Haci səbuhi İbrahimov heydəR ƏLİyev



Yüklə 192 Kb.
Pdf görüntüsü
səhifə53/88
tarix06.02.2018
ölçüsü192 Kb.
#26642
1   ...   49   50   51   52   53   54   55   56   ...   88

görə  fərq  vardır.  İdrak  isə  müxtəlif  olur.  Ən  çətini  ən 
əzəmətlisidir,  ən  şərəflisi  ən  faydalısıdır.  Bu  isə  mənəvi  nemət  və 
insani kamillikdir”.
Yaradıcılığuıda metafizika  və  fizika məsələlərinə geniş yer 
verən  Füzuli  Şərq  peripatetizminin  mühüm  komponenti  olan 
məntiqə  də  ayrı-ayrı  müddəalar  şəklində  toxunmuşdur.  Dahi  söz 
ustası bir qəzəlində deyir:
Qəmdən öldüm, demədim hali -  dili -  zar sana,
Ey gülü -  təzə, rəva görmədim azar sana.
İnsanlarda  əxlaqi  kamillik  barəsində  fikirlər  peripatetik 
filosofların  fəlsəfəsində  xüsusi  yer  təşkil  edir.  Əxlaqi  məsələlər 
əsasən  ‘‘ruh  və  nəfs  onların  mənşəyi  və  mahiyyəti”  konteksində 
götürülür.  Onlar “insanın dərk fəaliyyətini  həmin  psixik hadisələrə 
istinad  izah  etməyə  çalışmışlar”.  Və  bu  kontcksdə  insanın  əxlaqi 
keyfiyyətlərini göstərmək  istəmişlər.
Şərq  peripatetik  mütəfəkkirlərindən  Nəsirəddiıı  Tusi  daha 
çox  insan  əxlaqına  əhəmiyyət  vermişdir.  Belə  ki,  Tusi  özünün 
“Əxlaq-Nasiri”  kitabında  müsəlman  dünyasında  insanın  konkret 
hansı əxlaqi  keyfiyyətlərə  malik olmalarından danışır.  Tusiyə görə 
bütün  əxlaqi  keyfiyyətlər  insana  lazım  olan  keyfiyyətlərdir,  fəqət 
onlar “mötədil”-orta həddə olmalıdır.
Belə  ki,  mənfi  əxlaqi  keyfiyyətlər  sayılan  paxıllıq,  qibtə, 
yalançılıq  və  s.  özü  də  insanın  mənəvi  təkamülünə  səbəb  olan 
hallardır.  Hər  bir  keyfiyyətdə  ifrata  varma,  onun  mənəvi 
durumuna  ciddi  təsir  göstərir.  Hər  varlığın  özünə  məxsus,  başqa 
heç  bir varlıqda olmayan,  ya  mənfi,  ya müsbət,  ya  incə,  ya  kobud, 
ya  təmiz,  ya  kəsif  elə  bir  xüsusiyyəti  var  ki.  Onun  mahiyyəti 
yalnız  bu  xüsusiyyətlərə  görə  təyin  və  təsbit  edilir.  Kamilliyin öz 
dərəcələri  var,  bunlar  gah  sağlamlıq  və  xoşbəxtlik,  gah  asayiş  və 
rahatlıq,  gah  dövlət  və  hörmət,  gah  da  adlı  sanlılıq  və  şöhrət 
şəklində  təzahür  edir.  Kamillik  və  fəzilət  aydınlaşdığı  üçün  onun 
əksi olan naqislik və rəzilət də aydınlaşmış olar.
Nitq  nəfsində  iki:  elmi  və  əməli  qüvvə  olduğu  üçün, 
insanın kamilliyi də  iki cür olur: elmi və əməli.
166


“Elmi  kamillik  qüvvəti  ona  deyilir  ki,  o  elm  öyrənmək, 
maarifə  yiyələnməyə  yönəlsin;  bu  sövq  və  həvəsin  nəticəsində 
varlıqların  dərəcələrini  müəyyənləşdirə  bilmək,  həqiqətlərin 
mahiyyətinə  nüfuz  etmək  mümkün  olsun;  daha  sonra  əsl  məqsəd 
olan  və  bütün  varlıqlar  orada  sona  çatan  mütləq  həqiqəti  dərk 
etmək,  bəlkə də ona qovuşmaq  şərəfmə  nail  olsun.  Beləliklə, onun 
qəlbi  sakitləşsin,  ürəyindəə  arxayınlıq  hasil  olsun;  heyrət  tozu, 
şəkk-süblıə  onun  könül  aynasmdan  və  xatirə  güzgüsündən  silinib 
getsin.  Bütün  bu  məsələləri,  belə  kamillikləri  “nəzəri-hikmət” 
tədqiq edib öyrənir”.
Filosofun  fikrincə  əməli-qüvvət  kamilliyi  ona  deyirlər  ki, 
insan öz  imkan və  fəaliyyətini  nizama salıb  elə  uyğunlaşdırsın  ki, 
onlar  bir-birinə  mane  olmayan,  əksinə  bir-birini  tamamlasınlar; 
belə halda  əxlaq münasib,  xoşagələn şəkildə tərbiyələnər.  Bundan 
sonra  kamilliyin  o  biri  dərəcələri:  evqurma,  şəhərsalma  işlərinin 
növbəsi  çatar.  İradə,  inam,  imkan  və  əhvallar  düzgün  fəaliyyətə 
ahəngdar  bir  silsilə  əmələ  gətirə  bilsələr,  onların  hamısına  arzu 
etdikləri  bir xoşbəxtlik nəsib olar.
Belə  ki,  elmi  kamillik  və  əməli  kamillik  üsulunun  tədqiqi 
və  məqsədi  insanın  əxlaqi  kamilliyin  xüsusiyyətlərinin  inkişafına 
aparır.
Yeri  gəlmişkən  qeyd  edək  ki,  Azərbaycan  fəlsəfi 
düşüncəsində 
A.A.Bakıxanovun 
da 
özünün 
“Nəsihətlər”
traktatında  fəlsəfi  düşüncəsində  onu  əsas  tutmuş  və  mötədililiyi 
bir meyar kimi qəbul etmişdir.
Tusinin  və  Bakıxanovun əxlaqi  məsələlərdə görüşləri dini- 
mistik düşüncələrdən uzaq, sırf elmi  xarakter daşıyır.
Şərq  aləmində  əxlaqi  məsələlərdə  həmişə  şəriət  qanunları 
əsas 
götürülmüşdür. 
Qurani-Kərimin 
tələbləri 
əsasında 
formalaşmış  əxlaqi  kodekstlər  uzun  əsrlər  boyu  Şərqdə  hökm 
olmuş və hətta mötəsiblər onun  icrasını ciddi  şəkildə qorumuşlar.
Nəzəri  hesab  edilən  ilk  kamillik-xassə,  əməli  hesab  edilən 
kamillik  isə-maddə  kimidir.  Maddə  xassəsiz.  xassə  maddəsiz 
yaşaya  bilmədiyi  kimi,  elm də  əməlsiz  məhv olar,  əməl  isə  elmsiz 
mümkün  deyildir.  Deməli,  elm  (bilik)  başlanğıc,  əməl  son,  elm
167


səbəb,  əməl  nəticədir.  Hər  ikisinin  üzvü  birləşməsindən  ibarət 
olan  kamillik  insana  aid  olduğu  üçün  onu  məqsəd  adlandırırıq. 
“Kamillik”  və  məqsəd  daxili  mənaca  bir-birinə  çox  yaxındır, 
onları  yalnız  müqayisə  ilə  fərqləndirmək  olar.  Nə  qədər  ki, 
qüvvədir,  həyata  keçməyibdir-məqsəddir.  elə  ki,  fəaliyyətə 
çevrildi,  yerinə  yetirildi  oldu  kamillik.  Məsələn,  nə  qədər  ki,  ev 
hələ  tikilməyib,  insanın  təsəvviiründədir  -   “məqsəddir”,  elə  ki, 
tikilib qurtardı,  maddi şəklə d ü şd ü -“kamilliyə” çevrildi.
168


HACI MOLLA MƏHƏMMƏD NAXÇIVANİNİN 
“SƏHABƏD-DÜMU” ƏSƏRİNDƏ MÖVLUD HEKAYƏSİ
Bu  yarımbaşlıqda,  AMEA  Naxçıvan  Bölməsi  Əlyazmalar 
Fondunun  naxçıvanlı  müəlliflərdən  olan,  Azərbay>can  elminə  məlum 
olmayan  X IX  əsr  əlyazma  mətnləri  sırasında  Naxçıvan  elm  və  ictimai 
fikir  nümayəndələrindən  biri  Hacı  Molla  Məhəmməd  Naxçıvan inin 

Sdhabəd-Dümu
”  
əsərində  mövlud  hekayəsi  qısa  da  olsa  müəyyən 
qodər  izah  edilmişdir.  Əsərdə  əsasən  baş  qəhrəman  İmam  Hüseyn 
dleyhis-salamın  mübarək  təvəllüdü,  dünyaya gəlmə  hadisələrinin fəlsəfi 
mahiyyəti,  onun  həyat fəaliyyəti  ilə  bağlı  baş  verən  proseslər  və  ən 
ndhayət İslam tarixində analoqu olmayan Kərbəla vaqiəsinin  baş  vermə 
hallarının  nişanələri,  son  nəticədə  isə  şəhadətə  yetirilib  müqəddəs 
plıid/ik dərəcəsinə yüksəlməsi əsas qiqqəti cəlb etmişdir.
Həmçinin  əsərdə  insanlığa,  insan  amilinə,  ağıllı  zəka sahibinə 
zidd olan  mənfi xüsusiyyətlərdən  olan  digər  qarşı  tərəf də  haqlı  olaraq 
loqsirli  bilinmiş,  bu  ədalətsiz,  qeyri-insani  hərəkətlərin  və  məkirli 
prinsipin İslam dininə ləkə gətirə  bilən sonsuzluğu bir daha ciddi tənqid 
edilmişdir.  Yezid  kimi  bir  məlunun  qeyri-insani  hərəkətləri,  davranışı, 
diııə  qarşı  mənfur  siyasəti,  Peyğəmbər  əhli-beytinə  hörmət  bəsləmək 
əvəzinə  ona  qarşı  göstərdiyi  haqsızlıqlar  çox  kəskin  sürətdə  tənqid 
atəşinə tutulmuşdur.
Məqalədə göstərilən  nadir  əlyazma  əsasən  dünya  mətnşünaslıq 
elini  üçün  əhəmiyyətli  olmaqla yanaşı,  ədəbi  düşüncə  məfkurəsinin  ən 
qiymətli qaynağı sayıla bilər.
Azərbaycan Xalqının  ümummilli  lideri  Heydər Əlirza oğlu 
Əliyevin  2002-ci  ilin  mart  ayında  “Bibiheybət”  ziyarətgahında 
Kərbəla  hadisəsinin  fəlsəfi  məqamlarına  toxunaraq  demişdir: 
“...Biz bundan  sonra  da  O ur an i-Şər if in,  Həzrəti Məhəmməd  (s) 
peyğəmbərin  qoyduğu  yol  ilə  gedəcək  və  haqq,  ədalət  Vətən 
yolunda şəhid olmuş Həzrəti İmam Hüseynin  (ə)  və  onun  bütün 
silahdaşlarının 
qəhrəmanlığını, 
şəhidliyini 
heç 
vaxt 
unutmayacağıq.
169


Yüklə 192 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə