bir sifətdədir. Bu nə qarabäsmadır”? Onlardan heç biri nə baş
vrdiyini anlamadı. Sonra hamı Təmleyxaya müraciət edib dedi:
“Biz acından ölürük, bir şey fikirləş”. Təmleyxa cibindən Dağ
Yunus dirhəmlərini çıxarıb dedi: Bu pullarla şəhərə gedib yemək
alıb gətirmək lazımdır.
Öz aralarında məsləhətləşərək, Təmleyxa və onun
yoldaşları çobana müraciət edərək dedilər: “Sən bu dirhəmlərlə
şəhərə get və oradan yemək al gətir. Biz səndən ona görə xahiş
edirik ki, səni bu şəhərdə çox az tanıyırlar. Əgər şəhərə bizlərdən
birimiz getsək, onda Dağ Yunusun adamları asanlıqla bizi tanıya
bilər və onda biz bədbəxtliyə düçar olarıq. Dirhəmləri götürərək
çoban dirhəmin yazışma baxdı və orada Dağ Yunusun adını
oxudu. Sonra o çıxışa yönəldi, amma görəndə ki, çıxış daşlarla
hörülmüş və ətrafda hər şey dəyişilmişdir, onun ürəyini vahiməli
qorxu bürüdü. O, yoldaşlarınm yanma qayıtdı və onlara dedi: “Ey
mömin insanlar, görünür ki, biz yatdığımız zaman hansı
adamlarsa mağaraya girişi qəsdən bağlamışlar ki, biz həmişəlik
burada qalaq və məhv olaq”. Mənim qardaşım - Təmleyxa
dilləndi - sən yəqin ki, sadəcə qorxmusan gedə bilmirsən. Bu
səfeh bəhanəni haradan fikirləşdin! Əgər getmək istəmirsənsə,
dirhəmləri mənə ver, mən özüm şəhərə gedərəm və yemək alıb
gətirərəm.
Çobandan
dirhəmləri
alaraq,
Təmleyxa
bir
təhər
mağaradan çıxdı. Ətrafa baxaraq o gördü ki, ətraf tamamilə
dəyişmişdir. Təəccüblənərək
xəyallara dalaraq o bir möddət
sağma və soluna baxdı sonra öz ürəyində dedi: “Qəribə işdir!
Ya mən həminki deyiləm, ya da sən dəyişmisən.
Bir gecədə bu qədər dəyişiklik necə baş verə bilər?
Bu haqda düşünərək o şəhərə yollandı. O qorxudan
titrəyərək və ətrafma baxaraq gedirdi. Hər an ciddi cəhdlə
təhlükəsizliyə riayət edirdi, çünki çox qorxurdu ki, Dağ Yunusun
adamları onu tanıya bilərlər. Şəhər darvazalarına yetişərək o,
gördü ki, şəhərin divarları, darvazası və şəhərin özü də çox
dəyişmişdir. Birdən onun gözləri şəhər darvazaları üzərində
134
ucaldılmış bayrağa düşdü. Bu bayraq üzərində ki, yazıda deyilirdi:
“Allah təkdir və onun şəriki yoxdur, isa isə onun ruhundandır”.
Bunu oxuyaraq Təmleyxa təəccübdən donub qaldı, az
qaldı ki, ağlı başından çıxsın.
“Qəribə işdir! - o dilləndi. - Biz bu yerləri cəmisi bir
gecəliyə tərk etmişdik, bu müddət ərzində ətrafda hər şey
dəyişmiş, dünya tamam başqalaşmışdır”. Soma öz ürəyində
yoldaşları ilə birlikdə Dağ Yunusdan qaçdığı günləri hesablaşdı,
bu gün də daxil olmaqla qırx gün keçirdi. Mağaraya daxil olub
orada yatmaqdan isə onun hesablamalarına görə bir gecə keçirdi.
Daha da təəccüblənərək o şəhərə girdi. Şəhərdə ilk qarşısına çıxan
adamdan soruşdu: “Bu şəhərin adı nədir”? O qorxurdu ki, azıb
başqa bir şəhərə düşmüş olsun. “Bu şəhər Naxçıvan adlanır -
yoldan keçən cavab verdi. - “Bəs bu şəhərin hökmdarı kimdir? -
Təmleyxa soruşdu. “Bu ölkənin hökmdarının adı Nikofusdur”.
Təmleyxa tamamilə özünü itirdi və dərin düşüncələrdən sonra
yoldan keçənə yenə bir sual verdi: “Şəhər darvazalarının yanında
ucaldılmış bayrağın üzərində yazılan sözlər nə deməkdir?” - Bu
sözlər o deməkdir ki, “Allah təkdir və isa onun ruhundandır” -
yolçu cavab verdi. Təmleyxa başa düşəndə ki, heç də hər şey o
fikirləşdiyi kimi deyil, yenə soruşdu: - “Mənim qardaşım, mən
başqa ölkədən gəlmişəm və heç zaman burada olmamışam. Mənə
de görüm adı bayrağın üzərində yazılmış bu isa kimdir?” - “isa
Allahın elçisidir - yoldan keçən cavab verdi. - O göyün dördüncü
qatma çəkilmişdir”.
“Mən eşitmişəm ki, - Təmleyxa davam etdi, - bu ölkənin
və bu şəhərin hökmdarı Dağ Yunusdur, o allahlıq iddiasında
olmuş, - özünü yerin allahı adlandırmış və bütün qalan sakinlərin
onun tərəfindən yaradıldığını iddia etmişdir. Bəs indi Dağ Yunus
haradadır?” - “Mən heç zaman belə bir adam haqqmda
eşitməmişəm və ümumiyyətlə buna oxşar heç nə eşitməmişəm -
yoldan keçən cavab verdi. Təmleyxa özünü itirdi və az qaldı ki,
yenə bihuş olsun. Şübhələr, təəccüb, sevinc - hər şey bir - birinə
qarışmışdır. Bir qədər özünə gələrək o irəli getdi, küçə və
bazarlarda gəzərək o, hər şeyin nə qədər dəyişildiyini gördü.
135
Yolda o çörək dükanına rast gəldi, oraya daxil oldu və sahibkarla
salamlaşdı, o incili oxuyurdu. Sakitcə bir küncə çəkilərək
Təmleyxa onun oxuduğunu bir müddət dinlədi. Bu sözlərin təsiri
altında onun ürəyi bu adama məhəbbət, mərhəmət və şəfqətlə
doldu. Çörəkçi oxumağını bitirdikdən sonra dirhəmi onun
qarşısına qoyaraq dedi: “Lütfən, mənə bu dirhəmin dəyərində
çörək verin”. Qəribə pula baxaraq çörəkçi təəccübləndi və
Təmleyxadan soruşdu: “Sən bu dirhəmi haradan almısan? Bunu
deyərək çörəkçi pula diqqətlə baxdı, bir əli ilə onu havaya atıb o
biri əli ilə tutdu və alıcıya çəpinə nəzər saldı. “Məgər sən bu
şəhərdən deyilsən? - Təmleyxa çörəkçidən soruşdu. - Əgər sən
buralısansa,
onda
səni
bizim
adi
pulumuz
niyə
belə
təəccübləndirir?” Sən nə deyirsən - çörəkçi dilləndi. — Yaxşı olar
ki, düzünü deyəsən, bu pul səndə haradandır? Əgər deməzsən
özündən küs. Bu dirhəm - qədim sikkədir və sənin heç də xəzinə
tapdığına təəccüblənmərəm. Yaxşı olar ki, xəzinənin yarısını
mənə verəsən, yoxsa mən səni hökmdara deyərəm, dəyənək və
işgəncə ilə bunu sənin boynuna qoyarlar.
Çörəkçinin bu sözləri Təmleyxanı gülümsətdi və o gülərək
çörəkçiyə dedi: “Səfeh, mən bu şəhərdənəm və bu dirhəm də bu
şəhərin puludur. Burada mənlik və xəzinəlik nə var ki? Niyə boş-
boş danışırsan?” Bu yerdə çörəkçi Təmleyxanın üstünə atıldı,
onun yaxasından yapışdı, səs - küy qaldırdı və dərhal onların
ətrafında şəhərlilərdən ibarət dəstə yarandı. Sikkəyə baxan hər kəs
təəccüblənirdi. Tezliklə xəbərçilər Təmleyxa və onun pulu
haqqmda hökmdara xəbər verdilər, onun əmri ilə keşikçilər
gələrək onu tutub hökmdarm yanına apardılar.
Təmleyxanın
üzünə baxaraq hökmdar gördü ki, onun bütün siması Allah nuruna
bürünmüşdür. Hökmdar Təmleyxaya dərin hörmət və ehtiramla
yanaşıb anladı ki, onun qarşısında qeyri-adi bir insan durmuşdur.
Təmleyxa hökmdarla ən hörmətli ifadələrlə salamlaşdı. Hökmdar
onun salamını aldı, sonra isə yanında əyləşdirib, ondan sorğu-sual
etməyə başladı: “Bu gümüş səndə haradandır? Sən onu haradan
almısan? “- Bu dirhəmi mənə bu şəhərdə veriblər - Təmleyxa
cavab verdi - axı o şəhərin ən işlək puludur. “Hökmdar çox dindar
136
Dostları ilə paylaş: |