Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə2/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   ...   95

                                                                                5 
 
 
                                                     GİRİŞ 
 
 
Beynəlxalq  biznes  müasir  dövürdə  çox  dinamikdir,  investor, 
istehsalcı  və  istehlakçı,    kimi  müxtəlif  rol  oynayan  milyonlarla 
vətəndaşın  arzu  və  qərarlarına  müvafiq  olaraq,  durmadan  inkişaf 
edən  azad  iqtisadi  bazar  sistemidir.  Dünya  iqtisadiyyatı, 
ümumiyyətlə, çox qarışıq bir iqtisadiyyat kimi təsvir edilir. Bu isə o 
deməkdir  ki,  istehsal  mənbələrinin  böyük  əksəriyyəti,  hətta  xüsusi 
əllərdə  olsa  belə,  beynəlxalq  bazarla  sıx  əlaqədədir.  Bu  isə  hansı 
standartla  ölçülürsə  ölçülsün,  bu  müddət  ərzində  xüsusən  inkişaf 
etmiş  ölkələr  beynəlxalq  biznesdə  böyük  uğurlar  əldə  etmişlər. 
Dünyanın  bəzi  xalqları  ötən  onilliklərdə  daha  yüksək  inkişaf 
səviyyəsinə çataraq,  istehsal və xalqların həyat səviyyəsi baxımından 
beynəlxalq biznesdə  daha cox uğurlar qazanmışlar. 
 
Beynəlxalq  biznes  ötən  illər  ərzində  müxtəlif  dəyişikliklərə 
məruz  qalsa  da,  bəzi  sahələr  olduğu  kimi  qalmaqda  davam  edir. 
Bunlardan  biri  bazar  iqtisadiyyatında  hökumətin  xüsusi  rol 
oynamasının  vacibliyi  haqqında  davam  edən  mübahisələrdir. 
Beynəlxalq  biznesə  əsaslanan  iqtisadiyyat,  ümumiyyətlə,  xüsusi 
mülkiyyət  və  təşəbbüskarlıqla  səciyyələnir  ki,  bunu  da  hökumət 
dəstəkləməlidir. 
Respublikamız  müstəqillik  əldə  etdikdən  sonra 
azad bazar iqtisadiyyatı inkişaf etmiş və bunun əsasında beynəlxalq 
biznes  fəaliyyəti    inkişaf  etməyə  başlamışdır.  Nəzərə  alsaq  ki,  bu 
sahədə təcrübə azdır və iqtisadiyyatın beynəlxalq bizneslə bağlı elmi 
tədqiqatların 
aparılması 
və 
xarici 
ölkələrin 
təcrübəsinin 
öyrənilməsinin nə qədər xüsusi aktuallıq kəsb etdiyyini anlamaq olar  
 
Son  illərdə  beynəlxalq  biznesin  aktual  olmasına  baxmayaraq, 
hələlik  beynəlxalq  bizneslə  əlaqəsi  olan  elmi  anlayışlar  haqqında 
konkret bir fikir yoxdur. Beynəlxalq bizneslə əlaqəli ədəbiyyatlarda 
“Beynəlxalq  iqtisadi  münasibətlər”  kimi  əsas  başlıqlar  və  ya 
“beynəlxalq  iqtisadi  siyasət”  kimi  anlayışlar  bəzən  birmənalı,  bəzən 
də  fərqli  anlamlarda  istifadə  olunmaqdadır.  Həm  də  beynəlxalq 
iqtisadi  görüntü,  beynəlxalq  iqtisadi  dəyərlər  və  beynəlxalq  biznes 
kimi  anlayışlar  həm  bir-birinin  yerinə  istifadə  olunmaqla  yanaşı, 
həm  də  bir-birilərindən  fərqli  mənalarda  da  işlədilməkdədir. 
Həqiqətdə  isə  bu  anlayışlar  arasında  qəti  fərqləndirmə  aparmaq 
olduqca  çətindir.  Ancaq  bunlar  arasında  məna  yaxınlığı  olsa  da, 
bütünlükdə  eyni  mənalı  söz  olduqlarını  iddia  etmək  olmaz. 
Aralarında bir neçə fərqlilik olduğu qeyd edilməlidir. 


                                                                                6 
 
 
 
İnkişaf  etmiş  ölkələrdə  beynəlxalq  biznesin  başlıca  strategiyası 
rəqabət  qabiliyyətli  məhsul  istehsal  etməklə  və  ya  xidmət 
göstərməklə  rəqabətdə  uğur  qazanmağı  əhatə  edir.  Əgər  əvvəllər 
beynəlxalq  biznesdə  inkişaf  etmiş  ölkələrin  rəqabətdə  kiçik,  geridə 
qalan  ölkələrə  nəzərən  daha  çox  mənfəət  şansı  olduğu 
düşünülürdüsə,  indi  daha  cəld  iqtisadiyyata  malik  ölkələrin 
rəqabətdə üstünlüyə malik olduğu faktı daha aydın görünməkdədir. 
Bir ölkənin beynəlxalq biznes strategiyası olmadığı təqdirdə, bu ölkə 
rəqabət  şəraitindəki  gözlənilməz  mənfi  hallara  hazır  olmayacaq  və 
bu  hallar  qarşısında  geri  çəkilməyə  məcbur  olacaqdır.  Lakin  yaxşı 
beynəlxalq  biznes  strategiyasının  hazırlanması  uğurlu  nailiyyətə 
zəmanət 
vermir. 
Yaxşı 
beynəlxalq 
biznes 
strategiyasının 
hazırlanması ilə yanaşı həmin strategiyanın dəqiqliklə tətbiq edilməsi 
lazımdır. 
 
Görünür  ki,  beynəlxalq  biznesin  nə  qədər  səmərəli  olması 
ümumilikdə dünyanın siyasi xəritəsindən cox  asılıdır. Artıq iki tipə 
bölünmüş:  a)  inkişaf  etmiş;  b)  inkişaf  etməkdə  olan  ölkələr,  bu 
ölkələrlə hansı prinsiplərlə biznesin qurulması, investisiyaların  necə 
səmərəli  yerləşdirilməsi  və  bu  gün  beynəlxalq  biznesin  aktual 
problemlərinin nədən  ibarət olmasıdır. 
 
Bu  baxımdan  dərslik  əsasən  hal  hazırda  beynəlxalq  biznesdə  
gedən  proseslərin  müəyyən  hissəsinin  elmi-nəzəri  izahına  həsr 
edilmişdir. 
 
 
 
        
 
 
 
 
 
 
            
         
 
 
 
 
 
 


                                                                                7 
 
 
Fəsil-1:Beynəlxalq biznesin elmi-nəzəri mühiti 
1.1. Beynəlxalq biznes sisteminə inteqrasyanın еlmi-nəzəri         
əsasları 
 
 
Sonillərdə  inkişaf  etmiş  ölkələrin  fəaliyyəti  nəticəsində    dünya 
iqtisadiyyatında  böyük  dəyişikliklər  baş  vermişdir.    Təyyarələrin, 
telefon və kompüterlərin, sputnik televiziyaların meydana gəlməsi və 
inkişafı  coğrafi  məsafələrin  və  mədəni  əlaqələrin  yaxınlaşmasına 
səbəb  olmuşdur.  Hal-hazırda  istehsalçı,  kompaniyaları  satış 
bazarlarında  öz  mallarının  həm  satılması,  həm  də  vəsaitin 
mənbəyinin tapılması problemlərini həll edirlər.Bir vaxtlar  Amerika 
avtomobil 
kompaniyaları 
avtomaşınların 
hissələrini 
və 
kompleksləşdirilməsini  əsasən  ABŞ-da  həyata  keçirirdi  və  daxili 
bazarda  satırdı.  Amma  indi  o,  öz  mallarını  tədarükçü  kimi 
Yaponiyadan,  Cənubi  Koreyadan,  Almaniyadan  və  başqa 
ölkələrdən  alır  və  dünya  bazarına  da  öz  istehsal  etdiyi  məhsulu  
çıxarır. Ayrı-ayrı sahələrin kompaniyaları öz materiallarını konveyer 
xəttində  istehsal  edirlər    və  hazırladıqları  məhsulu  dünyanın başqa-
başqa ölkələrinə  göndərirlər. 
 Bir neçə on il əvvəl amerikalılar ancaq ABŞ-da istehsal olunan 
geyimləri geynirdilər və bu geyimlər ancaq daxili bazar üçün nəzərə 
alınmışdı.  Trikotaj  mallarının  çox  hissəsi  Nyu-York  və    İngiltərə 
müəssisələrində  hazırlanırdı  və  burada  işləyən  fəhlələrin  əksəriyyəti 
emiqrantlar  idi,  onların  da  iş  günü  normadan  çox  idi.  Həmkarlar 
ittifaqının  köməyi  ilə  fəhlələr  əmək  haqqının  yüksəldilməsinə  nail 
oldular.  Ucuz  fəhlə  qüvvəsinə  nail  olmaq  üçün  sahibkarlar 
müəssisələrini 
cənub 
istiqamətinə, 
sonradan 
isə 
Asiyaya 
köçürürdülər.  Hal-hazırda  qabaqcıl  amerikan  modelyeri  Bill-Brass 
İtaliyada  Avstraliya  yunundan  hazırlanmış  paltar  layihəsi  üzərində 
işləyir. Yeni paltarlar modeli Honkonqdakı nümayəndəliyə verilir və 
öz  növbəsində  bu  sifarişlər  Çində  tikiş  fabrikində  tikilir.  Hazır 
paltarlar  Nyu-York  mağazalarına  göndərilir.  Əvvəllər  ABŞ-da 
kitablar ancaq yerli avadanlıq  hesabına nəşr olunurdu.  İndi  müəllif 
mətni Tayvanda hazırlanmış  kompüterə  yığır və  onu  Kaliforniyaya 
göndərir. Onun kitabı Kanadada hazırlanmış kağıza Koreya rəngləri 
ilə  köçürülür.  Tipoqrafiya  maşını  Almaniyada  istehsal  olunub. 
Kitabın  yekun  işləri  Meksikada  həyata  keçirilir  və  hazır  məhsullar 
yenidən ABŞ-a, ingilis dilli ölkələrə ixrac olunur. Kitabların qiyməti 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə