Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə40/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   36   37   38   39   40   41   42   43   ...   88

şükürlər olsun ki.  mənə  sizin  xeyirxah üzünüzü  görmək  və  sizinlə 
rastlaşmaq  qismət  oldu,  indi  mən  sizdən  xahiş  edirəm  ki,  öz 
haqqınızda  əvvəldən  axıra  kimi  danışasınız  ki,  sizin  kim 
olduğunuzu  mən  bilim.  Gənclər  ona  özləri  haqqında  geniş 
məlumat  verdilər  və  çoban  çox  sevindi.  “Arxayın  olun!  -   o, 
səsləndi  nə  qədər  ki,  canım  sağdır,  mən  sizə  ürəkdən  kömək  və 
xidmət  edəcəyəm.  Əgər  istəyirsinizsə,  əmr  edin  indicə  gedib 
qoyunları  öz  sahibinə  təhvil  verib,  bütün  qayğılardan  qurtarıb 
sizinlə gedim.  Mən sizi elə  bir mağaraya aparacağam ki,  orada biz 
arxayınlıqla  Uca  Tanrıya  xidmət  edə  bilərik  və  beləliklə 
ürəyimizdə  istədiyimiz məqsədə çata bilərik”.
Təmleyxa  və  onun  dostları  çobanın  sözlərinə  çox 
sevindilər və  onun təklif etdiyi  kimi  hərəkət  etdilər.  Çoban dərhal 
şəhərə  yollandı,  qoyunları  sahibinə  təhvil  verdi  və  arxayın  halda 
öz  dostlarının  yanma  qayıtdı.  Onların  yanma  gələrək  o,  onları 
mağaraya  apardı.  Yolun  bir  qədərini  getdikdən  sonra  Təmleyxa 
gördü ki,  hansısa  bir  it  onların  dalınca  gəlir.  “Mənim  qardaşını  -  
çobana  müraciət  edərək  o  dedi  -   hansısa  bir  it  bizi  təqib  edir”. 
Çoban  itə  qışqırdı,  amma  o,  qışqırığa  məhəl  qoymadan  onların 
arxasınca  getməkdə  davam  etdi.  “Mənim  qardaşım  -   Təmleyxa 
yenidən  dilləndi  -   bu  it  yalnız  ona  görə  arxamızca  gəlir  ki,  səni 
çox  istəyir.  Əgər  biz  onunla  qaçsaq,  adamlar  bunu  görər  və  biz 
biyabır  olluq.  Yaxşı  olar  ki,  onun  arxamızca  gəlməməsi  üçün  bir 
tədbir fikirləşək”.  -  “Bu  it  artıq  on  iki  ildir ki,  mənimdədir-  çoban 
dedi  -   bütün  bu  müddət  ərzində  o,  bir  anda  olsa  məndən  və 
qoyunlardan  ayrı  olmamışdır.  Lakin  indiki  vaxtımızda  o,  gərək 
bizim  yanımızda  olmasın”.  Bunu  deyərək  o  itə  bərk  acıqlandı,  o 
bir  müddət  onlardan  aralandı.  Lakin  bir  müddətdən  sonra  o  yenə 
də  yolçulara  çatdı.  Gənclər  və  çoban  nə  edəcəklərini  bilmədilər. 
Onlar  daş  götürərək  itə  atmağa  başladılar.  It  yenə  də  dayandı, 
lakin  bir  qədərdən  soma  yenə  onların  arxasmca  qaçdı.  Gənclər 
yenidən  onu  daşladılar,  it  yenə  bir  müddət  onlardan  aralandı, 
sonra yenə  onların  arxasmca  qaçdı.  Bu  bir  neçə  dəfə  təkrar  oldu. 
Nəhayət  “yeddi  kimsə”  iti  dəyənəklə  döyməyə  başladılar,  bu  da 
faydasız  oldu.  Gənclər  hirsli-hirsli  itin  üstünə  atıldılar  və  daşla
125


vurub ayağınm  birini  sındırdılar.  Ağrıdan zəngildəyərək  it  Allahın 
izni  ilə  dil  açaraq  xalis  insan  dilində  yalvardı:  “Ey  xeyirxah 
insanlar  siz  nə  üçün  məni  döyür  və  ələ  salırsınız?  Axı  məndə  siz 
axtardığınızı  axtarıram.  Baxmayaraq  ki,  biz  müxtəlif  sifətlərdə 
yaradılmış  məxluquq,  lakin  arzu  və  istəklərimizdə  fərq  yoxdur: 
Allahdan  başqa  Allah yoxdur  və  onun  şəriki  də  yoxdur.  Nə  üçün 
düşünülmədən  məni  döyürsünüz,  nə  üçün  mənə  divan  tutmaqla 
hədələyirsiniz?
Mən xeyirxah insanların məskəninə can atıram.
Haqq  sümük yemək üçün xidmət etmək axtarmıram.
Rəvayətdə  deyilir:  itdən  dahiyanə  sözləri  :  “Allahdan 
başqa Allah yoxdur və onun şəriki  yoxdur!” eşidərək Təmleyxa və 
onun  dostları  heyrətdən  donub  qaldılar,  çünki,  indiyə  qədər  bu 
həqiqəti heç kəsdən eşitməmişdilər.
Bu  hadisə  bütün  yeddi  nəfərin  ürəyini  arxayınlıqla 
doldurdu  və  yeni  ruh yüksəkliyi  yaratdı -  onlar  bir daha  inandılar 
ki,  doğru  yoldadırlar.  Onların  hamısı  dərhal  itin  yanına  qaçdılar, 
onu  yerdən  qaldırdılar,  ağzını  toz  və  torpaqdan  təmizlədilər, 
öpdülər,  yaralanmış  pəncəsini  sarıdılar,  sonra  Uca  Tanrının 
qüdrəti  haqqında  düşüncələrə  daldılar.  Ona  inam  daha  da  artdı, 
onlar  inandılar  ki,  yeganə  həqiqi  -  gerçək  Yaradan  -onların 
axtardığıdır.  Bundan sonra  fərəhlə,  ruh yüksəkliyi  ilə.  daim Allahı 
mədh  edərək,  yollarmı  davam  etdirdilər.  It  indi  sakitcə  onlarla 
birlikdə  gedirdi.  Böyük  olan  Allah öz şanlı  və  əzəmətli  kitabında 
həmin  xeyirxah  gəncləri, 
onların  itini  sevimli  peyğəmbərinə 
xatırladır,  itin pəncəsi qırıldığından yoruldu  və daha gedə  bilmədi. 
O  zaman  gənclər  onu  çiyinlərinə  aldılar  və  növbə  ilə  aparmağa 
başladılar.  Nəhayət,  yolçular  mağaranın  girişinə  gəlib  çatdılar. 
Onların hamısı əldən düşmüş  və üzülmüşdülər, onlarm ayaqlarının 
altı  qabar  atmışdı.  Yorğunluqdan  onlar  girişin  önündə  yerə 
yıxıldılar  və  yerdən  qalxa  bilmədilər.  “Bizə  mağaraya  girmək 
lazımdır -  çoban dedi -  yoxsa  biz Dağ  Yunusun  adamlarından  və 
dinsizlərdən  yaxa  qurtara  bilmərik”.  Bunu  deyərək  çoban  içəri 
daxil  oldu  və  onlarm  arxasınca  əsilzadə  cavanlar  daxil  oldular, 
içəri  girərək  onlar  nəhəng,  geniş,  təmiz  və  münasib  bir  mağara
126


gördülər.  Mağaranın  girəcəyində  qurumuş  bulaq  və  yenə  də  uzun 
illər  əvvəl  qurumuş  ağaclar  var  idi.  “  Yeddi  kimsə’Tərin  hamısı 
suyu  çəkilmiş  bulağın  yanında  oturdu,  iti  isə  girişin  qarşısında 
yatmağa ayaqların  uzadaraq  oturdu.  Aclıq  və  susuzluq  onlara əzab 
verirdi,  onlar  qeyri  -   ixtiyari  olaraq  öz  evlərini,  bol  yeməklərini, 
dadlı  təamları, 
rahatlıq 
və 
naznemətlərini 
xatırlayırdılar. 
Təmleyxanm  şəhərdə  arvadı  və  oğlu  qalmışdı,  o  birdən  onları 
təsəvvüründə  elə  aydın  canlanırdı  ki,  öz  hissilərin  cilovlaya 
bilməyib  hönkürərək  yerə  sərildi.  Onun  dostları  da  öz  yazıq 
vəziyyətlərini,  köməksizlik,  bədbəxtlik və kədərlərinə ağlayırdılar. 
Birdən Təmleyxa  göz yaşarı  arasından dedi:  “Mənim  qardaşlarım, 
Allah qadir və  rəhmidildir  bizi unutmamışdır.  O,  hər şeyi görür və 
bilir.  O,  qüdrətli  və  güclüdür,  illa  ki,  bizi  qəzəbli  və  kinli  Dağ 
Yunusdan xilas etdi və buraya gətirdi.  O,  bizə gündəlik çörəyimizi 
də  göndərər,  bizi  darda  qoymaz,  çünki  O,  çox  mehriban  və 
mərhəmətlidir.  O,  nemət  verəndir.  Ruhdan  düşməyin  və  səbr 
edin”.  Bu  sözlərdən  o  biıi  cavanlar  sakitləşdilər  və  mağaranın 
qapısı  qarşısında  bir  qədər  dincəlmək  istədilər.  Bu  zaman  Allah 
Cəbrayıl  əleyhis-səlama  buyurdu:  “Məni  ciddi  cəhdlə  axtaran, 
sadiq  və  səmimi  dostlarım  köməyə  möhtacdır,  onlara  kömək  et. 
Cəbrayıl  əleyhis-salam  dərhal  yendi  və  öz  qanadları  ilə  qurumuş 
bulağa və  quru ağaca toxundu.  Bir göz qırpımında  ağac  yaşıllaşdı, 
çiçəklədi  və  meyvə  gətirdi,  bulaq  isə  içməli  su  ilə  dolub  şırıldadı. 
Təmleyxa 
Dağ 
Yunusun 
adamlarının 
onları 
axtarıb 
-  
axtarmadığını  bilmək  üçün  mağaradan  çıxdı  və  birdən  onun 
gözləri  meyvəli  ağaca  və  şırıldayan  bulağa  sataşdı.  Allah 
mərhəmətini və köməyini görərək o, sevincdən qışqırdı və dedi:
Rəbbimizə kim  inanıb üz tutarsa gər,
Ona həm yurd yuva, həm çörək verər.
Ey  mənim  dostlarım,  əziz  Allah  axtaranlar,  mağaradan 
çıxın,  bura  gəlin  və  bizim  Allahımızın  qüdrətinə  baxın!  Gənclər 
dərhal  mağaradan  çıxdılar,  təzə  və  şirəli  meyvələrlə  ağırlaşıb 
sallanan  budaqları  və  şırıldayan  bulağı  görərək  sevinclə 
gülümsəyib  dedilər:  “Bütün  bunlar  Allahımızın  mərhəmətidir!” 
Öz  ətrafında  əsl  cənnəti  görərək  onlar  çox  sevindilər,  sonra
127


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə