268
edir ki, ancaq hər iki partnyor firmalardan yalnız 45,3 %-i
müvəffəqiyyətlə fəaliyyət göstərir.
Robert Miller (1996, İFC discussion paper №29,
Washington-Dünya Bankı) qeyd edir ki, müştərək sahibkarlığın
fəaliyyətinin səmərəli təşkili ilk növbədə əməkdaşların
danışıqlarının nə dərəcədə əməkdaşları razı salmasından
ibarətdir.
Bərabərlik strukturu müştərək razılaşmalarda ən çətin
məqam hesab olunur. Birgə müəssisələrin idarə edilməsinin o
qədər də asan deyil və yuxarıda qeyd edildiyi kimi əksər
mülkiyyətlər müştərək sahibkarlıq əməliyyatlarının mütləq bütün
aspektlərinə yiyələnə bilmirlər.
Ikincisi texnologiya mübadiləsidir ki, bu da adətən sənayecə
inkişaf etmiş ölkə partnyoru tərəfindən tələb edilir. Əsas
aspektlərdən biri dəqiq olaraq razılıqda müəssisə üçün hansı
mümkün texnologiyadan istifadə edilməsi və hansı şərtlərlə
istifadə edilməsini əhatə edir. Hər iki tərəf üçün məlumdur ki,
texnologiya üçün ödənişlər müəssisədən və qaçılmaz olaraq
texnologiya mübadiləsi mübahisəsinə səbəb olan birbaşa
nəzarətin qurulmasından mənfəətin mübadiləsi yolu ilə mühüm
üsuludur. Texnologiya təsisçiləri özlərinin intellektual hüquqlarını
qorumaqda maraqlıdırlar və buna görə də onlar müştərək
müəssisə tərəfindən texnologiyanın harada və necə işlənə
bilməsinə
məhdudiyyətlərin
qoyulmasını
və
harada
yaradılmasından asılı olmayaraq texnologiyadan pirat üsulla
istifadə edənlərə qadağalar qoyulmasını istəyirlər. Buna misal
olaraq biz 2002 ci ildə ‚Boeing‛ və ‚Mitsubishi Heavy İndustries‛
arasında həyata keçirlən müştərək sahibkarlığına nəzər yetirək.
Bu müştərək sahibkarlığın qurulması zamanı ‚Boeing‛-in
məqsədi riski azaltmaq idi. Lakin bununla bərabər bu ‚Boeing‛
üçün çətin olsada belə o çarəsiz olaraq öz kommersiya məqsədi ilə
yaratdığı hava texnologiyasını Japon tərəfdaşına verməli oldu.
Adətən inkişaf etməkdə olan ölkə partnyorları texnologiya
köhnəldikcə texnologiyanın sahibinə ödəyəcəkləri royaltiyə və ya
vergiyə limit qoymaq və müştərək sahibkarlıq fəaliyyəti zamanı
həmin texnologiya üzərində nəzarəti genişləndirməyə can atırlar.
269
Qərb alimlərinin apardığı tədqiqatlara görə müştərək
sahibkarlığı partnyor adətən özünün sifarişçiləri, distribyutorları,
satıcıları (məhsullarını satan) hətta rəqiblərinin biri ilə də
formalaşdırır.
Birgə müəssisələrin idarəedilməsində ‚marketinq buraxılışı‛
və “kadr hazırlığının‛ da özünə məxsus yeri var. Yerli partnyorun
idarəetmə nəzəri nöqteyincə bölüşdürmə kanalları və marketinqin
üzərində nəzarətin qurulması müştərək sahibkarlığın davamlı
əməkdaşlığının təmin edilməsinin bir yoludur (üsuludur).
Başqalarının digər əməliyyatları tək həyata keçirmək üçün
özlərinin maliyyə axınlarını genişləndirməyinin yollarını
axtarmağa cəhd edərkən bəzi kompaniyaların nə üçün
genişlənmək və bazar payını cəld qazanmaq üçün digər
kompaniyalarla müştərək şəkildə birləşməsini dividend siyasəti
vasitəsi ilə başa düşmək olar. Bu fərqli məqsədlər arasında
potensial konfliktlər müştərək danışıqlar zamanı daha yaxşı
yoluna qoyulur.
Birgə müəssisələrin partnyorların fəaliyyətinin sənayenin
inkişafına tə’sirini məhdudlaşdıran amillərdən biri qarşılıqlı
borclar problemidir. Macar iqtisadçısı Y.Kornai qeyd edir ki,
bazar iqtisadiyyatının normal fəaliyyəti üçün maliyyə intizamına
əməl olunması tələb olunur. Bununla əlaqədar olaraq dörd sadə
qaydaya əməl olunmalıdır:
a)
alıcılar bağlanmış müqavilələri yerinə yetirməli və
aldıqları əmtəələrin haqqını ödəməlidirlər;
b)
borclular kredit müqaviləsində tələbləri pozmamalı və
öz borclarını vaxtlı vaxtında ödəməlidirlər;
c)
vergi ödəyiciləri vergidən vaxtlı vaxtında verməli və
yayınmamalıdırlar;
d)
şirkətlər xərclərini əldə etdikləri gəlirlər hesabına
ödəməlidirlər.
Göründüyü kimi, birinci iki qayda bilavasitə qarşılıqlı borclar
problemi ilə əlaqədardır. Qarşılıqlı borclar problemi adətən yerli
partnyorun maliyyə çatışmamazlığı və s. amillərlə yaranan
problemdir. Dolğun hesab mexanizminin formalaşdırılması o
cümlədən müəssisələrin bu sahədə mə’suliyyətlərinin artırılması
270
əlverişli investisiya mühitinin formalaşdırılmasında əhəmiyyətli
addımdır.
Amerikan iqtisadçısı R.Linq müştərək əməkdaşlığı iki və
daha artıq şirkətin öz aralarında mülkiyyəti, cavabdehliyi,
maliyyə risklərini və mənfəəti müstəqil bölüşdürülməsi kimi
müəyyənləşdirir. Həqiqətən də dünya praktikasında müştərək
sahibkarlıq fəaliyyətinin mahiyyətindən görünür ki, bütün
sahələrdə riskin tərəflər arasında paylanması partnyorların daha
səmərəli iş görməsinə və maliyyə itkisi ehtimalının azalmasına
səbəb olur.
Alman tədqiqatçısı K.Zaybert-ə görə müştərək sahibkarlığda
partnyorlardan heç olmasa biri müştərək sahibkarlıq obyektinin
yaradıldığı ölkəni təmsil etməlidir və müştərək sahibkarlıq-
müştərək kapitala, müstəqil mənafelərə malik tərəfdaşların
kooperasiya əməkdaşlığına əsaslanmalıdır.
B.Olin isə beynəlxalq ticarət konsepsiyasında göstərmişdir
ki, istehsal amillərinin hərəkəti müxtəlif ölkələrdə onlara olan
müxtəlif tələbatlarla bağlıdır: onlar səmərəliliyi aşağı olan
ölkələrdən daha yüksək olan ölkələrə doğru hərəkət edir. Olin
həmçinin kapitalın beynəlxalq hərəkətinə tə’sir edən tamamlayıcı
momentləri də göstərmişdir. Bunlara o, gömrük baryerlərini
(əmtəə idxalına mane olur və xarici kapitalın ölkədaxili bazara
girməsinə şərait yaradır), filialların kapital yatırımları coğrafi
diversifikasiyasına can atması, xarici investisiya riskləri və onların
bu əsasda təhlükəsiz və riskli tiplərə ayrılmasını aid etmişdir.
Ispan alimi Hennart müştərək sahibkarlıq üçün xərclərin
izahının aparılması təhlilini vermişdir. Hennart əmin olmuşdur
ki, müştərək sahibkarlıq bazarların iflasa uğradıqları məhdud
saylı xüsusi vəziyyətlərdə ən yaxşı strategiyadır, lakin tam
sahibkarlıq idarəetmə xərcləri və ya ölçüsü və ya iqtisadiyyatın
əhatə edilməsi baxımından idarəetmənin effektiv üsulu sayılmır.
Alman alimi L.Hebert aşağıdakıları xüsusiyyətləri müştərək
sahibkarlığa aid edir:
Iki və ya bir neçə tərəfdaş arasında müqavilənin
olmasını;
Partnyorların hər birinin payının və hansı formada
iştirakının müəyyən olması;
Dostları ilə paylaş: |