Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə63/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   59   60   61   62   63   64   65   66   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              199
Dini təhsil müəssisələrində təhsil alanlar dövlət təhsil mü əs-
sisələrində təhsil alanlar üçün müəyyən olunmuş hüquq və gü-
zəşt lərdən istifadə edirlər.
Maddə 11. Dini qurumların nizamnamələri 
Dini  qurumun  hüquq  qabiliyyətini  mülki  qanunvericiliyə 
müvafiq surətdə müəyyən edən nizamnaməsi olur.
Dini qurumun nizamnaməsi dindar şəxslərin ümumi yığın-
cağında və ya dini qurultaylarda, konfranslarda qəbul olunur.
Dini qurumun nizamnaməsində aşağıdakılar göstərilməlidir: 
1)  dini qurumun adı, növü, dini mənsubiyyəti və yeri;
2)  dini qurumun dini birliyin təşkilat quruluşunda yeri;
3)  dini qurumun məqsəd və vəzifələri, habelə, fəaliyyətinin 
əsas formaları;
4)  dini qurumun strukturu, idarəetmə orqanları və onların 
təş kili qaydası, habelə həmin orqanların səlahiyyətləri
5) dini qurumun əmlak vəziyyəti;
6) dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, 
di gər dini qurumlar, təhsil müəssisələri təsis etmək hüquqları;
7) dini qurumun nizamnaməsinə dəyişikliklər və əlavələr et-
mək qaydası;
8) dini qurumun ləğvi qaydası;
9) dini qurumun fəaliyyətinə xitam verildikdə əmlak məsə-
lə  lərinin və başqa məsələlərin həlli qaydası.
Dini qurumun adı onun hansı dinə mənsub olduğunu özündə 
əks etdirməlidir.
Nizamnamədə  həmin  dini  qurumun  fəaliyyətinin  xüsu siy-
yət ləri ilə əlaqədar digər məsələlər də əhatə oluna bilər.
Dini qurumun dini etiqad fəaliyyətini müəyyən edən, digər 
daxili məsələlərini həll edən sənədlər dövlət orqanlarında qeydə 
alınmalı deyildir.
Dini qurum dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs dir.
Dini qurumun nizamnaməsi öz dini mərkəzinin (idarəsinin) 
ni zamnaməsinə uyğun olmalıdır.


200                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması
Bütün dini qurumlar yalnız müvafiq icra hakimiyyəti orqa-
nında dövlət qeydiyyatına alındıqdan və dini qurumların dövlət 
reyestrinə daxil edildikdən sonra fəaliyyət göstərə bilərlər. Dini 
qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün təqdim olun-
muş  məlumatlarda  hüquqi  ünvan  kimi  göstərilən  ibadət  yer-
lərində həmin dini qurumlara dini mərkəz və idarələr tə rə findən 
din xadimi təyin edildikdən sonra fəaliyyət göstərə bi lərlər. 
Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yarat-
mış azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onla rın sə   -
lahiyyətli nümayəndələri icmanın təsis protokolu və nizam  na   m-
əsi əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə mü      ra ciət 
edir. Ərizəyə habelə, vətəndaşlığı, yaşayış yeri və do       ğum ta rixi 
gös tərilməklə  dini  icmanı  təsis  edən  şəxslərin  si  ya   hısı,  şəx siy-
yətlərini  təsdiq  edən  sənədlərin  surəti,  dini  tə li  min  əsasları,  o 
cüm lədən, dini icmanın yaranması tarixi, onun fəa   liyyətinin for-
ma və metodları, ənənələri, ailəyə, nika ha və təh   silə münasibət, 
hə  min icmanın üzvlərinin hüquq və və zi fə lə ri nə qoyulan məh-
du  diyyətlər barədə məlumatlar, ha belə, “Hü qu  qi şəxslərin dövlət 
qey diyyatı və dövlət reyestri haq qın da” Azərbaycan Respublika-
sının  Qanununda  nəzərdə  tutulmuş  di gər  sənədlər  əlavə  edilir. 
Dini mərkəz və ya idarə  30 gün ər zin  də həmin sənədləri öz təq-
dimatı ilə birlikdə müvafiq ic ra ha ki miy yəti orqanına göndərir. 
 Dini mərkəzin, dini idarələrin, dini təhsil müəssisələrinin, 
dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti or-
qanına təsis sənədi və nizamnamə təqdim edilir.
Müvafiq icra hakimiyyəti orqanı dini qurumların dövlət qey-
diyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müd  dət-
də həyata keçirir.
Dövlət qeydiyyatına alınmış dini qurum onun dövlət qey-
diy yatına alınması üçün tələb olunan məlumatlarda və ya sə nəd-
lərdə hər hansı dəyişiklik olduqda, bu barədə 20 gün müd dətində 
dini mərkəz və idarələrin vasitəsi ilə müvafiq icra hakimiyyəti 
or qanına məlumat verməli və müvafiq dəyişikliyi təsdiq edən 
sə nədləri həmin qaydada təqdim etməlidir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              201
Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alınmaq-
la,  dini  qurumun  dövlət  qeydiyyatına  alınmasından  aşağıda kı 
hallarda imtina edilə bilər:
1) dini qurumun fəaliyyəti və ya qarşısına qoyduğu məq-
sədlər, yaxud təbliğ etdiyi dini təlimin mahiyyəti və əsas prin-
sipləri Azərbaycan Respublikasının Konstitusiyasına və qanun-
larına zidd olduqda;
2) yaradılan qurum dini qurum qismində tanınmadıqda;
3) təqdim olunmuş nizamnamə və digər sənədlər Azərbaycan 
Res publikası qanunvericiliyinin tələblərinə zidd olduqda və ya 
on larda əks olunmuş məlumatlar yanlış olduqda.
Dövlət qeydiyyatına alınmasından imtina barədə dini qu ru-
ma imtinaya əsas olmuş qanunvericiliyin müddəaları gös tə ril-
mək lə məlumat verilir.
Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tu-
tulmuş əsaslardan başqa hər hansı digər əsasa görə dini quru-
mun dövlət qeydiyyatına alınmasından imtinaya yol verilmir.
Maddə 12-1. Dini qurumun ləğv edilməsi
Dini qurumlar aşağıdakı hallarda ləğv edilə bilər:
1) təsisçilərin və ya nizamnamə ilə buna vəkil edilmiş orqa-
nın qərarı ilə;
2)  müvafiq  icra  hakimiyyəti  orqanının  müraciəti  əsasında 
məh kəmənin qərarı ilə.
Bu Qanunun 1-ci maddəsinin üçüncü hissəsi nəzərə alın maq la, 
dini qurum məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər:
1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitu-
si  yasının,  bu  Qanunun  və  digər  qanunların  pozulması,  yaxud 
hə min qurumun yaranma məqsədlərinə zidd olan fəaliyyətin hə-
yata keçirilməsi;
2) dini etiqadın və dini həyat tərzinin zor tətbiq etməklə və 
ya zor tətbiq ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, 
sosial  ədavət  və  ya  düşmənçilik  yaratmaq  məqsədi  ilə  təb liğ 
edilməsi,  dini  etiqadı  ifadə  etməyə  (nümayiş  etdirməyə),  di ni 
mərasimləri  yerinə  yetirməyə  və  ya  dini  mərasimlərdə  iştirak 


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə