Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə33/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   ...   29   30   31   32   33   34   35   36   ...   95

 
140 
 
 
 
 
arasındakı  zaman  müddətindən  bilavasitə  asılıdır.  İxracatçının  məzənnə 
itkiləri  müqavilə  ödəmə  valyutasının  məzənnəsi  azalanadək  bağlandığı 
təqdirdə meydana çıxır. Çünki belə halda ixracatçının milli valyutada aldığı 
məbləğin  həqiqi  qiyməti  daha  az  olur.  İdxalatçı  isə  valyutanın  məzənnəsi 
qalxdıqda  zərər  çəkir.    Çünki  onun  alınması  üçün  daha  çox  milli  valyuta 
sərf etmək lazım gəlir. 
Bankda valyuta riskinin idarə olunması 
          1. Bank strukturu daxilində valyuta risklərinin idarə olunmasında ilk 
addım valyuta əməliyyatlarına limitlərin tətbiqidir. 
2. Bankda aşağıda göstərilən limitlər tətbiq olunur: 
a) Xarici ölkələr üçün limitlər (hər bir konkret ölkədən olan müştəri 
və  kontrtərəfdaşlarla  gün  ərzində  aparılan  əməliyyatlar  üçün  maksimum 
mümkün məbləğlərin təyin edilməsi). 
b)  Kontrtərəfdaşlar  və  müştərilərlə  aparılan  əməliyyatlara  limitlər 
(hər  bir  kontrtərəfdaş,  müştəri  və  ya  müştəri  növü  üçün  aparılan 
əməliyyatlara maksimal mümkün məbləğin təyin edilməsi). 
c)  Alətlər  limiti  (alınıb  satılan  valyutalar  və  istifadə  olunan  ticarət 
alətlərinin  siyahısı  müəyyən  olunmaqla  müvafiq  olaraq  bu  valyuta  və 
alətlərə məhdudiyyətlərin tətbiq olunması). 
d)  Hər  gün  və  hər  bir  diller  üçün  limitlər  (adətən  ticarət  aparılan 
xarici valyutalar üzrə açıq mövqelər üçün maksimum mümkün qiymət təyin 
edilir.  Hər  bir  konkret  alət  üzrə  və  hər  bir  konkret  diller  üçün 
əməliyyatların növbəti iş gününə keçirilə biləcək payı müəyyən olunur). 
e) İtkilərin limitləşdirilməsi (itkilərin maksimum mümkün həddi təyin 
edilir ki, bu həddin əldə olunmasından sonra bütün açıq mövqelər itki ilə 
bağlanmalıdır.  Bəzi  banklarda  bu  cür  limit  hər  iş  günü  və  yaxud  da 
müxtəlif zaman kəsiyi (adətən 1 ay) üçün təyin olunur. Bəzi banklarda bu 
limit  müxtəlif  alətlər  şəklində  bölüşdürülür,  bəzilərində  isə  itkilərin 
limitləşdirilməsi dillerlər üzrə təyin oluna bilər). 
         Valyuta riskinin azaldılması metodları  
      1) Valyutanın qiymətinin düzgün seçilməsi. 
2) Valyuta mövqeyinin müqavilələr üzrə tənzimlənməsi. 
          Valyuta riskinin sığortalanması metodları 
           1).  Valyuta  risklərindən  sığortalanmaq  üçün  bankda  forvard 
əməliyyatları tətbiq olunur. 
 Qeyd:  Forvard  valyuta  əqdləri  ”  müəyyən  olunmuş  valyuta 
məbləğinin alqı ” satqısını nəzərdə tutulur. Bu zaman əqdin bağlanması və 


 
141 
 
 
 
