H.Ə. Hacıbalayev



Yüklə 3,67 Mb.
Pdf görüntüsü
səhifə2/174
tarix05.02.2023
ölçüsü3,67 Mb.
#100212
növüDərslik
1   2   3   4   5   6   7   8   9   ...   174
Ö N S Ö Z 
İnsanın yaratdığı çoxçeşidli məhsullar içərisində maşınlar 
xüsusi yer tutur. Həyatımızda və fəaliyyətimizdə elə sahə yox-
dur ki, orada maşın və ya avadanlıqlardan az və ya çox miqdar-
da istifadə olunmasın. Sənayenin ayrı-ayrı sahələrində tətbiq 
edilən maşın və avadanlıqlar olduqca müxtəlifdir. Onların hər-
tərəfli inkişafı, əmək məhsuldarlığını artıran, insanın fiziki, əqli 
əməyini yüngülləşdirən, ya onu tamamilə əvəz edən müxtəlif 
təyinatlı yeni mexanizmlərin, maşınların, maşın-avtomatların 
yaradılması və istifadə edilməsi ilə əlaqədardır. Bu maşınlar və 
avadanlıqlar müxtəlif məqsədli olmaqla yanaşı, çox mürəkkəb 
şəraitdə istismar olunur. Onların mexanizmləri və detalları bö-
yük sürətə, statiki və dinamiki yüklərə məruz qalır, yüksək 
nəmlikdə, dəyişən temperatur və aqressiv mühitdə işləyir. Bəzi 
maşınların işlək və sürtünməyə məruz qalan səthləri tozlardan, 
iş vaxtı ayrılan istehsalat tullantılarından və yeyici reagentlər-
dən mühafizə olunmur. Buna görə də, mexanizmlərin və onları 
təşkil edən hissələrin yeyilməsinə, korroziyaya uğramasına və 
vaxtından qabaq sıradan çıxmasına səbəb olur. Bu da, öz növ-
bəsində, maşının məhsuldarlığının azalmasına, istehsal olunan 
məhsulun keyfiyyətinin aşağı düşməsinə və onun tam dayan-
masına gətirib çıxarır.
Avadanlığın uzun müddət ərzində iqtisadi cəhətdən əlve-
rişli, eləcə də, etibarlı işləməsini təmin etmək üçün bir neçə isti-
qamətində iş aparılmalıdır. Onların arasında maşın hissələrinin 
hazırlanması üçün verilən tələbləri ödəyə bilən keyfiyyətli ma-
terialın seçilməsi və proqressiv texnologiyanın tətbiq olunması 
ilə müvafiq hissənin alınması üstünlük təşkil edir. Düzgün se-
çilmiş material ayrı-ayrı hissələrin və onları özündə birləşdirən 
maşının etibarlı işini təmin etməlidir.
Maşın hissələrinin hazırlanması üçün müxtəlif konstruksi-
ya materiallarından geniş istifadə edilir. Çoxsaylı konstruksiya 
materialları arasında ən çox istifadə ediləni metallar və onların 



ərintiləridir. Həm sayına, həm də çəkisinə görə onlardan hazır-
lanmış hissələr çoxluq təşkil edir. Hissələrin 80-90%-i metal 
və metal ərintilərindən hazırlanır. Ona görə də, çox vaxt metalı 
sənayenin ―çörəyi‖ hesab edirlər. Belə ki, insan çörəksiz yaşaya 
bilmədiyi kimi, sənayenin də inkişafı və tərəqqisi metalsız 
mümkün deyildir. 
Spesifik xüsusiyyətlərinə görə metal və ərintilərdən qara 
(polad, çuqun) və əlvan (alüminium, mis, titan, maqnezium və s. 
metal və ərintiləri) metallar daha geniş yayılmışdır. Onlar çox 
yüksək mexaniki, fiziki, kimyəvi, texnoloji və xüsusi xassələrə 
malikdir. Bu xassələr konstruksiya materiallarına və onlardan 
maşın detalları istehsalında tətbiq edilən texnoloji proseslərə tə-
sir göstərir.
Yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlmək 
olar ki, xalq təsərrüfatının bütün sahələrində buraxılan məhsul-
ların keyfiyyətinin yüksəldilməsi, mütərəqqi texnoloji proseslə-
rin sənayeyə tətbiq edilməsi, mövcud proseslərin intensivləşdi-
rilməsi, avadanlıqların etibarlılığının artırılması və texniki gös-
təricilərin yaxşılaşdırılması mühüm sosial-iqtisadi əhəmiyyətə 
malik məsələlərdir.
Məhz buna görə də ölkədə sənayeni inkişaf etdirmək 
üçün, ilk növbədə, maşınqayırma sənayesinin texniki tərəqqi 
səviyyəsini daima elmi əsaslarla yüksəldilməsi lazım gəlinir.
Maşınqayırmanın inkişafı, eləcə də buraxılan məmulatların 
keyfiyyətinin yüksəldilməsi və etibarlılığının artırılması məsə-
lələri yeni konstruksiya materiallarının yaradılmasını tələb edir.
Hazırda emal prosesləri avtomatlaşdırma, hesablama və 
robot texnikasından, həmçinin, rəqəmli proqramla idarə edilən 
dəzgah və qurğulardan istifadə olunma hesabına inkişaf etdirilir 
və təkmilləşdirilir.
Bununla əlaqədar olaraq maşınqayırma sənaye sahəsinin 
texniki tərəqqi səviyyəsinin yüksəldilməsində aparıcı qüvvə bu 
sahə üçün hazırlanmış kadrlardır. Bu kadrlar əmək fəaliyyətin-
də maşın və avadanlıqlarını etibarlı işləməsini, istismar zamanı 



yaranan nöqsanların araşdırılmasını və aradan qaldırılmasını, 
sıradan çıxmış hissələrin yenisi ilə əvəz edilməsi üçün materia-
lın, emal üsullarının seçilməsi və eləcə də konstruksiyaların ha-
zırlanmasının iqtisadi məqsədə uyğunluğunu təmin etmək baca-
rığına malik olmalıdır. 
Konstruksiya materialları anlayışına metallardan başqa di-
gər materiallar plastik kütlə, rezin və ebonit, ağac materialları, 
lak və rənglər daxildir.
―Konstruksiya materialları texnologiyası‖ fənni material-
ların xassələrini, quruluşunu, təbii birləşmələrdən alınmasını və 
bunları sonradan emal edərək (tökmə, təzyiqlə, qaynaq, kəsmə 
ilə mexaniki emal və başqa üsullarla) hazır məmulata və ya ya-
rımfabrikata çevirmək, habelə ovuntu metal və qeyri-metal ma-
teriallarından məmulat hazırlama üsullarından bəhs edir. Bu 
fənn ümumi kurs olmasına baxmayaraq onun ali peşə istiqamət-
ləri üzrə təhsil alan tələblər üçün tədrisi çox əhəmiyyət kəsb edir.
Fənnin qarşısında aşağıdakı vəzifələr durur:
1. metalların istehsalı üçün əsas və köməkçi materialla-
rın hazırlanma, saflaşdırılma və onların əridilmə pro-
seslərini öyrənməsi;
2. məmulatların tökmə, təzyiqlə emal, qaynaqla alınma-
sının fiziki mahiyyəti və onların mexaniki kəsmə və 
başqa üsullarla emalının öyrənməsi; 
3. məmulatların və detalların formalaşdırılmasının tex-
noloji üsullarının əsaslarını öyrənməsi;
4. emal üsullarının texnoloji imkanları, onların təyinatı, 
üstünlükləri, çatışmazlıqları və tətbiqi sahələrini öy-
rənməsi; 
5. tələbələri məmulatların və maşın detallarının alınma və 
emal üsullarını nəzərə almaqla, konstruksiyasının 
texnolojililiyi haqqında əsas məlumatlarla tanış etməsi. 
Dərslik səkkiz bölmədən ibarətdir. Bu bölmələrdə yuxarı-
da göstərilən məsələlərdən bəhs edilir. Hər bölmədə istehsal 
üsulları, işlədilən avadanlıq, əsas və köməkçi material və qur-



ğular, emal etmənin üstünlükləri və çatışmazlıqları və s. haq-
qında məlumat verilir. Kitabın bütün bölmələri bir-biri ilə sıx 
əlaqədardır; bir bölmənin öyrənilməsində əldə edilən bilik digər 
bölməni mənimsəməkdə böyük rol oynayır.
Dərslik haqqında öz mülahizələrini, irad və təkliflərini 
göndərən oxuculara müəllif qabaqcadan öz minnətdarlığını 
bildirir. 

Yüklə 3,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə