163
yarandıqda və milli valyuta sabitliyini itirdikdə kreditlər vermək,
həmçinin
dövlətlərin öz öhdəliklərinin yerinə yetirməsinə nəzarət etməkdir.
Bretton-Vudss sistemi ABŞ ”ın iqtisadi gücünü əks etdirirdi və nə
qədər ki, bu ölkədə iqtisadi inkişaf sürətli idi və onun mövqeyi möhkəm idi
bu sistem normal fəaliyyət göstərirdi. 1960-cı illərdən etibarən ABŞ-ın
mövqeyi zəiflədikcə bu sistemin böhranı gücləndi. Bir sıra iqtisadçılar üzən
valyuta məzənnəsi rejiminə keçilməsinin zəruri olduğunu təklif edirdilər.
Böhrandan çıxış yolu kimi Bretton-Vudss sisteminin dəyişdirilməsi idi. Bu
haqda razılaşma 1976-cı ildaə Yamaykada əldə olundu ki, bu da 4-cü
dünya valyuta sisteminin yaranması idi, bu sistem 1978-ci ildən qüvvəyə
mindi.
Qızıldeviz standartının əvəzinə borcalmanın xüsusi qaydası standartı
tətbiq olunmağa başlanıldı. Bu qaydaya görə BVF üzv dövlətlər həmin
fonda üzvlük haqqı ödəyirdilər ki, həmin vəsaitdən üzv dövlətlərin tədiyyə
balansında kəsr olduqda ehtiyat valyuta kimi istifadə edilirdi. Ehtiyat
valyuta fondu hal hazırda BVF xüsusi hesabında faizlə 39 ABŞ dolları, 18
yapon iyeni, 21 alman markası, 11 ingilis funt sterlinqi və 11 fransız
markası təşkil edir. Bununla da qızılın dünya pulu funksiyasını yerinə
yetirməsinə son qoyuldu və hər bir dövlət özünün milli valyuta məzənnəsini
müəyyənləşdirərkən valyuta rejimini seçməkdə sərbəstlik əldə etdi.
Yamayka valyuta sistemi hər bir ölkənin milli valyutasının alıcılıq
qabiliyyətinə əsasən onun dəyərinin müəyyənləşdirilməsini nəzərdə
tuturdu. Bu əvvəlki sistemlərlə müqayisədə bir sistemsizlik kimi görünsədə
ölkələr arası valyuta münasibətlərində olan gərginliyi demək olar ki,
aradan qaldırdı və fəaliyyətdə olduğu müddət ərzində beynəlxalq valyuta
sistemində nəzərə çarpacaq bir böhran yaşanmamışdır.
1970-ci illərin sonunda Avropada regional valyuta sistemi hüquqi
cəhətdən formalaşdırıldı ki, bu da həmin regionda inteqrasiya meyllərinin
gücləndiyni əks etdirirdi. Pul vahidi olaraq eky qəbul edildi, onun da şərti
dəyəri, Aİ(avropa ittifaqına) ölkələrinin valyuta səbətinə nəzərən
hesablanırdı.Beynəkxalq valyuta sistemi Aİ-nda inteqrasiyanın daha da
dərinləşməsi nəticəsində evronun meydana gəlməsi ilə yeni inkişaf
mərhələsinə qədəm qoydu. Artıq dünya da dünya pulu funksiyasını yerinə
yetirən ABŞ doları ilə rəqabət aparan və bu funksiyanı yerinə yetirən
valyuta kimi evro öz mövqeyini günü-gündən möhkəmlədir və yapon iyenini
arxada qoydu.