132
hit, alışdığı kefləndirici dərmanlar şeytan kimi hər
tərəfdən qarşısını kəsib yol vermirdilər.
Xoşbəxtlikdən üçüncü dəfə əvvəlkilərdən az
məbləğdə uduzmuşdu. Bu cəzasının altıncı ilində baş
vermişdi. Anası rəhmətə gedəndən Gülbəniz yanına
gəlmirdi. İl-ildən yanına gedib-gələnlərin sayı aza-
lırdı. Köhnəlmişdi, daha heç kim ona pul, pay-para
gətirmirdi, keçmiş hörmətinin hesabına yaşayırdı.
Gülbəniz yazdığı məktublarında gəlməməyini belə
izah edirdi ki, “uşaqlar böyüyürlər, dolanışığı öhd
eləyib, imkan tapmıram”. Ancaq, yerlilərinə gəlib də-
yən tanış-bilişdən qulağına xəbərlər gəlirdi ki, qay-
nanası Narınc çoxdan-dır məsələ qaldırıb ki, boşan
bu avaradan, o gedəcək türmədə yatacaq, sən də ca-
van canını çürüdəcəksən?.. “Kim bilir, bəlkə anası
Gülbənizi yoldan çıxarıb, o da başqasını sevir, ya
da... kiminləsə gəzir...”
Hər dəfə bu haqda düşünəndə elə bil onu ilan
çalırdı. Əzəl gündən qaynanası onunla düz gəlmirdi.
Qızını boşanmağa təhrik etdiyindən onda Narınca
qarşı nifrət yaranmışdı. Məhkum yoldaşları arasında
ailəsi dağılanlar az deyildi. Bəzən fikirləşirdi ki, əgər
əmin olsa ki, Gülbəniz kiminləsə gəzir, azadlığa çı-
xan günü Gülbənizi də, onunla gəzən əclafı da öldü-
rəcək, təzədən türməyə qayıdacaq. Bəzən də fikrini
dəyişirdi, özünü qınayır, günahkar sayırdı: “Neynə-
sin bədbəxt Gülbəniz, axı o da insandı, mənə görə o
133
da cəza çəkməlidirmi, arvad istəyən it oğlu cinayət
eləyər?”
Dərdinə çarə tapmamasına görə, gündüzlər o
qədər fikir edirdi ki, gecələr yuxusunda da sayıqla-
yırdı. Xeyli götür-qoy edəndən sonra heç yerdən
ümidi olmadığından tavanı ödəmək üçün bacısına
bir qədər pul yollaması üçün xahiş dolu xəbər gön-
dərdi. Bilirdi ki, bacısı onu uşaqlıqdan çox istəyir,
hardan olsa pul tapıb göndərəcək. Iki gün keçmədi,
onu görüş otağına çağırdılar. Boylu-buxunlu cavan
oğlanı görüncə yeznə olduğunu başa düşdü. Bacısı
xəstəhal olduğundan özü gələ bilməmiş, ona pul ilə
yanaşı məktub da göndərmişdi. Ayrılandan sonra
zonanın xəlvət guşəsinə çəkilib, məktubu oxumağa
başladı. Oxuduqca anası gəldi gözlərinin önünə.
Kövrəldi, görməsinlər deyə, göz yaşlarını boğub ürə-
yinə axıtdı. Bu yaşınadək evə, ailəyə, bacısına bir də-
yərli xeyri olmadığını xatırladıqca özündən zəhləsi
getdi. Tavanı ödədi, iki-üç gün üzü tutqun gəzdi,
yoldaşlarına qaynayıb-qarışmadı. Axşamların birin-
də daim ona dərman satan məhkum yoldaşının məs-
ləhətiylə “hal dərmanı”nı qəbul edib həmişəki və-
ziyyətinə qayıtdı, olanları unutdu.
Həmin il xoşbəxtlikdən aministiya verildi. Iki-
üç ay irəlicədən aminist olacağı barədə şayiəyə bən-
zər söhbət gəzirdi. Axşamların birində xəbər yayıldı
ki, televiziyada aministiyaya dair fərman oxunub.
134
Sevincdən hamı bir-birini təbrik edir, gözaydınlığı
verirdi. Qumarbaşı Iltifat isə sevinənlərə gülürdü:
–Ay bədbəxtlər, hələ bilirsüz hamıvızı buraxa-
caqlar? Orda şərtlər var, kim o şərtlərə düşsə, bura-
xacaqlar. Hamıvızı buraxsalar, bəs türmələrdə işlə-
yənlər neyniyəcəklər?
Ağərəhim bilmirdi aministiyaya düşür, yoxsa
düşmür?.. “Nə olar getmərəm, gedənlərin sevincinə
qoşulmaq da günah deyil”, fikirləşirdi.
Dörd-beş gün keçmişdi, onu rəisin siyasi işlər
üzrə müavinin otağına çağırdılar. Mayor gülümsə-
yərək dedi:
–Ağarəhim, aministə düşürsən. Canın qurtardı
qalan iki ildən. Beş-on günə evdəsən, gör neynərsən,
hazırlaş.
Səhəri buraxılacaq gecəni Ağarəhim dirigözlü
yola saldı. Şadlığından yata bilmədi. Neçə illər idi
evi üçün, balaları üçün burnunun ucu göynəyirdi.
Yaman darıxmışdı azad insan kimi yaşamaq üçün.
Həmişə görüşə gələndə həsrətlə baxdığı üç zəhmli,
qalın dəmir qapıdan keçib axırıncı dəfə yoxlanıldı.
Işə gələn müəssisənin rəisi polkovnik qapıda rastla-
şarkən barmağı ilə onu hədələyib dedi:
–Bax ha, bir də qayıtsan, səni... Yadından çıx-
masın.
–Allah eləməsin qayıdım, – Ağarəhim mızıl-
dandı.
135
Nəhayət, bu da çöl. Son qapıdan çıxdı. Üç-dörd
addım atmışdı, az qaldı müvazinətini itirib yerə yı-
xılsın. Inana bilmirdi ki, çöldədi. Ona elə gəlirdi ki, o,
kosmosdadır, çəkisizlik şəraitindədir, havası da baş-
qadır. Hava təmiz hava idi, azadlıq havası, qoxusuz-
iysiz. Ayaq saxlayıb bir xeyli sinədolusu nəfəs aldı.
Ciyərləri çoxdan qəribsəmişdi belə havadan ötrü.
Özünü quşdan yüngül hiss edirdi. Daim onu əzən
daşdan ağır cəza yükündən azad olmuşdu.
Şəhərdə yaşayan bacı-qardaşıgilə getməyə üzü
gəlmədi. “Qalsın, imkanlaşanda gəlib xəcalətlərin-
dən çıxaram”, deyə rayona yola düşdü. Evinə tələ-
sirdi – balalarını, Gülbənizi görməyə...
Onun gəlişi gözlənilməz idi. Uzaqdan evin gör-
kəmi, darvazaları necə qoyub getmişdi, elə də qal-
mışdılar. Heç dəyişilməmişdilər, əksinə elə bil bir az
da köhnəlib “qocalmışdılar”. Yadına ötən günləri
gəldi, anasını xatırladı. Həyətə girəndə həyətdə oy-
nayan uşaqları onu tanımadılar. Bağça tərəfdə ağacın
altında nə isə əkən Gülbəniz başını qaldırıb salam-
kəlamsız həyətə girən “qonağa” baxdı, təəccübləndi,
əlindəki beli atıb ona tərəf gəldi:
–Xoş gəlmisən. Heç inana bilmirəm. Necə oldu
ki, səni vaxtından əvvəl buraxdılar?
–Amnistə düşdüm...
Yaşlaşmışdı Gülbəniz. Dörd ilə yaxın idi onu
görmürdü, nəfəsinə həsrət idi. Amma, daha gəlinlik-
Dostları ilə paylaş: |