Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə69/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   65   66   67   68   69   70   71   72   ...   83

 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              219
lət lərarası münasibətlərin qurulmasına və inkişaf etdiril mə si nə 
im kan daxilində yardım göstərir.
8.7.  İdarənin  din  xadimləri  və  işçiləri  ilə  münasibətləri 
əmək qanunvericiliyinə müvafiq surətdə tənzimlənir və onların 
gə lirlərindən müvafiq qaydada vergi tutulur.
IX. NİZAMNAMƏNİN QƏBULU VƏ  
ONDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ.
İDARƏNİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
9.1.  İdarənin  fəaliyyətinə  Qafqaz  müsəlmanları  qurulta yı-
nın qəbul etdiyi qərar və ya Azərbaycan Respublikası qa nun-
vericiliyində  nəzərdə  tutulmuş  qaydada  qəbul  edilmiş  qə rar 
əsasında xitam verilə bilər. İdarənin fəaliyyətinə xitam ve ri lər-
kən onun əmlakı haqqında məsələ qanunvericilikdə və bu Ni-
zam namədə nəzərdə tutulmuş qaydada həll olunur.
9.2. İdarənin Nizamnaməsinin qəbulu və ya Nizamnamədə 
də yişikliklər  və  əlavələr  edilməsi  bu  Nizamnamədə  müəyyən 
edilən qaydada qurultayın, yaxud qurultaylararası dövrdə Qazı-
lar Şurasının qərarları ilə həll olunur.
9.3. Nizamnaməyə dəyişikliklər və əlavələr müvafiq dövlət 
orqanında qeydə alındıqdan sonra hüquqi qüvvəyə malikdir.
C. AZƏRBAYCAN RESPUBLİKASININ  
DİNİ QURUMLARLA İŞ üzrə DÖVLƏT KOMİTƏSİ 
tərəfindən 01. 09. 2009-cu ildə 100109A2 – 01 nömrə ilə 
dövlət qeydiyyatına alınmış Qafqaz Müsəlmanları İdarəsinin 
Nizamnaməsində edilmiş dəyişikliklər
1.  Nizamnamənin  1.3-cü  maddəsində  “və  öz  fəaliyyətləri 
haq qında idarəyə hesabat təqdim edirlər” sözləri əlavə edilsin.
2.  Nizamnamənin  1.6-cı  maddəsində  “dünya  dinlərinin” 
söz ləri “digər dinlərin” sözləri ilə əvəz edilsin.


220                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
3. Nizamnamənin 1.8-ci maddəsinin birinci cümləsi aşağı-
dakı redaksiyada verilsin:
“İdarə və onun qurumları siyasi fəaliyyət göstərmirlər, siyasi 
partiyaların fəaliyyətində iştirak etmirlər və onlara maliyyə yar-
dımı göstərmirlər, öz binalarında siyasi tədbirlər keçirilməsinə 
yol vermirlər”.
4. Nizamnamənin 1.8-ci maddəsinin ikinci cümləsində “din 
xadimi kimi” sözləri “peşəkar dini” sözləri ilə əvəz edilsin.
5. Nizamnaməyə aşağıdakı məzmunda 1.10 – 1.14-cü mad-
dələr  əlavə  edilsin,  1.10  –  1.13-cü  maddələr  müvafiq  olaraq 
1.15 – 1.18-ci maddələr hesab edilsin:
“1.10.  İdarə  və  dini  qurumlar  Azərbaycan  Respublika-
sı qanunvericiliyinin tələblərinə əməl edir və onları pozduqda 
məsuliyyət daşıyırlar.
1.11. İdarə 30 gün ərzində dini icmanın dövlət qeydiyya tına 
alınması üçün tələb olunan sənədləri öz təqdimatı ilə birl ikdə 
Azərbaycan  Respublikasının  Dini  Qurumlarla  İş  üz rə  Dövlət 
Komitəsinə (DQİDK) göndərir. İdarənin təq di matı olmadan İs-
lam təmayüllü dini icma dövlət qeydiy ya tına alınmır.
1.12. İdarə dini icmalar barədə “Dini etiqad azadlığı haq -
qında”  Azərbaycan  Respublikası  Qanununun  12-1-ci  mad -
dəsinin  ikinci  hissəsində  nəzərdə  tutulmuş  məlumatlara  ma-
lik  olduqda,  həmin  dini  icmaların  təsisçilərinin  tərkibinin  də-
yişdirilməsinin və ya icmanın ləğvinin zəruriliyi barədə DQİDK 
qarşısında vəsatət qaldırır.
1.13.  Dövlət  qeydiyyatına  alınmış  dini  qurumlar  on la-
rın  dövlət  qeydiyyatına  alınması  üçün  tələb  olunan  məlu mat-
larda və ya sənədlərdə hər hansı dəyişiklik olduqda, bu barədə 
məlumatı və müvafiq dəyişikliyi təsdiq edən sənədləri DQİDK-
ya İdarənin vasitəsi ilə təqdim etməlidir.
1.14. Dini qurumlar yalnız dövlət qeydiyyatına alınması üçün 
təqdim  olunmuş  məlumatlarda  hüquqi  ünvan  kimi  göstərilən 
ibadət  yerlərində  həmin  dini  qurumlara  Qafqaz  Müsəlmanları 
İdarəsi  tərəfindən  din  xadimi  təyin  edildikdən  sonra  fəaliyyət 
göstərə bilərlər”.


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              221
6. Nizamnamənin 2.1-ci maddəsində:
6.1.6-cı hissə çıxarılsın;
6.2.9-cu hissə aşağıdakı redaksiyada verilsin:
“qanunvericiliyə uyğun surətdə məqsədəuyğun sayılan 
qurumları, o cümlədən Azərbaycan Respublikasında və xa-
rici ölkələrdə öz nümayəndəliklərini, təsərrüfat və istehsal 
sahələri yaradır, dini təmayüllü xidmətləri təşkil edir”;
6.3.10-cu hissədə “İdarənin” sözü “öz” sözü ilə əvəz edilsin:
6.4. aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“İslamın elmi əsaslarının araşdırılması məqsədilə alim-
lərdən və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradır”;
6.5.13-cü hissə çıxarılsın;
6.6.14-cü hissə aşağıdakı redaksiyada verilsin:
“zəruri  hallarda  DQİDK  ilə  razılaşdırmaqla  xarici 
ölkələrlə mütəxəssislər mübadiləsi aparır”;
6.7. aşağıdakı məzmunda 16-cı hissə əlavə edilsin:
“dini  qurumlar  tərəfindən  gənclərin  və  yaşlıların  Qu-
rani-Kərimi öyrənmə kurslarının (qruplarının) yaradılma-
sına razılıq verilməsi məsələsini həll edir”;
6.8. aşağıdakı məzmunda 25-ci hissə əlavə edilsin:
“DQİDK ilə razılaşdırılmaqla tələbələrin dini təhsil al-
maq üçün xaricə göndərilməsini həyata keçirir”;
6.9.26-cı hissədən “DQİDK-in razılığı ilə” sözləri çıxarılsın.
7.  Nizamnamənin  3.1-ci  maddəsinə  aşağıdakı  məzmunda 
ikin ci cümlə əlavə edilsin:
“İdarə öz fəaliyyəti haqqında Qurultaya, qurultayarası 
dövrdə isə Qazılar Şurasına hesabat verir”.
8. Nizamnamənin 7.2-ci maddəsində “mülkiyyətində” sö zün -
dən sonra “həm ölkədə, həm ölkə xaricində” sözləri əlavə edil sin.
9. Nizamnamənin 7.3-cü maddəsi aşağıdakı redaksiyada ve-
rilsin:
“Dövlətin mülkiyyətində olan dini təyinatlı binalar və di gər 
əmlak İdarənin və dini qurumların əvəzsiz istifadəsinə verilə bilər. 
İdarə  torpaq  sahələrindən  Azərbaycan  Respublikasının 
“Torpaq Məcəlləsi”nə uyğun olaraq istifadə edə bilər”.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə