Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə61/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   57   58   59   60   61   62   63   64   ...   83

192                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
Moskva və Bütün Rusiya Patriarxı II Aleksi
“Xalqlar  arasında  sülh,  qarşılıqlı  anlaşma  əldə  olunması-
na, tolerantlığın həyat norması olaraq bərqərarına, beynəlxalq 
münaqişələrin aradan qaldırılmasına yönəlik böyük xidmətlərinə 
görə “Şeyxülislam ordeni” ilə təltif olunsun”. Şeyxülislam Al-
lahşükür Paşazadə, Bakı şəhəri, 4 iyul 2006-cı il.
Ekmələddin İhsanoğlu
“İslam  dünyasının  tərəqqisi  naminə,  İslam  dəyərlərinin 
təbliğində  böyük  xidmətlərinə  görə  “Şeyxülislam  ordeni”  ilə 
təltif olunsun”. Şeyxülislam Allahşükür Paşazadə, Bakı şəhəri, 
11 sentyabr 2006-ci il.
Rəcəb Tayyib Ərdoğan
“Türkçülüyün dünya birliyinə uğurlu inteqrasiyası yönündə 
ardıcıl fəaliyyətinə, milli-mənəvi dəyərlərimizin qorunması, bir 
millət, iki dövlət olan Türkiyə və Azərbaycan arasında dostluq 
və  qardaşlığın  daha  da  möhkəmləndirilməsi  işində  göstərdiyi 
böyük  xidmətlərinə  görə  “Şeyxülislam  ordeni”  ilə  təltif  olun-
sun”. Şeyxülislam Allahşükür Paşazadə, Bakı şəhəri, 21 fevral 
2008-ci il.
İslam Əbdülqəni oğlu Kərimov
“Tarixi milli-mədəni ənənələrin, dini-mənəvi dəyərlərin və 
tolerantlığın qorunması işinə ali diqqət və qayğısına, Özbəkistan 
və Azərbaycan xalqları arasında dostluq və qardaşlığın daha da 
möhkəmləndirilməsində böyük xidmətlərinə görə “Şeyxülislam 
ordeni” ilə təltif olunsun”. Şeyxülislam Allahşükür Paşazadə, 
Bakı şəhəri, 21 may 2011-ci il.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              193
Moskva və Ümumrusiya Patriarxı Kirill
“MDB məkanında və dünya miqyasında mədəni əlaqələrin, 
dinlər  və  millətlərarası  dialoqun  inkişaf  etdirilməsində  böyük 
şəxsi töhfəsinə, Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları 
İdarəsi,  Rusiya  Federasiyası  və  Azərbaycan  Respublikası 
xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sa-
həsindəki görkəmli xidmətlərinə görə “Şeyxülislam ordeni” ilə 
təltif olunsun”. Şeyxülislam Allahşükür Paşazadə, Bakı şəhəri, 
20 noyabr 2011-ci il.
Ümumgürcüstan Katolikos-Patriarxı II İliya
“Qafqaz regionunda, MDB məkanında və dünya miqyasın-
da mədəni əlaqələrin, dinlər və millətlərarası dialoqun inkişaf 
et d irilməsində  böyük  töhfəsinə,  Gürcü  Pravoslav  Kilsəsi  ilə 
Qaf qaz  Müsəlmanları  İdarəsi,  Gürcü  və  Azərbaycan  xalqları 
ara sında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsindəki 
gör kəmli xidmətlərinə görə “Şeyxülislam ordeni” ilə təltif olun-
sun”. Şeyxülislam Allahşükür Paşazadə, Bakı şəhəri, 4 yanvar 
2013-ci il.
Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədov
“Qafqaz  Müsəlmanları  İdarəsinin  Qazılar  Şurası  və  El-
mi Dini Şurası qərara alır: Qurbanqulu Məlikquluyeviç Ber di-
məhəmmədov  tarixi  milli-mədəni  ənənələrin,  dini-mənəvi  də-
yərlərin qorunması işinə ali diqqət və qayğısına, Türkmənistan 
və Azərbaycan xalqları arasında dostluq və qardaşlıq əlaqələrinin 
möh kəmləndirilməsində xidmətlərinə görə “Şeyxülislam orde-
ni” ilə təltif olunur”. Şeyxülislam Allahşükür Paşazadə, Bakı 
şə həri, 14 yanvar 2014-cü il.


194                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
III FƏSİL
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR 
PAŞADƏNİN RƏHBƏRLİK ETDİYİ QAFQAZ 
MÜSƏLMANLARI İDARƏSİNİN FƏALİYYƏTİ
3.1. Qafqaz Müsəlmanları İdarəsinin qanunları və 
nizamnaməsi
3.1.1. Qafqaz Müsəlmanları İdarəsinin Qanunları
Dini etiqad azadlığı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
I Fəsil
ÜMUMİ MÜDDƏALAR
Bu Qanun Azərbaycan Respublikasında dini etiqad azadlığı-
nın Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan 
Res publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə müva-
fiq surətdə həyata keçirilməsi üçün təminatlar yaradır, dini qu-
rum ların statusunu, hüquq və vəzifələrini müəyyənləşdirir, dini 
qu rumların fəaliyyəti ilə bağlı yaranan münasibətləri tən zim ləyir.
Maddə 1. Dini etiqad azadlığı
Hər kəsin hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə 
etiqad etmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və 
yaymaq hüququ vardır.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              195
Şəxsin dini etiqadını ifadə etməsinə, ibadətlərdə, dini ayin və 
mərasimlərdə iştirak etməsinə və ya dini öyrənməsinə hər hansı 
maneə törədilə bilməz. Heç kəs öz dini etiqadını ifadə et mə yə 
(nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya 
dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz. Dini eti-
qadın və dini həyat tərzinin zor tətbiq etməklə və ya zor tətbiq 
ediləcəyi ilə hədələməklə, habelə irqi, milli, dini, sosial ədavət 
və düşmənçilik yaratmaq məqsədi ilə təbliğinə yol verilmir. İn-
san  ləyaqətini  alçaldan  və  ya  insanpərvərlik  prinsiplərinə  zidd 
olan dinlərin (dini cərəyanların) yayılması və təbliği qadağandır.
Dini etiqad azadlığı yalnız qanunda nəzərdə tutulan və de-
mok ratik cəmiyyətdə zəruri olan hallarda ictimai təhlükəsizlik 
mə nafeləri üçün, ictimai qaydanın təmin edilməsi, sağlamlığın 
və ya mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqları-
nın qorunması üçün məhdudlaşdırıla bilər.  
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini 
təb liğat aparılması qadağandır.
Valideynlər və ya onları əvəz edən şəxslər, qarşılıqlı razılıq 
əsasında, uşaqlarını özlərinin dini əqidəsinə və dinə münasibətinə 
müvafiq olaraq tərbiyə edə bilərlər.
Maddə 2. Dini etiqad azadlığı haqqında qanunvericilik
Dini  etiqad  azadlığı  haqqında  qanunvericilik  Azərbaycan 
Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikası-
nın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan 
və Azərbaycan  Respublikasının  digər  qanunvericilik  aktların-
dan ibarətdir. 
Maddə 3. (Çıxarılıb)  
Maddə 4. Dini mənsubiyyətindən asılı olmayaraq  
                       şəxs lə rin hüquq bərabərliyi
Hər  kəs  dini  mənsubiyyətindən  asılı  olmayaraq  qanun  və 
məh  kəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəs-
mi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə