Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə5/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   ...   95

                                                                                14 
 
 
 
Açıq  iqtisadi  zona  şəklindəki  qruplaşmalardan  doqquz  ən 
böyük  region  üzrə  beynəlxalq  birləşmələr  olmuş  və  bunları 
göstərmək olar: 
1.
 
Avropa  ittifaqı.  Bura  daxildir:  Avstriya,  Almaniya,  Böyük 
Britaniya,  İtaliya,  İrlandiya,  Fransa,  İspaniya,  Portuqaliya, 
Finlandiya,  İsveç,  Danimarka,  Belçika,  Lüksemburq, 
Hollandiya, Yunanıstan; 
2.
 
Avropa  azad  ticarət  birliyi:  İspaniya,  Norveç,  İsveçrə, 
Lixtenşteyn; 
3.
 
Azad  Ticarət  barədə  Şimali  Amerika  Müqaviləsi:  ABŞ, 
Kanada, Meksika; 
4.
 
Asiya”Sakit Okean iqtisadi əməkdaşlığı: Bruney, Avstraliya, 
Malayziya,  Sinqapur,  Tayland,  Yeni  Zellandiya,  Papua-
Yeni  Qvineya,  İndoneziya,  Filippin,  Tayvan,  Honkonq, 
Yaponiya,  Cənubi  Koreya,  Çin,  Kanada,  ABŞ,  Meksika, 
Çili; 
5.
 
Braziliya, Paraqvay, Argentina, Uruqvay birliyi; 
6.
 
Qərbi  Afrika  iqtisadi  və  valyuta  ittifaqı:  Kot-D’İvuar, 
Burniko-Faso,  Lesoto,  Malavi,  Mozambik,  Movriki, 
Nambiya, CAR, Svazilend, Tanzaniya, Zimbabve. 
7.
 
Qərbi Afrika inkişaf komitəsi
8.
 
Cənubi  Asiya  regionla  əməkdaşlıq  birliyi:  Hindistan, 
Pakistan, Şri-Lanka, Banqladeş, Maldivi, Butan, Nepal; 
9.
 
And  beynəlxalq  müqaviləsi:  Venesuela,  Kolumbiya, 
Ekvador, Peru, Boliviya. 
 
Aydındır  ki,  bu  kimi  dövlətlərarası  sazişlərin  yaranması  və 
formalaşması  obyektiv  olaraq  siyasi,  iqtisadi,  tarixi  proseslərin 
qaydaya salınmasında onların marağını birləşdirir. 
 
Bu  kimi  proseslərin  artması  bir  tərəfdən  həmin  müqavilə  üzrə 
region çərçivəsində beynəlxalq biznesin genişlənməsinə səbəb olursa, 
digər tərəfdən onlara ‚bağlı-qapalı‛ xarakter verir. Hətta bəzən eyni 
qruplaşmaya  daxil  olan  ölkələrin  özləri  arasında  da  müəyyən 
ziddiyətlər  baş  verir.  Ona  görə  də  ümumdünya  ticarət  təşkilatının 
(ÜTT) direktoru R.Rudjero həmin təşkilatın üzvü olan ölkələri birgə 
fəaliyyətə  çağırır.  Belə  zənn  edilir  ki,  2020-ci  ildə  azad  ticarət  daha 
qlobal zona üzrə yaradıla biləcək. 
 
Bu kimi maneələrin aradan qaldırılması və beynəlxalq biznesin 
tənzim  edilməsində  ‚Tarif  dərəcələri  və  ticarət  haqqında  baş 
müqavilə‛  təşkilatının  böyük  rolu  vardır.  Bu  müqavilə  1947-ci  ildə 


                                                                                15 
 
 
23 ölkə arasında bağlanıb və 1948-ci ildən qüvvədədir. 1995-ci ildən 
öz  fəaliyyətini  dəyişərək  ‚ümümdünya  ticarət  təşkilatı‛  adı  ilə 
mövcuddur.  Ən  böyük  iqtisadi  təşkilatlardan  biridir  və  dünya 
ticarətinin  94%-ni  əhatə  edirdi  və  artıq  1996-cı  ilin  əvvəlində 
başlayaraq həmin təşkilata 130 ölkə daxil idi. 
 
Beynəlxalq  biznes  dünya  ölkələrinin  xarici  ticarətinin 
məcmusundan ibarətdir. Onun həcmi ixracın həcmini toplamaq yolu 
ilə  ABŞ  dolları  ilə  hesablanır.  Həmçinin  ixrac  kommersiya  şərtinin 
qiymətləri  ilə,  idxal  isə  həmin  kommersiya  şərtinin  digər  növü  ilə 
qiymətləndirilir. 
Beynəlxalq 
ticarətdə 
məhsullar 
BMT-nin 
standartlaşdırmasına uyğun olaraq qruplaşdırılır. Burada BMT-nin 
beynəlxalq əmtəə nomenklaturası deyilən sistemdən də geniş istifadə 
edilir. 
 
Aydındır  ki,  beynəlxalq  biznesin  genişləndirilməsində  əsas 
məqsəd  ölkənin  ictimai-iqtisadi  inkişafına  təsir  etməkdir.  Ona  görə 
də  kəmiyyət  baxımından  beynəlxalq  biznesin  milli  gəlirə  və  ümumi 
milli məhsula olan təsirini müəyyən etmək üçün beynəlxalq biznesin 
multiplikatorundan istifadə edilir. 
 
Ümumiyyətlə, multiplikator anlayışı iqtisadi ədəbiyyatlara son 
vaxtlar  daxil  edilmişdir.  Bu  modelin  yaradılmasında  C.Keyns, 
R.Kan,  F.Maxlub,  P.Samuelsonun  böyük  xidmətləri  olmuşdur. 
Multiplikator  hərfən  artırılma  deməkdir.  İnvestisiya  multiplikatoru 
dedikdə,  investisiya  bütövlükdə  milli  məhsulun  və  eləcə  də  milli 
gəlirin  və  məşğulluğun  artmasına  səbəb  olur.  Məşğulluğun  artması 
isə öz növbəsində yenidən milli məhsulu artırır. 
 
Beləliklə,  investisiyanın  artması  ilə  milli  gəlirin  artması 
arasında sıx zəncirvari əlaqə yaranır. 
 
Həmçinin  milli  gəlirin  artan  hissəsi  investisiyanın  ilkin  artan 
hissəsindən çox olur. Belə bir məcazi misal çəkmək olar. Su olan bir 
kolbaya daş saldıqda su şişir, artır. 
 
Beləliklə,  iqtisadi  proseslərin  bir-birinə  təsiri,  bir-birindən 
asılılığı  yalnız  investisiya  üzrə  deyil,  digər  problemlərdə  də 
mövcuddur. 
 
Məhz  həmin  digər  sahələrdə  də  multiplikator  anlayışından 
istifadə edilir. Deməli, beynəlxalq biznesin milli məhsula olan təsirini 
və  yaxud  onlar  arasındakı  asılılığını  araşdırmaq  üçün  iqtisadçılar 
beynəlxalq biznes multiplikatoru modelindən istifadə edirlər.  
 
İnvestisiyanın  artması  nəticəsində  ilbəil  həmin  ilkin  artımdan 
daha  çox  milli  gəlir  əldə  edildiyi  kimi,  əmtəə  ixracının  artması 


                                                                                16 
 
 
sonrakı  illərdə  azalsa  da,  ilkin  artıma  nisbətən  daha  çox  dəyişiklik 
yaradır. 
 
İnvestisiya  multiplikatoru  kimi  ixrac  multiplikatoru  (M
x
)  da 
istehlak  dairəsindəki  daxili  proseslərlə  şərtlənir.  Ona  görə  də  o, 
istehlaka  (MRC)  və  yaxud  yığıma  (MRS)  olan  meylliliyin  həddinə 
görə hesablana bilər. Deməli, ixrac multiplikatorunu müəyyən etmək 
üçün aşağıdakı düsturdan istifadə etmək lazımdır: 
 
M
x
=1/MRS=1/(1-MRC) 
 
 
Aydındır  ki,  beynəlxalq  biznes  yalnız  ixracdan  deyil,  həm  də 
idxaldan  (Mr)  ibarətdir.  Əgər  ixracatdan  olan  gəlirin  bir  hissəsi 
idxala xərclənsə, onda daxili alıcılıq qabiliyyəti azalacaqdır. 
 
İdxal  müəyyən  mənada  axın  xarakterinə  malikdir.  Yığımın 
eyniliyi  kimi  idxal  əks-mənfi  cəhətdir.  Ona  görə  də  idxalı  təhlil 
etdikdə  ona yığımın funksiyası kimi baxmaq lazımdır. Yığıma olan 
son  meylliliyin  (MRM),  idxalın  həcminin  dəyişilməsinin  gəlirin 
dəyişilməsinə nisbətinin hesablanması ilə multiplikator düsturu belə 
şəkil alır: 
 


X
MRM
MRS
Mp



1
 
 
 
İdxalın  nəzərə  alınması  ilə  ixracın  dəyişilməsinin  istehsalın 
həcminin dəyişilməsinə təsiri isə belə hesablanır: 
 


X
MRM
MRS
YMM




1
 
 
 
Xarici  ticarətin  iqtisadi  vəziyyəti  haqqında  daha  real,  dolğun 
məlumat tədiyyə balansı anlayışı ilə müəyyən olunur. 
 
Ölkənin  tədiyyə  balansı  başqa  ölkələrdən  daxil  olan  pul 
vəsaitinin  (ödəmələrin)  ümumi  məbləği  ilə  digər  ölkələrdə  olan  pul 
ödəmələrinin məbləğini əks etdirir. 
 
Aydındır  ki,  xaricdən  olan  ödəmələr  çox  olduqda  tədiyyə 
balansı  aktiv  (müsbət  saldo),  az  olduqda  passiv  (mənfi  saldo) 
adlanır. 
 
Tədiyyə  balansı  sadəcə  olaraq  texniki  haqq-hesab  cədvəli 
deyildir.  O,  beynəlxalq  biznesdə  münasibətləri  əks  etdirir.  Burada 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə