Mate çay argentina məDƏNİYYƏTİNİn bir elementi KİMİ Yerba mate çayının tarixi haqqında



Yüklə 232,69 Kb.
səhifə1/3
tarix29.11.2023
ölçüsü232,69 Kb.
#142105
  1   2   3
MATE ÇAY ARGENTİNA MƏDƏNİYYƏTİNİN BİR ELEMENTİ KİMİ


MATE ÇAY ARGENTİNA MƏDƏNİYYƏTİNİN BİR ELEMENTİ KİMİ

Yerba mate çayının tarixi haqqında. Yerba mate (“Ilex paraguariensis”) “prikallar” və ya “çobansaçaqlı kimilər” (Aquifoliaceae family) fəsiləsinə aid bitki növüdür. O, Argentina, Uruqvay, Paraqvay, Braziliya və Boliviyada çox məhşurdur və “Yerba mate” çayının hazırlanmasında istifadə edilir. Bu çay Braziliyada “chimarrão” və ya “cimarrón” adlanır. Çay yerba mate bitkisinin qurudulmuş yarpaqları və cavan tumurcuqlarından hazırlanır və Argentina mətbəxinin vacib tərkib hissəsidir.
Mateçayının tarixi ilə bağlı ziddiyyətli fikirlər mövcuddur. Tarixi mənbələrdə mate bitkisinin Cənubi Amerikada yaşayan tupi-quarani hindu tayfası tərəfindən ilk dəfə becərildiyi və ondan istifadə olunduğu barədə məlumatlar mövcuddur. Bəzi məlumatlara görə "yerba" sözü quarani dilində ot mənaısnı verir.
XIX əsrin əvvəllərində Paraqvayda mate bitkisinin becərilməsinə başlanıldı, Xosé Gaspar Rodrígez de Fransianın (1814-1840) hakimiyyəti illərində isə əkin sahələri xeyli genişləndirildi. Bu bitkinin becərilməsi və satışından əldə olunan gəlir nəticəsində Praqvay Cənubi Amerikanın iqtisadi cəhətdən güclü ölkələrindən birinə çevrildi. Böyük Britaniya özünün idarəsi altında olmayan Paraqvayın güclənməsinə Cənubi Amerikadakı maraqlarına təhlükə kimi baxırdı və bu səbəbdən də öz təsiri altında olan ölkələrlə birlikdə Paraqvayı təcrid edərək onu zəiflədə bildi. X.G.Rodríguez de Fransiadan sonra hakimiyyətə gələn və ölkəni şəxsi təsərrüfatı kimi idarə edən Carlos Antonio López (1841-1862) də özünütəcrid siyasəti həyata keçirmiş, xarici malların ölkəyə gətirilməsinə qadağa qoymuşdu. Nəticədə, Paraqvayın beynəlxalq ticarət əlaqələri zəiflədi, bundan əlavə, Birləşmiş Krallıq 1860-cı ildə Argentina, Uruqvay və Braziliyanın Paraqvaya müharibə elan etməsinə nail oldu. Bu müharibə tarixə “Paraqvay müharibəsi” adı altında daxil oldu və Paraqvayın məğlubiyyəti ilə sona çatdı. Yerba Mate tarixdə Latın Amerikasında ən qanlı müharibələrdən birinə səbəb olan bitki kimi də qeyd olunur. Məhz bu müharibədən sonrakı dövrdə mate bitkisi Argentinada geniş miqyasda becərilməyə başlanıldı.

Yüklə 232,69 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə