Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə34/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   30   31   32   33   34   35   36   37   ...   88

gəldi.  Sonra  balıq  elə  bir  fəryad  qopardı ki,  sanki  az qala göy yerə 
töküləcəkdi  və bütün dünya alt-üst  olacaqdı.  Bundan sonra nəhəng 
balıq suya baş vurdu  və gözdən itdi.
Bu  anda  iblis  gözdən  itdi,  dənizin  dibinə  batdı.  Oradan 
əsrarəngiz  və  mənalı-mənalı  qeybdən  gələn  səslə  ‘inanın! 
inanın!”  dedi.  Dağ  Yunus  elə  bildi  ki,  danışan  nəhəng  balıqdır: 
‘inanın!”.  Dənizin  dərinliklərindən  gələn  səsi  eşidərək  və 
təlatümlü  dənizi  görərək  Dağ  Yunus  qətiyyətlə  özünü  artıq  allah 
hesab  etdi.  Onu  xudpərəstlik  və  təkəbbür  çulğadı,  əvvəlcədən 
miiəyyən edildiyi  kimi o  təntənəli  səslə  elan eldi:  “Mən allaham!” 
Onu  müşayət  edən  əyanlar  və  məmurlar,  dövlət  işçiləri  və 
yaxmları  yekdinliklə  ona  inandılar  və  onun  allah  olduğunu  etiraf 
etdilər.
Bundan  sonra  Dağ  Yunus  iftixarla  və  təbəssümlə  öz 
çadırma  getdi,  taxtına  oturdu  və  altı  yeniyetməni  çağırdı.  Onların 
böyüyü Təmleyxaya müraciət edərək  buyurdu:  “Mən allah imişəm 
və  bu  vaxtadək  bunu  bilməmişəm”.  Buradaca  iblis  əvvəlkindən 
fərqli  ayrı  bir  sifətdə  peyda  oldu.  O,  salamlaşdı,  Dağ  Yunus  onun 
salanıma  həvəslə  cavab  verdi.  Ona  hörmət  göstərdi  və  ondan 
soruşdu:  “Sən  kimsən  və  nə  məqsədlə  buraya  gəlmisən?” -  “Mən 
allahın  mələyiyəm  -   iblis  cavab  verdi  -   o,  məni  buraya 
göndərmişdir  ki,  sənə  deyəm:  dənizlərin  bütün  sakinləri  etiraf 
etdilər  ki,  sən  yerin  allahısan.  Sən  xəzinənin  qapılarını  açmalı, 
qızıl  və  gümüşü  paylamalı,  yerin  sakinlərini  mehribanlıqla  öz 
allahlıq  himayənin  altına  almalısan  ki,  onlar  sənin  allahlıq 
mənsəbini  etiraf etsinlər.  Səni  allah kimi  tanıyan  hər  kəsə  qızıl  və 
gümüş  hədiyyə  ver,  səni  yerin allahı kimi tanımayanlara  isə əzablı 
işgəncələr  ver.  Bunu  deyərək  lənətə  gəlmiş  iblis  qeyb  oldu,  sanki 
havada əridi.  Dağ  Yunus  düşərgəni  qaldırmağı  əmr etdi  və  şəhərə 
yollandı.  O,  açıq  surətdə  özünü  allah  elan  etdi  və  insanlara  onu 
tanımağa  və  ona  itaət  etməyə  çağırdı.  O,  insanlara  qızıl,  gümüş, 
mirvari  və  daş-qaş  səpirdi.  Hər  yerə  carçılar  göndərərək  öz 
təbəələrini  yanına  dəvət  edirdi.  Onu  allah  kimi  tanıyanlara  o, 
zəngin  hədiyyələr  və  qızıl  verir,  onları  yüksəldirdi,  onun 
allahlığını  tanımayanları  isə  işgəncə  ilə  öldürür  və  bu  zaman
107


deyirdi: 
Bizim 
allahlıq'  mənsəbimizi 
tanımayanlar 
belə
qəddarcasma ölümə  layiqdirlər”.
Özünün  allah  olduğuna  əmin  olduqdan  sonra  Dağ  Yunus
rəssam  və  inşaatçıları  dəvət  etdi  və  onlara  cənnət  adlandırıla
biləcək bir yerin-sarayın  himini  qoymağı  buyurdu.  O,  əmr etdi ki,
bu  sarayda  özünün  danışıqlardan  eşitdiyi  cənnətin  bütün
möcüzələri  və  gözəllikləri  canlandırılsın.  O,  sarayı  əlvan  ipəklər,
parça  və  atlaslarla  bəzətdirdi,  oraya  zərif,  nəfis  miixəlləfet
düzdürdü,  yanaqları  Zöhrənin  yanaqlarından  da  gözəl  çoxlu
aysifət  gözəllər  gətirtdi  və  bu  sarayı  “Cənnət”  adlandırdı.  Saray
qızıl  və  gümüş  kərpiclərdən  tikilmişdi:  kərpicin  biri  qızıldan,
digəri  gümüşdən  idi,  bütün  qapılar  və  divarlar  bahalı  daş-qaş  və
mirvarilərlə,  bütün  otaqlar  əlvan  daşlar,  dinar  və  dirhəmlərlə
bəzədilmişdi.  Çoxlu  sayda  qızlara  və  oğlanlara  şahanə  libaslar
geyindirərək  və  onların  başına  qızıl  tac  qoyduraraq,  qiymətli  daş-
qaşlar düzdürərək Dağ Yunus onlarla öz cənnət sarayını  bəzəyirdi.
« •
Oz  təbəələrini  qəbul  edərək  və  onları  onu  allah  kimi  tanımağa 
çağıraraq  Dağ  Yunus  cənnət-sarayında  eşidilməmiş,  bənzərsiz 
gözəllik  və  möhtəşəmlik  içərisində  otururdu.  Onu  yetmiş  vəzir, 
əlli  ayüzlü cavan,  əlli  gözəl qız əhatə  edirdi.  Qızıl  manqallarda və 
məcməilərdə  müşk,  ənbər və digər ətirsaçan maddələr yandırılırdı. 
Bunların  zərif qoxusu  göylərə,  aya  qədər  yüksəlirdi.  Əlahəzrətin 
şəxsi xidmətçiləri olan altı yeniyetmə ən gözəl libaslara bürünərək 
Dağ  Yunusun  taxtı  qarşısında  durur,  öz  baxışları  və  qabliyyətləri 
ilə  onun  istənilən  arzusunu  öyrənir  və  bir  göz  qırpımında  yerinə 
yetirirdilər.
Bir  neçə  il  beləcə  davam  etdi.  Bu  müddət  ərzində  bir  neçə 
yüz  min  təbəə  Dağ  Yunusa  tərəfdar  çıxdılar  və  onun  allahlıq 
mənsəbi  bütün  yer  üzünə  yayıldı.  Bu  müddət  ərzində  Dağ  Yunus 
onun allahlığmı  tanımayan  minlərlə  adamı tonqalda yandırdı.  Altı 
yeniyetməyə  gəlincə,  onlar  səmimiyyətlə  və  düzgünlüklə  ona 
xidmət  edirdilər  və  rahatlığını  qoruyaraq  daim  ona  diqqət 
edirdilər.  Onlar  öz  sahibinin  hərəkətlərinə  bəzən  haqq  qazandırır, 
bəzən  isə  onu  məzəmmət  edirdilər.  Onlardan  ən  böyüyü  və  ən 
ağıllısı  Dağ  Yunusun  hərəkətlərini  müşahidə  edərək  tez-tez  öz
108


ürəyində  deyirdi:  Bu  adam  özünü  allah  mənsəbində  hesab  edənə 
qədər  daim  ibadətlə  məşğul  olur,  itaətkarcasma  bütün  iman 
qaydalarını  yerinə  yetirir  və  istənilən  işə  başladıqda  Allahdan 
kömək  diləyir,  ona dua  edirdi.  Bu  gün  isə  o  deyir:  “Mən  allaham 
və indiyə qədər bunu bilmirdim,  indi  isə  çox aydın  bilirəm ki,  yeri 
və  onun  bütün  sakinlərini  mən  yaratmışam.  Əgər  o  dediyi 
doğrudursa,  onda  o,  əvvəllər  kimə  itaət  və  ibadət  edirdi?  Məgər 
allah  olaraq  buna  şübhə  etməyən  adam  allalılığa  layiqdirmi? 
Bundan  başqa  mən  görürəm  ki,  o  da  hamı  kimi  yeməyə,  içməyə, 
istirahətə  və  yuxuya möhtacdır.  Məgər belə  zəif məxluq  Allah ola 
bilərmi?”
Bu  fikirlər  tez-tez  Təmleyxanın  ağlına  gəlirdi  amma  o, 
bunu səylə  gizlədirdi və  ətrafdakılarm  heç  biri  ilə  bölüşmürdü.  Bu 
şübhələri  ürəyinin  dərinliklərində  saxlayaraq  o,  Dağ  Yunusun 
bütün  gizli  və  aşkar  işlərinə  diqqət  yetirməkdə  davam edir,  onları 
müqayisə  edir  və  nəticələr  çıxarırdı.  Allahın  iradəsilə  bu  cür 
fikirləri  Təmleyxanın  ürək  dostları-beş  qardaş  da  gizlədirdilər. 
Onların özü  də  öz sahiblərində  allahlığı etiraf etmirdilər.  Lakin bu 
fikirləri  onlar  bir-birindən  gizlədirdilər  və  bir-birinin  ürəyində 
nələr  olduğundan  xəbərdar  deyildirlər.  Onlar  gecə  və  gündüz 
səbrlə Dağ Yunusa xidmət edir,  o  isə saatbasaat onların sədaqət və 
səylərinə daha çox sevinirdi.
Bu  haqda  başqa  bir  rəvayətdə  belə  deyilir:  Bu  altı 
yeniyetmə  qədim  peyğəmbərlərdən  birinin  nəslindən  idilər.  Bir 
dəfə  Dağ  Yunus  hansısa  bir  bayramı  qeyd  etmək  istəyir  və  bu 
təntənələri  şəhərdən  kənarda,  çöldə  keçirməyi  əmr  edir. 
Döyüşçülər  və  qulluqçular  bütün  lazımi  avadanlığı  -   mətbəxi, 
qab-qacağı,  su  ehtiyatını  və  s.  aparırlar.  Hökmdar  saray  çadırını 
qurmağı  və  şadlıq  üçün  hər  şeyi  hazırlamağı  əmr  edir. 
Yeniyetmələr  özləri  hökmdara  xidmət  edirdilər.  Onun  qarşısında 
süfrə  açaraq  ona  yemək  və  içmək  verirdilər.  Dağ  Yunus  yeməyə 
hazırlaşdı  və  birinci  tikəni  götürüb  ağzına  yaxınlaşdmanda  birdən 
bu  tikənin  üstünə  bir  milçək  qondu.  Dağ  Yunus  bu  tikəni  kənara 
ataraq  başqasını  götürdü.  ITəmin  milçək  bu  tikənin  də  üstünə 
qondu.  Dağ  Yunus  bu  tikəni  də  kənara  atıb  yeni  bir  tikə  götürdü.
109


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə