277
Qeyd edilən bu amillərin mənfi təsiri xarici iqtisadi
əlaqələrin qurulması prosesinə əngəl törədir və mövcud əlaqələri
zəiflədir.
Müasir dövrdə xarici tərəfdaşların Azərbaycanla
əlaqələrini 3 əsas istiqamətə bölmək olar:
1.İxrac-idxal münasibətləri (bu fəaliyyətə üçüncü dünya
ölkələri ilə əmtəə mübadilələri də daxildir);
2.İstehsal sahələri, mailyyə, xidmət, təchizat, xarici
əlaqələr, xarici ticarət, topdansatış, pərakəndə satış və b.
sahələr üzrə fəaliyyət göstərən müştərək işgüzarlıq;
3.Təbii ehtiyatların işlənməsi (neft, qara və əlvan metal və
b.).
Ticarət müqavilələri layihələri işlənərkən bu sahələrin hər
birinə ayrılıqda baxılır. Bu həmçinin qarşıya qoyulan
nıəqsədlərdən
asılı
olaraq
qısamüddətli
(adi
iqtisadi
əməliyyatlar); orta müddətli (işlənməsi 2-3 il davam edən
layihələr) və uzun müddətli (10-20 il məsələn, neft yataqların
işlənməsi kimi) işlər və proseslər olur, Adətən, müştərək
müəssisələrin xarici iştirakçıları (firmalar), gəlilrlərin ökkədən
çıxarılmasının 3 üsulunu tətbiq edirlər:
1.Satılan malların qiymətinin artırılması və alınan
malların qiymətlərinin azaldılması;
2.Verilmiş
texnologiya
üçün
lisenziyalaşdırılmış
ödənişlərin qaldırılması;
3.Verilmiş kreditlərə görə faizlərin artırılması.
1993-cü ilin yanvarında Azərbaycan Respublikası Nazirlər
Kabmetinin «Azərbaycan Respublikasında xarici firmaların
filiallarının və təşkilatlarının yaradılması və fəalilyyət göstərməsi
haqqında» 17 saylı qərarı qəbul edilmişdir. Bu qərara görə
nümayəndəliyinin yaradılmasında maraqlı olan xarici firma,
müvafıq qeydiyyat təşkilatına yazılı ərizə verməlidir. Müddəaya
uyğun olaraq nümayəndəlik yaratmaq üçün xarici fiırmalar
qeydiyyat
təşkilatına
yazılı
ərizədə
nümayəndəliyin
yaradılmasının məqsədi, fırmanın fəaliyyəti və işgüzar əlaqələri
haqqında ətraflı məlumat verməlidirlər.
278
Dünya bazarma çıxmaq üçün idxal və ixrac məmulatlarının
daşınması zamanı mühüm şərt gömrük nəzarətindən keçmək və
mallar üçün deklarasiya almaqdır.
Xarici bazara çıxan müəssisə rəqabətə davamlı məhsula və
ya xarici tərəfdaşın marağınə səbəb olan ideyaya malik
olmalıdır.
Hər
hansı
xarici
ticarət
əməliyyatı,
tərəfdaşın
(kontragentin)
seçilməsi
ilə
başlayır.
Kontragentin
müvəffəqiyyətli seçilməsi anlaşılmazlıq yaranması və maliyyə
itkilərindən qaçmağa kömək edir.
Bazar iqtisadiyyatı ölkələrində firmaların təsnifatının
dəqiq sistemi işlənib hazırlanmışdır. Hər bir fırma sənayenin
xüsusi mülkiyyət obyekti olub, hüquqi formaya uyğun olaraq
qeydiyyatdan keçir.
Firmalar bir neçə xüsusiyyətə görə təsnif olunurlar: -
Təsərrüfat fəaliyyətinə görə firmalar. sənaye; kənd təsərrüfatı və
aqrosənaye; ticarot; nəqliyyat; sığorta və s. bölünürlər (onlar
dövriyyənin 60%-ni verirlər). Sənaye şirkotləri arasında
aşaрıdakılar aparıcı yer tutur: - avtomobil; aviasiya;
maşmqayırma; elektron sənayesi; neft və qazçıxarma; kimya;
meşə və ağac emalı fırmaları.
Bazar iqtisadiyyatının inkişaf etdiyi bir sıra ölkələrdə və
bəzi inkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatı və
aqrosənaye şirkətləri əhəmiyyətli yer tutur.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əksər
firmalar xarici və daxili ticarət sahəsində fəaliyyət göstərir.
Bunlar müxtəlif pərakəndə və topdansatış ticarəti, ticarət
vasitəçiliyi, idxal və ixrac şirkətləridir.
Xarici ölkələrin bazarlar ında vasitəçilərin böyük rolu vardır
ki, onlar da, firmaların adından və bu firmaların hesabına
fəaliyyət göstərirlər. Bu öikələrdə həmçinin broker firmaları
böyük rol oynayır ki, bu firmalar, alıcılar və satıcıları
əlaqələndirir və onların saziş bağlamalarına imkan yaradırlar.
Baxmayaraq ki, işlərin icrasında bu firmalar iştirak etmir, onlar
alıcılar və satıcılar arasında müqavilələrin bağlanmasına
köməklik göstərirlər.
279
- Lizinq, xayrinq, rentinq fırmaları: maşınların, müxtəlif növ
avadanlıqların, istifadəsi uzun, orta və qısa müddət üçün nəzərdə
tutulmuş malların icarəyə verilməsi əsasında ixtisaslaşırlar.
- Elmi-tədqiqat və yenilikçilik fırmaları: konsaltinq
(məsləhətçi), informatika, mehmanxana, kommunikasiya, məişət
və digər xidmətləri həyata keçirməkdə köməklik göstərirlər.
Xarici ölkələrdə həmçinin əyləncənin, istirahətin, idmanın,
turizmin təşkili üzrə firmalar fəaliyyət göstərirlər.
-Kapitalın mənsubiyyətinə görə firmalar: milli, qarışıq,
beynəlxalq xarakterli olurlar.
Təsərrüfat fəaliyyətində olan firma müəyyən hüquqa malik
olur və dövlətin mülki və ticarət hüquq normalarına uyğun
olaraq fəaliyyət göstərir. Bu normalar firmaların kontragentlərlə
olan işgüzar munasibətlərini tənzimləyirlər.
Hüquqi normalar əsasən aşağıdakı sualları aydınlaşdırır:
1. Firmanın öhdəlikləri üzrə kim və nə qədər məsuliyyət
daşıyır?
2. Firma iflasa uğrayarkən onun borclarını kim
ödəyəcək?
3. Firmamın adından müqavilə bağlamağa kimin
səlahiyyəti vardır?
4.Müqavilənin imzalanması ilə bağlı məsələlərin həlli
kimin ixtiyarındadır?
Xarici firmalarda əsas hüquqi formalar fərdi sahibkarlar və
səhmdar cəmiyyətləridir.
İlkin və ən vacib şərt, müştərək müəssisələrə xarici
investisiyanın cəlb edilməsidir. Məhz bu faktor avadanlıqların və
qurğuların modernləşdirilməsinə, yeni texnologiyanın tətbiq
edilməsinə və sözsüz ki, maddi marağın stimullaşdrılmasına şərait
yaradır. Bu deyilənlərin həyata keçirilməsi isə hər bir müştərək
müəssisənin biznes fəaliyyətinin təşkili ilə sıx bağlıdır. Belə ki,
xarici investorların kapital məsrəfləri, yerli partnyorların biznes
fəaliyyətlərinə də ciddi təssir göstərir və müsbət səmtdə buna
təkan verir.
Azərbaycan Respublikasında mövcud iqtisadi və siyasi
durum nisbi sabitlik vəziyyətindədir və bu cəhətin özü
biznes-fəaliyyətin inkişaf etdirilməsinə təkan verə bılər. Lakin
Dostları ilə paylaş: |