Allahımız yoxdur”. Quranda deyildiyi kimi: “Onlar durdular və
dedilər: Bizim Allahımız göylərin və yerin Allahıdır, biz ondan
başqa heç kimi tammaycayıq”.
Ulu Tanrı Dağ Yunusa təsir etdi və o elə bildi ki, gənclər
onu nəzərdə tuturlar. Gənclərin cavabı ona çox xoş gəldi, o,
gənclərə nəvaziş və hörmət göstərdi, onlara xalat verdi, vəzir
vəkilləri isə möhkəm cəzalandırdı və dedi: “Siz yalnız paxıllıqdan
onların haqqında belə boşboğazlıq edirsiniz”. Sonra o, gəncləri
*
•
nəvazişlə və mehribanlıqla evə yola saldı. “ Özünüzü bərk
saxlayın və heç nədən qorxmayın - yolda Təmleyxa öz dostlarına
dedi - bilin ki, bizim Allahımız qüdrətli və güclüdür, O, bizi Dağ
Yunusun qəzəbindən qurtardı”. Bundan sonra onlardan hər biri
ucadan Uca Allaha dua etməyə başladılar. Dağ Yunusun qəzəbinə
baxmayaraq vəzirlər onların cavabından bildilər ki, gənclər qəti
olaraq Dağ Yunusdan üz döndərmişlər və başqa Allaha xidmət
edirlər. Lakin Dağ Yunusun onların yeniyetmələr haqqında
dediklərini şər hesab etdiyini bildiklərindən onlar daha gənclərin
arxasınca danışmağa cəsarət etmədilər. Onlar yalnız öz aralarında
bu barədə danışırdılar.
Bir il də keçdi. Bir dəfə vəzirlər fürsət taparaq, axır ki,
yenə də gənclər haqqında bildiklərini ona danışdılar. Dağ Yunus
son dərəcə özündən çıxdı və qəzəbdən tutuldu. Onun bir dənə içi
boş dəmir inəyi var idi. O, elə böyük idi ki, ölçüləri heç də fildən
kiçik deyildi. Onu allah kimi etiraf etməyənlərin hamısını Dağ
Yunus bu dəmir inəyin qarnına qatn, od qalayır və yandırırdı — bu
hər bir cəzadan ən ağırı idi. Öz vəzirlərini dinləyərək və bu dəfə
onlara inanaraq, Dağ Yunus dərhal dəmir inəyi dartıb gətirməyi,
onun qarnında dəmiri qızdırmaq üçün odun qalamağı əmr etdi.
Bundan sonra carçılar şəhər adamlarını cəza yerinə çağırdı. Sadə
adamlar, əyanlar və hərbi rəislər toplandılar. Dağ Yunus altı
gəncin hamısını gətirməyi əmi' etdi. Cəllədlar dərhal onları əli-
qolu bağlı gətirdilər. Toplaşanların gözü qarşısında Dağ Yunus
onları dindirməyə başladı: “Mənim vəzirlərim deyirlər ki, sizin
məndən savayı başqa allahınız da var və sizi düz yoldan
çıxartmışlar. Əgər bu belədirsə, onda mən sizi on sərt üsulla
119
cəzalandıracağam”. “Allah özün qoru - gənclər qışqırdılar - biz
həqiqi dinin arxasındayıq və düzgün yolla gedirik, biz doğru
olmayan hər hansı bir dinə etiqad etmirik, biz doğru olmayan hər
hansı bir dinə nifrət edirik. Bizim cənabımız, sənin bizi imtahana
çəkməyinə, bizi hədələməyinə, və işgəncə verməyinə ehtiyac
yoxdur. Əgər sən bizim allahımızsansa, onda sən bizim
ürəyimizdə olan hər şeyi bilməlisən, sənin hökmüdarlığının ilk
günlərindən biz sənə xidmət edirik və heç zaman dediklərindən
kənara çıxmamışıq, sənin iradəni sözsüz yerinə yetirmişik. Bu işi
sən öz allah ağlının mühakiməsinə tapşır, əgər sənin ürəyin vəzir
vəkillərin dedikləri ilə razılaşsa onda bizi cəzalandır, zira, bütün
işlərdə səndən müdriki yoxdur, əgər sənin ürəyin desə ki. onlar
yalan danışırlar, onda bil ki. onlar bunu paxıllıqlarından edirlər,
onda üzərimizdən bu qəzəbi götür ki, biz sakit ürəklə öz
Allahımıza xidmət və itaət edək”.
Dağ Yunus və altı yeniyetmə yaşadığı zaman hələ
peyğəmbər yox idi və Allahın kitabı mövcud deyildi, onlar nə
edirdilərsə, öz ağılları ilə və göydən ilhamlandırtlmaqla edirdilər.
Bu cavanlar Uca Tanrının köməyi ilə düzgün yol tapmışdılar.
Bütün bu hadisələr Zəkəriyya və isa peyğəmbərdən - Allahın
onlara salamı olsun - qabaq baş vermişdir. Deyirlər ki. bu altı
gənc əvvəlki peyğəmbərlər nəslindən idi.
Xalqın qarşısında gənclərin dediklərini dinləyərək Dağ
Yunusun ürəyi yumşaldı. Yeniyetmələrin: “Əgər sən bizim
allahımızsansa, onda bilməlisən ki, biz əsil Allahın dininin
arxasınca gedirik və heç bir satqınlıq etməmişik" - sözləri Dağ
Yunusun könlündə xüsusi təsürat yaratmışdı. Onlar doğru deyirlər
- o öz ürəyində dedi - bu gənclər neçə vaxtdır ki, mənim yanımda
xidmət edirlər və mənim əleyhimə bir addım da atmamışlar, heç
zaman səylə mənə xidmət etməkdən qaçmamışlar, məndən başqa
heç kimi tanımamışlar, onlar haqqında danışılanın hamısı yalan və
şərdir”. Səsini ucaldaraq dedi: “Bizə məlumdur ki, siz haqlısınız.
Sizin dediklərinizi biz öz allahlıq mühakiməmizə verərək qərara
aldıq ki, bütün sizin fəaliyyətiniz bizim xeyrimizə, bizim
qüdrətimizin, şöhrətimizin və möhtəşəmliyimizin naminədir. Əgər
1 2 0
#
bundan sonra kim olursa olsun, canlı məxluqlardan biri bizim
qarşımızda sizin haqqmızda bircə dənə belə pis söz deməyə
cəsarət etsə, mən onu dəmir inəyin qarnında işgəncə ilə edam
etməyi əmr edəcəyəm. Bunu deyərək Dağ Yunus dərhal onlara
böyük hörmət göstərməsini əmr etdi, onlara nəvaziş göstətdi və
hədiyyələr verdi. Dostlarına müraciət edərək Təmleyxa dedi:
“Məgər mən sizə demədimmi ki, bizim itaət etdiyimiz Allah bizə
bədbəxtliyə düçar olmağa imkan verməz, O qüdrətlidir bizi
düşmənlərimizin fitnə və şərindən qorumağa qadirdir.
Bundan sonra bir qədər zaman keçdi. Dağ Yunusun
gənclərə münasibəti gündən - günə yaxşılaşır onlar isə saatbasaat
Ulu Tanrını daha çox dərk etməyi anlayırdılar.
Bir dəfə Təmleyxa dostlarına dedi: Bizim çoxlu düşmənlərimiz
var, onlar daim ayağımızın altını qazaraq bizi məhv etmək üçün
münasib fürsət axtarırlar. Allah etməsin ki, bir gün onlar qələbə
qazanıb bizi əzablar girdabına sürükləsinlər. Bu vəziyyətdən
yeganə çıxış yolu qaçmaqdır, biz bu yolunu azmış insanlardan
uzaqlaşıb öz Yaradanımızı axtarmalıyıq. Biz artıq düşmənçilik
intiriqaları əhatəsində yaşamaq iqtidarında deyilik. Biz özümüzə
elə təhlükəsiz bir yer axtarıb tapmalıyıq ki, açıq və azad şəkildə öz
Allahımıza ibadət edə bilək. Bütün həyatımız boyu biz heç bir
başqa yerdə olmamışıq- dostlar etiraz etdilər- biz təhlükəsiz
yerlərə aparan heç bir yol tanımırıq. Bəs biz hara gedə bilərik? -
Uzaq görən olan - Təmleyxa dilləndi - kimin xatirinə biz burdan
getmək istəyirik, O bizə yol göstərər və bizi darda qoymaz. “Biz
razıyıq, biz inanırıq!” - gənclər səsləndilər və dərhal qaçmağa
hazırlaşmağı zəruri şeylərin tədarükünə və münasib fürsət
gözləməyə başladılar. Bir dəfə Ulu Tanrı Dağ Yunusun ürəyinə on
günlük ova çıxmaq arzusu saldı. Bu arzu onu tamamilə
bürüdükdən sonra o, buna lazımı hazırlıq görülməsini əmr etdi.
Yollanmaq vaxtı çatdıqdan sonra gənclər Dağ Yunusdan xahiş
etdilər ki, evdə qalsınlar. Allahın istəyi ilə Dağ Yunus onlara evdə
qalmağa icazə verdi. Getməzdən qabaq o, öz etibarlı əyanlarından
birinə altı yeniyetməyə göz yetirməyi tapşırdı.
121
Dostları ilə paylaş: |