Mate çay argentina məDƏNİYYƏTİNİn bir elementi KİMİ Yerba mate çayının tarixi haqqında



Yüklə 232,69 Kb.
səhifə2/3
tarix29.11.2023
ölçüsü232,69 Kb.
#142105
1   2   3
MATE ÇAY ARGENTİNA MƏDƏNİYYƏTİNİN BİR ELEMENTİ KİMİ

Mate çaydan istifadə qaydası. Yerba Mate bu gün dünyada kifayət qədər məşhurdur və ondan istifadə edənlərin dairəsi getdikcə genişlənir. “Paraqvay çayı” kimi də tanınan bu çay xüsusi diqqətlə hazırlanır. Davamlı olaraq bu çaydan istifadə edənlər yerba mateni bu cür təsvir edirlər: “kofenin gücü, bitki çayının faydası və şokoladın verdiyi xoşbəxtlik”.
Mate çayı qəhvəyə bənzər acı dada malikdir. Mate bitkisinin yaşıl yarpaqları toplandıqdan sonra əvvəlcə qurudulur, sonra isə qovrulur. Bitkinin “con palo” və “sin palo” adlanan iki əsas növü mövcuddur. Con palo mate bitkisinin yarpaqlarının və tumurcuqlarının yarı üyüdülmüş, sin palo isə tam üyüdülmüş halıdır. Hər iki növ, demək olar ki, eyni dada malikdir, lakin bu çaydan uzun müddət istifadə edən insanlar insanlar onların dadının heç də eyni olmadığını bildirirlər.
Qovrulmuş yarpaqlar xüsusi qabda çox da qaynar olmayan suda dəmlənir. Qabın hazırlanmasında “kalabas” adlanan bitkidən istifadə olunur. Bu qab Braziliyada “Cuia” adlanır. Kalabasın hazırlanması olduqca çətin və bir o qədər də maraqlı prosesdir. Hər istifadədən sonra kalabas təmizləmək və qurutmaq lazımdır. Normal istifadə zamanı o tez sıradan çıxmır, lakin bir neçə gün onun içərisində yaş ot qalarsa, o halda kalabas yararsız hala düşə bilər.
Kalabas balqabaq kimilər fəsiləsinə aid bitki növüdür. Meyvəsinin uzunluğu orta hesabla 20-90 sm, diametri isə 20-30 sm-dir. Bitkinin vətəni Afrika olsa da, bütün dünyada qida, məişət və bəzək əşyası, musiqi aləti hazırlamaq üçün istifadə edilir. Məsələn, mərkəzi Amerikada kalabasın qovurulmuş toxumlarını üyüdülmüş düyü, darçın və istiotla qarışdıraraq xüsusi içki - “horçata” hazırlanır. Çində bu bitki yağda qızardılaraq, düyü ilə yeyilir. Cənubi Koreyada çiy kalabasın digər tərəvəzlərlə qarışdırılmasından alınan yemək növü “bak-namul”, günəşdə qurudulmuş növündən istifadə etməklə hazırlanan yemək növü isə “bak-goji” adlanır. Filippində kalabas “upo” adlanan yeməyin (donuz ətli əriştə şorbası) hazırlanmasında istifadə olunur.
Qərbi Afrikada kalabaşdan musiqi alətləri və məişət əşyaları hazırlanır. Bu bitkidən “kora”, “xalam ngoni”, “goje”, “şegureh”, “balangi” kimi musiqi alətlərinin və palma şərabı içmək üçün kasaların hazırlanmasında istifadə olunur. Çində “hulusi”, Braziliyada “berimbau”, Hindistanda isə “toomba”, “sitar”, “surbahar”, “tanpura”, “sarasvati veena”, “rudra veena” və “viçitra veena” adlı musiqi alətləri məhz kalabasdan hazırlanır.
Mate çay kalabasdan içilir, bu xüsusi boğaza malik olan qabdır. Mate çay “bombilla” (argentinada “bombija”) adlanan xüsusi boru vasitəsilə içilir. Bombilla yuxarı hissədə xüsusi qalın boruya, borunun ucunda isə xüsusi filtrə malikdir. Bu filtr xırda üyüdülmüş yarpaq dənəciklərinin və tozun ağıza keçməsinə imkan vermir. Bombilla bambuk, qızıl, gümüş və poladdan hazırlanır. Gümüşdən hazırlanan bombilla ən yaxşısı hesab edilir. Bombilla müxtəlif ölçülərdə hazırlansa da, onun ideal növü 18 santimetrə bərabərdir. O, 3 hissədən ibarətdir: pico və ya bokilla- mateni içmək üçün dodağa qoyulan hissə, kuello- boru (boyun) və filtrovə ya paletilla- filtr.

Yüklə 232,69 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə