280
qanunların tam işləmə mexanizmi mükəmməl
olmadığından bu sahədə hələlik obyektiv və subyektiv
maneələr qalmaqdadır. Bu isə öz növbəsində bazar iqtisadiyyatı
şəraitində fəaliyyət göstərə biləcək müştərək müəssisələrin
yaradılması və inkişaf ctdirilməsi işlərində müəyyən çətinliklər
törədir. Hesab etmək olar ki, həm özəl təşkilatların, həm də
dövlət müəssisələrinin xarici firmalarla müştərək fəaliyyət
göstərmək məqsədi ilə birgə müəssisələr təşkil etmələri
mərkəzləşdirilmiş qaydada və bir-birilə əlaqələndirilmiş şəkildə
dövlət tərəfindən həyata keçirilməlidir. Xüsusən yanacaq -enerji
kompleksi sahələrində bu daha zəruridir və xalqın mənafeyinə
xidmət edə bilər. Məhz bu səbəbə görə də yanacaq-enerji
kompleksi sahələrində mövcud olan və ya yaradılacaq
müştərək müəssisələrin dinamik inkişafını təmin etmək üçün
dövlət konsepsiyası işlənib hazırlanmalıdır.
İqtisadiyyatımızın tənəzzül vəziyyətindən çıxarılması və
tədricən dirçəldilməsi naminə milli sahibkarlıq firmalarının hər
vasitə ilə inkişafına şərait yaradılmalı, onların sərbəst biznes
fəaliyyəti göstərmələri təmin olunmalı və
bu məqsədlə də
qanunvericilikdəki «boşluqlar» tez bir zamanda doldurulmalıdır.
Deməli, müştərək müəssisələrin imkanlarından tam istifadə
etməklə biznes fəaliyyətini dirçəltmək və genişləndirmək olar. Bu
isə real həyatımızda qarşı-qarşıya qaldığımız iqtisadi, maliyyə,
hüquqi çətinliklədən doğan zəruri tələbbatdır. Bununla bağlı
sahibkarlıq fəaliyyətinin inkişafı üçün həm maddi, həm də
maliyyə və hüquqi təminatlar həyata keçirilməli və yanacaq-
enerji komplcksi sahələrində biznes fəaliyyətinin
genişləndirilməsində müştərək müəssisələrin bütün imkanlarından
(idarəetmə, maliyyə, elmi-tədqiqat, satış
, xarici bazar və s.)
istifadə edilməlidir. Azərbaycanda bazar iqtisadiyyatının bərpası
işinə xidmət göstərmək baxımdan istər dövlət, istərsə də özəl
müştərək müəssisələr üçün bərabər iqtisadi-hüquqi şərait
yaradılmalıdır ki
,
onlar bir-biriliə rəqabət apara bilsinlər və
beləliklə də təbii iqtisadi
qanunlar - dəyər, dövriyyə və rəqabət
qanunları - Azərbaycanda real bazara və biznes fəaliyyətinə
obyektiv təsir göstərə bilsinlər.