Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə33/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   29   30   31   32   33   34   35   36   ...   88

Bir  gün  Dağ  Yunus  öz  qoşunu  ilə  ova  çıxmışdı.  Ov  və 
gəzinti  bitdikdən  sonra  Dağ  Yunus  öz  çadırına  getdi  və  qızıldan 
olan yatağına yatmaq üçün uzandı.  Oyandıqdan sonra o,  gözlərini 
açdı  və  qarşısında  nursaçan  qoca  simasında  iblisi  gördü.  Bütün 
çadır parlaq işığa qərq olmuş və ənbər qoxurdu.
Qoca Dağ Yunusla  salamlaşdı.  O,  cavab  verdi  və  soruşdu: 
“Ey  müdrik  qoca  sən  kimsən  və  buraya  necə  girmisən?5'  iblis 
cavab  verdi:  “Mən  Ulu  Tanrı  tərəfindən  göndərilmişəm.  O  sənə 
salam göndərir və buyurur:  Bu vaxta qədər filan gün,  filan tarixdə, 
filan  vaxt  öz  mələklərindən  birini  sənin  yanına  göndərmişəm  ki, 
sənə  desin,  Mənim  yer  işləri  ilə  məşğul  olmağa  vaxtım  yoxdur. 
Mənim onsuz da  göylərdə  işim çoxdur.  Mən yer üzərində  allahlığı 
sənə  həvalə  edirəm.  Sən  yerdə  işləri  qaydaya  salmalı,  bütün  yer 
üzərində 
Allahın 
vəzifələrini 
və 
ixtiyarını 
öz 
boynuna 
götürməlisən.  Budur,  indi  mən öz yaxınlarımdan  birini  daha  sənin 
yanına  göndərirəm  və  sənə  müraciət  edərək  deyirəm:  Ey  yerin 
allahı,  yer  işlərini  sən  idarə  et,  zira  mən  göy  işləri  ilə  çox  məşğul 
olduğumdan yer  işləri  ilə  məşğul  olmağı çatdıra bilmirəm.  Mənim 
bu  etibarlı  elçimin  sözlərinə  inan”.  Eşitdiklərindən  özünü  itirmiş 
və heyrətlənmiş Dağ Yunus birdən ürəyində düşündü:
Bu qədər uzun söhbət-aydındır ki,
Təsadüfi və əbəs ola bilməz.
Bu  qocanın  bütün  söylədikləri,  onun  dediyi  bütün 
əlamətlər,  həqiqətə  uyğundur.  Əgər  onun  sözlərində  həqiqət 
olmasaydı,  onda  o  haradan  biləydi  ki,  bu  xoş  xəbər  artıq  bir  dəfə 
mənə göndərilmişdir? Qocanın sözləri öz işini görmüşdü -  o dərin 
fikrə getdi.
Bu  zaman  iblis  qeyb  oldu  və  Dağ  Yunus  “Allah  elçisinin55 
qeyb  olduğunu  görərək çadırdan  çıxdı  və  çölə  yollanaraq  yenidən 
ovu  davam  etdirdi.  O,  ertəsi  gün  boyu  da  ovu  davam  etdirdi. 
Fikirdən  əldən  düşümüş,  ikigünlük  ovdan  yorulmuş  Dağ  Yunus 
axşam  çadıra  gəldi  və  yatağa  uzandı.  Lakin  birdən  lənətə  gəlmiş 
iblis  əvvəlki  simasmda yenə  Dağ  Yunusun  qarşısında peyda oldu, 
onu  salamladı  və  görüşdü.  Dağ  Yunus  onun  salamını  aldı,  ona 
böyük  lütfkarlıq  göstərdi  və  onu  birinci  dəfə  olduğundan  daha
104


/
mehriban  qəbul  etdi.  “Ey  möhtərəm  insan,  sən  kimsən?”  -   Dağ 
Yunus  hörmətlə  soruşdu.  Mən  Tanrının  filan  vaxt,  filan  yerdə 
sənin  yanma  göndərdiyi  elçisiyəm  -   iblis  cavab  verdi,  indi  məni 
yenə 0, göndərmişdir ki,  sənə  Onun sözlərini  çatdıram:  “Sən, Dağ 
Yunus  -   yerin  allahısan  və  bütün  yerin  sakinlərinin  idarəçiliyini 
sənə  həvalə  edirəm.  Sən  onların  işilə  vicdanla  və  ədalətlə  məşğul 
olmalısan.  Mənim  göylərdə  o,  qədər  işim  olur  ki,  yer  işlərini 
çatdıra  bilmirəm”.  Nəhayət,  Dağ  Yunus  iblisin  Allah  elçisi 
olduğuna inandı və ona dedi:  “Ey allahın elçisi,  mən daha özümün 
allah olduğum haqda  fikri  qətiyyən yaxına  belə  buraxmıram.  Mən 
kiməm  ki,  allahlıq  iddiasında  olam?  Sənin  dediklərin  mümkün 
deyil”.  “Ey  yerin  uca  tanrısı  -   iblis  ucadan  dedi,  mən  allahın 
mələyi olaraq şahidəm ki,  sən yerin allahısan  və heç şübhə yoxdur 
ki,  sən  yerin  sahibi,  hakimisən.  Əgər  sən  istəyirsən  ki,  mən  yeni 
tutarlı dəlillər  gətirim,  onda mən bunu edərəm.  Sənin xeyrinə olan 
ən  tutarlı  dəlil  budur  ki,  mən  mələyəm  və  sənin  qarşında 
dayanmışam.  Axı  sən  bilirsən  ki,  insan  cinsindən  olan  heç  zaman 
mələk  görməmişdir,  mələkləri  yalnız  peyğəmbərlər  görə  bilərlər. 
Sən isə məni  ikinci dəfə görürsən,  ikinci dəlil məndən  başqa sənin 
yanma  ayrı  bir  mələk  də  gəlmişdir.  Xatndayırsanmı,  sənin  yanına 
ov zamanı  nursaçan  qoca  gəlmiş  və  sənə  mənim  verdiyim  xəbəri 
vermişdi.  Üçüncü  tutarlı  dəlil  odur  ki,  sənin  yerdə  yaşadığın 
vaxtdan  bəri  heç  kim  sənə  qalib  gələ  bilməmiş,  əksinə  sən  yerin 
bütün  hakimlərini  məhv  etmisən  və  bütün  dünyanın  var-dövləti 
sənə  çatmışdır.  Daha  bir  dəlil:  mələklər  heç  bir  zaman  insanlara 
görünmürlər.  Biz  isə  sənə  gör  neçənci  dəfə  görünürük:  iki  dəfə 
mən,  bir  dəfə  isə  qardaşım  sənin yanma  enib  gəlmişik.  Bilmirəm, 
bunlardan daha tutarlı və  inandırıcı dəlillər gətirmək olarmı?”
Bu  əvvəlcədən  qərarlaşmış  gözəgörünməyə  görə  Dağ 
Yunus  lənətə  gəlmiş  iblisi  təsiri  altına  düşərək  aldandı  və  ona 
inandı:  “Ey  allahın  elçisi  -   Dağ  Yunus  iblisə  dedi,  indi  ki,  mən 
Allahın  məni  yerə  təyin  etdiyinə  inandım,  bəs  insanların  mənə 
itaət  etməsi  üçün  mən  nə  etməliyəm?”  iblis  cavab  verdi:  “Əgər 
sən  qəti  olaraq  yerin  allahı  olduğuna  inanmaq  istəyirsənsə,  onda 
ayağa  qalx  və  dalımca  gəl.  Biz  dəniz  sahilinə  yollanacağıq  və
105


I
orada  mən  sənə  elə  tutarlı  sübut  gətirəcəyəm  ki,  bundan  sonra 
sənin  allah  olduğuna  olan  şübhələr  bir  yolluq  dağılacaq  və 
insanlar səni qəbul edərək sənə  itaət edəcəklər.  Dağ  Yunus qalxdı, 
özü  ilə  etibar  etdiyi  hərbi  rəhbərləri,  özünün  altı  sevimli 
yeniyetmələrini  götürdü  və  iblislə  birlikdə  dənizin  sahilinə 
yollandı”.
Vəhhab  ibn  Münəbbəx  söyləyir  ki,  Uca  Tanrı  o,  dənizdə 
nəhəng  bir  balıq  yaratmışdı.  O,  elə  nəhəng  idi  ki,  suyun  üzünə 
çıxanda  bütün  dəniz  dalğalanırdı.  Bu  balığın  qəribə  adəti  vardı: 
hər  gün  səhərlər  o  dənizin  sahilinə  üzüb  gəlir  və  günorta  ibadəti 
zamanı  başını  sudan  çıxararaq  sanki  Allaha  dua  eedirdi.  ibadət 
vaxtı  bitdikdən  və  günəş  yüksəyə  qalxdıqdan  sonra  balıq  yenə 
ertəsi  günə  qədər  dənizin  dərinliklərində  qeyb  olurdu.  Ertəsi  gün 
səhər  çağı  nəhəng  balıq  yenə  də  günorta  ibadəti  zamanına  qədər 
üzüb  sahilə  yan  alır.  Sanki  allaha  dua edərək  başını  sudan  çıxarır, 
ibadətini qurtarandan sonra üzüb gedirdi.
iblis  Dağ  Yunusu  öz  adamları  ilə  birlikdə  dənizin  sahlinə 
gətirdi  və  orada günorta  ibadətinin  vaxtı  çatana  qədər tövlamaqda 
davam  etdi,  iblis  bilirdi  ki,  balıq  ibadət  vaxtı  gələcək  və  ibadət 
müddəti  balıq  dəniz  sularının  dərinliklərinə  baş  vuraraq  qeyb 
olacaqdır.  Bunu  bilərək  o,  Dağ  Yunusu,  yeniyetmələri və  əyanları 
balığın  olduğu  yerə  gətirdi.  Nəhəng  balıq  səthə  qalxan  zaman  o, 
ətrafındakılara  xitab  edərək  uca  səslə  dedi:  “Ey  Dağ  Yunus,  ey 
insanlar,  siz  bayaqdan  bu  balığın  Allaha  ibadət  etdiyini 
görürsünüzmü?” -  “Bəli,  çoxdan  görürük -  hamı  cavab  verdi.  Bu 
balıq  hamıya məlumdur ki,  xeyirxah və  savab  işləri  ilə  məşhurdur. 
Biz  və  ulu  babalarımız  burada  yaşayandan  bəri  həmişə  bu  balığı 
burada  bu  məşğuliyyətlə  görürük”.  Onda  iblis.  Dağ  Yunusa 
müraciət  edərək  peyğəmbər  səsi  ilə  ucadan  dedi:  “Əgər  bu  balıq 
bu saat şahidlik etsə ki,  sən Dağ  Yunus yerin allahısan,  buna sənin 
adamların  inanacaqmı  ya  yox?”  -  “bəli,  inanarıq!” -   hamı  birdən 
qışqırdı  və  o,  balığa  müraciət  edərək  ucadan  dedi:  “Ey  balıq,  bizə 
bildir  görək,  burada  iştirak  edən  Dağ  Yunus  yerin  allahıdırmı?” 
iblisin  vahiməli  təhqir  bildirən  gur  səsini  eşidən  balıq  qorxu  və 
təlaşdan  öz  nəhəng  bədəni  elə  titrətdi  ki,  dəniz  coşdu  və  təlatümə
106


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə