Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə65/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   61   62   63   64   65   66   67   68   ...   83

206                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Maddə 22. Dini ədəbiyyat və dini təyinatlı əşyalar
Vətəndaşlar və dini qurumlar istədikləri dildə dini ədəbiyyat, 
eləcə də dini təyinatlı başqa əşya və materiallar əldə edə və bun-
lardan istifadə edə bilərlər.
Dini qurumlar, dini qurum olmayan digər hüquqi şəxslər və fi -
ziki şəxslər müvafiq icra hakimiyyəti orqanının razılığı ilə dini tə  -
yinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa mə lu mat  ma -
teriallarını istehsal, idxal, ixrac edə, habelə sərbəst yaya bi lər lər.
Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu baş-
qa məlumat materiallarının satışı yalnız müvafiq icra haki miy-
yəti orqanının razılığı ilə yaradılmış ixtisaslaşdırılmış satış mən-
təqələri vasitəsilə həyata keçirilir.  
Maddə 23. Dini qurumların xeyriyyə və mədəni-maarif  
                          fəaliyyəti
Dini qurumlar həm müstəqil, həm də təsis etdiyi fondlar, o 
cümlədən ictimai fondlar vasitəsi ilə xeyriyyəçilik və mədəni-
maarif fəaliyyəti göstərirlər.
Maddə  24.  Dindarların  və  dini  qurumların  beynəlxalq  
                          əlaqələri və ünsiyyəti
Vətəndaşlar və dini qurumlar tək və ya qrup halında bey nəl-
xalq dini tədbirlərdə, xaricdə keçirilən dini mərasimlərdə iştirak 
edə, ziyarətlərə gedə  bilərlər.
Vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün 
x a ricə göndərilməsi və din xadimlərinin mübadiləsi müvafiq ic-
ra  hakimiyyəti  orqanı  ilə  razılaşdırılmaqla  dini  mərkəz  və  ya 
di  ni idarələr tərəfindən həyata keçirilir.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              207
V Fəsil
DİNİ QURUMLARDA VƏ ONLARIN 
MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏK FƏALİYYƏTİ
Maddə 25. Dini qurumlarda əmək-hüquq münasibətləri
Dini qurumla işçi arasında əmək münasibətləri Azərbaycan 
Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.
Dini qurum müəyyən edilmiş qayda da əmək müqaviləsini, ru-
hanilərin əmək haq qı şərtlərini müəyyən edən sənədləri qeydə alır.
Əmək  müqaviləsi  üzrə  dini  qurumda  işləyən  vətəndaşlar 
həm karlar ittifaqının üzvü ola bilərlər.
Maddə 26. Dini qurumlarda işləyən vətəndaşların əmək  
                          hüququ
Dini qurumlarda əmək müqaviləsi üzrə işləyən vətəndaşlara 
əmək qanunvericiliyinin tələbləri istisnasız tətbiq olunur.
Maddə 27. Dini qurumların işçilərinin sosial sığortası və  
                         pensiya təminatı  
Dini  qurumların  işçilərinin  sosial  sığortası  “Sosial  sığorta 
haqqında” Azərbaycan Respublikasının Qanunu, pensiya tə mi-
na tı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 
Qa  nunu ilə tənzimlənir. 
VI Fəsil
DÖVLƏT ORQANLARI VƏ DİNİ QURUMLAR
Maddə 28. Dini etiqad azadlığı haqqında qanunvericilik  
                         üzərində nəzarət
Azərbaycan Respublikasının dini etiqad azadlığı haqqında 
qanunvericiliyinin icrası üzərində nəzarət qüvvədə olan qa nun-
vericiliyə müvafiq surətdə həyata keçirilir.


208                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Maddə 29. Müvafiq icra hakimiyyəti orqanı 
Müvafiq icra hakimiyyəti orqanı:
dini qurumların xahişi üzrə dövlət orqanları ilə razılaşmalar 
əldə edilməsində və dövlət orqanları tərəfindən həlli tələb olu-
nan məsələlərdə onlara lazımi yardım göstərir; 
müxtəlif dini etiqadların dini qurumları arasında qarşılıqlı 
hör  mət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə 
kö  mək edir;
dini qurumların bu Qanunla nəzərdə tutulmuş qaydada ni-
zam   namələrinin (əsasnamələrinin) qeydə alınmasını, habelə on-
la ra dəyişiklik və əlavələr edilməsini həyata keçirir;
dini  etiqad  azadlığı  haqqında  qanunvericiliyin  tətbiqində 
yer li icra hakimiyyəti orqanlarına kömək göstərir; 
xarici dövlətlərin müvafiq orqanları ilə əlaqə saxlayır;
Azərbaycan Respublikasında dini qurumlar, dini etiqad azad-
lığı haqqında qanunvericiliyin icrası üzrə məlumat bankı ya   radır;
dini mərkəzdən və dini idarələrdən və digər dini qurumlar-
dan zəruri məlumatlar alır;
dini  təşkilatların  beynəlxalq  dini  hərəkatlarla,  forumlarla, 
bey  nəlxalq  dini  mərkəzlərlə  və  xarici  dini  qurumlarla  işgüzar 
əla qələrdə iştirakına kömək edir;
dinşünaslıq ekspertizasının aparılmasını təmin edir, bu işə di ni 
qurumların nümayəndələrini və müvafiq mütəxəssislərini cəlb edir;
dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin 
yenidən qurulmasının məqsədəuyğunluğu barədə rəy verir;
müvafiq icra hakimiyyəti orqanı ilə birlikdə dini təhsil mü-
əssisələrinin  proqramlarını  təhlil  və  təsdiq  edir,  dini  tədrisin 
key fiyyətinin müəyyən edilməsi üçün rəy verir.
Maddə 30. Dini etiqad azadlığı haqqında qanunvericiliyin 
                  pozulmasına görə məsuliyyət
Dini etiqad azadlığı haqqında qanunvericiliyin pozulmasına 
görə vəzifəli şəxslər, digər fiziki və hüquqi şəxslər Azərbaycan 
Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  edilmiş  qaydada 
mə suliyyət daşıyırlar.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              209
Maddə 31. Beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının iştirak etdiyi beynəlxalq mü-
qa  vilədə dini etiqad azadlığı haqqında daxili qanunvericilikdə 
ol  duğundan  fərqli  qaydalar  olduqda,  beynəlxalq  müqavilənin 
qay  daları tətbiq olunur.
Azərbaycan Respublikasının Prezidenti 
Bakı şəhəri, 20 avqust 1992-ci il. № 281
(sonuncu vərəqdə)
7 iyun 1996-cı il tarixli, 117-İQD nömrəli; 5 noyabr 1996-cı 
il tarixli, 188-IQD nömrəli; 27 dekabr 1996-cı il tarixli, 222-
İQD nömrəli; 10 oktyabr 1997-ci il tarixli, 380-İQD nömrəli; 23 
noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 24 may 2002-ci il 
tarixli, 333-IIQD nömrəli; 3 dekabr 2002-ci il tarixli, 398-IIQD 
nömrəli; 10 iyun 2005-ci il tarixli, 925-IIQD nömrəli; 8 may 
2009-cu  il  tarixli,  812-IIIQD  nömrəli;  30  iyun  2009-cu  il  ta-
rixli, 841-IIIQD nömrəli; 30 iyun 2009-cu il tarixli, 856-IIIQD 
nömrəli; 10 iyun 2011-ci il tarixli, 162-IVQD nömrəli qanunlara 
əsasən əlavələr və dəyişikliklərlə.
3.1.2. QMİ-nin Nizamnaməsi
I. ÜMUMİ MÜDDƏALAR
1.1. Qafqaz Müsəlmanları İdarəsi 1959-cu ildə qeydiyyata 
alınmış Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bazasında 
yaradılmışdır, onun öhdəliklərinin daşıyıcısı və hüquqi varisidir.
1.2.  Qafqaz  Müsəlmanları  İdarəsi  (bundan  sonra  –  İdarə) 
regionda (Azərbaycan Respublikasında, Ermənistan Respubli-
kasında,  Gürcüstanda,  Rusiya  Federasiyasının  Şimali  Qafqaz 
ərazisində)  yaşayan  müsəlmanların  dini  qurumlarını  özündə 
birləşdirən  tarixi,  İslam  dini  ali  mərkəzidir.  Dini  qurumlar  öz 
mərkəzi (İdarəsi) ilə təmsil olunurlar.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə