Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə39/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   35   36   37   38   39   40   41   42   ...   88

Dağ  Yunus  getdikdən  sonra  gənclər  öz  vaxtlarını  həmin 
əyanın  yanında  keçirir,  onunla  söhbət  edir,  birlikdə  gəzir,  onu 
tərifləyir,  ona  mədhnamə  oxuyurdular.  Bir  dəfə  hər  şey  qaçmaq 
üçün  hazır  olduqdan  sonra,  gənclər  əyana  dedi:  “  Sənin  icazənlə 
biz  meydançaya  gedib  çovqan  oynamaq  istəyirik”.  “Olar”  -  əyan 
onlara  icazə  verdi  və  atları  yəhərləməyi  tapşırdı.  Gənclər  bəzəklə 
ipək  libaslar  geyindilər,  hazır  atlara  mindilər,  özləri  ilə  lazımı 
ləvazimat  götürdülər  və  çovqan  oynamaq  üçün  meydançaya 
yollandılar.  Bir  qədər  çovqan  oynamaqdan  sonra  birdən  onlar 
atların  səhraya  tərəf  sürdülər.  Bunu  görərək  əyan  da  onların 
arxasınca  çapdı.  Onlara  çaparaq  o,  onlara  qışqırdı:  “Hara 
gedirsiniz,  niyə  özünüzü  belə  aparırsınız?”  Onda  onların  hamısı 
dedilər:  “Biz  Dağ  Yunusu  tanımırıq,  o  bizi  cana  gətirmişdir,  biz 
şahidik  ki,  Allah təkdir,  onun  şəriki  yoxdur  və  ondan  başqa  Allah 
yoxdur məgər o  bir olan Allah.  Onun üçün yuxu, yemək-içmək və 
istirahət  kimi  yer  anlayışları  mövcud  deyil  və  indi  biz  onu 
tapmaq  və ona qovuşmaq üçün gedirik”.
Bu  sözləri  eşidərək,  əyan  qışqırdı  və  onları  tutmaq  üşün 
tullandı,  lakin  onların  altısı  da  birdən  nərə  çəkərək  onun  üstünə 
atıldılar  və  onu  elə  döydülər  ki,  o  huşunu  itirdi  və  atdan  yıxıldı. 
Bunu görərək gənclər Allahı  köməyə  çağırdılar və  atlarını  səhraya 
tərəf  döndərdilər.  Onlar  iki-üç  fərsəx  (  bir  fərsəx 
5  km-dir) 
getmişdilər  ki,  Təmleyxa  dedi:  “Gəlin  təkəbbürü  buraxıb
axtardığımızı  axtaraq.  Gəlin  atlarımızı  ötürək  çünki,  onlarsız  çox 
gözə  dəymərik,  bəzəkli  paltarlarımızı  da  əynimizdən  çıxaraq, 
çünki,  Dağ  Yunusun  döyüşçüləri  arxamızca  düşsələr  bizim 
bəzəkli  paltarlarımızda  da  nişanə  kimi  tez tanınar.  Atları  buraxaq, 
paltarları  çıxaraq,  səhraya  gedək,  baxaq  görək  Tanrı  bizi  hara 
aparacaqdır.  Əgər  biz  bunları  etməsək,  onda  atlar  bizi  həmişə 
Allaha dua və  ibadət etməkdən yayındırar”.
Hamı  razılaşdı,  gənclərin  altısı  da  atdan  yendi,  onları 
buraxdı,  əyinlərindən öz bəzəkli  paltarlarını  çıxardıb  atdılar,  sonra 
piyada,  yüngül  geyimdə  səhraya yollandılar.  Onlar bir  neçə  sutka, 
yorulub  əldən  düşənədək  yol  getdilər.  Onların  zərif  ayaqları 
qabarcıqlarla  örtülmüşdü,  onlar  dayandılar,  yol  yorğunluğu  və
122


#
əziyyətlər  onları  üstələmiş,  sonra  aclıq  və  susuzluq  tamam  əldən 
salmışdı.  Onların  hamısı  səhradan  çıxmaq  ümüdini  itirərək  yolun 
kənarında  yerə  sərilmişdilər.  Üzü  üstə  yerə  yıxılan  Təmleyxa 
yalvarırdı:  “Sən  ey  sirriləri  bilən,  bütün  səsləri  eşidən,  hər  şeyi 
görən,  bizim  nə  vəziyyətdə  olduğumuzu  bilirsən,  öz  gücsüz  və 
zəif qullarına  mərhəmətlə  və  lütfkarlıqla  nəzər  sal.  Biz  evlərimizi 
və din ocaqlarımızı tərk etmişik,  hakimiyyət,  sarayda tutduğumuz 
mövqedən  əl  çəkmişik,  öz  hakimiyyət  payımızdan  imtina  etmişik 
və  yer  -   yurdumuzdan  dərbədər  olmuşuq  ki,  sənə  yetək,  sənə 
ibadət  edək,  ey  bizim  böyük  Allahımız,  bizə  öz  köməyini  göstər 
və bizi darda qoyma.
Çoban öz sürüsün yırtıcıdan qoruduğu kimi,
Ulu Tanrı sən də  bizi qəvi düşməndən qoru.
Rəvayətdə 
deyilir  ki, 
Təmleyxanm  hıçqırıqları  və 
yalvarışları  Allah  tərəfindən  eşidildi,  və  dərhal  mələklər  göydə 
həyəcanlandılar  və  göy  səltənətində  vəlvələ,  hay-küy  düşdü.  Uca 
Tanrı  öz  mələklərinə  dedi:  Əgər  qullarımız  bizdən  kömək 
istəyirlərsə,  siz  onlara  bu  köməyi  etməlisiniz.  Əgər  o  məndən 
kömək  istəyirsə,  onda  dayanın,  çünki,  mən  bildiyimi  siz 
bilmirsiniz.  Mələklər sakitləşdilər və susdular.
Bu  əsnada  Təmleyxa  öz  dostlarını  orada  qoyaraq,  ətrafa 
baxmaq  və  hər  hansı  bir  nişanə  görmək  ümüdi  ilə  ağlaya-ağlaya 
yaxınlıqdakı  dağın  təpəsinə  qalxdı.  Narahat  ürəklə  dağa  dırmaşıb 
ağlayaraq  ətrafa  baxdı  və  dağın  ətəyində  cənnətə  oxşar  çəmənlik 
gördü.  Bu  cənnətlikdə  çoban  qoyun  otarırdı.  Çobanı  görərək, 
Təmleyxa  çox  sevindi.  O,  öz dostlarma  səsləndi:  ‘T ez  bura  gəlin, 
mən  qoyun  sürüsü  ilə  çoban  görürəm,  ümüd  etmək  olar  ki,  bu 
yaxınlıqda  nəsə  yaşayış  yeri  vardır”.  Bunu  eşidərək  dostlar 
sevindilər  və  Təmleyxanm  yanma  getdilər.  Çobana  yaxınlaşaraq 
salam  verdilər.  Çoban  onların  saiammı 
alaraq  cavab  verdi  və 
onlara  öz  ehtiramını  göstərdi.  “Siz  kimsiniz  çoban  soruşdu  -  
haradan gəlib hara gedirsiniz?”
Biz  yad  ölkələrdənik  -   Təmleyxa  cavab  verdi-  yolda 
azmışıq  və  artıq  bir  neçə  sutka  piyada  gələrək  ac  və  susuz  bu 
yerlərdə  dolanırıq,  indi  bir tikə  çörəyə  və  bir  içim  suya  möhtacıq.
123


Allah  rzasına,Yaradanımız  haminə  bizə  bir  az  yemək  versən  bu 
dünyada  çox  savab  iş  görərsən  və  bu  sənin  o  dünyan  hesabına 
yazılar.
Çoban  dərhal  öz  çörəyinin  hamısını  onların  qabağına 
qoydu, onları qonaq etdi və  nəvazişlə onlara hörmət  göstərdi.
Yemək  yeyildikdən  sonra  onlar  söhbət  etməyə  oturdular. 
Çoban  diqqətlə  onlara  baxdı  və  soruşdu:  “Qardaşlar,  deyin  görək 
haradan  gəlirsiniz, 
hara 
gedirsiniz, 
hansı 
millətdənsiniz? 
“Eyxeyirxah  insan  -   Təmleyxa  cavab  verdi  bil  ki,  biz  hamımız 
Dağ  Yunusun  əsirləriyik  və  ondan  qaçmışıq”.  Çoban  güldü  və 
zaraftca  dedi:  “Bəs  siz  allahdan  qaçmağı  necə  bacardmız,  axı  o. 
bundan  ötrü  sizi  cəhənnəmə  saldırar”  Təmleyxa  cavab  verdi:  Biz 
neçə  sutkadır  ki,  qaçdığımız  o  allaha  nifrət  edirik,  o  isə  bizim 
harada  olduğumuzu  bilmir”.  Çoban  Təmleyxa  və  onun  dostlarına 
baxdı,  onların cəsarət  ilə  fəxr etdiyini  bildirdi,  onlara gülümsündü. 
Gənclər  bir  səslə  cavab  verdilər:  “Biz  Dağ  Yunusa  və  onun 
allahlıq  iddiasına  nifrət  edirik,  biz  öz  Allahımızı  və  bütün 
məxluqatın  Yaradıcısını  axtarırıq.  Biz  qəlbimiz  və  ürəyimizlə 
bəyan  edirik  ki,  “Allahdan  başqa  allah  yoxdur”.  Bu  sözlərdən 
çobanın  bütün  bədəni  titrədi  və  Ulu  Tanrı  adının  əzəməti  onun 
qəlbində  təsvirolumaz  mərhəmət  doğurdu,  “ey  xeyirxah  gənclər- 
çoban dilləndi -  sizə  bunu  kim öyrədib,  həqiqəti kim  bəyan edib?” 
Bu  sualları  verərək  çoban  hiss  etdi  ki,  onun  ürəyində  hansısa 
təsvirəgəlməz  Allah  mərhəməti  (xofu)  yaranır,  çünki  Ulu  Tanrı 
onu  düzgün  yola  yönəldirdi.  Onların  sözlərinin  çobana  necə 
təəssürat  bağışladığını  görən  Təmleyxa  və  onun  dostları  dedilər: 
“Bunları  bizim  ağlımız  düşünməmişdir,  onu  Uca  Tanrı  bizim 
qəlbimizə və ağzımıza hopturmuşdur”.
Mənim  qardaşlarım,  -  çoban  dedi-  bilin  ki,  mən  artıq  qırx 
ildir  çoban  kimi  xidmət  edirəm,  tez-tez  göyə,  günəş  və  aya 
baxıram,  onlar  haqqında  fkirləşir  və  bu  qənaətə  gəlirəm  ki,  bütün 
bunlar  bir  Yaradıcı  tərəfindən  yaradılmışdır.  Mən  də  o  qənaətə 
gəldim ki,  Dağ  Yunus yalançıdır,  o  heç də allah deyil,  mən də ona 
nifrət  edirəm.  Son  zamanlar  öz  həmsöhbətlərimi  anlayan  ürək 
dostları  axtarırdım  və  nəhayət  mən  sizi  tapdım.  Allaha  çox
124


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə