Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə30/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   26   27   28   29   30   31   32   33   ...   88

/
Nəhayət,  bir  dəfə  ona  söylədilər  ki,  Kayseri  şəhərində 
müəmmalı sirrləri aça bilən qoca bir kişi yaşayır.
Bunu  eşidən  Dağ  Yunus  lövhəni  götürdü  və  və  Kayseriyə 
yollandı.  Oraya  gələrək  o,  qocanı  axtarıb  tapdı  və  onu  hörmətlə 
salamladı.
Qoca,  Dağ  Yunusun  salanıma  hörmətlə  cavab  verdi  və 
soruşurdu:  “Sənin  ehtiyacın  nədir?  Hansı  iş  səni  mənim  yanıma 
gətirmişdir?”  Dağ Yunus  lövhəni  çıxardı  və  ona  qocanın  qarşısına 
qoydu.  Qoca  lövhənin  üzərindəki  yazını  oxudu,  dərin  fikirlərə 
daldı  və  təəccüblə  Dağ  Yunusa  baxaraq  başım  buladı.  Cavan 
oğlan baxırdı,  qorxu  onu  bürüdü  və  o  düşündü:  “Deyəsən,  mən nə 
isə  axmaq  bir  əngələ  düşmüşəm.  Qocaya  müraciət  edərək  o 
soruşdu:  “Xoş  nəfəsli  və  xoş  qədəmli  qoca,  bilmirəm  ki,  sənin 
mənə təəccüblə  baxmağın xeyirədirmi?”
-  “Cavan  oğlana -   qoca  dilləndi  -   sən çobanlıq  edən  Dağ 
Yunussan?”
-  “Bəli,  bu  mənəm  -   Dağ  Yunus  cavab  verdi”.  Üzündən 
örtüyü  götürərək  qoca  diqqətlə  Dağ  Yunusa  baxdı  və  dedi:  “Sən 
dünyada ən bədbəxt adamsan”.
Bu sözdən sonra Dağ Yunusun qorxudan bütün bədəni əsdi 
və dedi:  “Ey qoca,  sən  nə  üçün  mənə  qarğış  edib,  bəd  fal  açırsan? 
Bütün  Turan  ölkəsində  məndən  vicdanlı,  təmkinli  və  Allahsevər 
bir  insan  yoxdur  və  mənim  şöhrətim  dillərdə  dastandır,  sən  isə 
məni  ən  bədbəxt  adam  adlandırırsan  -   and  olsun  Yaradanın 
böyüklüyünə  mən  öz  uzun  ömrümdə  -  mənim  isə  artıq  üç  yüz 
yaşım  tamam  oldu 
-  sənin  kimi  talesiz  və  yazıq  bir  adam 
görməmişəm.  Ey  Dağ  Yunus,  mənim  sənə  çox  yazığım  gəlir.  Elə 
bir elm yoxdur ki,  mənim başım  çıxmasın.  Bu  lövhədə  mən  sənin 
bütün  taleyini  oxudum.  Sən  əsilzadə  görkəmli  gözəl  cavansan, 
lakin öz həyatını çox kədərli bitircəksən.  Çünki  sonda Allaha qarşı 
üsyan edəcək və ölümdən sonra cəhənnəmə gedəcəksən”.
Bu  sözləri  eşidərək.  Dağ  Yunus  titrədi.  Onun  bütün 
varlığını  qorxu  bürüdü.  O,  acı-acı  hönkürdü  'və  qocanı  danladı: 
“Allah  xatirinə  cəfəng  sözlər  danışma,  kəmağıllıq  üzündən  səfeh 
mövhumata  qapılmısan  və  nə  danışdığını  bilmirsən.  Artıq  otuz
95


ildir  ki,  mən  ömrümü  dualarda  keçirirəm  və  inamrm  ki,  Allah 
birdir  və  ondan  başqa  Allah  yoxdur.  Bütün  bunlardan  sonra  mən 
necə  ola  bilər  ki,  Allahın  qəzəbinə  gəlim  və  cəhənnəmə  düşüm?’’
-  “Əgər  sən  hətta  səhradakı  qumların  sayı,  yağış  damlalarının  və 
ağaclardakı  yarpaqların  sayı  qədər  səcdə  və  dualar  etsən  belə, 
sənin yerin cəhənnəm odunun üstündə olacaq5'.
-  “Kaş  ki,  mən  bu  lövhəni  heç  tapmayaydım  və  sənin 
üzünü  görməyəydim!  -   deyə  Dağ  Yunus  səsləndi.  -   Kaş  ki,  heç 
mən  sənin  bu  nəhs  falını  eşitməmək  və  qanımı  qaraltmamaq  üçün 
bura  gəlməyəydim5'.  -   “Əgər  istəyirsənsə  -  qoca  dedi:  mən  sənin 
bütün  sonrakı  taleyini  söyləyim,  səni  gələcəkdə  nələr  gözlədiyini 
biləsən”.
Hər iki dünyanı yaradan böyük Allah xatirinə -  Dağ  Yunııs 
yalvardı:  “Əgər  mümkünsə  söylə,  yoxsa  mən  bu  saat  canımı 
tapşıracağam”.
“Bil  və  agah  ol ki,  -  qoca  başladı:  sən  bu  lövhəni  tapdığın 
quyuda  tükənməz  var-dövlət,  saysız  hesabsız  miqdarda  xəzinə 
gizlədilmişdir.
Əgər  dünyanın  bütün  xəzinadarları  və  mühasibləri  bir  yere 
yığışsalar,  ömürlərinin sonuna qədər  bu  qalada nə  qədər xəzinənin 
gizləndiyini  hesablaya  bilməzlər.  Ey  Dağ  Yunus,  bütün  bu 
tükənməz  var-dövlət  və  xəzinə  sənə  çatacaqdır.  Evinə  qayıt  və 
bütün  xəzinəyə  sahib  ol”.  Bu  sözləri  eşidərək  Dağ  Yunus  dərin 
fikrə  daldı  və  çox  fikirləşdikdən  sonra  dedi:  “Ey  qoca,  tutaq  ki, 
sənin  dediyin  xəzinə  mənə  çatacaq.  Onda  de  görüm  mən  nə  üçün 
Allaha  qarşı  çıxmalıyam?” -  “Bu  çox  uzun  məsələdir -  qoca  dedi
-   öz  vaxtında  sənə  hər  şey  aydın  olar”.  -   “Ey  qoca,  Dağ  Yunus 
səsləndi  -  əgər  belədirsə,  əylənmək  və  istirahət  etmək  üçün  sənin 
də  mənimlə  getməyin  pis  olmazdı.  Əgər  sən  mənimlə  getsən, 
sənin  iştirakınla  xəzinəni  çıxarıb  sənin  payını  da  verərəm”.  — “Ey 
Dağ  Yunus,  qoca dedi -  mən qorxuram ki,  əgər mən səninlə  sənin 
vətəninə  getsəm,  sən  məni  xaincəsinə  aldadasan  və  mənə  heç  nə 
verməyəsən”.  -   “Allah  bizi  xainlikdən  qorusun  -   Dağ  Yunus 
səsləndi  -   mən  heç  zaman  belə  xainlik  etmərəm.  Əgər  istəsən, 
mən  sənə  söz  verirəm  ki,  bütün  xəzinəni  səninlə  böləcəyəm”.  -
96


“Xeyr  -   qoca  dedi  -   mən  yəqin  bilirəm  ki,  xəzinəni  görcək  sən 
başını  itirəcək,  əhdimizi  pozacaq  və  mənə  bir  mis  quruş  da 
vermeyecəksən.  Lakin  xudavəndi  aləmin  iradəsi  ilə  taleyə  qarşı 
çıxmaq  faydasızdm,  mən  isə  səninlə  getməliyəm.  Əziz  olan  Allah 
xatirinə, əlini mənə ver”.
Dağ  Yunus  əlini  ona  uzatdı  və  qoca  onunla  təntənəli  saziş 
bağladı,  onu  xəzinənin  yarısını  ona  verəcəyi  barədə,  xəsislik  və 
tamahkarlığının  ona  hakim  ola  bilməyəcəyi  barədə  ən  qorxunc 
andlar  içməyə,  vədlər  verməyə  məcbur  etdi.  Belə  bir  saziş 
bağlandıqdan  və  vəd  verildiyindən  sonra  qoca  qalxdı  və  Dağ 
Yunusla birlikdə yola düşdü.
Onlar  Dağ  Yunusun  qoyun  otardığı  dağın  ətəyinə  gəlib 
çıxdıqdan  sonra  o,  qocanı  lövhənin  tapıldığı  xəndəyə  apardı. 
“Qazmanı  götür  -   qoca  buyurdu  -   dərinliyə  qaz”.  Qazmanı 
götürərək  Dağ  Yunus  xəndəyi  dərinləşdirməyə  başladı  və  bir 
azdan  üzərində  nəhəng  qıfılın  asıldığı  möhkəm  qapı  göründü. 
Qoca  qıfılı  sındırmağı  buyurdu.  Onlar  qapını  açdılar  və  aşağıya 
aparan  pilləkən  gördülər.  Pilləkənlə  aşağı  enərək  qoca  və  Dağ 
Yunus  birincidən  də  möhkəm  olan  daha  bir  qapı  gördülər.  Onun 
üzərində  birincidəkindən  daha  böyük  bir  qıfıl  asılmışdı.  Qorxu 
Dağ  Yunusun  bütün  varlığını  bürüdü.  “Qorxma  -   onu  qoca 
sakitləşdirdi -  qıfılı  sındır”.  Dağ  Yunus qıfılı  sındırdı.  Qapını  açdı 
və  onların  qarşısında  bir-birilə  əlaqəli  yeddi  zaldan  ibarət 
möhtəşəm  bir  aramgah  göründü.  Qoca  bütün  zalların  qapılarını 
açmağı  buyurdu.  Sonra  hər  ikisi  içəri  daxil  oldu.  Zallardan  biri 
döşəmədən  tavana  qədər  qiymətli  daş-qaş  düzülmüş  qızıl 
kəmərlərlə dolu idi.  Zalın tavanı  qızıl  külçələrindən düzəldilmişdi, 
ikinci  zal  qızıl  dinarlarla,  üçüncü  zal  dirhəmlə  ağzına  qədər 
doldurulmuş,  dördüncü  zal  qızıl  saxsılarla,  beşinci  zal  ağzına 
qədər 
at 
üzəngiləri, 
qoşqu 
ləvazimatı 
və 
yəhərlərlə 
doldurulmuşdu,  altmcı  zal  qiymətli  daş-qaşla  -   qırmızı  və  mavi 
yaqut,  kəhrəba  və  zümrüdlərlə  dolu  xəzinə  idi.  Yeddinci  zal  ən 
qiymətli  ləl-cavahirat və almazların anbarı idi.
Dağ  Yunus  bu  tükənməz  var-dövlət  və  onun  gözləri 
qarşısında  canlanan  sonsuz  sayda  dəfinələrdən  mat-məəttəl
97


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə