Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə46/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   42   43   44   45   46   47   48   49   ...   88

oğlanlarım  çağırdılar  və  həmin  dəqiqə  iki  kişi  gəldi,  biri  yaşlı, 
digəri-nisbətən gənc  idi.
Qocanı  əllərinə  götürərək  onlar  onu  evə  apardılar.  Bu 
arada  Təmleyxa  düz  həmin  eyvana  yaxınlaşdı,  o,  Təmleyxanın 
təsvir  etdiyi  kimi  saxlanıb  qalmışdı.  Onun  əmri  ilə  dərhal  (on 
iksli)  əqiqi  qazıb  çıxardılar,  onun  altmda  qapı  var  idi,  qapının 
üstündə  iri  bir  qızıl  asılmışdı.  Qızılı  çıxararaq  onlar  qapını  açdılar 
və  qazmanı  gördülər,  burada  Təmleyxanın  dediyi  kimi  Dağ 
Yıınusun dirhəmləri  ilə dolu  iyirmi böyük küpə var idi.
Hökmdar  və  onu  müşayət  edən  şəxslər  gördüklərinə 
heyran qaldılar,  sonra Təmleyxanı qucaqladılar və  qocaya dedilər: 
“Təsdiq  olundu  ki,  ev  bu  cavan  oğlanın  qanuni  mülküdir — onun 
bütün dedikləri  əsl  həqiqətdir.  İndi  sən  nə  deyə  bilərsən?  Bilin -  
qoca  dedi  -   mənim  əlimdə  mənim  xeyirimə  elə  bir  tutarlı  sübut 
vardır ki, buna heç kim etiraz edə  bilməz.  Bu  mənim atamın əli ilə 
yazılan  sənədli  kağızdır  və  burada  göstərilir  ki,  bu  ev  onun  atası 
tərəfindən  tikilmişdir,  bu  isə  üç  yüz  neçə  il  bundan  əvvəl 
olmuşdur.  Atamdan  mən  həmçinin  eşitmişəm  ki,  onun  atası 
hökmdar Dağ Yunusun xidmətçisi olmuşdur, Dağ Yunus  isə zalım 
və qaniçən  hökmdar  olmuşdur.  Hüdudsuz  hakimiyyət  və  özündən 
bədgümanlıq  onu  o  yerə  çatdırmışdır  ki,  özünü  yerin  allahı  elan 
etmiş və  özünü yerin  bütün  sakinlərinin  yaradıcısı  hesab etmişdir. 
Mənim  babam -   onun  adı  Təmleyxa  idi -   Dağ  Yunusun  əleyhinə 
üsyan  etdi  və  Ulu  Tanrı  ona  düzgün  yol  göstərmişdi.  O,  özünün 
beş  yoldaşı  ilə  birlikdə  Dağ  Yunusun  allahlıq  iddiasına  qarşı 
çıxmış,  bu  zalımdan  qaçmış  və  Culus  dağmdakı  mağarada 
gizlənmişdir.  Dağ  Yunus  onları  orada  tapmış,  mağaranın  qapısmı 
hördürüb bağlatmış və onlar orada qalmışlar.  Atam mənə danışırdı 
ki,  o,  oraya  getmiş  babamın  müqəddəs  mağara  qapısı  qarşısında 
ibadət  etmiş,  sonra  Ulu  Tanrıdan  ona  və  uşaqlarına  o  qədər  ömür 
istəmişdir  ki,  mağaranın  sakinləri  oradan  çıxanda  onları  görə 
bilsinlər.  Mən  İncildə  oxumuşam  ki,  zaman  gələcək  onlar 
mağaradan çıxıb  xalqın  içərisinə  gələcəklər.  Mən  Allaha dua  edib 
yalvarmışam  ki,  mənə  də  babamı  qarşılamaq  və  görmək  qismət 
olsun.  Mənim atam  hələ  sağdır  və  bunu  mənə  o  danışmışdır,  mən
143


də  onun  adından  bunu  sizə  danışıram.  Hər  şeydən  savayı  məndə 
atamın  xətti  ilə  yazılmış,  yaşı  üç  yüz  ildən  artıq  yazılı 
şəhadətnamə  vardır.  Bu  haqda  bəyan  edərək  o,  Təmleyxanın  oğlu 
tərəfindən  yazılmış  şəhadətnaməni  göstərdi.  Öz  oğlunun  xəttini 
görərək Təmleyxanın gözləri  yaşardı  və  şəhadətnaməni  öpdü.  “Ey 
möhtərəm  qoca  -   Təmleyxa  soruşdu  -   de  görüm  sənin  atanın  və 
babanın adları  nədir?” -  “ Mənim babamın adı -  qoca cavab verdi 
-   Təmleyxadır,  atamı  isə  Əzxiya  çağırardılar,  mənim  adım  isə 
Təmleyxadır”.  Təmleyxa  qocam  qucaqladı  və  ona  yalvarıcı  səslə 
dedi:  “Haqqında  danışdığın  adam  mənəm.  Mən  mağaradan  az 
müddətdir çıxmışam”.
Hökmdar  və  bütün  iştirakçılar  heyran  qaldılar  və  onun 
əlini  ayağını  öpməyə  başladılar.  Xalq  kütləsi  arasından  sevinc 
səsləri  ucaldı,  Təmleyxa  isə  hönkür-hönkür ağlayırdı.  “Mən  sənin 
baban  Təmleyxayam -  o  qocaya  dedi -  sən  isə  mənim nəvəmsən, 
indi  mən  istəyirəm  ki,  sən  mənə  oğlum Əzxiyanı  göstərəsən”.  Bu 
sözləri  eşidərək,  qoca  öz  oğlanlarını  çağırdı  və  onlara  dedi: 
“Gedin və zənbili  bura gətrin”.  Oğlanlar getdilər və  bir müddətdən 
sonra pambığa örtülmüş zənbili gətirdilər.
Qoca  zənbili  açdı,  pambığın  içindən  bir  bədəncik  çıxardı, 
onu  toplananların  qarşısına  qoydu.  Hamı  bu  bir  parça  bədən 
cisminə  baxırdı,  birdən  onun  tərpəndiyini  gördülər.  Hamı  buna 
təəccüb  etdi.  Qoca  buyurdu  ki,  bir  az  süd  gətirsinlər  və  südü 
tərpənən  bədənciyin  ağzına  tökdü,  bədən  cismi  daha  canlı 
hərəkətlər  etdi.  Bu  qocanın  bədənciyini  götürərək  Təmleyxa  onu 
öpdü  və  onda  yenə  hərəkət  etməyə  başladı,  sonra  dondu 
tərpənmədi -  öldü.  Bu  bədən  cismi  Təmleyxanın  oğlu  idi,  həyatın 
əsas  məqsədini  yerinə  yetirmək  -   atası  ilə  görüşənədək  yaşadı  və 
dünyasın  dəyişərək  əbədiyyətə  qovuşdu.  Bütün  iştirakçılar 
gördüklərindən  heyrətə  gəldilər.  Onlar  qocadan  soruşdular: 
“Mərhum  atan  nə  vəsiyyət  etmişdir?” -  “Onun  hələ  danışa  bildiyi 
dövrdə  qoca  dedi  -   özünün  iki  yüz  əlli  yaşı  olduğunu  bildirirdi, 
Ulu  Tanrıdan  ona  atasını  bir  daha  görmək  və  ona  təzim  etmək 
imkanı  verməsini  arzu  edirdi”.  Qocanın  hekayəsini  dinləyərək
144


0
hökmdar,  əyanlar  və  sadə  adamlar  Təmleyxatıın  əl-ayağına 
döşənib deyirdilər:  “Sənin danışdıqlarının  hamısı əsl doğru çıxdı”.
Bütün bu həyəcanlardan sonra özünə gələrək Təmleyxa  öz 
nəvə  və  nəticələrini  qucaqlayaraq  onlara  buyurdu  ki,  xəzinənin 
açarını  hökmdarın  qarşısına  qoysunlar.  Hökmdar  bir  kisə  dirhəm 
götürərək  qalanını  Təmleyxanın  nəslinə  verdi.  Amma  Təmleyxa 
iştirakçılara  və  möcüzəni  görənlərə  öz  xəzinəsindən  pay  ayırmağı 
tövsiyə  etdi.  Sonra  o.  oğlunun  cismini  hörmət  və  ehtiramla  dəfn 
etməyi,  qəbrinin  üzərində  “türbə”  tikib  ucaltmağı  tövsiyə  etdi  ki, 
onun  məqbərəsi  ziyarətgah  yeri  olsun.  O,  qoca  nəvəni  qayğı  ilə 
əhatə  etdi,  nəvə  sevincdən  tez-tez  öz  yeni  tapılmış  babasının  əl- 
ayağını  öpürdü.  Hökmdar  və  əyanlar  Təmleyxadan  təkidlə  xahiş 
edildilər  ki,  o  heç  yana  getməsin,  şəhərdə  qalsın  və  onların 
hökmdarı  olsun.  Təmleyxa  təbii  ki,  bu  təklifi  qəbul  etmədi.  “Ey 
Təmleyxa  -   hökmdar  dedi  -   sənin  əhvalatını  biz  İncildən 
oxumuşuq.  Ulu  Tanrının  elçisi  İsa  (Allahdan  ona  salam  olsun  ) 
bizə  sənin  haqqında  xəbər  verildi.  Lakin  bizim  gizli  arzumuz 
ondan ibarətdir ki,  bütün bunları səndən eşidək.  İndi Allaha şükür,
biz  səni  şəxsən  gördük,  sənin  əhvalatını  eşitdik  və  səni  ziyarət
• 
_
etmək  şərəfinə  nail  olduq,  indi  Ulu  Tanrının  xatirinə,  bizim 
qəlbimizin 
xilasi 
naminə 
bizim 
müti 
xahiş-minnətimizi 
dinləyərək, burada bizim aramızda qalmağa razı ol ki,  biz də sənin 
sayəndə  xoşbəxt-rahatlıq  əldə  edək  və  ömrümüzün  qalanını  sənin 
himayəndə yaşayaq”.
“Mənim  dostlarım  -   Təmleyxa  cavab  verdi  -   mağarada 
məni  gözləyirlər,  mən  şəhərə  ona  görə  gəlmişəm  ki,  yemək  alıb 
bacardıqca  tez  onlara  çatdırım.  Biz  üç  yüz  doqquz  il  ərzində  ac 
qalmışıq, halbuki,  mağarada bir gecə keçindiyimizi düşünürdük.
İcazə  verin  mən  qayıdım  və  onlara  yemək  aparım, 
həmçinin  onlara  vəziyyətin  necə  olduğunu  izah  edim.  Əgər 
bacarsam,  onları  inandırıb  bura gətirim.  -  “Əgər etiraz etmirsənsə, 
-  hökmdar  təklif etdi  -   mən  də  səninlə  gedim  və  onlardan  xahiş 
edim.  Ola  bilər  ki.  onlar  bizim  təklifimizi  qəbul  edər,  öz 
müqəddəs qədəmləri  ilə şəhərimizə gələrlər”.
145


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə