132
Bu sistemin xaraktirek cəhətləri aşağıdakılardır:- qızıl dünya pulu
funksiyasını yerinə yetirirdi. O ölkələr arasında hesablaşmaların
vasitəsi və idtimai sərvətin ümumi təcəssümü kimi çıxış edirdi;
- beynəlxalq ödəniş dövriyyəsində qızıldan başqa ABŞ-ın və
Böyük Britaniyanın milli pul vahidləri də istifadə olunurdu.
Bunula belə ABŞ dollarının və ingilis funt-sterlinqinin fəaliyyəti
dairəsi xeyli dərəcədə məhdud idi;- 1934-cü ildən başlayaraq
mərkəzi banklar və ölkələrin hökumət idarələri tərəfindən təqdim
olunan ABŞ
dolları ABŞ xəzinəsində rəsmi şəkildə
müəyyənləşdirilmiş nisbətlə qızıla dəyişdirilirdi. Bunun
nəticəsində azad bazarda qızılın qiyməti ABŞ-ın qoyduğu rəsmi
qiymət əsasında formalaşırdı. Demək olar ki, 1968-ci ilə qədər
kənarlaşma baş verməmişdir.- milli pul vahidləri mərkəzi banklar
vasitəsilə dollara dəyişdirilirdi. Ölkələr arasında milli pul
vahidlərinin mübadiləsi isə Beynəlxalq Valyuta Fondunun təyin
etdiyi möhkəm nisbətlər əsasında həyata keçirilirdi. Bütün
dönərli milli pul vahidləri dolların vasitəçiliyi ilə qızıla çevrilə
bilirdi. Bu isə ölkələrarası çoxtərəfli hesablaşmaları mümkün
edirdi.
3.3. Valuta və valuta risklərinin müasir səviyyəs
Valyuta (italyanca ” ‚valuta‛ , tərcümədə qiyməti, dəyəri ifadə edir)
hər hansı dövlətin pul nişanəsidir. Valyuta münasibətləri tədiyə balansı,
valyuta kursu, kredit və əməliyyatlar üzrə hesablaşmalarla həyata keçirilir.
Valyutalar işləmə qaydasından asılı olaraq üç yerə bölünür:
- tam çevrilən( sərbəst çevrilmə qabiliyyəti olan);
- qismən çevrilən;
- çevrilməz( çevrilmə qabiliyyəti olmayan qapalı).
Xüsusi icazə olmadan hər hansı ölkənin valyutası ilə dəyişdirilə bilən
valyutalar tam çevrilən
valyutalardır. Buna valyutanın konvertləşdirilməsi
deyilir. Dünya ölkələrində kollektiv valyutadan da istifadə edilir. Kollektiv
valyuta
– iqtisadi təşkilatların dövlətlərarası beynəlxalq hesablaşmalarda
istifadə etdikləri valyutadır. Müəyyən sahələrdə valyuta əməliyyatlarına,
xüsusilə də həmin ölkənin hüquqi və fiziki şəxslərinə (rezidentlərə) valyuta