 
icrası  müddətləri  arasında  fərq  olur.  Lakin  əqdin  icrası  əqdin  bağlandığı 
günə  olan  məzənnə  ilə  həyata  keçirilir.  Bu  halda  forvard  məzənnəsi  spot 
məzənnəsi əsasında hesablanır. 
2)  Valyuta  risklərindən  sığortalanmanın  ikinci  yolu  açıq  valyuta 
mövqeyinin seçilməsidir. 
3)  Valyuta  mövqeyi  ”  bankın  bu  və  ya  digər  valyutada  tələbləri 
(aktivləri) və öhdəlikləridir(passivləridir).  
           4)  Açıq  valyuta  mövqeyi  ”  bankın  ayrı-ayrı  xarici  valyutalarda 
tələblərinin və öhdəliklərinin (o cümlədən hesablaşmaları tamamlanmamış 
əməliyyatlar  üzrə  balansdankənar  tələblərin  və  öhdəliklərin)  məbləğləri 
arasında mübadilə məzənnəsinin əlverişsiz dəyişməsi şəraitində itkilər riski 
yaradan fərqdir. 
5) Qısa açıq valyuta mövqeyi ” hər hansı xarici valyutada passivlərin 
və  balansdankənar  öhdəliklərin  məbləğinin  aktivlərin  və  balansdankənar 
tələlərin məbləğindən çox olduğu valyuta açıq valyuta mövqeyidir. 
6) Uzun açıq valyuta mövqeyi ” hər hansı xarici valyutada aktivlərin 
və  balansdankənar  tələblərin  məbləğinin  passivləri  və  balansdankənar 
öhdəliklərin məbləğindən çox olduğu açıq valyuta mövqeyidir. 
7).  Məcmu  açıq  valyuta  mövqeyi  ”  bütün  uzun  açıq  valyuta 
mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq 
valyuta  mövqelərinin  göstəricidir.  Məcmu  açıq  valyuta  mövqeyi  sərbəst 
dönərli valyutalar və qapalı valyutalar üzrə ayrılıqda hesablanır. Bu zaman 
açıq  valyuta  mövqeləri  ‚plyus‛,  qısa  açıq  valyuta  mövqeləri  isə  ‚minus‛ 
işarələri ilə işarələnir.  
8) Qapalı valyuta mövqeyi ” hər hansı xarici valyutada aktivlərin və 
balansdankənar  tələblərinin  məbləğinin  passivlərin  və  balansdankənar 
öhdəliklərin məbləğinə bərabər olduğu valyuta mövqeyidir. 
9)  Açıq  valyuta  mövqeyi  limiti  ”  Azərbaycan  Respublikası  Milli 
Bankı  tərəfindən  açıq  valyuta  mövqeyinin  manat  ekvivalentinin  bankın 
kapitalına nisbətinə təyin edilən kəmiyyət məhdudiyyətidir. 
10) Günün yekun məzənnəsi ” açıq valyuta mövqeyinin hesablandığı 
tarixdə  iş  gününün  yekununa  Milli  Bankın  elan  etmiş  olduğu  rəsmi 
məzənnə və ya rəsmi məzənnə üzrə hesablanmış çarpaz (kross) məzənnədir. 
11)  Struktur  valyuta  mövqeyi  ”  inflyasiyanın  və  valyuta  risklərinin 
bankın  kapitalına  təsirini  minimallaşdırmaq  məqsədilə  qəbul  edilmiş 
uzunmüddətli  valyuta  mövqeləridir.  Bu  cür  mövqeyə  bankların  xaricdə 
törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək 


 
142 
 
 
 
 
yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar 
üzrə açılmış mövqelər aid edilə bilər. 
12) Xarici valyutada aktivlər(tələblər) ” nağd pul və müxbir hesablar, 
Milli  Bankdakı  məcburi  ehtiyatlar,  verilmiş  (o  cümlədən  vaxtı  keçmiş) 
kreditlər  və  avanslar,  qiymətli  kağızlar,  investisiyalar,  hesablanmış  faizlər 
və dividentlər, rezident və qeyri-rezidentlərə xarici valyutada digər tələblər 
daxildir. 
13)  Xarici valyutada öhdəliklər ” müştərilərin, o cümlədən bankların 
maliyyə  vəsaitləri,  alınmış  kreditlər  və  avanslar,  buraxılmış  qiymətli 
kağızlar  üzrə  öhdəliklər,  hesablanmış  faiz  borcları,  rezident  və  qeyri-
rezidentlər qarşısında digər öhdəliklər daxildir. 
14)  .  Balansdankənar  hesablardakı  xarici  valyuta  ”  valyuta 
forvardları,  bank  qarantiyaları,  akkreditivlər  və  s.  üzrə  xarici  valyutada 
gələcək daxilolmalar və ödəmələr daxildir. 
           Sığortalamanın  əsası  odur  ki,  investor  riskin  sıfra  endirilməsi  üçün 
gəlirdən də imtina etməyə hazırdır. Hedc əməliyyatı (heaging ” qorumaq) 
bank,birja 
və 
kommersiya 
praktikasında 
valyuta 
risklərinin 
sığortalanmasının  müxtəlif  metodlarını  müəyyən  etmək  istifadə  olunur. 
Hedc  əməliyyatı  ”  alıcı  və  satıcı  özlərinin  bizneslərini,  yaxud  ödəniş 
vasitələrini  bazarda  qiymət  (məzənnə)  dəyişməsi  nəticəsində  maliyyə 
itkisindən  yəni  valyuta  riskindən  sığortalamaq  (qorumaq)  məqsədilə 
həyata  keçirdikləri  forvard  əməliyyatıdır.  Hedc  əməliyyatı  möhtəkirlik 
xarakteri daşımır. Məsələn, satıcı subyekt kommersiya krediti formasında 
bir  neçə  əmtəəni  alıcı  subyektə  göndərir.  Bu  halda  satıcı  subyekt  ödəniş 
günü  alacağı  xarici  valyutanın  mümkün  mübadilə  məzənnəsi  riskindən 
qorumaq  məqsədilə  həmin  məbləği  banka  satır.  Beləliklə,  satıcı  ilə  bank 
arasında müəyyən münasibət yaranır ki, bu da hedc əməliyyatı adlanır. 
         Bankın valyuta-məzənnə risklərinin məhdudlaşdırılması: 
          Bankın  valyuta-məzənnə  risklərinin  məhdudlaşdırılması  məqsədilə 
aşağıda  göstərilən  mövqelər  üzrə  açıq  valyuta  mövqeyi  limitləri 
müəyyənləşdirilir: 
a) Sərbəst dönərli valyutalar üzrə uzun açıq valyuta mövqeyi limiti; 
b) Sərbəst dönərli valyutalar üzrə qısa açıq valyuta mövqeyi limiti; 
c) Sərbəst dönərli valyutalar üzrə uzun məcmu açıq valyuta mövqeyi 
limiti; 
d) Sərbəst dönərli valyutalar üzrə qısa məcmu açıq valyuta mövqeyi 
limiti; 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə