104
batlaşdı. “Prima” papirosun atdı, filtrli siqaretə keç-
di. Deyilənə görə, altdan-altdan mətbəxdən məh-
kumlar üçün bişirilməli məhsulları burjuylara – pul-
lu dustaqlara satırdı, rəhbərliyi də razı salırdı. Əv-
vəlki məhkumluq dövrlərində müəyyən vaxtlar olub
Ağarəhim də təssərüfat işlərində işləyib, ancaq heç
vaxt özündən çıxmayıb, dus-taqlığını unutmayıb, öz
hörmətini, “çəkisini” saxlayıb. Amma, indi elə bil çə-
kisini günü-gündən itirir, cılızlaşırdı. Bəzən ona elə
gəlirdi ki, özü ilə yanaşı bütün ətraf, dünya da nəzə-
rində cılızlaşıb gözdən düşürdü.
Son vaxtlar Ağarəhimdə tez-tez halsızlıq yara-
nırdı. Oturduğu yerdən heç qımıldanmağa da heyi
qalmırdı. Əvvəllər fikir etməyi sevməzdi. Allahına
şükr edib olandan yeyər-içər, yatar, gününü keçir-
dərdi. Xəstəliyi şiddətlənəndən fikir ondan əl çək-
mirdi. Keçmişdə qalan evi, uşaqları, doğmaları, ya-
xınları fırlanıb-hərlənib xatirindən ayrılmırdılar. Bəl-
kə də bu, hələ inidiyədək çox hiss etmədiyi tənhalı-
ğından idi. Barakda neçə vaxt idi uzun-uzadı öskü-
rəyi ilə hamını bezikdirmişdi. Ən çox gecələr öskü-
rək ona aman vermirdi. Ağzını balışa dayayıb birtə-
hər səsini boğurdu.
Nahar vaxtı yaxınlaşdıqca məhkumlar topa-to-
pa yeməkxananın qarşısına yığışıb, qapıların açıl-
masını gözləyirdilər. Düz saat bir tamam, ikiyə bir
dəqiqə işləmiş Gülbala qapıları açdı. Məhkumlar içə-
105
ri doluşdular.
–Bir-bir, itələşməyin, yavaş-yavaş, – Gülbala
səsini ucaltdı, – acından ölürsüz? Sıra ilə!
Yemək verilən arakəsmənin qarşısında uzun
bir növbə yarandı.
Məhkumların ardınca növbətçi zabitlər və nə-
zarətçilər də yeməkxanaya daxil oldular. Onlar xö-
rəkpaylayandan başlamış qapıya qədər iki-iki daya-
nıb, məhkumların hərəkətlərinə göz qoyurdular.
Ağarəhim balandanı boşqabın ağzınacan tök-
dürdü. Uzağa getməyib, yaxınlıqdakı sıra ilə düzül-
müş uzun oturacaqların birinə əyləşdi. Içərisində
beş-altı kələm qırığı olan, azacıq yağlı, tomatlı sudan
ibarət balandanı iki-üç dəqiqəyə hortuldadıb qurtar-
dı. Çörək payını da yedi. Təzədən növbəyə durdu.
Ikincisini də, üçüncüsünü də alıb içdi. Yenə yemək
istəyirdi. Elə bil bayaqdan bəri yediyi, içdiyi balanda
mədəsinə yox, dibsiz bir quyuya tökülürdü. Burnuna
iy dəyən mədəsi şikayətlənib quruldayır, onu bərk
dilxor edirdi. Altıncı dəfə o, xörəkpaylayana yaxın-
laşıb boşqabını uzadanda aşpazın yanında dayanan
Gülbala dilləndi:
–A kişi, sən neçəncisini yeyirsən, bəs döyül?
–Doymuram, doysam istəmərəm ki... Bir də nə
var ki, yeyim?.. Sudu da, içirəm çıxıb gedir, – Ağarə-
him çəkinə-çəkinə cavab verdi.
–Çətin doyarsan, yediyin az döyül, utanmırsan
106
demoqoqluq da edirsən. Nə verilir, Allahına şükr elə,
– Gülbala xoruzlandı.
Ağarəhim yenə dinmədi. Dinməyin xeyri olma-
yacaqdı. Kənardan söhbəti dinləyən, işləməyə təzə
başlayan cavan zabit Gülbalaya:
–Işin olmasın, tökün, qoy yesin nə qədər istə-
yir, – söylədi.
Yeddinci boşqabdan sonra o, qarnında nəsə ol-
duğunu hiss etdisə də mədəsi həmişəki kimi narazı
idi.
O, yeməkxanadan çıxıb həyətin ortasındakı ho-
vuzun kənarına düzülmüş beton daşlardan birinin
üstünə oturdu. Könlündən keçirdi ki, bir papiros
çəksin. Daim papiros kötüyü ilə dolu olan həyət tər-
təmiz idi. Bütöv gilizi də heç kəs ona verən deyildi.
Üzünü göyə çevirdi. Illər boyu gördüyü ətrafdakı
lövhələri, gündə yüz dəfə rastlaşdığı, iyrəndiyi sifət-
ləri görüb bezəndə o, belə edərdi. Göylərin dərinli-
yinə, maviliyinə tamaşa edərdi, bacarsaydı bir neçə
anlığa dustaqlığını unutmağa çalışardı. Burada onun
üzünə səmadan başqa hər tərəf keçilməz, hündür, ti-
kanlı məftillərlə bürünmüş hasarlarla bağlı idi. Və
həmişə belə anlarda Allaha yalvarardı ki, onu quşa
döndərsin, o, da uçub səmanın dərinliklərində göz-
dən itsin, insan olmaqdan, beton divarlar arasında
yaşamaqdan canı qurtarsın. Hələ ötən il bu arzusu-
nu hörməti olduğu bir zabitə danışmışdı. Zabit gü-
107
lüb demişdi:
–Kim, sən ha... Xeyri yoxdur, hara uçsan yenə
bura qayıdacaqsan,öyrəncəli cansan...
Yox, daha nə olur-olsun o, bir də bura qayıtma-
yacaq. Azadlıqda onu necə döysələr də, söysələr də
hər əzaba dözəcək, türməyə dönməyəcəkdi. Çünki
axır beş ildə gördüyünü görmüşdü. Beş ildən çox idi
onun yanına çöldən heç kəs gəlmirdi. O, atılmışdı,
unudulmuşdu gərəksiz əşya kimi. Sadəcə, öz sözü ilə
desək “insan zibilxanasında” gün keçirdirdi...
* * *
...Ağarəhim üçüncü dəfəydi islah-əmək düşər-
gəsinə düşmüşdü. Üst-üstə on dörd il idi yatırdı...
On dörd il!.. Bu illəri o, çöldə olsaydı nələr etməz-
di?... Bəlkə də indi milyoner idi, beş kişidən biriydi.
Lap milyoner olmasın, adi adamlardan ki, əskik ol-
mayacaqdı...
Orta məktəbdə oxuyarkən təzə-təzə xırım-xırda
alverə qurşanmışdı. Körpəlikdən atasını itirmişdi,
anası konserv kombinatında fəhlə işləyirdi. Böyük
qardaşı şəhərdə oxuyurdu, bacısı da böyümüşdü,
məktəbi qurtarmağa bir ili qalmışdı. Ailənin dolanı-
şığı ağır keçirdi. Fəhləçiliklə baş girələmək çətin idi.
Ona görə də orta məktəbi qurtarıb, yolunu saldı ba-
zara. Bazarda yer aldı, başladı əlinə keçəndən sat-
mağa.
Dostları ilə paylaş: |