17
məzdi, bütün günü zonu başdan-ayağa gəzər, işçi-
lərdən də durmadan “obxod” etməyi tələb edirdi.
Yaşı əllini ötsə də uzun boyu və qıvraq görkəmi ilə
idmançı təsiri bağışlayırdı.
Həmyaşıd olmasına baxmayaraq kök, bəstə-
boylu müavin rəisindən daha yaşlı görsənirdi. Gün-
boyu ota-ğında oturub məhkumları qəbul edər, öz
məlumat gətirənləri vasitəsilə yerindən tərpənmədən
zonda yaşanan hər şeydən xəbərdar olardı. Hansısa
əməkdaşın məhkumla anlaşılmazlığı yarananda da
belə deyərdi: “hökumət sizə otağı niyə ayırıb? Apar
otağına, başa sal”.
Rəis məhkumu karserdə, müavinsə o balaca
otağında dubinka ilə döyərdi. Məhyəddin kefinin
xoş vaxtlarında zarafat edərdi, Niyaz isə, həmişə qa-
radinməz idi. Biri daz, digəri gur saçlıydı. Əksliklə
dolu belə misalları çox çəkmək olardı. Bənzərlikləri
də var idi: hər ikisi pulu nəhayətsiz sevirdilər. Rəis
büdcədən ayrılan pulu çəkinmədən yeyirdi, amma
müavin ehtiyatla, bilinmədən yeməyin tərəfdarı idi.
Məhyəddin üzdə özünü müavinləri ilə mehri-
ban aparsa da, ürəyində onların heç birinə əhəmiy-
yət vermirdi. Müəssisədə onun icazəsi və ya xəbəri
olmadan müavinləri tərəfindən heç bir iş görülə bil-
məzdi. Əslində, o, özünü kiçik dövlətin
avtoritar baş-
çısı kimi aparırdı.