Haci fuad iZZƏt oğlu nurullayev şeyxüLİslamliq ziRVƏSİ: haci allahşÜKÜr paşazadə



Yüklə 3,68 Mb.
Pdf görüntüsü
səhifə70/83
tarix11.07.2018
ölçüsü3,68 Mb.
#55002
1   ...   66   67   68   69   70   71   72   73   ...   83

222                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
10.  Nizamnamənin  7.5-ci  maddəsi  aşağıdakı  redaksiyada 
verilsin:
“İdarənin maliyyə vəsaiti öz fəaliyyəti, əmlakının istifa də -
sin dən əldə olunan gəlirlər, fiziki və hüquqi şəxslərin, əha tə etdi-
yi ərazidəki dini qurumların və ziyarətgahların kö nüllü ayır ma-
ları hesabına, habelə qanunla qadağan olunma yan di gər mən bə-
lərdən yaranır”.
11. Nizamnaməyə aşağıdakı məzmunda 7.6-cı maddə əlavə 
edilsin:
“İdarəyə və dini qurumlara dövlət və yerli özünüidarə or-
qanları tərəfindən maliyyə yardımı göstərilə bilər”.
12. Nizamnamənin 8.3-cü maddəsində “və digər xeyriyyə 
iş ləri həyata keçirə” sözləri “təsis etdikləri fondlar, o cüm lə-
dən, ictimai fondlar vasitəsilə xeyriyyəçilik və mədəni-maa-
rif fəaliyyəti göstərə” sözləri ilə əvəz edilsin.
13. Nizamnaməyə aşağıdakı məzmunda 8.8-ci bənd əlavə 
edilsin:
“İdarənin və tabeliyində olan dini qurumların işçilərinin so-
sial sığortası “Sosial Sığorta haqqında” Azərbaycan Respubli-
kasının Qanunu, pensiya təminatı “Əmək Pensiyaları haq qında” 
Azərbaycan Respublikasının Qanunu ilə tən zim lənir”.
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN  
F Ə R M A N I
“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının 
Qanununda dəyişikliklər edilməsi barədə”  
Azərbaycan Respublikasının 2011-ci il 10 iyun tarixli  
162-IVQD nömrəli Qanununun tətbiqi haqqında
“Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublika-
sının  Qanununda  dəyişikliklər  edilməsi  barədə”  Azərbaycan 
Res publikasının  2011-ci  il  10  iyun  tarixli  162-IVQD  nömrəli 
Qa nununun  tətbiqi  haqqında  Azərbaycan  Respublikası  Prezi-


 ŞEYXÜLISLAM ALLAHŞÜKÜR PAŞAZADƏ                                                              223
dentinin  Fərmanı  Azərbaycan  Respublikası  Konstitusiyasının 
109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Dini etiqad 
azad lığı haqqında” Azərbaycan Respublikasının Qanununda də-
yişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-
ci  il  10  iyun  tarixli  162-IVQD  nömrəli  Qanununun  qüv  vəyə 
minməsi  ilə  əlaqədar  həmin  Qanunun  tətbiqini  təmin  et mək 
məqsədi ilə qərara alıram:
1.  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  üç  ay 
müddətində:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan 
Respublikası Prezidentinin aktlarının “Dini etiqad azadlığı haq-
qında”  Azərbaycan  Respublikasının  Qanununda  dəyişikliklər 
edilməsi  barədə”  Azərbaycan  Respublikasının  Qanununa  uy-
ğunlaşdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının 
Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları-
nın həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə 
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının norma-
tiv hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin 
etsin  və  bu  barədə  Azərbaycan  Respublikasının  Prezidentinə 
məlumat versin;
1.4. dövlət tərəfindən dini mərkəzə (idarələrə) maliyyə yardı-
mı göstərilməsinə, o cümlədən Qafqaz Müsəlmanları İdarəsinin 
müvafiq  ölkələrdə  nümayəndəliklərinin  maliyyələşdirilməsinə 
dair  təkliflərini  Azərbaycan  Respublikasının  Prezidentinə 
təqdim etsin;
1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan  Respublikasının  Ədliyyə  Nazirliyi  normativ 
xarakterli  aktların  “Dini  etiqad  azadlığı  haqqında” Azərbaycan 
Res publikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azər -
baycan  Respublikasının  Qanununa  uyğunlaşdırılması  ilə  bağ  lı 
müvafiq tədbirlər görsün.
3.  Müəyyən  edilsin  ki,  “Dini  etiqad  azadlığı  haqqında” 
Azər  baycan Respublikası Qanununun 12-1-ci maddəsinin üçün-


224                                                                                         ŞEYXÜLISLAMLIQ ZIRVƏSI: 
cü hissəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azər-
baycan  Respublikasının  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Ko-
mitəsi nəzərdə tutulur.
4. Xaricdə yaşayan azərbaycanlıların dini tələbatının ödə-
nil məsi məqsədi ilə Qafqaz Müsəlmanları İdarəsinə müvafiq öl-
kə lərdə nümayəndəliklərini yaratması təklif edilsin.
İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, “1” iyul 2011-ci il
3.2. QMİ-nin nəzdində fəaliyyət göstərən elmi  
kitabxana
Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası 1980-ci illərin 
or talarında yaradılmışdır. Kitabxananın kitab fondu 6844 nüsxə 
ki tabdan ibarətdir.
Kitabxana  fonduna  daxil  olan  kitablar  Azərbaycan,  türk, 
ərəb, fars, rus, ingilis, alman və fransız dillərindədir. Bunlardan 
3309 nüsxə çap, 3535 nüsxə isə daşbasma üsulu ilə yığılmış və 
əlyazma şəklindədir. 
Kitabxana fondunda müxtəlif ölkələrdə çap olunmuş Quran 
nüs xələri, təfsir, hədis, fiqh, elmi-dini, bədii, astronomiya, bib-
lioqrafiya, tarix, coğrafiya, filologiya və s. mövzuları əhatə edən 
əsər lər vardır. 
Kitabxananın  qiraət  zalı  Şərq  üslubunda  tikilmiş,  müasir 
standartlara uyğun rahat mebel avadanlıqları, kitab rəfləri, stol-
stul və kompüterlərlə təchiz olunmuşdur. Kitabxananın nəz din-
də mini studiya fəaliyyət göstərir. Bu studiyadan elmi-dini ve ri-
liş lərin çəkilişi üçün istifadə olunur. 
Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası idarə əmək daş-
larının, Bakı İslam Universitetinin tələbə və müəllim heyətinin 
elmi-mədəni, intellektual və mənəvi mərkəzidir.


Yüklə 3,68 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə