Haci həSƏnov niyazi beynəlxalq biznes



Yüklə 2,13 Mb.
Pdf görüntüsü
səhifə7/95
tarix08.07.2018
ölçüsü2,13 Mb.
#54561
1   2   3   4   5   6   7   8   9   10   ...   95

                                                                                20 
 
 
verir.  Digər  tərəfdən  adıçəkilən  kalkulyasiya  məsrəfləri    (fiktiv) 
ödəmə hesab olunmur. 
     Xərclərin  təhlili  ona  görə  vacibdir  ki,  onlar  ödəmələrlə  üst-üstə 
düşməsələr  belə  dolayısıyla  ödənilən  vergilərin  həcminə,  bəzən  də 
gəlirdən  asılı  olan  dividentlərin  miqdarına  təsir  edir.  Bu  ödənişləri 
qiymətləndirmək üçün amortizasiya məbləğlərinə əsaslanan mənfəət 
və zərərin hesabatı lazımdır. 
Plan  balanslarının  tərtibatı,    mənfəət  və  zərər  hesabatının 
tərtibatı  üçün  istifadə  olunan  daha  bir  ödəniş  növü  vardır.  Bu 
ödənişlər  layihə  qəbul  olunana  qədər  həyata  keçirilir  və  əvvəlki 
tarixlə dəyişdirilə bilməz. Bir qayda olaraq bunlar balansın aktivində 
layihənin hazırlanması xərcləri kimi qeyd olunurlar və bir neçə dövr 
ərzində  silinirlər.  Bununla  onlar  gəliri  və  beləliklə  də  vergi 
ödənişlərini  azaldırlar.  Buna  görə  də  onlar  dolayısıyla  layihənin 
ödəniş sırasına təsir edirlər. 
          Likvidliyin  planlaşdırılması  zamanı  mənfəətin  bölüşdürülməsi 
və  kapitalın  sahibkarlara  qaytarılması  da  öz  əksini  tapmalıdır. 
Monetar mühitin bu ödəmələri nə xərclərə, nə də mədaxilə aid deyil. 
        Bu  halda  xərc  və  məsrəflərin  növləri  öyrənilməli  və  əsas 
fondlara çəkilən xərc, məsrəf və ödəmələr göstərilməlidir. 
Əsas  istehsalla  bağlı  ödəmələr  axını  aşağıdakıların  nəticəsində 
yaranır: 

 
torpaq sahələrinin alınması; 

 
lazimi 
infrastrkturun 
yaradılması, 
kommunikasiyalara 
qoşulma; 

 
binaların alınması və təchiz edilməsi

 
maşın, avadanlıq və nəqliyyat vasitələrinin alınması; 

 
patent və lisenziyaların alınması. 
           Əmlakın bu mövqeləri aktivə əsas vəsaitlər kimi daxil olunur 
(torpaq sahələri istisna olmaqla) və onların dəyəri sistematik olaraq 
istismar  dövründə  silinir.  Layihə  araşdırmalarında  çox  zaman 
əmlakın  dəyəri  illər  üzrə  bərabər  bölüşdürülür.  Bu  bölünmüş  paylar 
da elə xərcləri təşkil edir( amortizasiya məbləği). 
         Bu  halda  real  sferadan  daxilolmların  və  real  sferaya  axınların 
müəyyən olunması vacibdir. 
Maliyyələşdirmə sahəsi real sferayla ilk növbədə satış tərəfdən 
mal  və  xidmətlərin  dövriyyəsindən  əldə  olunan  vəsaitlərlə  bağlıdır. 
Tədarük  bazarları  ilə  ilk  növbədə  əsas  və  dövriyyə  vəsaitlərinin 


                                                                                21 
 
 
alınmasına  ödəmələr,  həmçinin  əməyin  ödənilməsinə  xərc,  əsas  və 
köməkçi vəsaitlərə və s cari məsrəfləri ilə əlaqədardır. 
         Malın  satılması  və  istehsal  vəsaitlərinin  alınması  qarşılıqlı 
əlaqədardır.  Istehsal  sisteminin  girişində  ehtiyyatlarla  istehsal 
sisteminin  çıxışında  hazır  məhsulun  əlaqəsini  istehsal  funksiyası 
göstərir.  Fəaliyyət  göstərən  firma  və  ya  şirkətlərdə    planlaşdırılan 
dövriyyə lazım olan ehtiyyat  həcmini müəyyən etməyə imkan verir. 
Bununla  da,  maliyyə  planlamasının  tərkib  hissəsi  olan  ödəmələrin 
planlaşdırılmasına imkan yaranır. 
      Real  mühitə  ödəmələr  də  vacib  məsələlərdən  hesab 
olunur.Müəyyən  malın  istehsalı  üçün  lazım  olan  ehtiyyatlar,  zəruri 
investisiya  həcmi  bir  qayda  olaraq  iqtisadçılar  və  mühəndislərin  də 
iştirakı  ilə  texniki  təhlil  vasitəsilə  müəyyən  olunur.  Bu  informasiya 
şəxsi  maliyyə  planlamasında  hazır  məlumat  kimi  çıxış  edir.  Anbar 
ehtiyatlarının  həcmi  isə  (dövriyyə  vəsaitləri)  texniki  parametrlərdən 
asılı  deyil.  Bu  zaman  risk  dərəcəsini  müəyyən  edən  satış  siyasətinə 
əsasən  müəssisənin  strateji  qaydaları  üzərində  qərar  qəbul  olunur. 
Bu  məsələ  gələcəkdə  özəl  maliyyə  planlaması  ilə  birlikdə  öyrənilir. 
Əvvəlcə biz məhsulun istehsalı üçün lazım olan investisiya malları və 
resursların 
alınmasına 
ödəmələri 
nəzərdən 
keçirəcəyik.                 
Sahədən  asılı  olaraq  aşağıdakı  xərclər  mövcud  ola  bilər,  heyətə 
çəkilən  xərc,  komplektləşdirici  məmulatlara,  əsas  və  köməkçi 
materiallara,  təmir  və  xidmətlərin  göstərilməsinə  xərclər,  enerjinin 
dəyəri,  təşkilati  xərclər,  cari  inzibati  təsərrüfat  xərcləri  və  s.  Satış 
zamanı  endirimlər  dövriyyədən  daxilolmanın  minimizasiyası  kimi 
müəyyən  olunur  və  gəlir  tərəfində  uçota  alınır.  Nəhayət  malın 
alınması  zamanı  vergi,  yığım  və  köçürmə  şəklində  həyata  keçirilən 
ödəmələr  də  uçota  alınmalıdır.  Qarşılıqlı  əlaqələr  sistemində  onlar 
dövlətlə(budcə  ilə)  münasibətlərin  bir  hissəsini  əks  etdirir.  Əlavə 
olunmuş dəyərə görə ödənilən vergi təmiz ödəmə kimi dəyərləndirilir. 
Qeyd edək ki, balansdakı əmlakın dəyərləndirilməsndə ƏDV olmur, 
çünki  ödənilmiş  ƏDV  dövlət  tərəfindən  geri  ödənilir.  Əmlakın 
qiymətləndirilməsi  zamanı  onların  alınması  zamanı  alınan 
endirimlər də nəzərə alınmır. 
Texniki  təhlil  üçün  lazım  olan  qeydləri  əldə  olan 
məlumatlardan  və  vaxtında  müəyyən  etmək  mümkün  deyilsə,  o 
zaman  daha  kobud  mülahizələr  irəli  sürülür.  Bu  plan  sənədlərində 
qeyd  olunmalıdır  və  maliyyə  təhlilində  mümkün  xətaların  aşkara 


                                                                                22 
 
 
çıxarılmasına  əsas  olmalıdır.  Bu  həm  də  satış  və  tədarük  bazarları 
üçün də keçərlidir. 
Texniki  təhlil  üçün  istehsalın  texniki  xüsusiyyətləri  haqqında  tam 
məlumatı bilavasitə istehsalçılardan almaq olar. Bu zaman bir qayda 
olaraq tələb olunan ehtiyyatların kəmiyyət və keyfiyyəti, lazım olan 
xidmətedici heyət barədə məlumat alınır. Bəzən analojı avadanlıqda 
iş təcrübəsi olanların da məsləhətlərindən istifadə etmək olar. 
        Avadanlığa və tikintiyə məsrəflər haqqında ən dolğun məlumatı 
layihə  təşkilatçısının  təşkil  etdiyi  müsabiqəyə  namizəd  olmuş 
təşkilatlardan  ala  bilər.  Bu  ərizələr  xüsusi  məlumatları  əks  etdirir. 
Müqayisə üçün keçmişdə istifadə olunmuş layihələrə müraciət etmək 
olmursa,  o  zaman  müsabiqəyə  konkret  xarakteristikanın  təqdim 
olunması  üçün  planlaşdırma  xüsusilə  təkmilləşmiş    olmalıdır. 
Müsabiqələrdə  iştirakın  mənfi  cəhəti  həm  də  ondan  ibarətdir  ki, 
müsabiqə  obyekti  haqqında  tam  məlumatın  hazırlanması  və  iştirak 
haqqında  müraciətlərin    hazırlanması  çox  xərc  və  zaman  aparır  və 
layihənin  həyata  keçməməsi  təqdirdə    geri  ödənilmir.Buna  görə  də 
çox zaman keçmiş təcrübəyə əsasən müqayisə oluna bilən layihələrin 
qiymətləndirmə  meyarları  istifadə  olunur.  Belə  qiymətləndirmə 
zamanı əsasən aşağıdakı göstəricilərin uçotu lazımdır: 

 
digər miqyaslarda ekstrapolyasiyanın uçotu; 

 
keçən  müddət  ərzində  avdanlığa  və  tikinti  işlərinə  qiymətlərin 
artmasının uçotu; 

 
hüquqi  qaydalarda  dəyişikliklərin  olması  və  ya  iqlim 
xüsusiyyətlərində dəyişikliklərin uçotu; 

 
xaricdən  mal  idxalı  zamanı  mübadilə  məzənnəsi  və  gömrük 
qaydalarında dəyişikliklərin uçotu. 
     Bir  çox  ölkələrdə  xüsusi  birliklərin  tikinti  haqqında  təcrübəli 
məlumat  bazaları  mövcuddur(yerüstü  tikintinin  bir  kubmetrinin 
qiyməti  və  s.).Cari  istehsal  xərclərinin  kalkulyasiyası  zamanı 
xammalın,  əsas  və  köməkçi  materialların,  komplektləşdirici 
məmulatların 
qiyməti 
barədə 
məlumat 
son 
məhsulun 
istehsalçısından  almaq  olar.  Bu  zaman  nəzərə  almaq  lazımdır  ki, 
istehsal  müddəti  zamanı  qiymətlər  proqnozlaşdırılmış  olmalıdır. 
Qərarın qəbul olunması zamanından sonra bu müddət asılı olaraq 3-
5 il ola bilər. Ona görə də, bazar haqqında aktual məlumatları daha 
sonrakı  müddətə  hesablamaq  lazımdır.  Həm  də  layihənin  həyata 
keçirilməsi zamanı qiymətlərin artımını da nəzərə almaq lazımdır. 


Yüklə 2,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə