133
məhdudiyyəti qoyan ölkələrin valyutaları qismən çevrilən valyuta adlanır.
Çevrilməz (qapalı) valyuta isə yalnız bir ölkə daxilində tətbiq edilir.
Beynəlxalq əlaqələrin genişlənməsi, iqtisadi münasibətlərin inkişafı
ilə əlaqədar olaraq bir ölkənin milli valyutasının digər ölkənin milli
valyutasına dəyişdirilməsi prosesini zəruriləşdirdi. Bu zərurətin reallaşması
isə xüsusi valyuta bazarı vasitəsilə həyata keçirilir. Valyuta bazarında tələb
və təklifdən asılı olaraq valyuta kursu formalaşır.
Dünya ölkələrinin valyutaları, sənədləri, çekləri, vekselləri,
akkreditivləri ilə aparılan əməliyyatlar iqtisadi münasibətlərin xüsusi
sferasını, yəni beynəlxalq valyuta bazarını əmələ gətirir. Valyuta bazarında
alqı-satqı əməliyyatları kommersiya bankları, valyuta komisyonçuları və
Milli Bank tərəfindən həyata keçirilir. Kommersiya bankları müştərilərin
valyutalarını müəyyən qiymətə alır, onlara istədikləri valyutanı satır, kredit
verir, valyuta qoyuluşlarının daxili və xarici bazarlarda işlənməsini təmin
edir. Valyuta komisyonçuları dünyanın iri maliyyə mərkəzləri ilə sıx
informasiya əlaqəsində olduğundan arbitraj funksiyasını yerinə yetirir və
maliyyə təşkilatlarına vasitəçilik edir. Valyuta bazarında ölkənin pul
tədavülünün tənzimlənməsini Milli Bank həyata keçirir.
Həmçinin
respublikamızda
valyuta
bazarının
fəaliyyətini
tənzimləmək və ona nəzarət etmək üçün xüsusi valyuta qanunvericiliyi
mövcuddur. Bu qanunvericiliyin bünövrəsini ‚Valyuta tənzimlənməsi
haqqında‛ Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli 910
saylı Qanunu təşkil edir. Bu qanunla respublikada valyuta əməliyyatlarını
həyata keçirməyin prinsipləri, valyuta tənzimlənməsi və valyuta bazarına
nəzarət edən orqanların səlahiyyətləri və funksiyaları, valyuta qiymətlərinə
sahib olmaq, onlardan istifadə etmək və onlar barədə sərəncam vermək
sahəsində hüquqi və fiziki şəxslərin hüquqları və vəzifələri, valyuta
qanunvericiliyinin pozulması ilə əlaqədar məsuliyyət müəyyən edilmişdir.
Valyuta bazarında valyutalar tələb və təklifdən asılı olaraq alınıb-satılır.
Valyuta bazarı banklararası bazara üstünlük verir. Banklararası
əməliyyatlar zamanı valyuta kursu formalaşır. Valyuta bazarı aşağıdakı
funksiyaları yerinə yetirir:
- beynəlxalq əmtəə, xidmət və kapital dövriyyəsinə xidmət edir;
- dövlətin ölkədə vahid pul-kredit və iqtisadi siyasəti həyata
keçirməsində mühüm rol oynayır;
134
- tələb və təklifdən asılı olaraq valyuta kursunun formalaşmasına
şərait yaradır.
Valyutalara qiymət qoyulması (kotirovka) valyuta əməliyyatlarının
həyata keçirilməsində müstəsna rol oynayır.
Valyutalara qiymətqoyma – valyuta birjasının xüsusi orqanıdır.
Adətən qiymətqoyma komissiyası tərəfindən həyata keçirilir. Xarici
valyuta ilə qiymətqoymanın iki forması vardır: birbaşa və vasitəli.
Dünya ölkələri arasında birbaşa qiymətqoyma daha deniş
yayılmışdır. Bu zaman xarici valyuta milli valyuta ilə ifadə olunur. Vasitəli
qiymətqoyma zamanı isə milli valyuta xarici valyuta ilə ifadə olunur.
Valyuta bazarının azad və qeyri-azad növləri vardır.
Azad valyuta bazarında heç bir məhdudiyyət olmadığı halda qeyri-
azad bazarda valyuta əməliyyatları xüsusi təyin olunan (vəkil edilən)
təşkilatlar tərəfindən rəsmi kurs (lisenziya) əsasında aparılır. İnkişaf etmiş
bazar iqtisadiyyatı olan ölkələrdə valyuta siyasətinin əsas məqsədi pulun
alıcılıq qabiliyyətini saxlamağa və valyuta məzənnəsini sabitləşdirməyə
yönəldilir.
Sahibkarlıq fəaliyyətinin əsas məqsədi sağlam rəqabət şəraitində
minimum xərclərlə maksimum gəlir əldə etməkdir. Bu məqsədin nə cür
reallaşdırıldığını müəyyən etmək üçün sahibkarlıq fəaliyyətinə qoyulmuş
kapitalla bu fəaliyyətdən əldə olunan gəlir müqayisə olunmalıdır.
Hər bir sahibkarlıq fəaliyyətində konkret biznes sahəsinin xüsusiyyəti
və növündən asılı olaraq itirmək təhlükəsi mövcuddur. Risk- nəzərdə
tutulan gəlirin, mənfəətin büdcəyə daxil olmaması, zərərin, ziyanın baş
verməsi ehtimalı deməkdir. Sahibkarlıq fəaliyyətində zərəri maddi, maliyyə
və əmək zərələrinə bölmək olar.
Risk iqtisadi kateqoriya olub özündə baş verə biləcək və ya baş
verməyəcək hadisələri birləşdirir. Belə hadisələrin baş verib verməməsi ilə
əlaqədar olaraq üç iqtisadi nəticə ola bilər: mənfi (uduzmaq, zərər); sıfır;
müsbət (udmaq, gəlir).
Riskin qarşısını ala biləcək tədbirlər həyata keçirməklə ondan
yayınmaq mümkündür. Adətən sahibkar riskdən qaçmaq üçün gəlir əldə
etmək imkanından imtina etməli olur. Risk hadisəsinin baş verməsini
proqnozlaşdırmaq üçün müxtəlif metodlardan istifadə etməklə və riskin
səviyyəsinin aşağı salınması üçün tədbirlər görməklə riski idarə etmək olar.
Təşkilat risklə effektiv mübarizə aparması riskin təsnifatı ilə müəyyənləşir.
135
Riskin təsnifatında müəyyən olunmuş məqsədə çatmaq üçün onun
ayrı-ayrı əlamətlərə görə ayrı-ayrı qruplara bölünməsini başa düşmək
lazımdır.
Riskin təsnifatının elmi şəkildə əsaslandırılması hər bir riskin yerini
dəqiq müəyyən etməyə imkan verir. Hər bir riskin özünəməxsus idarə
olunma üsulu vardır.
Riskin təsnifatlaşdırılmış sistemi özündə kateqoriya, qrup, növ,
yarımnöv və növ müxtəlifliyini birləşdirir. Nəticəsindən asılı olaraq riski iki
böyük qrupa bölmək olar: xalis və spekulyativ.
Xalis risk mənfi və ya heç nəticə əldə etməmək deməkdir. Belə
risklərə aiddir: təbii, ekoloji, siyasi, nəqliyyat və kommersiya risklərinin bir
hissəsi (əmlak, istehsal, ticarət).
Spekulyativ risk isə həm müsbət, həm də mənfi nəticə əldə etmək
olar. Belə risklərə kommersiya risklərinin bir hissəsi olan maliyyə riskləri
aiddir.
Əsas baş vermə səbəbindən asılı olaraq risk aşağıdakı kateqoriyalara
ayrılır: xalis təbii (zəlzələlər, daşqın, su basma, tufan, yanğın, epidemiya və
s.), ekoloji (təbii mühitin çirklənməsi), siyasi(təsərrüfatçılıqdan asılı
olmayan, dövlətin fəaliyyəti və ölkədə baş verən siyasi hadisələrdən irəli
gələn müharibələr, hərbi münaqişələr, inqilablar, müsadirələr, milliləşdirmə
və s.), nəqliyyat(yüklərin avtomobil, çay, dəniz, dəmir yolu, hava, boru
vasitəsilə daşınması və s.) və kommersiya riskləri.
Pulun alıcılıq qabiliyyətinin aşağı düşməsi və yüksəlməsi ilə əlaqədar
inflyasiya və deflyasiya riskləri, valyuta məzənnəsinin dəyişilməsi ilə
əlaqədar valyuta riskləri, qiymətli kağızları və digər malları satan zaman
mümkün itkiləri ifadə edən likvidlik riskləri birinci qrup maliyyə risklərinə
aiddirlər.
İnflyasiya - pulun və uyğun olaraq qiymətlərin səviyyəsinin təmin
olunması, deflyasiya ” inflyasiya prosesinin tərsidir, o qiymətlərin
düşməsində və uyğun olaraq pulun alıcılıq qabiliyyətinin artmasında özünü
göstərir.
İnflyasiya riski – inflyasiya artan zaman əldə olunan pul gəlirlərinin
real alıcılıq qabiliyyəti daha tez düşür, nəinki qalxır. Belə hallarda real
olaraq sahibkar zərərli olur.
Deflyasiya riski – deflyasiya baş verən zaman qiymətlərin tez bir
zamanda aşağı düşməsi prosesi gedir, sahibkarlıq üçün iqtisadi şərtlər
pisləşir və gəlirdən aşağı düşür.
Dostları ilə paylaş: |