol ver-
mir və fəaliyyət ərazisində olan məzhəblər bu işə cavabdeh sədr 
müavinləri ilə təmsil olunurlar.
4.4.  Digər  məzhəblərin  şəri  məsələlərinə  rəhbərlik  etmək 
üçün Şeyxülislam tərəfindən Qazılar Şurasının bir üzvü sədrin 
birinci müavini təyin olunur və ona “müfti” rütbəsi verilir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə