/
fikirlərin olduğunu, nə üçün bu hala düşdüyünü öyrənməyə
çalışaram. Vəziyyətdən ən yaxşı çıxış yolu -onun dostlarından,
beş gəncdən birini seçib Təmleyxanı izləməyi və onun hamıdan
xəlvəti nə ilə məşğul olduğunu öyrənməyi tapşırmaqdır. Bunu
aydınlaşdıraraq o bizə məlumat verər”.
Hamı Dağ Yunusun təklifi ilə razılaşdı və qərarlaşdıqdan
sonra Təmleysanı dəvət edib ona dedilər: “Bizə elə gəlir ki,
Təmleyxa xəlvəti olaraq başqa Allaha itaət edir. Onu izləməyi
sənə tapşırırıq, sən onu xəlvəti fikirlərini öyrənib bizə xəbər
verməlisən ki, biz onun işinin təhqiqi ilə məşğul olaq”.
“Dinləyirəm və itaət edirəm” — Təmleysa cavab verdi və dərhal
onları tərk edib öz mənzilinə getdi.
“Təmleyxaya
nə
olmuşdur
-Təmleysa
öz-özündən
soruşdu- görəsən onun ətrafında nə üçün belə çaxnaşma baş
vermişdir”. O, özünə bu sualı verən zaman və dostunun taleyi
haqqında fikirləşəndə Ulu Yaradan onun qəlbini durultdu və o, öz-
özünə dedi: “Bizim sahibimiz Dağ Yunus necə allahdır?! Əgər o,
Təmleyxanın sirrini bilmirsə və onun qəlbindən nə keçdiyini
bilmək üçün onu kimsənin güdməsini tələb edirsə onun allah
olmağa nə layiqi vardır?” Bundan sonra Dağ Yunus haqqmda
şübhələr Təmleysanın qəlbinə bir daha hopdu və o dedi: “Dağ
Yunus necə allahdır ki, soyuq və istidən qorxur və bütün insani
zəifliklərə məruz qalır?!” Buradaca onun qəlbi əvvəlki şübhə və
quşqu ilə doldu. O, axşama qədər gözlədi və qaranlıq düşəndə
Təmleyxanın evinə yollandı.Gözə dəymədən evə girdi və xəlvəti
bir yerdə gizləndi. O, gördü ki, Təmleyxa əlini əli üstünə, ayağmı
isə o bii'i ayağının üstünə qoyaraq pıçıldayır: “Mən zəif, kiçik bir
milçəklə bacarmayan allaha nifrət edirəm”.
Təmleyxanın necə həyacanlı vəziyyətdə olduğunu görmək və
onun nitqini eşidərək Təmleysa söyüd yarpağı kimi əsdi və
bilmədən dostuna müraciət edərək dedi: “Qardaşım mənim, bu nə
deyə təhqir sözlərdir danışırsan?” Təmleysanı görərək Təmleyxa
dedi: “Qardaşım mənim, mənə aman ver, mənim qanıma sən
cavabdehsən. Mənim sirrimi faş etmə və burada mənim yanımda
otur ki, mən sənə öz ürəyimin dərdini izhar edə bilim”. Qorxudan
113
əsərək və gələcəkdə olacaqlardan ehtiyat edərək Təmleysa oturdu
və öz baxışlarını, diqqətini, ağlını və qulağını Təmleyxaya
yönəltdi. “Ey mənim qardaşım Təmleysa dilləndi - bil və agah ol
ki, mən də sənin kimi artıq çoxdandır ki, Dağ Yunusa xidmət
edirəm . O, allahlıq iddiasında olmazdan qabaq gecə və gündüz
Allaha ibadətdə keçirirdi, indi isə israredir ki, o özü allahdır,
bütün canlı məxluqları və insanları o yaratmışdır. Əgər doğru
deyirsə, onda o kimə ibadət və itaət edirdi? Məgər məxluqun gah
allah, gah da insan olması yaraşan işdirmi? - “Onda bəs Allah
kimdir? - Təmleysa soruşdu”. Allah göyləri və yerləri, ulduzları
və planetləri, günəş və ayı yaradan və onları müəyyən bir cərgə
ilə düzəndir, mənim kimi zəif və gücsüz olan Dağ Yunus isə bu
ada layiq deyil və allah ola bilməz. Bundan başqa, biz ona xidmət
edəndən və bir yerdə yaşadığımız vaxtdan etibarən, bir dəfə də
olsun onun fövqəltəbii gücünü və ya allah gücünü aşkar
etməklərini görməmişik. Həmişə də onun etdiyi yemək, içmək,
yatmaq, istirahət etmək, qəzəblənmək, alçaq ehtiras və şəhvətə
aludə olmaqdır, bütün bu xasiyyətlər isə Allaha xas deyil. Daha
bir şey xatırlayırsanmı, bayram günündə o yemək istəyəndə
milçək onun tikəsinə qondu və ona yeməyə imkan vermədi. Onda
mən gördüm və hiss etdim ki, o, kiçicik milçək qarşısında belə
zəif və acizdir. Milçək onun üzərində qələbə çaldı və ona yeməyə
imkan vermədi. O, yeməkdən imtina etməli oldu. Daha bir hadisə.
O, saraylarından birində öz yatağında yatırdı. Milçək orada da ona
üstün gəldi, o yataqdan yerə yıxıldı, başını yaraladı və qorxudan
daha yatmadı. Yadma düşürmü, onda o milçəkdən qorunmaq üçün
bizi köməyə çağırırdı? Mənim qardaşım, indi özün fikirləş və
vicdanla de, belə zəifliklərə malik olan insan allah ola bilərmi?”
Təmleyxanı diqqətlə dinləyən Təmleysa şübhələndi və
düşüncələrə daldı.
Öz fikirlərini dostunun dedikləri ilə müqayisə edərək, o inandı ki,
dostu düzgün nəticə çıxarmışdır. “Ey əziz qardaşım,- Təmleysa
dilləndi- sənin canına and olsun, artıq çoxdan mən köməksiz
vəziyyətdə bu cür fikirlərlə uğraşırdım. Dağ Yunusun necə
yaşadığına diqqət verərək mən də sənin gəldiyin nəticələrə
114
/
gəlirəm. Hər şeyi görərək, hər şeyi bilərək mən nəfəsimi içəri
çəkil' heç kimə heç nəyi açmıram və öz gizli düşüncələrimi
özümdə saxlayıram. Bilirsənmi mən nə üçün belə gec və hiss
olunmadan sənin yanına gəldim? Ona görə ki, kimsə Dağ Yunusa
sənin özünü aparmağı və fikirlərin barədə məlumat vermişdir. O,
məni yanma çağırdı, səni izləməyi, sənin xəlvətdə nə ilə məşğul
olmağını öyrənmək və ona xəbər verməyimi tapşırdı. O, bu işi
mənə tapşıran kimi mənim ağlıma dərhal belə bir fikir gəldi: O
necə allahdır ki, öz qulunun ürəyindən keçənlərdən xəbəri olmur
və bunu öyrənmək üçün xəfıyyə xidmətindən istifadə edir.
Qoy mən ölüm, amma qardaşımı incitməsinlər,
Zülmükar və qaniçənlərə nifrət etsinlər.
Bu sözləri Təmleysadan eşidərək Təmleyxa çox sevindi və
onu qucaqlayaraq, ürəkdən və məhəbbətlə ona dedi:
Qəlbim düşüncəsi səni dost etdi
Ağır xəstəliklər məni tərk etdi.
İndi mənə de görüm dostum Təmleyxa - Təmleysa xahiş
etdi- sən hansı Allaha itaət edirsən, mən də ona itaət edim?
“Mən O Allaha itaət edirəm ki, - Təmleyxa cavab verdi
səm və məni, göyü və yeri, ayı və günəşi, ulduzları və planetləri
bir sözlə kainatı yaradıb. Göylərdə və yerdə bizim Allahımız
birdir. Mən allahcıqlara nifrət edirəm, bizim rəbbimiz yalnız
Odur”.
Təmleysa qışqırdı: “Mən də yalnız Onu etiraf edirəm və Dağ
Yunusa nifrət edirəm”. Bundan sonra dostlar bu sirri qorumaq,
yaxşı və yaman günlərdə bir yerdə olmaq naminə söz verdilər və
əhd bağladılar. Ertəsi gün tezdən Təmleysa Təmleyxaya dedi:
“Mənim qardaşım, biz qalan dörd dostumuzu da din yoluna
gətirmək üçün onları saxta, fırıldaqçı allah Dağ Yunusun şərindən
və bəlasından xilas etmək haqqında düşünməliyik”. Bu təklif
Təmleyxanm xoşuna gəldi. Öz dostlarmm qayğısına qalmaq
haqqında razılığa gələrək Təmleyxa və Təmleysa Dağ Yunusun
sarayına yollandılar. Dağ Yunus dərhal Təmleysanı tək guşəyə
çağırdı işlər haqqmda və Təmleyxanm vəziyyəti barədə xəbər aldı.
Təmleysa çox möhkəm sədaqət andı verdi və dedi: “ Mən dünən
115
Dostları ilə paylaş: |